Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə41/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   37   38   39   40   41   42   43   44   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

127 


CƏNUBİ SUDAN 

 

 

 

 

Ümumi məlumat: 9-15 yanvar 2011-ci il tarixlərində Su-

danın cənub ərazisinin gələcək taleyi ilə bağlı keçirilmiş refe-

rendumun nəticələrinə  əsasən, cənubluların böyük əksəriyyəti 

müstəqil dövlət yaradılmasının lehinə səs vermişlər. 

09 iyul 2011-ci ildə Sudan Respublikası tərəfindən müstə-

qilliyi rəsmi  şəkildə tanındıqdan sonra, hazırda BMT üzvü 

olan  ən gənc dövlət - Cənubi Sudan öz müstəqilliyini elan 

etmişdir. 

Afrika  qitəsində yerləşən  Cənubi Sudan Respublikasının 

paytaxtı Cuba şəhəridir. 

Ölkənin  ərazisi 619,745 km², əhalisi  (2008) 8,260,490 

nəfərdir (əhali sıxlığı 13,33 nəfər/km²).  

Ölkənin rəsmi dili ingilis dilidir. 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik federativ respublikadır. Milli bayram günü 

olan müstəqillik günü (2011) 09 iyul tarixində qeyd olunur. 

Ölkə Konstitusiyası 2011-ci ilin iyul ayından qüvvədədir.  



İnzibati bölgüsü: Üç region üzrə (Ekvatoriya -3, Bəhr əl-

Qəzəl- 4 və yuxarı Nil -3 vilayət) 76 dairədən ibarət olan 10 

ştata  (Varab, Yuxarı Nil, Şərqi Ekvatoriya, Conqli, Qərbi 



Ekvatoriya, Qərbi Bəhr-el-Qəzəl, Qərbi Yuxarı Nil, Göl, 

Şimali Bəhr-əl-Qəzəl və Mərkəzi Ekvatoriya) bölünür.  

Dövlət başçısı:  Dövlətin və Hökumətin başçısı, eyni 

zamanda silahlı qüvvələrin ali baş komandanı sayılan Cənubi 




Яли Щясянов, Адил Вялийев

 

 



128 

Sudan Respublikasının Prezidenti ümumxalq səsverməsi yolu 

ilə seçilir.  

Dövlətin idarə edilməsində bilavasitə  iştirak edən  vitse-



prezidenti (09 iyul 2011-ci ildən etibarən Rik Maçaradır)  və 

Hökumət üzvlərini təyin edən ölkə  Prezidenti, eyni zamanda 

dünya birliyi dövlətləri arasında  ən gənc respublika olan 

Cənubi Sudanın ali təmsilçisi olaraq, xarici siyasət kursunun 

formalaşmasında müstəsna səlahiyyətlərə malikdir.  

Cənubi Sudanın ilk və hazırkı  Prezidenti 11-15 aprel 

2010-cu il tarixlərində keçirilmiş Prezident seçkiləri nəticə-

sində 93% səs toplayaraq qalib gəlmiş Salva Kiir Mayarditdir.  

Qanunverici hakimiyyət:  2011-ci ildən fəaliyyətə başla-

mış  Milli Assambleya:  Ştatlar  Şurasından (Yuxarı Palata)  



Milli Qanunvericilik Assambleyasından (Aşağı Palatanın 

spikeri 9 iyul 2011-ci ildən etibarən Ceyms İqqadır) ibarət iki 

palatalı Parlamentdir.  



Milli Assambleya ənənəvi qanunvericilik səlahiyyətləri ilə 

yanaşı, Milli Dövlət İcrasına nəzarət, Milli Hökumətin fəaliy-

yət proqramının və planlarının təsdiq edilməsi, illik dövlət 

büdcəsinin müzakirəsi və  təsdiqi, beynəlxalq müqavilələrin, 

konvensiyaların və sazişlərin ratifikasiyası, habelə  bəzi təyi-

natları və digər mühüm funksiyaları həyata keçirir.  

2010-cu ilin aprelində keçirilmiş son Parlament seçkiləri 

nəticəsində Milli Qanunvericilik Assambleyasında təmsil olun-

maq hüququ əldə etmiş ölkənin iki əsas siyasi partiyaları 

aşağıdakılardır:

 

 

NASO (93%); 



Demokratiya Uğrunda Sudan Milli azadlıq Hərəkatı (7%). 

Məhkəmə hakimiyyəti: Cənubi Sudan Respublikasının ən 

yüksək məhkəmə instansiyası olaraq, hakimiyyətin müstəqil 

qollarından biri sayılan  məhkəmə sisteminə ümumi nəzarəti 

həyata keçirən və üzvləri dövlət başçısı tərəfindən təyin edilən 



Ali Məhkəmədir. 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

129 


ÇAD 

 

 

 

 

Ümumi məlumat:  X  əsrdən etibarən indiki Çadın  ərazi-

sində bir sıra erkən feodal dövlətləri mövcud olmuşdur. 1890-

cu ildə fransız müstəmləkəçiləri ölkə  ərazisinin işğalına baş-

lamış və bu proses 1914-cü ildə tam olaraq başa çatdırılmışdır.  

1960-cı ildə Çad dövlət müstəqilliyini elan etmişdir.  



Mərkəzi Afrikada yerləşən  Çad Respublikasının paytaxtı 

Ncamena şəhəridir. 

Ölkənin ərazisi 1,284,000 km², əhalisi (2009) 10,329,208 

nəfərdir (əhali sıxlığı 8,0 nəfər/km²).  

Çadın rəsmi dövlət dili fransız və ərəb dilləridir. 

Dövlətin İnsan İnkişafı İndeksi 0.328  aşağıdır (183-cü 



yer). 

Dövlət quruluşu:  Məhdud  hakimiyyətli  prezident idarə-

etmə üsuluna malik respublikadır. Milli bayram günü olan 

müstəqillik Günü (1960) 11 avqust tarixində qeyd olunur. 

Ölkə Konstitusiyası 31 mart 1996-cı ildən qüvvədədir.  



İnzibati bölgüsü: 22 regiona (Batxa, Çari-Baqirmi, 

Xacer- Lamis, Vadi-Fera, Bəhr-əl Qəzəl, Borku, Ennedi, Qera, 

Kanem, Lak, Qərbi Loqon, Şərqi Loqon, Salamat, Sila və s.) 

bölünür. 



Dövlət başçısı:  Dövlətin başçısı  və silahlı qüvvələrin ali 

baş komandanı olan Prezident qüvvədə olan Konstitusiyaya 

edilmiş 6 iyun 2005-ci il tarixli düzəlişinə əsasən birbaşa seç-

kilərdə gizli səsvermə sistemi üzrə, məhdudiyyətsiz sayda 5 il 

müddətinə seçilir. 



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə