Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə29/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   25   26   27   28   29   30   31   32   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



86 

§1. Prezident Respublikası quruluşlu  

ölkələrin siyasi sistemləri 

 

Prezident respublikası – dövlət orqanları sistemində Prezi-

dentin rolunun əhəmiyyətli dərəcədə genişliyi, habelə dövlət 

və hökumət başçısı səlahiyyətlərinin onun əlində birləşməsi ilə 

səciyyəvidir. Bu idarəetmə formasının digərlərindən fərqli cə-

hətlərinə diqqət yetirməklə tam təsəvvür formalaşdırmaq 

mümkündür: 

Prezident parlamentdənkənar metodla - Braziliya, Fransa 

və s. ölkələrdə əhali tərəfindən və yaxud ABŞ-da olduğu kimi 

həm də seçicilər kollegiyası tərəfindən seçilir;  

Hökumət parlamentdənkənar metodla, yəni prezident tərə-

findən formalaşdırılır. Prezident ya formal və hüquqi baxım-

dan (ABŞ-da olduğu kimi) hökumət başçısı sayılır, ya da 

hökumətin başçısını təyin edir. Hökumət parlament qarşısında 

deyil, onu istefaya göndərmək hüququna malik olan prezident 

qarşısında məsuliyyət daşıyır.  

Bütövlükdə idarəetmənin bu formasında prezident, parla-

ment respublikasında olduğundan daha geniş  səlahiyyətlərə 

malikdir. Lakin prezident respublikasında dövlət başçısı (pre-

zident) bir qayda olaraq, parlamenti buraxmaq, parlament isə 

öz növbəsində hökumətə etimadsızlıq göstərmək hüququndan 

məhrumdurlar.    

Prezident respublikası - hakimiyyətin möhkəmləndirilmə-

sinə xidmət edən geniş səlahiyyətlərin prezidentin əlində cəm-

lənməsi üçün əlverişli zəmin yaradır. Bu da, keçid mərhələ-

sində olan və ya monarxiya adət-ənənələrinin güclü olduğu, 

islahatların keçirildiyi müddətdə qeyri-sabit situasiyalarla üz-

üzə qalan (Peru), geniş  əraziyə  və çoxmillətli tərkibə malik 



(ABŞ)  və  nəhayət fövqəladə hadisələrin, müharibələrin baş 

verdiyi dövlətlər üçün (Azərbaycan, Gürcüstan) olduqca 

vacibdir.  



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

87 


Xalis şəkildə prezident idarəçiliyi forması Amerika Birləş-

miş Ştatlarında qərarlaşıb. Hakimiyyətin bölgüsü prinsipi ABŞ 

konstitusiyasının əsasını təşkil edir. Bu konstitusiyaya görə qa-

nunvericilik hakimiyyəti  Konqresə, icraedici hakimiyyət  pre-

zidentə,  məhkəmə hakimiyyəti  Ali Məhkəməyə  məxsusdur. 

Seçicilər kollegiyası tərəfindən seçilən Prezident hökuməti ona 

aid olan partiyanın üzvlərindən formalaşdırır. 

Prezident respublikalarının daha geniş yayıldığı Latın 

Amerikası ölkələri ilə yanaşı, bir sıra Asiya və Afrika ölkə-

lərində  də idarəetmənin bu formasına rast gəlinir. Bununla 

belə, bəzən bu ölkələrdə, xüsusilə  də superprezident respub-

likaları kimi səciyyələndirilən Latın Amerikası ölkələrində 

dövlət başçısının hakimiyyəti konstitusiya çərçivələrindən 

kənara çıxır.  

 

 

 




Яли Щясянов, Адил Вялийев

 

 



88 

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI 

 

         

      

 

 

Ümumi məlumat:  Avropa müstəmləkəçilərinin  Şimali 

Amerika qitəsinə ilk gəlişləri XVI əsrin  əvvəllərinə  təsadüf 

edir.  Əsrlər boyu hindu tayfalarının və eskimosların yaşadıq-

ları Amerika Birləşmiş Ştatlarının indiki ərazisində (Virciniya 

ştatında) ingilislər, ilk dəfə 1607-ci ildə daimi olaraq məskun-

laşmışlar .  



Birləşmiş  Ştatların de-yure yaranması, 1776-cı ildə öz 

müstəqilliyini elan etmiş 13 Britaniya koloniyasının birləşməsi 

tarixindən başlamışdır. ABŞ-da müstəqillik uğrunda müharibə 

1783-cü ilə  qədər davam etmiş  və kolonistlərin qələbəsi ilə 

yekunlaşmışdır.  

1867-ci ildə Rusiyadan Alyaskanın   Aluet adalarının 

satın alınması, ölkənin indiki sərhədlərinin tam olaraq 

formalaşması ilə nəticələnmişdir. 



Şimali Amerikada yerləşən və dünyanın fövqəldövləti 

sayılan ABŞ-ın paytaxtı Vaşinqton şəhəridir. 

Ölkənin ərazisi 9,826,675 km², əhalisi (2012) 315,010,000 

nəfərdir (əhali sıxlığı 33.7 nəfər/km²).  

ABŞ-da ingilis dili de-fakto rəsmi dövlət dili sayılır (ölkə 

əhalisinin 80%-i ingilis dilli, 12%-dən çoxu isə ispan dilli 

vətəndaşlardır).  

Dövlətin İnsan İnkişafı İndeksi 0.910 - çox yüksəkdir (4-



cü yer). 

Dövlət quruluşu: 4 iyul 1776-cı ildə müstəqillik əldə edən 

Amerika Birləşmiş Ştatları – 50 ştatdan və Kolumbiya paytaxt 




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

89 


federal dairəsindən ibarət, güclü demokratik ənənəyə malik, 

məhdud hakimiyyətli prezident idarə-üsullu federativ respub-

likadır. 1789-cu ilin mart ayından qüvvəyə minmiş və o dövr-

dən bu günə qədər yalnız 27 düzəliş edilmiş 1787-ci il Kons-

titusiyasına uyğun olaraq idarə olunur. Hakimiyyətin federal 

orqanları ilk əvvəl yalnız müdafiə, beynəlxalq münasibətlər və 

ştatlararası məsələlərlə məşğul idilər, digər sahələr üzrə qanun-

vericilik fəaliyyətini isə müstəqil konstitusiyası, qanunvericilik 

məclisi, qubernatoru, Ali Məhkəməsi və yerli vergi sistemi 

olan  ştatların hakim dairələri həyata keçirirdilər. Lakin 

F.Ruzveltin 1930-cu ildə  tətbiq etdiyi “yeni kurs”la əlaqədar 

federal hökumət  ştatların işlərinə  fəal müdaxilə siyasəti 

yeritməyə başladı  və dövlət gəlirlərinin bölünməsi və vergi 

yığımı üzrə əsas instituta çevrildi.  



İnzibati bölgüsü: Amerika Birləşmiş Ştatları 3141 rayon-

dan ibarət 50 ştata (Alabama, Alyaska, Arizona, Arkanzas, Aydaho, 



Ayova, Cənubi Dakota, Cənubi Karolina, Corciya, Delaver, Florida, 

Havay, İllinoys, İndiana, Kaliforniya, Kanzas, Kentukki, Kolorado

Konnektikut, Luiziana, Massaçusets, Men, Merilend, Miçiqan, 

Minnesota, Missisipi, Missuri, Montana, Nebraska, Nevada, Nyu 

Cersi, Nyu Hempşir, Nyu Meksiko, Nyu York, Ohayo, Oklahoma, 

Oreqon, Pensilvaniya, Qərbi Virciniya, Rod Aylend, Şimali Dakota, 

Şimali Karolina, Tennessi, Texas, Vaşinqton, Vayominq, Vermont, 

Virciniya, Viskonsin və Yuta), Kolumbiya Federal Dairəsinə və asılı 

ərazilər sayılan 5 Federal Torpağa (Amerika Samoası, Quam, Şimali 



Marian adaları, Puerto Riko, Virgin Adaları) bölünür. 

Dövlət başçısı:  ABŞ Federal Hökuməti hakimiyyətin üç 

qolunun (qanunvericilik, icraedici və məhkəmə) dəqiq bölgüsü 

ilə  səciyyəvidir.  İcraedici hakimiyyətin başında yetkinlik 

yaşına çatmış, vətəndaşlara verilmiş seçki hüququ əsasında, 

ümumxalq səsverməsi yolu ilə hər dörd ildən bir noyabr ayının 

müəyyən olunmuş günündə seçilən Prezident durur. Hər  ştat 

milli seçicilər kollegiyasında Konqresdəki nümayəndələrinin 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə