Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə38/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   34   35   36   37   38   39   40   41   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

117 


Palatasından (130 yer) ibarətdir. Senata üzvlər 9 departamen-

tin hər birindən 35 yaşına çatmış 4 namizəd olmaqla propor-

sional nümayəndəlik sistemi üzrə 5 il müddətinə seçilirlər.  

Nümayəndələr Palatasının üzvləri ümumxalq səsverməsi 

yolu ilə 5 il müddətinə seçilirlər. Palatanın 77 üzvü bir man-

datlı dairələr üzrə seçilir, digərləri isə (hal-hazırda 53 üzv) 

partiya siyahıları sistemi üzrə proporsional qaydada seçilirlər.  

Mövcud konstitusiyaya görə,  Konqres  Hökumətin illik 

maliyyə hesabatını  təsdiq edir, Ali Məhkəmənin üzvlərinin və 

personalının, habelə silahlı qüvvələrin sayını müəyyən edir, 

yüksək dövlət vəzifələrinə  təyin olunması  məqsədi ilə öz na-

mizədlərinin təqdimatını Prezidentə verir və geniş spektri 

əhatə edən ən müxtəlif məsələlərlə bağlı təhqiqat komissiyaları 

yaradır.  

09 dekabr 2009-cu ildə keçirilmiş son Parlament seçkiləri 

nəticəsində mandat qazanmış əsas siyasi partiyalar:  

Sosializm Naminə Hərəkat (lideri Evo Morales, 88 depu-

tat, 26 senator), 

Milli Birləşmə (lideri Manfred Reyes Villa, 37 deputat, 10 

senator), 

Milli Birlik Cəbhəsi (3 deputat), 

Sosial Alyans (2 deputat). 

Məhkəmə hakimiyyəti: Ali Məhkəmə, Konstitusiya Məh-

kəməsi  və  Məhkəmə  Şurası  ölkədə  məhkəmə hakimiyyətini 

həyata keçirir. Eyni zamanda Boliviyanın məhkəmə sisteminə 



aqrar   ekoloji tribunallar, habelə ixtisaslaşmış    aşağı 

instansiya məhkəmələri tərəfindən həyata keçirilir. 

 

 

 

 


Яли Щясянов, Адил Вялийев

 

 



118 

BURUNDİ 

 

 

 

 

 

            



Ümumi məlumat:  XVIII  əsrdə ölkə  ərazisində  təşəkkül 

tapmış müstəqil Burundi feodal dövlətinin torpaqları, XX əsrin 

əvvəllərində Almaniya tərəfindən zəbt edilmişdir. Birinci dün-

ya müharibəsinin gedişində  Belçika Krallığı Burundini  işğal 

etmiş və 1923-cü ildə Millətlər Liqasının qərarı ilə, Krallığın 

mandatı altında idarəetməni həyata keçirməyə başlamışdır.  

1962-cı ildə  Burundi Krallığı öz müstəqilliyini elan et-

mişdir  (1966-cı ildə monarxiya rejimi devrilmiş  və Burundi 



Respublikası elan edilmişdir). 

Mərkəzi Afrikada yerləşən  Burundi Respublikasının pay-

taxtı Bujumbura şəhəridir. 

Ölkənin  ərazisi 27,834 km², əhalisi  (2012) 8,749,000 

nəfərdir (əhali sıxlığı 314.3 nəfər/km²).  



Burundinin rəsmi dili kirundi və fransız dilləridir.  

Dövlətin İnsan İnkişafı İndeksi 0.316 - aşağıdır (185-ci 



yer). 

Dövlət quruluşu:  Məhdud  hakimiyyətli  prezident idarə-

etmə üsuluna malik respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1962) iyul ayının 1-də qeyd olunur. Burundi 

Respublikasının hazırkı Konstitusiyası 2005-ci ilin fevralından 

qüvvədədir.  

İnzibati bölgüsü: 117 Kommunadan ibarət 17 əyalətə 

(Bubanza, Bujumbura-Meri, Bujumbura-Rural, Bururi, Gite-

qa, Kayanza, Kankuzo, Karuzi, Kibitoke, Kirundo, Makamba 

və s.) bölünür.  



ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

119 


 Dövlət başçısı:  Dövlətin və hökumətin başçısı, silahlı 

qüvvələrin ali baş komandanı, habelə hüquqi dövlətin və milli 

birliyin təminatçısı sayılan Prezident, Milli Assambleya (Par-

lament)  tərəfindən birbaşa seçkilər  əsasında, iki dəfədən çox 

olmamaq şərti ilə 5 illik müddətə seçilir.  

Hökumət başçısı funksiyasını da yerinə yetirən Prezidentə 

səlahiyyətlərinin icrasında iki vitse-prezident assistentlik edir. 

Onlardan biri siyasi və inzibati, digəri isə sosial və iqtisadi 

sferaları koordinasiya edir. Hər iki vitse-prezident (T.Sinunqu-



ruza və G.RufyikiriMilli Assambleya ilə məsləhətləşmələrdən 

sonra dövlət başçısı tərəfindən təyin edilir.  

Ölkənin hazırkı Prezidenti 26 avqust 2005-ci ildən  Pyer 

Nkurunzizadır (28 iyun 2010-cu ildə müxalifət partiyalarının 

seçkiləri boykot etməsi nəticəsində o, alternativsiz namizəd 

kimi qalib gəlmişdir).  

Qanunverici hakimiyyət: İki palatadan – 49 yerlik Senat-

dan  və 100 yerlik Milli Assambleyadan ibarət Parlamentdir. 

Yuxarı Palatada (Senat) 34 yer birbaşa olmayan səsvermə 

yolu ilə əldə edilir, qalan 15 yer isə keçmiş dövlət başçıları və 

etnik azlıqların nümayəndələri arasında bölüşdürülür.  

Parlamentin  Aşağı Palatasında (Milli Assambleya) 5 il 

müddətinə seçilən 100 yerin formalaşmasında etnik (60 % xutu 

və 40 % tutsi) və cinsi (30% qadınlar) prinsiplər nəzərə alınır. 

Milli Müstəqil Seçki Komissiyası habelə etnik azlıqların 

maraqları naminə əlavə üzvlər təyin edirlər.  

Mövcud Konstitusiyaya görə Burundi Parlamentinin qa-

nunvericilik funksiyaları  məhduddur. Belə ki, ölkə Prezidenti 

Konstitusiya Məhkəməsi ilə məşvərət edərək, status və hüquqi 

baxımdan qanunlardan daha qüvvəli olan fərmanlar qəbul 

etməkdə səlahiyyətlidir.  

2010-cu ilin iyul ayında keçirilmiş seçkilər (müxalifət seç-



kiləri boykot etmişdir)  nəticəsində Parlamentdə  təmsil olunan 

ölkənin əsas siyasi partiyaları: 




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə