Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə63/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   59   60   61   62   63   64   65   66   ...   225

Яли Щясянов, Адил Вялийев

 

 



208 

MALAVİ RESPUBLİKASI 

 

  

 



 

Ümumi məlumat:  1891-ci ildən 1964-cü ilə  qədər olan 

dövr ərzində Nyasalend adı altında Böyük Britaniyanın protek-

toratı olmuş  Malavi Birləşmiş Krallığın  tərkibində 1964-cü 

ildən müstəqil dövlətdir.  



Afrikanın cənub-şərq hissəsində yerləşən Malavi Respub-

likasının paytaxtı Lilonqve şəhəridir. 

Ölkənin  ərazisi 118,484 km², əhalisi  (2010) 14,901,000 

nəfərdir (əhali sıxlığı 128.8 nəfər/km²).  

Malavi Respublikasının rəsmi dövlət dili ingilis  nyanca 

dilləridir

Dövlətin İnsan İnkişafı İndeksi 0.400 – aşağıdır (171-ci 

yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik federativ respublikadır. Milli bayram günü 

olan müstəqillik günü (1964) 06 iyul tarixində qeyd olunur. 

Ölkə Konstitusiyası  16 may 1994-cü ildə  qəbul edilmişdir 



(1995-ci ildən qüvvədədir).  

İnzibati bölgüsü: 3 regionun (Şimali, Mərkəzi və Cənubi) 

tərkibində 28 əyalətdən  (Dedza, Doua, Kasunqu, Lilonqve, 



Mçinci, Nxotakota, Nitçeu, Ntçisi, Salima, Çitipa, Karonqa, 

Likoma və s.) ibarətdir.  

Dövlət başçısı: Malavinin milli birliyinin rəmzi, Konstitu-

siyanın, milli müstəqilliyin və ərazi bütövlüyünün təminatçısı, 

dövlət və hökumət başçısı, eyni zamanda silahlı qüvvələrin ali 



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

209 


baş komandanı sayılan Prezident ümumi və birbaşa səsvermə 

yolu ilə, 5 illik müddətə seçilir.  

Mövcud Konstitusiyaya uyğun olaraq, Malavi Federativ 

Respublikasının vitse-prezidentini (13 aprel 2012-ci ildən 



etibarən Xumbo Kaşalidir)  və  Hökumət üzvlərini təyin edən 

ölkə Prezidenti zərurət yarandığı hallarda ikinci vitse-

prezidenti təyin etməkdə də səlahiyyətlidir.  

İcraedici hakimiyyət  Prezident  və onun qarşısında kol-

lektiv məsuliyyət daşıyan Nazirlər Kabineti tərəfindən həyata 

keçirilir. Kifayət qədər geniş səlahiyyətlərə malik olan dövlət 

başçısı dövlət  əhəmiyyətli mühüm qərarların qəbul olunduğu 

Kabinetin iclaslarına özü sədrlik edir.   

Malavi Respublikasının hazırkı, sayca 4-cü Prezidenti 07 

aprel 2012-ci ildən etibarən xanım Coys Bandadır.  

Qanunverici hakimiyyət:  193 yerlik bir palatalı  Milli 

Məclisdir. 1994-cü ildən çoxpartiyalı sistemin mövcud olduğu 

Malavidə Parlamentə deputatlar majoritar sistem üzrə 5 illik 

müddətə seçilirlər.  

Qanunların hazırlanması və qəbulu, dövlət büdcəsinin mü-

zakirəsi və təsdiq edilməsi, beynəlxalq müqavilə və sazişlərin 

ratifikasiyası və s. mühüm məsələlərdə səlahiyyətli orqan sayı-

lan  Parlament qanunvericilik hakimiyyətini  Hökumətlə bir-

likdə həyata keçirir.  

15 iyun 2009-cu ildən etibarən Malavi Respublikası Par-

lamentinin sədri Henri Çimuntu Bandadır

 2009-cu ilin may ayında keçirilmiş son Parlament seçki-

ləri nəticəsində qalib gəlmiş ölkənin əsas siyasi partiyaları: 



Demokratik İnkişaf Partiyası (114 deputat), 

Malavi Konqres Partiyası (26 deputat), 

Birləşmiş Demokratik Cəbhə (17 deputat), 

Digər partiyaların nümayəndələri (4 deputat), 

Müstəqillər (32). 


Яли Щясянов, Адил Вялийев

 

 



210 

Məhkəmə hakimiyyəti:  Malavinin  məhkəmə-hüquq sis-

temi, ingilis ümumi hüquq sisteminin elementlərinə və Afrika 

hüquq sisteminə (ailə-nikah, vərəsəlik, torpaq məsələləri və s.) 

əsaslanır.  

Ölkədə  məhkəmə hakimiyyəti sədri Parlamentin razılığı 

ilə Prezident tərəfindən təyin edilən və  ən yüksək məhkəmə 

instansiyası sayılan  Apelyasiya Məhkəməsi,  habelə   Ali 

Məhkəmə,  magistrat və yerli məhkəmələr tərəfindən həyata 

keçirilir.  



 

 

 

 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

211 


MALDİV RESPUBLİKASI 

 

 

 



 

Ümumi məlumat: XII əsrdən etibarən müstəqil sultanlıq, 

1887-1965-ci illər ərzində isə Böyük Britaniyanın protektoratı 

olmuş  Maldiv 1965-ci ilin iyul ayında müstəqilliyini elan et-

mişdir (1968-ci ildən respublikadır).  



Hind Okeanının  şimal-qərb  hissəsində yerləşən  Maldiv 

Respublikasının paytaxtı Male şəhəridir. 

Ölkənin  ərazisi 298 km², əhalisi  (2012) 328,536 nəfərdir 



(əhali sıxlığı 1.102.5 nəfər/km²).  

Maldiv Respublikasının rəsmi dövlət dili maldiv dilidir

Dövlətin  İnsan  İnkişafı  İndeksi  -  0.661 – ortadır  (109-cu 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1965) iyul ayının 26-da qeyd olunur. Ölkə 

Konstitusiyası 07 avqust 2008-ci ildən qüvvədədir.  



İnzibati bölgüsü:  Paytaxt  Male    20 adalar qrupundan 

ibarət olan 8 regiona (Uzaq Şimal, Şimal, Mərkəzi-Şimal, Mər-



kəzi, Mərkəzi-Cənub, Cənub, Uzaq Cənub və Paytaxt) bölünür.  

Dövlət başçısı: Dövlət və hökumət başçısı olan Prezident 

ölkə Parlamenti tərəfindən seçilir. Lakin Prezidentliyə 

namizəd  şəxs ilk növbədə ümumxalq referendumunda təsdiq 

edilməli və  ən azı 51% səs toplamalıdır. Prezidentin ümumi 

səlahiyyət müddəti qeyri-məhduddur.  

Tərkibi Parlamentin deputatlarından və dövlət qulluqçu-

larının korpusundan təşkil olunan Nazirlər Kabinetinə Prezi-



Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə