Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə23/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   19   20   21   22   23   24   25   26   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



66 

Azərbaycanda siyasi-hüquqi baxımdan Prezidentə həm də 

dövlət başçısı statusunun verilməsinin müəyyən  əsasları var-

dır. Bu, hər şeydən əvvəl siyasi və hüquqi sistemi kövrək olan 

ölkələrdə dövlətin idarəetmə sisteminin davamlılığının və 

möhkəmliyinin təmin olunması tələbatlarından irəli gəlir. Çün-

ki, keçid dövrünü yaşayan ölkələrdə hakimiyyət institutlarının 

və hüquqi sistemlərin nüfuzlu arbitrsiz fəaliyyət göstərməsi bir 

qayda olaraq hərc-mərclik yaradır. Prezident ilk növbədə, ha-

kimiyyətin bölgüsü prinsipinə əməl edərək, dövlət hakimiyyə-

tinin vahidliyini və idarə olunması mexanizminin sabitliyini 

təmin edir. Azərbaycan Respublikasının Prezidentlik modeli 

bir çox xüsusiyyətlərinə görə Fransanın idarəetmə sisteminə 

uyğun gəlir. Lakin, Azərbaycan Respublikasında milli, siyasi 

və iqtisadi inkişafın xüsusiyyətlərinə görə Prezident idarə-

üsulu Fransadan fərqli olaraq daha güclü və nüfuzludur. Bu isə 

Azərbaycanda cəmiyyətin bütün sahələrini  əhatə edən radikal 

islahatların həyata keçirilməsi, keçmiş sinfi və sosialist icti-

mai-siyasi sisteminin dəyişilməsi və s. zərurətindən irəli gəlir. 

Azərbaycanda icra hakimiyyətinin Prezidentə  məxsus ol-

masında və onun dövlət başçısı kimi səlahiyyətlərini həyata 

keçirməsində xalqın iradəsi  əsas imperativ kimi həlledici rol 

oynayır.  

 Azərbaycan Respublikasının Prezidenti həm dövlət, həm 

də icra hakimiyyətinin başçısı kimi qanunvericilik və  məhkə-

mə hakimiyyətləri ilə uzlaşdırılmış  şəkildə  aşağıdakı  səlahiy-

yətlərini həyata keçirir: 

- Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri 

təyin edir.  

- Azərbaycan Respublikasının dövlət büdcəsini Milli 

Məclisinin təsdiqinə  təqdim edir, dövlətin iqtisadi və sosial 

proqramlarını təsdiq edir.  

- Milli Məclisin razılığı ilə Baş naziri vəzifəyə  təyin və 

yaxud vəzifədən azad edir. Qeyd edək ki, bu praktika Prezi-




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

67 


dent idarəçiliyinə  əsaslanan  əksər respublikalarda özünü gös-

tərir. Baş nazirin parlamentin razılığı ilə  vəzifəyə  təyin olun-

ması praktikası keçmiş SSRİ-nin ərazisində yaranmış müstəqil 

dövlətlərin əksəriyyətində mövcuddur.  

- Nazirlər Kabinetinin üzvlərini vəzifəyə  təyin və  vəzi-

fədən azad edir, zəruri hallarda isə Nazirlər Kabinetinin iclas-

larına sədrliyi həyata keçirir;  

- Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir; 

- Azərbaycan Respublikasının dövlət büdcəsində icra 

hakimiyyəti üçün nəzərdə tutulmuş  xərclər çərçivəsində 

mərkəzi və yerli icra hakimiyyəti orqanlarını yaradır; 

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nax-

çıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və 

sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının 

aktlarını ləğv edir; 

- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, 

Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan 

Respublikasının apelyasiya məhkəmələri hakimlərinin vəzifə-

yə təyin edilməsi haqqında Milli Məclisə təqdimatlar verir və 

digər məhkəmələrinin hakimlərini vəzifəyə  təyin edir; Azər-

baycan Respublikasının Baş prokurorunu Milli Məclisin ra-

zılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.  

 Hakimliyə namizədlərin seçilməsi üçün Azərbaycan Res-

publikasının Prezidenti yanında xüsusi təsisat olan Məhkəmə-

Hüquq  Şurası  fəaliyyət göstərir ki, bu qurum hakimliyə 

namizədlərlə bağlı Prezidentə müvafiq təkliflər verir. Bu cür 

təsisatlar bir çox xarici ölkələrdə də fəaliyyət göstərir və onlar 

kadr məsələlərinin həllində yaxından iştirak edirlər. İtaliyada, 

Fransada, Rumıniyada bu təsisatlar Ali Magistratura Şurası, 

İspaniyada Baş Məhkəmə Hakimiyyəti Şurası və s. adlanır.  

Bundan başqa Prezident Azərbaycan Respublikasının 

hərbi doktrinasını Milli Məclisin təsdiqinə verir.  




Яли Щясянов, Адил Вялийев

 

 



68 

- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali ko-

manda heyətini vəzifəyə təyin və vəzifədən azad edir. (Silahlı 

Qüvvələrin ali komanda heyətinə Müdafiə naziri və onun müa-

vinləri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi və onun müavin-

ləri, rota, diviziya komandirləri, Müdafiə Nazirliyinin idarə 

rəisləri daxildir).  

- Azərbaycan Respublikası Prezidentinin Administrasiya-



sını  təşkil edir və onun rəhbərini təyin edir. Prezidentin Ad-

ministrasiyasının strukturuna dövlət müşavirləri institutu və 

Prezidentin köməkçiləri, administrasiyanın şöbələri, Preziden-

tin Katibliyi daxildir. “Dövlət qulluğu haqqında” Qanuna görə 

Administrasiyada bir sıra vəzifələrə  təyinat siyasi xarakter 

daşıyır və bilavasitə Prezident tərəfindən həyata keçirilir.  

- Azərbaycan Respublikasının xarici ölkələrdə  və bey-

nəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis 

edilməsi haqqında Milli Məclisə  təqdimat verir, Azərbaycan 

Respublikasının xarici ölkələrdə  və beynəlxalq təşkilatlarda 

diplomatik nümayəndələrini təyin edir və geri çağırır.  

- xarici dövlətlərin diplomatik nümayəndələrinin etimad-

namə və övdətnamələrini qəbul edir;  

- dövlətlərarası  və hökumətlərarası beynəlxalq müqavilə-

lər bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri təsdiq və 

ləğv olunmaq üçün Milli Məclisə  təqdim edir və  təsdiq-

namələri imzalayır.  

- referendum təyin edir. Referendum bu və ya digər mə-

sələnin həlli ilə bağlı Prezidentlə Parlament arasındakı ziddiy-

yətlərin yeganə  həlli üsuludur. Əgər meydana gələn ziddiy-

yətlər həlledilməz xarakter daşıyırsa və normal qaydalar çər-

çivəsində kompromisə nail olmaq mümkün deyilsə, bu halda 

referendumun keçirilməsi təyin olunur.   

- qanunları imzalayır və dərc edir.  

Yuxarıda göstərilən səlahiyyətlərlə yanaşı, Azərbaycan 

Respublikasının Prezidenti vətəndaşlıq və siyasi sığınacaq 




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə