Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə47/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   43   44   45   46   47   48   49   50   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

149 


ƏFQANISTAN 

 

 

 

 



 

Ümumi məlumat:  Əfqanıstan  ərazisində ilk mərkəzləş-

dirilmiş – Durrani dövləti XVIII əsrin ortalarında təşəkkül 

tapmışdır. XIX-XX əsrlərdə baş vermiş ingilis-əfqan müha-

ribələri zamanı dövlətçiliyini qoruyub saxlamağa müvəffəq 

olmuş  Əfqanıstan,  1919-cu ildə  Britaniyanın  nəzarətindən 

azad olmuş və müstəqilliyini elan etmişdir. 

 1923-1973-cü  illərdə konstitusiyalı monarxiya, 1973-cü 

ildə isə Əfqanıstan Respublikası elan edilmişdir.  



Asiyanın cənub-qərb hissəsində yerləşən Əfqanıstan İslam 

Respublikasının paytaxtı Kabil şəhəridir. 

Ölkənin  ərazisi 647,500 km², əhalisi  (2012) 30,419,928 

nəfərdir (əhali sıxlığı 43,5 nəfər/km²).  

Əfqanıstanın rəsmi dili puştu və dari dilləridir

Dövlətin İnsan İnkişafı İndeksi 0.398 - aşağıdır (172-ci 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik islam respublikasıdır. Milli bayram günü 

olan müstəqillik günü (1919) avqust ayının 19-da qeyd olunur. 

Əfqanıstanın 160 maddədən ibarət yeni Konstitusiyası 04 

yanvar 2004-cü ildə qəbul edilmişdir. 

İnzibati bölgüsü: Rayonlardan ibarət olan 34 vilayətə (Bəğlan, 

Bədəxşan, Badğis, Bəlx, Bamiyan, Vərdək, Herat, Daykündi, 

Cövzcan, Zabul, paytaxt Kabil şəhəri, Qəndəhar, Fərah, Fəryab, 

Hilmənd, Xust, Kapisa, Kündüz, Künər, Qəzni, Qövr, Ləğman, 



Яли Щясянов, Адил Вялийев

 

 



150 

Lövgər, Nəngərhar, Nimruz, Nuristan, Pəktika, Pəktiya, Pəncşir, 

Pərvan. Səməngan, Səri-Pul, Təxar, Uruzqan) bölünür. 

Dövlət başçısı:  Əfqanıstanın birliyinin və suverenliyinin

təhlükəsizliyinin və  ərazi bütövlüyünün, ölkə Konstitusiyanın 

və qanunların aliliyinin, eləcə də vətəndaşların hüquq və azad-

lıqlarının ali təminatçısı sayılan  Prezident ümumxalq səsver-

məsi yolu ilə birbaşa və gizli seçkilərdə, ardıcıl iki dəfədən 

çox olmamaq şərti ilə, 5 il müddətinə seçilir.  

Mövcud Konstitusiyaya əsasən dövlətin idarə olunmasın-

da geniş səlahiyyətlərə malik olan dövlət başçısı Nazirlər Ka-



binetinə  rəhbərlik edir, Əfqanıstanı  ölkə daxilində  və beynəl-

xalq münasibətlərdə təmsil edir, nazirləri və digər ali vəzifəli 

şəxsləri Parlamentin razılığı ilə təyin və vəzifədən azad edir.  

Ölkə Prezidentinə dövlətin idarə edilməsində iki vitse-

prezident  (2009-cu ildən etibarən marşal Məhəmməd Fahim 

və 09 oktyabr 2004-cü ildən Məhəmməd Kərim Xəlili) ya-

xından köməklik edirlər.  

Eyni zamanda silahlı qüvvələrin ali baş komandanı sayı-

lan dövlət başçısının dövlət siyasəti sahəsindəki qərarları, o 

cümlədən ölkədə müharibə və sülhün elan edilməsi, fövqəladə 

vəziyyətin tətbiqi və milli silahlı qüvvələrin kontingentinin di-

gər dövlətlərə göndərilməsi qərarı Parlamentdə  təsdiq olun-

malıdır. 

 09 oktyabr 2004-cu ildən etibarən  Əfqanıstanın hazırkı, 

sayca 4-cü Prezidenti Həmid Karzaydır. 20 avqust 2009-cu il 

tarixində, taliblərin seçki günü həyata keçirdikləri 70-dən çox 

terror aktları ilə müşayiət olunan son Prezident seçkiləri 

nəticəsində  Həmid Karzay ardıcıl olaraq ikinci dəfə  qalib 

gələrək növbəti 5 il müddətinə ölkə Prezidenti seçilmişdir. 



Qanunverici hakimiyyət: Qüvvədə olan Konstitusiyaya 

əsasən  Parlament (Milli Məclis) iki palatadan – 102 yerlik 



Mişranu Cirqadan (Yuxarı Palata) və 249 yerlik Volesi 

Cirqadan  (Xalq Palatasına üzvlər birbaşa və ümumxalq 

səsverməsi yolu ilə 5 il müddətinə seçilirlər) ibarətdir.  


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

151 


Yuxarı Palatanın üzvlərinin 34-ü əyalət  şuralarının 4 il 

müddətinə seçilən nümayəndələrindən, 34 üzvü rayon şurala-

rının 3 il müddətinə seçilən təmsilçilərindən, digər 1/3 hissəsi 

isə Prezident tərəfindən 5 illik müddətə təyin olunan üzvlərdən 

ibarətdir. 

Ölkədə qanunların hazırlanması  və  qəbulu, beynəlxalq 

müqavilə və sazişlərin ratifikasiyası və Konstitusiya ilə müəy-

yən olunmuş digər qanunvericilik fəaliyyətini  Aşağı Palata 

həyata keçirir.  

Əfqanıstan ali orqanlarının dövlət idarəçilik strukturunda 

təmsilçilik hakimiyyətinin  ənənəvi orqanı  – Loya Cirqa (Ali 

Şura)  da fəaliyyət göstərir.  Loya Cirqanın  tərkibinə Parla-

mentin hər iki palatasının üzvləri, habelə əyalət və dairə şura-

larının sədrləri daxildir. Ali Şuranın işində həmçinin, səsvermə 

hüququ olmayan Kabinet üzvləri (nazirlər), Ali Məhkəmənin 

hakimləri və Hökumətin sədri iştirak edirlər. Bu orqanın ic-

lasları, bir qayda olaraq müstəqillik, milli suverenlik, ərazi bü-

tövlüyü, Konstitusiyaya düzəlişlərin edilməsi, habelə Prezi-

dentin məhkəmə  məsuliyyəti məsələləri ilə bağlı mühüm və 

taleyüklü qərarların qəbul edilməsi məqsədilə keçirilir.    

Ölkədə siyasi partiyalar de-yure fəaliyyət göstərsə  də, 

onların nümayəndələri Parlamentdə təmsil olunmurlar. 

İcraedici hakimiyyət: Nazirlər Kabinetinə rəhbərlik edən 

Prezident,  Parlamentin razılığı ilə  Kabinet  üzvlərini  (27 üzvdən 

ibarətdir) təyin edir. Hökumət ali qanunverici orqana qanun layi-

hələrini təqdim edir, normativlər və təlimatlar dərc edir, hər büdcə 

ilinin sonunda Parlament qarşısında hesabat verir, büdcə layihələrini 

və inkişaf proqramını hazırlayır, fövqəladə  vəziyyətdə  fərmanlar 

vasitəsi ilə qanunvericilik fəaliyyətini həyata keçirir.  

Əfqanıstan Hökumətinin hazırkı tərkibi 23 dekabr 2004-cü 

ildə formalaşmışdır. 

Məhkəmə hakimiyyəti: Ənənəvi Şəriət hüququnu və Av-

ropa hüquq məktəbinin əsas elementlərini özündə ehtiva edən 




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə