Яли Щясянов, Адил Вялийев
166
İnzibati bölgüsü: 10
regiona (Adamava, Şimal, Uzaq
Şimal, Şimal-Qərb, Qərb, Şərq, Cənub, Cənub-Qərb, Mərkəzi,
Sahilyanı) bölünür.
Dövlət başçısı: Konstitusiyaya edilmiş 2008-ci il düzəli-
şinə əsasən Kamerun Respublikasının Prezidenti birbaşa seç-
kilərdə sadə səs çoxluğu sistemi üzrə, qeyri-məhdud sayda 7 il
müddətinə seçilir. Dövlət başçısı statusuna malik olan və ölkə-
də çox geniş səlahiyyətlərə malik olan Prezident, eyni za-
manda Silahlı Qüvvələrin ali baş komandanıdır.
Kamerun Prezidenti, Baş nazir də daxil olmaqla bütün
səviyyələrdə dövlətin vəzifəli şəxslərini, məhkəmə korpusunun
bütün hakimlərini, əyalət qubernatorlarını təyin edir, ölkəni
daxildə və xaricdə təmsil edir, habelə Kamerun Respublikası-
nın adından apardığı ikitərəfli və çoxtərəfli danışıqlar müstə-
visində beynəlxalq saziş və müqavilələri imzalayır.
6 noyabr 1982-ci ildən etibarən ölkə Prezidenti Pol Biya-
dır (09 oktyabr 2011-ci ildə keçirilmiş Prezident seçkilərində
P.Biya 78% səslə qalib gələrək yenidən dövlət başçısı seçil-
mişdir).
Qanunverici hakimiyyət: Birpalatalı, 180 yerlik Milli
Məclisdir. Parlamentə nümayəndələr proporsional nümayəndə-
lik sistemi üzrə 49 seçki dairəsindən 5 illik müddətə seçilirlər.
Milli Məclis deputatların böyük səs çoxluğu ilə qanunları
qəbul edir, illik dövlət büdcəsini müzakirə və təsdiq edir,
beynəlxalq müqavilələri ratifikasiya edir, bəzi təyinatları və
istisnasız olaraq ali qanunvericilik hakimiyyətinin digər
funksiyalarını həyata keçirir.
Kamerun Xalq Demokratik Hərəkat Partiyasının üzvü
Kavae Veque Cibrel 1992-ci ildən etibarən Kamerun Milli
Məclisinin sədridir.
2007-ci ilin 22 iyul - 30 sentyabr tarixlərində keçirilmiş
Parlament seçkiləri nəticəsində Milli Məclisdə təmsil olunan
əsas siyasi partiyalar:
ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
167
Kamerun Xalq Demokratik Hərəkat Partiyası (153 yer),
Sosial Demokratik Cəbhə (16 yer),
Milli Demokratiya və İnkişaf Birliyi (6 yer),
Kamerun Demokratik İttifaqı (4 yer),
Tərəqqi Hərəkatı (1 yer).
İcraedici hakimiyyət: Hökumətə (Nazirlər Kabineti)
Prezidentin təyin etdiyi Baş nazir rəhbərlik edir. Ölkənin da-
xili və xarici siyasət kursunu müəyyənləşdirən Nazirlər Ka-
bineti öz fəaliyyətini tam olaraq dövlət başçısının iradəsinə
uyğun şəkildə həyata keçirir.
Kamerun Xalq Demokratik Hərəkat Partiyasının təmsil-
çisi Filemon Yanq 30 iyun 2009-cu ildən etibarən Kamerunun
12-ci Baş naziridir.
Məhkəmə hakimiyyəti: Ədliyyə Nazirliyinin tabeliyində-
dir. Üzvləri Kamerun Parlamenti tərəfindən seçilən 9 hakim-
dən ibarət Ali Məhkəmə yalnız Prezidentin razılığı ilə qanun-
ların Konstitusiyaya uyğunluğunu araşdırıb müəyyən edə bilər.
Ali Məhkəmə ilə yanaşı ölkədə digər ixtisaslaşmış və yerli
məhkəmələr də fəaliyyət göstərir.
Яли Щясянов, Адил Вялийев
168
KİPR RESPUBLİKASI
Ümumi məlumat: Əsrlər boyu
Bizans İmperiyasının, Ve-
nesiyanın, səlib yürüşçülərinin, 1570-ci ildən
Osmanlı İmperi-
yasının, 1878-ci
ildən isə Britaniya müstəmləkələrinin tərki-
binə daxil olmuş Kipr, 1960-cı ilin avqust ayında dövlət
müstəqilliyini əldə etmişdir.
Asiyanın qərb hissəsində yerləşən Kipr Respublikasının
paytaxtı Nikosiya şəhəridir.
Ölkənin ərazisi 9,251 km², əhalisi (2011) 1,099,341
nəfərdir (əhali sıxlığı 117,0 nəfər/km²).
Kiprin rəsmi dövlət dili
yunan və türk dilləridir
.
Dövlətin İnsan İnkişafı İndeksi - 0.840 – çox yüksəkdir
(31-ci yer).
Dövlət quruluşu: Məhdud
hakimiyyətli prezident idarə-
etmə üsuluna malik respublikadır. Milli bayram günü olan
müstəqillik günü (1960) avqust ayının 16-da qeyd olunur.
Ölkə Konstitusiyası 16 avqust 1960-cı ildən qüvvədədir.
(1983-cü ildə Kipr adasının Türk icmasının məskunlaşdığı
şimal hissəsində yaradılmış Şimali Kipr Türk Respublikası
beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən
tanınmayan dövlət qurumudur. ŞKTR 1974-cü ildə yunan
millətçilərinin qiyamından sonra Türkiyə tərəfindən adadakı
türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçi-
rilən hərbi müdaxilə nəticəsində türk ordusunun nəzarətinə
keçən torpaqlarda yaradılmışdır.
ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
169
Adanın üçdə bir hissəsinə nəzarət edən ŞKTR-i dünya
dövlətləri münaqişənin hüquqi həllinə qədər rəsmən tanımaq
istəməsələr də, onlardan bir çoxu ŞKTR ilə qeyri-rəsmi iqti-
sadi və mədəni əlaqələr saxlayırlar).
İnzibati bölgüsü: 33 bələdiyyəni
(icma) birləşdirən
Niko-
siya (Şimali Kipr Türk Respublikasının bir hissəsi), Kireneya
(ŞKTR-ın böyük hissəsi), Larnaka (ŞKTR-ın bir hissəsi), Li-
masol, Pafos və Famaqusta (ŞKTR-ın tam hissəsi) rayonlarına
(eparxiya) bölünür.
Dövlət başçısı: Ümumxalq səsverməsi yolu ilə, 5 il müd-
dətinə seçilən Prezident dövlət və hökumət başçısıdır. Prezi-
dent icra hakimiyyətini Nazirlər Şurasının vasitəsi ilə həyata
keçirir. Dövlət başçısının səlahiyyəti dövlət siyasətinin mühüm
məsələləri ilə bağlı vitse-prezidentə (münaqişə ilə əlaqədar
olaraq vakant yerdir) veto hüququ verməklə məhdudlaşır.
Üzvləri (nazirlər) Nümayəndələr Palatasında seçilən Kipr
Hökuməti İcra hakimiyyəti ilə yanaşı, Parlamentlə birlikdə
qanunvericilik hakimiyyətini də həyata keçirir.
Hakim Demokratik Birlik Partiyasının lideri Nikos Anas-
tasiadis 01 mart 2013-cü ildən etibarən ölkənin hazırkı, sayca
7-ci Prezidentidir (N.Anastasiadis 17-24 fevral 2013-cü il
tarixlərində keçirilmiş iki turdan ibarət sonuncu prezident
seçkilərində 57,48% səslə qalib gəlmişdir).
Qanunverici hakimiyyət: Bir palatalı
Nümayəndələr Pa-
latasıdır. Parlamentin 59 üzvündən 56-sı proporsional nüma-
yəndəlik sistemi üzrə partiya siyahıları ilə, etnik azlıqları təm-
sil edən digər üç nəfər isə müşahidəçi üzv qismində 5 il müd-
dətinə seçilir. Ölkədəki siyasi situasiya ilə əlaqədar olaraq
Türk icması üçün nəzərdə tutulmuş 24 yer 1964-cü ildən açıq
qalır.
Qanunların hazırlanması və qəbulu,
illik dövlət büdcəsinin
müzakirəsi və təsdiqi, beynəlxalq müqavilə və sazişlərin rati-
fikasiyası, Nazirlər Şurasının fəaliyyətinə ümumi nəzarət və