Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə37/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   33   34   35   36   37   38   39   40   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

113 


Beninin müstəqilliyinin, təhlükəsizliyinin və  ərazi bütöv-

lüyünün təminatçısı sayılan ölkə Prezidenti dövlətin və höku-

mətin başçısı, habelə silahlı qüvvələrin Ali Baş Komandanı ol-

maqla yanaşı, qanunvericilik hakimiyyətinin həyata keçiril-

məsində bilavasitə iştirak edir.  

Ölkənin hazırkı, 4-cü Prezidenti 06 aprel 2006-cı ildən 

etibarən  Yayi Bonidir (13 mart 2011-ci ildə keçirilmiş son 

prezident seçkilərində Y.Boni 53.18 % səs toplayaraq yenidən 

dövlət başçısı seçilmişdir).   

Qanunverici hakimiyyət:  83 yerlik Milli Assambleyadan 

(sədri 2007-ci ildən Demokratiya və  İnkişaf Naminə  İttifaq 

Partiyasının  lideri Maturin Koffi Naqodur) ibarət bir palatalı 

Parlamentdir. Milli Assambleyaya nümayəndələr proporsional 

sistem üzrə 5 illik müddətə seçilirlər.  

Milli Assambleya qanunvericilik fəaliyyəti ilə yanaşı, eyni 

zamanda Hökumətin fəaliyyətinə  nəzarət funksiyasını da 

həyata keçirir.  

Mövcud Konstitusiyaya görə, səlahiyyət hüdudları  məh-

dud olan Benin Parlamenti  zəruri hallarda öz qanunvericilik 

funksiyalarının bir hissəsini müəyyən müddətə dövlət baş-

çısına ötürə bilər. 

 30 aprel 2011-ci ildə keçirilmiş son Parlament seçkiləri 

nəticəsində mandat qazanmış ölkənin əsas siyasi partiyaları: 

CFEB (lideri Yayi Boni, 41 yer) 

UN (Milli Birlik, lideri A.Houngbeji, 30 yer) 

Digər 6 partiyanın hər biri Milli Assambleyada 2 yerə 

sahibdir.  

İcraedici hakimiyyət: Ölkədə icraedici hakimiyyət əsasən 

vasitəçilik funksiyalarına malik və Prezidentə tabe olan yuxarı 

icra orqanı - Hökumət  tərəfindən həyata keçirilir. Hökumət 

üzvləri Prezident tərəfindən təyin edilirlər və onun qarşısında 

fəaliyyətlərinə görə birbaşa məsuliyyət daşıyırlar.  



Яли Щясянов, Адил Вялийев

 

 



114 

13 illik (1998-2011-ci illər) fasilədən sonra Baş Nazir 

postu yenidən təsis edilmişdir və 28 may 2011-ci ildən etiba-

rən  Paskal Kupaki Benin Hökumətinə  rəhbərliyi həyata 

keçirir.  

Məhkəmə hakimiyyəti: Ölkədə məhkəmə hakimiyyəti – 3 

üzvü Prezident, 4 hakimi isə Parlament tərəfindən təyin olunan 

7 üzvdən ibarət  Konstitusiya Məhkəməsi  və hüquqi məsələlər 

yurisdiksiyası üzrə  ən yüksək instansiya sayılan, sədri Parla-

mentin və  Ədliyyə nazirinin tövsiyəsi ilə dövlət başçısı  tərə-

findən təyin edilən Ali Məhkəmə tərəfindən həyata keçirilir.  

Benin Respublikasının məhkəmə sisteminə Apelyasiya və 

birinci instansiya məhkəmələri də daxildir. 

 

 

 

 

 

 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

115 


BOLİVİYA 

 

 

 

Ümumi məlumat: 1530-cu illərdən etibarən Boliviya (Yu-

xarı Peru adı altında), Amerikadakı ispan müstəmləkə tor-

paqlarının tərkibinə daxil edilmişdir.  



Boliviya 1809-cu ildə  İspaniyadan müstəqilliyini elan 

etməsinə baxmayaraq, ispan silahlı qüvvələrinin ölkədən 

çıxarılmasına yalnız 1825-ci ildə nail olmuş  və  nəticədə  qəti 

olaraq dövlət müstəqilliyini əldə etmişdir.  



Cənubi Amerikada yerləşən Boliviya Respublikasının pay-

taxtı Sukre şəhəridir. 

Ölkənin ərazisi 1,098,581 km², əhalisi (2010) 10,907,778 

nəfərdir (əhali sıxlığı 8.9 nəfər/km²).  



Boliviyanın  rəsmi dili ispan, keçua, aymara, quarini  və 

digər 33 dildir.  

Dövlətin  İnsan  İnkişafı  İndeksi  -  0.663  - ortadır  (108-ci 

yer). 

Dövlət quruluşu: Məhdud hakimiyyətli prezident idarəet-

mə üsuluna malik respublikadır. Milli bayram günü olan müs-

təqillik günü (1825) 06 avqust qeyd olunur. Prezident Evo 

Morales  tərəfindən təklif edilmiş  və 29 yanvar 2009-cu il ta-

rixli referendumda 62% səslə  qəbul edilmiş ölkənin yeni 

Konstitusiyası iqtisadiyyatın hakim mövqeyə malik sektorla-

rına dövlətin nəzarətini təsbit edir, qaz ehtiyatları və digər təbii 

resursları milli sərvət elan edir. Yeni Konstitusiya katolikliyin 

ölkədəki rəsmi din statusunu ləğv edərək yerli sakinlərin – 




Яли Щясянов, Адил Вялийев

 

 



116 

hinduların hüquqlarını əhəmiyyətli şəkildə genişləndirir. Habe-

lə ispan dili ilə yanaşı hindu xalqlarının bütün dillərinə dövlət 

dili statusu verilir. Bundan əlavə, yeni Konstitusiyaya görə öl-

kə parlamentində milli azlıqlardan ibarət qruplar üçün yerlər 

müəyyənləşdirilmiş, həmçinin hindu dillərinin ölkə boyu 

məcburi öyrənilməsi təsbit edilmişdir.  

İnzibati bölgüsü: Kantonları birləşdirən 12 əyalətdən iba-

rət 9 departamentə  (La-Pas, Koçabamba, Santa-Krus, Beni, 



Çukisaka, Oruro, Pando, Potosi və Tarixa) bölünür.  

Dövlət başçısı:  Mövcud Konstitusiyaya görə geniş  səla-

hiyyətlərə malik Prezident dövlət və hökumət başçısı, Silahlı 

Qüvvələrin Ali Baş Komandanıdır. Prezident ümumxalq səs-

verməsi yolu ilə 5 il müddətinə seçilir. Sadə  səs çoxluğu 

(50%-dən artıq)  əldə etmiş namizəd seçilmiş hesab edilir. 

Qalib müəyyən edilmədiyi təqdirdə  Parlament  hər iki palata-

nın birgə iclasında daha çox səs toplamış iki namizəddən birini 

Prezident seçir. 

 Prezident Konstitusiyanın və hüquqi dövlətin qarantı 

sayılır, bununla belə qanunvericilik təşəbbüsü hüququ ilə çıxış 

etməkdə  və dekretlər dərc etməkdə  səlahiyyətli olan dövlət 

başçısının qanunvericilik fəaliyyəti bir qədər məhduddur.  

Boliviya Prezidenti hər il Konqresə  ənənəvi müraciət 

ünvanlayır, dövlət büdcəsini Parlamentin müzakirəsinə təqdim 

edir, milli gəlirlərinin bölünməsinə  və vergi siyasətinin 

icrasına nəzarəti həyata keçirir. 

22 yanvar 2006-cı ildən etibarən Boliviyanın hazırkı, 

sayca 80-ci Prezidenti Evo Moralesdir (2009-cu ilin dekabr 



ayında keçirilmiş son Prezident seçkiləri nəticəsində Morales 

63 % səs toplayaraq yenidən dövlət başçısı seçilmişdir).   

 Ölkənin vitse-prezidenti 22 yanvar 2006-cı ildən etibarən 

SNH-dən olan Alvaro Qarsiya Lineradır.  

Qanunverici hakimiyyət: Qanunverici orqan Milli Konq-

resdir. Konqres 2 palatadan - Senat (36 yer) və Nümayəndələr 


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə