Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə55/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   51   52   53   54   55   56   57   58   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



178 

Dövlət başçısı:  Mövcud Konstitusiyaya görə ümumxalq 

səsverməsi yolu ilə 4 il müddətinə seçilən ölkə Prezidenti 



Komor Adaları Respublikasının milli və dini birliyinin rəmzi, 

milli müstəqilliyin, təhlükəsizliyin və  ərazi bütövlüyünün, in-

san hüquq və azadlıqlarının təminatçısı, dövlətin və hökumətin 

başçısı, habelə silahlı qüvvələrin ali baş komandanıdır. 

Prezidentliyə namizəd 3 adadan mürəkkəb, lakin şəffaf 

seçki sisteminə  əsaslanan növbəlilik prinsipi ilə irəli sürülür. 

Prezidentin rəhbəri olduğu Hökumətin tərkibi də 3 adanın hər 

birindən proporsional şəkildə formalaşır.  

Geniş  səlahiyyətlərə malik olan 3 vitse-prezident dövlət 

başçısına Komor Adalarının daxili və xarici siyasətinin həyata 

keçirilməsində müxtəlif sahələr üzrə köməklik göstərir. 

26 may 2011-ci il tarixindən etibarən  Komor Adaları 



Respublikasının hazırkı, sayca 15-ci dövlət başçısı,  Prezident 

Partiyasının (Baobab) nümayəndəsi olan İkililu Duanindir.   

Qanunverici hakimiyyət: Bir palatalı  Komor  İttifaqı As-

sambleyası 33 deputatdan ibarətdir. Parlamentə 18 üzv majo-

ritar qaydada iki turdan ibarət olan seçkilərdə mandat əldə 

edir, 15 deputat isə 3 adanın kifayət qədər geniş səlahiyyətlərə 

malik olan regional assambleyaları  tərəfindən təyin olunur. 



Assambleyanın deputatlarının səlahiyyət müddəti 5 ildir.  

Ölkədə ali qanunverici hakimiyyət ənənəvi qanunvericilik 

funksiyalarını  (qanunların hazırlanması  və  qəbul edilməsi) 

yerinə yetirməkdə səlahiyyətli olan Parlament və fəaliyyətinə 



Komor  İttifaqı Assambleyasının  nəzarət etdiyi yuxarı icra 

orqanı sayılan Hökumət tərəfindən həyata keçirilir.  

06-20 dekabr 2009-cu il tarixlərində keçirilmiş sonuncu 

Parlament seçkiləri nəticəsində Komor İttifaqı Assambleyasına 

mandat əldə etmiş ölkənin əsas siyasi partiyaları: 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

179 


Prezident Partiyası (Baobab) – (16 yer), 

Prezidentin Müttəfiqləri – (3 yer), 

Müxalifət – (5 yer),  

Regional Assambleyaların Nümayəndələri - (9 yer). 

Məhkəmə hakimiyyəti: 2 üzvü ölkə Prezidenti tərəfindən 

təyin edilən, 2 üzvü Komor  İttifaqı Assambleyasında seçilən, 

hər adadan bir hakimlə  təmsil olunan və  nəhayət sabiq 

prezidentlərin yer aldığı  ən yüksək məhkəmə instansiyası 

sayılan Ali Məhkəmə tərəfindən həyata keçirilir. 

 

 



 

 

 




Яли Щясянов, Адил Вялийев

 

 



180 

KONQO RESPUBLİKASI 

 

 

   


 

 

Ümumi məlumat:  Artıq X-XIII əsrlərdə Konqo çayının 

hövzəsində meydana gəlmiş erkən dövlət birləşmələri XVI 

yüzilliyin sonlarına qədər mövcud olmuşdur. XIX əsrin sonla-

rında müasir Konqo Respublikasının  ərazisi fransız müstəm-

ləkəçiləri tərəfindən zəbt edilmiş və yalnız 1960-cı ildə Konqo 

dövlət müstəqilliyini əldə etmişdir.   

Mərkəzi Afrikada yerləşən  Konqo Respublikasının pay-

taxtı Brazzavil şəhəridir. 

Ölkənin  ərazisi 342,000 km², əhalisi  (2010) 4,366,266 

nəfərdir (əhali sıxlığı 12,8  nəfər/km²).  



Konqo Respublikasının rəsmi dövlət dili fransız dilidir

Dövlətin  İnsan  İnkişafı  İndeksi  -  0.533 - ortadır  (137-ci 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik  Respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1960) avqust ayının 15-də qeyd olunur. 

Konqo Respublikasının Konstitusiyası 20 yanvar 2002-ci ildə 

qəbul edilmişdir.  



İnzibati bölgüsü: 11 departamentdən (Buenza, Qərbi Kyu-

vet, Kuilu, Kyuvet, Lekumu, Likuala, Niari, Plato, Pul, Puent-

Nuar və Sanqa) və paytaxt Brazzavil şəhərindən ibarətdir.  


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

181 


Dövlət başçısı:  Ölkə  vətəndaşları  tərəfindən ardıcıl iki 

dəfədən çox olmamaq şərti ilə, 7 illik müddətə seçilən  Pre-



zident – Konstitusiyanın, hüquqi dövlətin milli müstəqilliyinin, 

təhlükəsizliyinin və  ərazi bütövlüyünün ali təminatçısı, döv-

lətin və hökumətin başçısı, habelə silahlı qüvvələrin ali baş 

komandanıdır.  Hökumətə  rəhbərliyi həyata keçirən ölkə  Pre-



zidenti  formalaşdırdığı Kabinetin üzvlərini  təyin və azad 

etmək səlahiyyətlərinə malikdir.  

İcra hakimiyyəti ilə yanaşı, dövlət başçısı Parlamentlə 

birlikdə qanunvericilik hakimiyyətini də həyata keçirir.  

25 oktyabr 1997-ci ildən ölkəyə hazırkı, sayca 5-ci 

Prezident Deni Sassu Nqessu rəhbərlik edir (12 iyul 2009-ci il 



tarixində keçirilmiş sonuncu Prezident seçkiləri nəticəsində 

Deni Nqessu 78.6% səs toplayaraq qalib gəlmiş  və növbəti 

dəfə dövlət başçısı seçilmişdir). 

 Qanunverici hakimiyyət: Ümumi səsvermə yolu ilə bir-

mandatlı seçki dairələrindən 5 il müddətinə seçilən 153 yerlik 

Milli Məclisdən  və 12 departamentin hər birindən 6 nəfər 

olmaqla, yerli və regional şuralar tərəfindən 6 il müddətinə 

seçilən 72 yerlik Senatdan ibarət iki palatalı Parlamentdir.  

Senatın (Yuxarı Palata) tərkibinin 1/3-i növbəlilik prinsipi 

ilə hər iki ildən bir dəyişir. Senatorlar mütləq Konqo vətəndaşı 

olmalıdır və onların aşağı yaş həddi 50-dən az olmamalıdır.  

Parlamentin hər iki palatası öz səlahiyyətləri çərçivəsində 

qanunvericilik fəaliyyətini həyata keçirməklə yanaşı, mövcud 

Konstitusiya ilə nəzərdə tutulmuş digər funksiyaları da yerinə 

yetirirlər.  

15 iyul (1-ci tur)  və 29 iyul (2-ci tur) 2012-ci il tarix-

lərində  Milli Assambleyaya keçirilən seçkilər nəticəsində 

ölkənin əsas siyasi partiyası olan Konqoleziya Əmək Partiyası 




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə