Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə44/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   40   41   42   43   44   45   46   47   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



138 

EKVADOR 

 

 

 

 

 

Ümumi məlumat:  XVI  əsrin 30-cu illərindən XIX əsrin 

əvvəllərinə  qədər indiki  Ekvador  ərazisi ispan müstəmləkə 

imperiyasının tərkibinə daxil olmuşdur. 1822-ci ildə, müstəqil-

lik uğrunda mübarizədən sonra Kito (ölkənin tarixi adı) vila-

yəti  Böyük Kolumbiyanın  tərkibinə daxil olmuş, 1830-cu ildə 

isə müstəqil dövlət elan edilmişdir.  

Cənubi Amerikanın  şimal-qərb hissəsində  yerləşən  Ekva-

dor Respublikasının paytaxtı Kito şəhəridir. 

Ölkənin  ərazisi 258,238 km², əhalisi  (2011) 15,223,680 

nəfərdir (əhali sıxlığı 58,95  nəfər/km²).  

Ekvadorun  rəsmi dövlət dili ispan dilidir. 

Dövlətin İnsan İnkişafı İndeksi 0.720 - yüksəkdir (83-cü 



yer). 

Dövlət quruluşu: Məhdud hakimiyyətli prezident idarəet-

mə üsuluna malik  respublikadır. Milli bayram günü olan müs-

təqillik günü (1822) may ayının 24-də qeyd olunur. Ölkənin 

Yeni Konstitusiyası 2008-ci ilin sentyabrından qüvvədədir.   



İnzibati bölgüsü: 24  əyalətə (Asuay, Bolivar, Qalapaqos, 

Quayas, İmbabura, Kanyar, Karçi, Kotopaksi, Los-Rios, Loxa, 

Manabi, Morona-Santyaqo, Napo, Opelyana, Piçinça, Pasta-

sa, Samora-Çinçipe, Santa-Elena, Esmeraldas və s.)  və  Kito 

paytaxt vilayətinə bölünür.   



Dövlət başçısı: Ümumxalq səsverməsi yolu ilə, ardıcıl iki 

dəfədən çox olmamaqla 4 il müddətinə seçilən Prezident döv-




ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

139 


lətin və hökumətin başçısıdır. Müxtəlif sahələr üzrə 28  nazir-

liyi birləşdirən yuxarı icra orqanını - Nazirlər Kabinetini  

Prezident formalaşdırır və təyin edir.  

İcra hakimiyyətinin həyata keçirilməsində dövlət baş-

çısına vitse-prezident (15 yanvar 2007-ci ildən etibarən Lenin 

Morenodur) köməklik edir. 

Dövlət başçısı Milli Assambleyaya iqtisadi məsələlər üzrə 

təcili qanun layihələri təqdim etmək səlahiyyətinə malikdir. 

Mövcud Konstitusiyaya görə, 30 gün müddətində Parlament 

bu layihələri müzakirə  və  qəbul etmədiyi təqdirdə, Prezident 

həmin məsələyə müvafiq  dekret-qanun dərc edə bilər.   

Ölkənin hazırkı, sayca 55-ci Prezidenti 15 yanvar 2007-ci 

ildən etibarən  PAİS Alyansının lideri Rafael Korreadır (17 



fevral 2013-cü ildə keçirilmiş sonuncu prezident seçkilərində 

Korrea 57.17% səslə qalib gələrək ardıcıl olaraq 3-cü dəfə  

dövlət başçısı seçilmişdir).  

Qanunverici hakimiyyət:    Milli Konqresi əvəz edən və 

2009-cu ildən qanunvericilik hakimiyyətini həyata keçirən 

birpalatalı 137 yerlik Milli Assambleyadır. Ekvador Konstitu-

siyasına əsasən 18 yaşına çatmış və siyasi hüquqlar əldə etmiş  

ölkə vətəndaşları  Parlamentə seçilmək imkanı əldə edirlər.  

Milli Assambleyada qanunlar adətən deputatların sadə səs 

çoxluğu ilə qəbul edilir. Prezident qəbul olunmuş qanun layi-

həsinə veto qoymaq hüququna malik olsa da, Parlamentin 2/3 

səs çoxluğu ilə bu vetonu dəf etmək  səlahiyyəti Konstitusiya 

ilə təsbit edilmişdir.  

Qanunvericilik səlahiyyətləri ilə yanaşı,  Ekvador Parla-



menti illik dövlət büdcəsinin müzakirəsi və təsdiqi, beynəlxalq 

müqavilələrin və sazişlərin ratifikasiyası, habelə bir sıra digər 

funksiyaları da həyata keçirir.  

26 aprel 2009-cu ildən etibarən Milli Assambleyanın sədri 



PAİS Alyansının təmsilçisi  Fernando Cordero Quevodur.  


Яли Щясянов, Адил Вялийев

 

 



140 

17 fevral 2013-cü ildə keçirilmiş son parlament seçkiləri 

nəticəsində Milli Assambleyada mandat əldə etmiş əsas siyasi 

partiyalar:  



 PAİS Alyansı – (91 yer, lideri Rafael Korrea), 

GREO – (12 yer, lideri Çezar Monqe), 

21 Yanvar Vətənpərvər Cəmiyyət Partiyası – (6 yer, lideri 

Lusio Quterres), 

Sosial-Xristian Partiyası –  6 yer, 

CONAİE (Hindu xalqlarının konfederasiyası)– 6 yer, 

Partido Avanza – 5 yer, 

Ekvador Roldosist Partiyası – 1 yer, 

Müstəqillər – 3 yer. 

Məhkəmə hakimiyyəti: Ölkədə məhkəmə hakimiyyəti 9 il 

müddətinə seçilən 21 hakimdən ibarət  Milli Məhkəmə, 9 

hakimdən ibarət  Konstitusiya Tribunalı,  habelə  hər biri 3 

hakimdən ibarət olan 5 palatalı  Ali Məhkəmə  və digər 

ixtisaslaşmış məhkəmələr tərəfindən həyata keçirilir. 

 

 



 

 

 

 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

141 


EKVATORİAL QVİNEYA 

 

 

     


 

 

Ümumi məlumat:  1492-ci ildə portuqal ekspedisiyasının 

kəşf etdiyi Ekvatorial Qvineyanın indiki ərazisi, 1592-ci ildən 

Portuqaliyanın müstəmləkəsinə çevrilmişdir. 1877-1878-ci il-

lərdə ölkənin adalar hissəsi, 1900-cu ildə isə kontinental hissə 



İspaniya tərəfindən işğal edilmişdir. 

 1968-ci  ildə  Ekvatorial Qvineya Respublikası  müstəqil-

liyini elan etmişdir.  

Mərkəzi Afrikada yerləşən Ekvatorial Qvineyanın paytaxtı 

Malabo şəhəridir. 

Ölkənin  ərazisi 28,050 km², əhalisi  (2009) 676,000 nə-

fərdir (əhali sıxlığı 24,1 nəfər/km²).  

Ekvatorial Qvineyanın  rəsmi dövlət dili ispan, fransız və 

portuqal dilləridir. 

Dövlətin  İnsan  İnkişafı  İndeksi  -  0.537 - ortadır  (136-cı 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1968) oktyabr ayının 12-də qeyd olunur. 

Ölkə Konstitusiyası 17 noyabr 1991-ci ildən qüvvədədir.  



İnzibati bölgüsü: İkisi Bioko və biri Annobon adalarında 

yerləşən 7 əyalətə  (Annobon,  Şimali Bioko, Cənubi Bioko, 



Mərkəzi-Sur, Ke-Ntem, Litoral və Vele-Nzas) bölünür.  

Dövlət başçısı:  Ümumxalq səsverməsi yolu ilə birbaşa 

seçkilərdə 7 il müddətinə seçilən Prezident, Ekvatorial Qvine-




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə