Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə31/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   27   28   29   30   31   32   33   34   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

93 


Məhkəmə durur və bu da federal və yerli idarəetmə orqanları, 

həmçinin icraedici və qanunvericilik hakimiyyətləri arasında 

balansın saxlanmasında özünü büruzə verir. Məhkəmə haki-

miyyəti 1-10 düzəlişlərində və 1791-ci ildə qəbul olunmuş Bil-



də göstərilmiş insan hüquqlarına əməl olunmasına nəzarət edir.  

Ali Məhkəmənin tərkibinə Senatın məsləhəti və razılığı ilə 

Prezident tərəfindən təyin edilən və ömürlük bu vəzifədə qalan 

9 hakim daxildir. Federal hakimin vəzifəsindən kənar edilməsi 

yalnız impiçment qaydasında mümkündür. Ali Məhkəmə son 

dərəcə nüfuzlu təsisat olaraq hakimiyyətin qanunverici və 

icraedici orqanları  tərəfindən konstitusiya pozmalarının fəal 

şəkildə qarşısını alır.  

Şərqi Samoa və Virgin adaları da daxil olmaqla, Sakit 

okeanın bir sıra adaları ABŞ-ın idarəçiliyi altındadır. Xüsusi 

qanunverici orqanlara malik olan bu əraziləri qubernator idarə 

edir. Puerto-Riko  Quam başda olmaqla yerli özünüidarə hü-

ququna malik olan bu adaların hər biri seçkilərdə  iştirak et-

məyən nümayəndələrini Nümayəndələr Palatasına göndərirlər.       



Siyasi Partiyalar: Amerika siyasətində ərazi yayımına və 

ideoloji baxışlarına görə müxtəlif iki böyük siyasi koalisiya - 

demokratlar və respublikaçılar hakim mövqe tuturlar. Seçki 

sistemi, prezident idarəetmə üsulu və hakim partiyaların geniş 

seçici dairəsinin baxışlarına cavab verməsi partiyaların qütb-

ləşməsinə  səbəb olur və yenilərinin yaranmasına maneə 

yaradır.  

ABŞ Demokrat Partiyası federalistlərin yürütdüyü mər-

kəzləşdirmə siyasətinə qarşı ayrı-ayrı  ştatların hüquqlarının 

müdafiəsi məqsədilə Tomas Cefferson tərəfindən 1792-ci ildə 

yaradılmışdır. Demokrat Partiyası  ən azı beş mühüm fraksi-

yadan ibarətdir. Birinci – “Konqresin qanadı” sayılan və kiçil-

məsinə baxmayaraq hələ də kifayət qədər çoxsaylı olan cənubi 

mühafizəkar və ya neoliberal fraksiyasıdır. “Yeni kursun” 

şimali liberallar qrupu daha çoxsaylıdır və  ənənəvi olaraq 




Яли Щясянов, Адил Вялийев

 

 



94 

liderdir. Üçüncü fraksiya Orta Qərb bölgəsinin kənd təsərrüfatı 

və sənaye ştatlarının, xüsusən də Minnesotanın radikal liberal-

populistlərindən ibarətdir. Dördüncü (kiçik) fraksiya Trumenin 

tərəfdarları olan demokratlardan ibarətdir. Ultraliberal “Əlvan 

koalisiya” Konqresdən kənar şəhər idarəetmə orqanları səviy-

yəsində geniş hakimiyyətə malikdir və ABŞ Demokrat Par-

tiyasının beşinci fraksiyası sayılır.  



“Böyük qədim partiya” adı ilə də tanınan Respublikaçılar 

Partiyası 1854-cü ildə  Miçiqanda köləliyə qarşı  çıxışlarla 

müşayiət olunan hərəkat nəticəsində  təsis edilmişdir. Avraam 

Linkoln 1860-cı ildə bu partiyadan namizəd olaraq Prezident 

seçilmişdir.  



Respublikaçılar Partiyasından olan namizədlər ölkənin 

mərkəzi və qərb rayonlarının əhalisinin, habelə ağdərili protes-

tantların və kifayət qədər yüksək gəlirli ailələrin sabit dəs-

təyinə malikdirlər. Bu partiya demokratların təsiri altında ol-

muş cənub ştatlarının ərazilərinə son dərəcə fəal şəkildə nüfuz 

etmişdir. 

Hər iki iri partiya rəsmən üzvlüyü olmayan zəif milli 

təşkilata malikdir. Belə ki, bir partiyaya mənsub olan Konqres 

üzvləri müxtəlif problemlərin həlli üçün bir araya gəlsələr də, 

nadir hallarda əlbir olaraq səs verirlər. Hər dörd ildən bir 

yayda, Prezident seçkiləri  ərəfəsində, hakim partiyalar seçki-

qabağı siyasi platformalarının təsdiq edilməsi üçün milli par-

tiya qurultaylarını keçirirlər. Bu yığıncağa, hər bir ştatda ilkin 

seçkilərin nəticələrinə görə və ya partiya yığıncaqlarında təyin 

edilmiş 2200-4200 nəfərdən ibarət nümayəndələr toplaşır. 

Nümayəndələr məcburi qaydada müəyyən namizədlərə  səs 

verməlidirlər. 

Qurultaylararası müddətdə partiyaların hər bir ştatdan seç-

diyi milli komitə bu orqanların carı  işləri ilə  məşğul olur. 

Komitənin əsas vəzifəsi ilkin Prezident seçkilərinin keçirilməsi 

qaydalarının və milli partiya qurultaylarının müəyyən edilmə-



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

95 


si, həmçinin partiyanın pul kapitalının artırılması üzrə  fəaliy-

yətinə nəzarətdən ibarətdir. Ümumiyyətlə, partiyanın əsas özə-

yi yerli səviyyədə  təmərküzləşir. Məhz burada amerika siya-

sətinin həqiqi siyasi sistemini tapmaq mümkündür. Namizədin 

seçilməsi isə ilkin seçki sisteminin köməkliyi ilə açıq  şəkildə 

keçirilir və buna Prezident seçkilərində iştirakda namizədlərin 

maliyyə dəstəyi mənbələrinə güvənmələri imkan verir. 

 

 



 

 

                    




Яли Щясянов, Адил Вялийев

 

 



96 

BRAZİLİYA 

 

 

 

 

 

Ümumi məlumat:  Avropalılar ilk dəfə Braziliya torpaq-

larına 1500-cü ildə ayaq basmışlar. Təbii sərvətlərlə  zəngin 

olan  Braziliya, XIX əsrin  əvvəllərinə  qədər  Portuqaliyanın 

müstəmləkəsi olmuş və yalnız 1822-ci ildə müstəqil imperiya

1889-cu ildə isə respublika elan edilmişdir.  

Cənubi Amerikanının ən böyük ölkəsi olan Braziliya Res-

publikasının paytaxtı Brazilia şəhəridir. 

Ölkənin ərazisi 8,515,767 km², əhalisi (2012) 193,946,886 

nəfərdir (əhali sıxlığı 22 nəfər/km²).  

Braziliyanın rəsmi dövlət dili portuqal dilidir (ölkə ərazi-

sində ispan, ingilis, hindu, italyan və s. dillər də işlənilir.).  

Dövlətin İnsan İnkişafı İndeksi 0.718 - yüksəkdir (84-cü 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik federativ respublikadır. Milli bayram günü 

olan Müstəqillik günü (1822) 7 sentyabr tarixində qeyd olunur. 

Ölkədə 5 oktyabr 1988-ci il Konstitusiyası qüvvədədir.  



İnzibati bölgüsü: 26 ştata  (Akri, Alaqoas, Amazonas, 

Amapa, Baya, Qoyas, Maranyan, Matu-Qrosu, Matu-Qrosu-

du-Sul, Minas-Jerays, Para, Paraiba, Parana, Pernambuku, 

Piaui, Rio-de-Joneyro, Riy-Qrandi-du-Norti, Riy-Qrandi-du-

Sul, Rondoniya, Rorayma, Santa-Katarina, San-Paulu, Seara, 

Serjipi, Tokantins və Espiritu-Santu)  və  Braziliya  federal 

dairəsinə bölünür.  




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə