Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə36/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   32   33   34   35   36   37   38   39   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



110 

Dövlətin Konstitusiyası 15 mart 1994-cü ildə qəbul edilmiş və 

24 noyabr 1996-cı ildə Konstitusiyaya dəyişikliklər edilərək 

Prezidentin hüquqları genişləndirilmişdir. 



İnzibati bölgüsü: 12 şəhər və 118 rayondan ibarət olan 6 

vilayətə (Brest, Bitebsk, Mogilyov, Minsk, Qrodno və Qomel) 

və Minsk paytaxt inzibati vahidliyinə bölünür.  

Dövlət başçısı: Mövcud Konstitusiyaya görə milli birliyin 

rəmzi, habelə dövlətin müstəqilliyinin və  təhlükəsizliyinin

Konstitusiyanın və  ərazi bütövlüyünün təminatçısı olan Bela-

rus Respublikasının Prezidenti dövlətin başçısı  və silahlı 

qüvvələrin ali baş komandanıdır.  

Çox geniş səlahiyyətlərə malik olan dövlət başçısı zərurət 

olduqda Parlamenti buraxa və yeni seçkilər təyin edə bilər. 17 

oktyabr 2004-cü ildə Konstitusiyaya edilmiş son dəyişikliyə 

görə  Belarus Prezidenti seçilmək üçün limit aradan qaldırıl-

mışdır. Dövlət başçısının səlahiyyət müddəti 5 ildir.  

20 iyul 1994-cü ildən etibarən fasiləsiz olaraq Respub-

likaya rəhbərlik edən Aleksandr Lukaşenko, 19 dekabr 2010-cu 

ildə keçirilmiş növbəti Prezident seçkilərində böyük üstünlüklə 

qalib gələrək 4-cü müddətə Belarus Respublikasının dövlət 

başçısı seçilmişdir.  



Qanunverici hakimiyyət:  Belarusun  nümayəndəli qanun-

verici orqanı sayılan Milli Məclis iki palatadan: Nümayəndələr 



Palatasından  və Respublika Şurasından ibarətdir. Səlahiyyət 

müddəti 4 ildir. Nümayəndələr palatası (Aşağı Palata) 110 de-

putatdan ibarətdir.  Respublika  Şurası (Yuxarı Palata)  ərazi 

təmsilçiliyi palatası hesab olunur və tərkibinə 64 deputat daxil-

dir (hər vilayətdən 8 üzv, 8 üzv isə Prezident tərəfindən təyin 

olunur).  

Nümayəndələr Palatası qanunların qəbulu, ölkədə Prezi-

dent seçkilərinin təyin edilməsi, Baş nazirin təyinatı üçün Pre-

zidentə razılıq verilməsi, Hökumətə etimadsızlıq göstərilməsi 

və digər mühüm səlahiyyətlərə malikdir.  




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

111 


23 sentyabr 2012-ci ildə ali qanunvericilik orqanına keçi-

rilmiş son seçkilərin nəticələrinə  əsasən Parlamentin (Nüma-



yəndələr Palatası) indiki tərkibi aşağıdakı sıralama qaydasında 

formalaşmışdır: 



Müstəqil deputatlar (əsasən icra hakimiyyəti orqanlarının 

və digər dövlət müəssisələrinin rəhbərləri)- 105, 

Belarus Kommunist Partiyası – 3 yer,  

Belarus Aqrar Partiyası – 1 yer,  

Əmək və Ədalət Respublika Partiyası – 1. 

Bütövlükdə isə Belarusda fəaliyyət göstərən əsas partiya-

lar aşağıdakılardır: 

Aqrar Partiya, 

Belorus Sosial-Demokrat Partiyası (Xalq Qramadası),  

Ədalətli Dünya Partiyası (keçmiş Belarus Kommunistləri 

Partiyası), 

Belarus Xalq Cəbhəsi Partiyası, 

Belorus Kommunist Partiyası, 

Əmək və Ədalət Respublika Partiyası və s.. 

İcraedici hakimiyyət:  Hökumət  Nazirlər  Şurası  və ona 

rəhbərlik edən Baş nazir tərəfindən həyata keçirilir. Hökumətin 

başçısı  Aşağı Palatanın razılığı ilə  Prezident  tərəfindən təyin 

olunur. 


Nazirlər Şurası öz fəaliyyətinə görə dövlət başçısına hesa-

bat verir və ölkə  Parlamenti qarşısında kollektiv məsuliyyət 

daşıyır.  

28 dekabr 2010-cu ildən etibarən ölkənin hazırkı, sayca 7-

ci Baş naziri Mixail Myasnikoviçdir. 

Məhkəmə hakimiyyəti:  Mövcud Konstitusiyaya əsasən 

ərazi və ixtisaslaşma prinsipləri  əsasında qurulur. Dövlətdə 

normativ aktların Konstitusiyaya uyğunluğuna nəzarət edən, 

altı üzvü Prezident tərəfindən təyin edilən, digər altı hakimi isə 



(hakimlərin səlahiyyət müddəti 11 ildir) Respublika Şurası tə-

rəfindən seçilən Konstitusiya Məhkəməsi Belorus Respublika-

sında məhkəmə hakimiyyətinin həyata keçirilməsində səlahiy-

yətlidir. 




Яли Щясянов, Адил Вялийев

 

 



112 

BENİN RESPUBLİKASI 

 

 

 

 

Ümumi məlumat: İndiki Benin Respublikasının ərazisində 

avropalı müstəmləkəçilərin peyda olmalarına qədər erkən 

feodal krallığı mövcud olmuşdur. 1893-cü ildən etibarən 



Dahomey adı altında  Fransanın torpaqları sayılan Benin, 

1960-cı ildə öz müstəqilliyini elan etmişdir. 

Qərbi Afrikada yerləşən  Benin Respublikasının paytaxtı 

Porto-Novo şəhəridir. 

Ölkənin  ərazisi 112,622 km², əhalisi  (2012) 9,598,787 

nəfərdir (əhali sıxlığı 78.1 nəfər/km²).  

Beninin rəsmi dövlət dili fransız dilidir.  

Dövlətin İnsan İnkişafı İndeksi 0.427 - aşağıdır (167-ci 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident 

idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü 

olan müstəqillik günü (1960) 01 avqust tarixində qeyd olunur. 

Ölkə Konstitusiyası 02 dekabr 1990-cı ildən qüvvədədir.  



İnzibati bölgüsü: Benin Respublikası 77 kommunadan 

ibarət olan 12 departamentə (Alibori, Atakora, Kollinz, Kuffo, 



Plato, Zu, Ueme, Mono, Litoral, Donqa, Borqu və Atlantik ) 

bölünür.  



Dövlət başçısı:  Prezident ümumxalq səsverməsi yolu ilə

iki dəfədən artıq olmamaq şərti ilə, 5 il müddətinə seçilir. 

Mövcud Konstitusiyaya görə azı 10 il Benində yaşamış, 40-70 

yaşları arasında olan ölkə  vətəndaşlarının dövlət başçısı 

seçilmək hüququ vardır. 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə