Яли Щясянов, Адил Вялийев
160
Respublikasının daxildə və xaricdə ali təmsilçisi sayılan Prezi-
dent dövlətin və hökumətin başçısı, habelə silahlı qüvvələrin
ali baş komandanıdır. Dövlət başçısı, üzvləri Parlamentdə
(XMK) təmsil olunmayan
Nazirlər Kabinetinə rəhbərlik edir,
ölkənin daxili və xarici siyasətinin həyata keçirilməsinə mə-
suliyyət daşıyır.
Dövlətin idarə edilməsində vitse-prezident (20 oktyabr
2009-cu ildən Boediono) dövlət başçısına yaxından köməklik
göstərir.
Prezident Xalq Məşvərət Məclisi qarşısında məsuliyyət
daşıyır, belə ki, Məclis növbədənkənar sessiya çağıraraq ona
impiçment elan edə bilər.
20 sentyabr 2004-cü ildə 122 milyon ölkə vətəndaşının
iştirak etdiyi ilk ümumxalq seçkilərində (əvvəlki illərdə Prezi-
dent Parlament tərəfindən seçilirdi) 60 %-dən çox səs topla-
mış Susilo Bambanq Yudoyono İndoneziyanın Prezidenti se-
çilmişdir. 2009-cu il iyul ayının 8-də keçirilmiş növbəti prezi-
dent seçkilərində o, böyük səs çoxluğu ilə qalib gələrək növ-
bəti 5 il müddətinə dövlət başçısı vəzifəsini qoruyub saxla-
mağa müvəffəq olmuşdur.
Hazırkı İndoneziya Prezidenti Parlamentdə dəstəyə ma-
likdir. Belə ki, onun rəhbərlik etdiyi Demokratik Partiya 2009-
cü il parlament seçkilərində 20.85% səs qazanaraq digər
siyasi partiyaları qabaqlaya bilmişdir.
Qanunverici hakimiyyət: Xalq Məşvərət Məclisi 2004-
cü ildə İndoneziya Konstitusiyasına edilən dəyişikliklərə
əsasən ali qanunverici orqan statusunu itirmişdir və ikipalatalı
parlamentə - Xalq Nümayəndələr Şurasına və Regional Nüma-
yəndələr Şurasına çevrilmişdir
. 5 ildə bir dəfə çağırılan
Xalq
Məşvərət Məclisi Xalq Nümayəndələr Şurasının və
Regional
Nümayəndələr Şurasının üzvlərindən ibarətdir. Qurum Prezi-
dentin inauqurasiyası və impiçmenti, konstitusiyaya düzəlişlər
etmək səlahiyyətinə malikdir, qanunvericiliklə məşğul olmur.
ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
161
Yuxarı Palata – Regional Nümayəndələr Şurası 2001-ci
ildə qanunverici orqanın yeni strukturu kimi yaradılmışdır. 33
əyalətdən hər birindən 4 nümayəndə olmaqla 132 üzvü var. 5
illik müddətə seçilən deputatlar partiya üzvü ola bilməzlər. İl-
də iki dəfə toplanan Şura regionlarla bağlı qanunların hazırlan-
masında və qəbul edilməsində Nümayəndələr Palatasına
yardım edir.
Aşağı Palata – Xalq Nümayəndələr Şurası Nümayəndələr
Palatası da adlanır. Faktiki olaraq birpalatalı parlament kimi
bütün qanunvericilik funksiyalarını həyata keçirir və qanun-
ların icrasına nəzarət edir. Palata proporsional - siyahı sistemi
üzrə çoxmandatlı dairələrdən 5 il müddətinə birbaşa seçilən
560 deputatdan ibarətdir.
09 aprel 2009-cü ildə keçirilmiş son parlament seçkiləri
nəticəsində Xalq Nümayəndələr Şurasına mandat əldə etmiş
əsas siyasi partiyalar:
Demokratik Partiya – 148,
“Qolkar” Partiyası – 106 yer,
Demokratik Partiya – 94 (mübarizə aparan),
Ədalətin Təntənəsi Partiyası – 57,
Milli Mandat Partiyası – 46,
Birlik və İnkişaf Partiyası – 38,
Xalq Oyanış Partiyası – 28,
Böyük İndoneziya Uğrunda Hərəkat Partiyası – 26,
Xalq Vicdan Partiyası – 17.
Məhkəmə hakimiyyəti: Üzvləri
(60 hakim) Xalq Nüma-
yəndələr Şurasının təqdimatı ilə Prezident
tərəfindən təyin
edilən Ali Məhkəmə, 2003-cü ildə yaradılmış və dövlət başçı-
sının təyin etdiyi 9 üzvdən (3 hakim Xalq Nümayəndələri Şu-
rasının, 3 üzv Ali Məhkəmənin, digər 3-ü isə Prezidentin təq-
dimatı ilə təyin olunur) ibarət olan Konstitusiya Məhkəməsi,
habelə İndoneziya Məhkəmə Komissiyası ölkədə məhkəmə
hakimiyyətini həyata keçirir.
Яли Щясянов, Адил Вялийев
162
İSVEÇRƏ
Ümumi məlumat: Müasir İsveçrə ərazisi eramızdan əvvəl
58-ci ildə romalılar tərəfindən işğal etmiş, 536-cı ildə isə
Frank Dövlətinin tərkibinə daxil olmuşdur. Müqəddəs Roma
İmperiyasının daxilində
İsveçrə Konfederasiyasının rəsmi
yaranma tarixi 01 avqust 1291-ci ilə təsadüf edir.
1499-cu ildə İsveçrə de-fakto müstəqillik əldə etmişdir.
1798-ci ildə fransız ordusu ölkə ərazisinə daxil olmuş və yal-
nız 1815-ci ildə Vyana Konqresi İsveçrənin milli müstəqilli-
yini bərpa edərək onun “əbədi neytrallığını” elan etmişdir.
1848-ci ildən etibarən İsveçrə federativ dövlətdir.
Avropanın mərkəzi hissəsində yerləşən İsveçrə Konfede-
rasiyasının paytaxtı Bern şəhəridir.
Ölkənin ərazisi 41,285 km², əhalisi (2012) 8,000,000
nəfərdir (əhali sıxlığı 188,00 nəfər/km²).
İsveçrənin rəsmi dövlət dili alman, fransız, italyan və
reto-roman dilləridir.
Dövlətin İnsan İnkişafı İndeksi - 0.903 - çox yüksəkdir
(11-ci yer).
Dövlət quruluşu: Ölkə parlamentinin
geniş səlahiyyətlərə
malik olduğu spesifik prezident idarəetmə üsuluna malik
konfederasiyadır. Milli bayram günü olan müstəqillik günü
(1648) 24 oktyabr tarixində qeyd olunur. İsveçrənin yeni
Konstitusiyası 01 yanvar 2000-ci ildən qüvvədədir.