Яли Щясянов, Адил Вялийев
182
böyük üstünlüklə qalib gələrək Parlamentdə təmsil olunmaq
hüququ əldə etmişdir:
Konqoleziya Əmək Partiyası (89 deputat, lideri Deni
Sassu Nqessu),
Demokratiya və İnteqral İnkişaf Naminə Konqoleziya
Hərəkatı (7 deputat),
Sosial-Demokratlar üçün Pan-Afrika İttifaqı (7 deputat),
Müstəqillər (12 deputat) və s.
Məhkəmə hakimiyyəti: Konqo Respublikasında ən
yüksək məhkəmə instansiyası sayılan Ali Məhkəmə, habelə
Apelyasiya və 1-ci instansiya məhkəmələri ölkədə məhkəmə
hakimiyyətini həyata keçirir. Konqoda yetkinlik yaşına çatma-
yanların işləri üzrə ixtisaslaşmış məhkəmələr fəaliyyət
göstərir.
Əyalətlərdə və kənd yerlərində mülki mübahisə və hüquq-
pozmalarla bağlı işlərin böyük əksəriyyəti yerli məhkəmələr
tərəfindən baxılır.
ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
183
KOSTA-RİKA
Ümumi məlumat: 1502-ci ildə
X.Kolumb tərəfindən kəşf
edilmiş indiki Kosta-Rika ərazisi, 1509-cu ildə ispanların
işğalına məruz qalmışdır.
1821-ci ildə Kosta-Rika müstəqilliyini elan etmiş, bununla
belə, 1822-1838-ci illərdə qonşu dövlətlərlə federasiya
yaradaraq Meksika İmperiyasının tərkibinə daxil olmuşdur.
Mərkəzi Amerikada yerləşən
Kosta-Rika Respublikasının
paytaxtı San-Xose şəhəridir.
Ölkənin ərazisi 51,100 km², əhalisi (2011) 4,301,712
nəfərdir (əhali sıxlığı 84 nəfər/km²).
Kosta-Rika Respublikasının rəsmi dövlət dili
ispan dilidir
.
Dövlətin İnsan İnkişafı İndeksi - 0.744 – yüksəkdir (69-cu
yer).
Dövlət quruluşu: Məhdud
hakimiyyətli prezident idarə-
etmə üsuluna malik respublikadır. Milli bayram günü olan
müstəqillik günü (1821) sentyabr ayının 15-də qeyd olunur.
Ölkə Konstitusiyası 07 noyabr 1949-cu ildən qüvvədədir.
İnzibati bölgüsü: Kantonlardan ibarət olan 7 əyalətə
(Alaxuela, Kartaqo, Quanakaste, Erediya, Limon, Puntarenas
və San-Xose) bölünür.
Dövlət başçısı: Ümumxalq səsverməsi yolu ilə, bir dəfədən
çox olmamaqla 4 il müddətinə seçilən Prezident - dövlət və
hökumət başçısı, silahlı qüvvələrin ali baş komandanıdır.
Nazirlər Kabineti Prezident tərəfindən formalaşır və onun üzvləri
Parlamentdə mandata sahib olmayan şəxslərdən təyin edilir.
Яли Щясянов, Адил Вялийев
184
Prezident qanunvericilik təşəbbüsü hüququna malikdir və
zəruri hallarda xüsusi iclaslarını çağırdığı Parlamentin qərar-
larına veto qoymaqda səlahiyyətlidir. Əyalət qubernatorları
dövlət başçısı tərəfindən təyin edilir və yerlərdə onun birbaşa
səlahiyyətli nümayəndələri sayılırlar.
Kosta-Rikanın hazırkı və ilk qadın Prezidenti 8 may 2010-
cu ildən etibarən Milli Azadlıq Partiyasının təmsilçisi xanım
Laura Çinçilyadır.
Qanunverici hakimiyyət: Bir palatalı
Assambleyadır.
Parlamentin 57 üzvü partiya siyahıları ilə proporsional nüma-
yəndəlik sistemi üzrə 4 il müddətinə (səsvermə məcburidir) se-
çilir. Parlament 2/3 səs çoxluğu ilə ölkə Prezidenti tərəfindən
qoyulan vetonu ləğv edə bilər.
Assambleya dövlət büdcəsini müzakirə və təsdiq etməkdə,
qanunları qəbul və ya onlara dəyişikliklər etməkdə, beynəlxalq
müqavilələri ləğv və ya ratifikasiya etməkdə, üzvlərinin ara-
sından formalaşdırdığı Parlament təhqiqat komissiyaları vasi-
təsilə istənilən məsələ ilə bağlı müstəqil araşdırmalar apar-
maqda, milli vergiləri tətbiq etməkdə və bələdiyyə vergilərinin
funksionallağına razılıq verməkdə, Ali Məhkəmənin sədrini,
onun müavinini və üzvlərini təyin etməkdə və Konstitusiya ilə
nəzərdə tutulmuş digər məsələlər üzrə səlahiyyətlidir.
Ölkə Parlamentinin hazırkı sədri Victor Emilio Granados
Kalvodur.
2010–cu ilin fevral ayında ölkə Parlamentinə seçkilərdə
qalib gəlmiş əsas siyasi partiyalar:
Milli Azadlıq Partiyası (24 deputat),
Vətəndaş Hərəkatı Partiyası (12 deputat),
Libertarian Hərəkat Partiyası (9 deputat),
Birləşmiş Xristian-Sosialist Partiyası (6 deputat) və s.
Məhkəmə hakimiyyəti: Qanunvericilik Assambleyası tə-
rəfindən 8 il müddətinə seçilmiş 22 hakimdən ibarət Ali
Məhkəmə ölkədə məhkəmə hakimiyyətini həyata keçirir. Ali
Məhkəmənin tərkibində fəaliyyət göstərən Konstitusiya Pala-
tası, qanunvericiliyin konstitusiyaya uyğunluğunu yoxlayır.
ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ
185
LİBERİYA
Ümumi məlumat: 1821-ci ildə indiki
Liberiya ərazisinə
Amerika Birləşmiş Ştatlarında köləlikdən azad edilmiş zən-
cilərin köçürülməsinə başlanılmışdır. 1847-ci ildə isə Liberiya
Respublikasının yaradılması müstəmləkəçilər tərəfindən rəs-
mən elan edilmişdir.
Qərbi Afrikada yerləşən
Liberiya Respublikasının paytaxtı
Monroviya şəhəridir.
Ölkənin ərazisi 111,369 km², əhalisi (2011) 4,128,572
nəfərdir (əhali sıxlığı 35.5 nəfər/km²).
Liberiya Respublikasının rəsmi dövlət dili ingilis dilidir.
Dövlətin İnsan İnkişafı İndeksi - 0.329 – aşağıdır (182-ci
yer).
Dövlət quruluşu: Məhdud hakimiyyətli prezident idarə-
etmə üsuluna malik respublikadır. Milli bayram günü olan
müstəqillik günü (1847) 26 iyulda qeyd olunur. Ölkə Konstitu-
siyası 06 yanvar 1986-cı ildən qüvvədədir.
İnzibati bölgüsü: Liberiya Respublikası
53
dairəni (ra-
yonu) birləşdirən 15 Qraflığa
(Bomi, Bonq, Qbarpolu, Qrand-
Basa, Qrand-Keyp-Maunt, Qrant-Qede, Qrand-Kru, Lofa,
Marqibi, Merilend, Montserrado, Nimba, River-Sess, River-Qi
və Sinoe) bölünür.
Dövlət başçısı: Dövlətin və
Hökumətin başçısı olan
Prezi-
dent, eyni zamanda silahlı qüvvələrin ali baş komandanıdır.
Dövlət başçısının digər vəzifələri arasında qanun layihələrinin
imzalanması və ya onlara veto qoyulması, əfv etmə, Kabinet