Microsoft Word siyasi sistem son sss doc



Yüklə 4,25 Mb.
Pdf görüntüsü
səhifə69/225
tarix01.11.2017
ölçüsü4,25 Mb.
#8073
1   ...   65   66   67   68   69   70   71   72   ...   225

ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

229 


Çin Milli Partiyası (2;2), 

İcraedici hakimiyyət:  Böyük  əksəriyyəti  Parlament seç-

kilərində qalib gəlmiş siyasi partiyanın nümayəndələrindən 

təşkil olunmuş  Hökuməti (Nazirlər Kabineti) Prezident for-

malaşdırır və  təyin edir. Ölkənin daxili və xarici siyasətinin 

həyata keçirilməsində  səlahiyyətli olan Hökumətin üzvü 40 

yaşına çatmış  və ölkə  ərazisində  ən azı 10 il yaşamış  şəxs 

olmalıdır. 

Məhkəmə hakimiyyəti:  İcra Hakimiyyətindən müstəqil 

olan  Ali Məhkəmə, habelə  vilayət, rayon (şəhər) və  məhəlli 



məhkəmələr  Myanmada məhkəmə hakimiyyətini həyata 

keçirir. 



 

 

 

 


Яли Щясянов, Адил Вялийев

 

 



230 

NAMİBİYA 

 

 

  

 



 

Ümumi məlumat: 1884-cü ildən Namibiyanın indiki əra-

zisi, alman protektoratı altında olmuş, 1915-ci ildə  Cənubi 

Afrika hərbi birləşmələri tərəfindən işğal edilmiş, 1920-ci 

ildən  Millətlər Liqasının mandatlığı altında  Cənubi-Afrika 



İttifaqının  (1961-cı ildən etibarən CAR adlanır)  idarəçiliyinə 

verilmişdir.  İkinci dünya müharibəsindən sonra CAR 

tərəfindən de-fakto ilhaq edilmiş Namibiya 1990-cı ildə dövlət 

müstəqilliyini əldə etmişdir. 



Afrikanın  cənub-qərb  hissəsində yerləşən  Namibiyanın 

paytaxtı Vindhuk şəhəridir. 

Ölkənin ərazisi 825,418 km², əhalisi (2011) 2,100,000 nə-

fərdir (əhali sıxlığı 2.54 nəfər/km²).  



Namibiya Respublikasında  rəsmi dövlət dili ingilis dili, 

digər milli dillər isə alman, afrikaans, qereri   oşivambo 

dilləri sayılır. 

Dövlətin  İnsan  İnkişafı  İndeksi  -  0.625 – ortadır  (120-ci 



yer). 

Dövlət quruluşu:  Məhdud hakimiyyətli prezident idarə-

etmə üsuluna malik Respublikadır. Milli bayram günü olan 

müstəqillik günü (1990) mart ayının 21-də qeyd olunur. Ölkə 

Konstitusiyası 9 fevral 1990-cı ildə qəbul olunmuşdur. 



İnzibati bölgüsü:  102 dairədən ibarət 13  vilayətə  (Kaprivi, 

Eronqo, Xardap, Karas, Okavanqo, Kxomas, Kunene, Oxanqvena, 

Omaxeke, Omusati, Oşana, Oşikoto və Oçosondyupa) bölünür. 


ДЦНЙА ЮЛКЯЛЯРИНИН МЦАСИР СИЙАСИ СИСТЕМЛЯРИ

 

 



 

231 


Dövlət başçısı: Dövlətin və Hökumətin başçısı olan Pre-

zident ümumxalq səsverməsi yolu ilə, ardıcıl iki dəfədən çox 

olmamaqla, azad, bərabər və gizli seçki sistemi əsasında 5 il 

müddətinə seçilir.  

Mövcud Konstitusiyaya əsasən, kifayət qədər geniş 

səlahiyyətlərə malik olan, ölkənin daxilində və xaricdə dövləti 

təmsil edən  Namibiya Respublikasının Prezidenti icra haki-

miyyətini,  Milli Assambleyanın üzvləri arasından formalaş-

dırdığı Hökumət vasitəsilə həyata keçirir.  

Ölkə Prezidenti 21 mart 2005-ci ildən etibarən Xifikepun-

ye Lukas Pohambadır (2009-cu ilin dekabr ayında keçirilmiş 

son Prezident seçkilərində X.L.Pohamba 75%-dən artıq səs 

toplayaraq yenidən dövlət başçısı seçilmişdir

Qanunverici hakimiyyət:  Milli Assambleyadan (Aşağı 

Palata, 78 yer, spikeri 20 mart 2005-ci ildən Teo-Ben Quri-

rabdır)  və Milli Şuradan (Yuxarı Palata, 26 yer, sədri 16 

dekabr 2004-cü ildən Asser Kuveri Kaperedir) ibarət iki 

palatalı Parlamentdir.  



Yuxarı Palatada  hər vilayət,  əhalisinin sayından asılı 

olmayaraq seçilmiş 2 nümayəndə ilə 6 illik müddətə  təmsil 

olunur.  Aşağı Palataya 72 deputat birbaşa səsvermədə 

proporsional təmsilçilik sistemi üzrə 5 illik müddətə seçilirlər. 

Digər 6 üzv isə Prezident tərəfindən təyin olunur.  

Milli Assambleya bilavasitə qanunvericilik fəaliyyəti ilə 

məşğul olur, Milli Şura isə daha çox məşvərətçi orqanın funk-

siyasını  həyata keçirir. Assambleya Hökumətə “qeyri-effektiv 

idarəetmə” səbəbindən etimadsızlıq göstərdiyi təqdirdə



Kabinetin  məsləhəti ilə  Prezident  tərəfindən buraxıla və eyni 

tarixdə erkən Parlament  Prezident seçkiləri keçirilə bilər.  

27-28 noyabr 2009-cu ildə keçirilmiş sonuncu Parlament 

seçkiləri nəticəsində mandat almış siyasi partiyalar:  



Cənub-Qərbi Afrika Xalqları Təşkilatı (SWAPO)  - 54 yer 

Demokratiya və Tərəqqi Naminə Birlik - 8 yer 


Яли Щясянов, Адил Вялийев

 

 



232 

Turnhal Demokratik Alyansı - 2 yer 

Milli İctimai Demokrat Partiyası - 2 yer 

Birləşmiş Xalq Cəbhəsi – 2 yer 

Ümumxalq Partiyası - 1 yer 

Respublikaçılar Partiyası - 1 yer 

Demokratlar Konqresi - 1 yer 

Cənub-Qərbi Afrika Milli İttifaqı - 1 yer 

İcraedici hakimiyyət:  Nazirlər Kabineti  və ona rəhbərlik 

edən Baş nazir Prezident tərəfindən təyin edilir. Tərkibinə Pre-

zidentin, Baş nazirin və nazirlərin daxil olduğu Hökumət icra ha-

kimiyyəti ilə yanaşı, Parlamentlə birlikdə qanunvericilik haki-

miyyətini də həyata keçirməkdə səlahiyyətlidir. 

Kabinetin iclaslarına  Prezident, o olmadıqda isə  Baş nazir 

sədrlik edir. Bundan əlavə, Baş nazir Hökuməti Parlamentdə təmsil 

edir, nazirliklərin fəaliyyətini əlaqələndirir, Hökumət başçısı funk-

siyalarının yerinə yetirilməsi üçün dövlət başçısına məsləhətlərini 

verir və ona bilavasitə köməklik göstərir. 

Mövcud Konstitusiyaya görə  Kabinetin üzvləri Prezident və 

Parlament qarşısında kollektiv məsuliyyət daşıyırlar, belə ki, Milli 

Assambleya Hökumətin hər hansı bir üzvünə etimadsızlıq göstərdiyi 

təqdirdə, dövlət başçısı onu vəzifəsindən azad etməlidir. 

Namibiya Respublikasının hazırkı, sayca 4-cü Baş naziri 04 

dekabr 2012-ci ildən etibarən  Cənub-Qərbi Afrika Xalqları 



Təşkilatının təmsilçisi Hage Geyngobdur. 

Məhkəmə hakimiyyəti: Ölkədə hüquq sistemi Holland-

Roma hüququna əsaslanır. Namibiya Respublikasında məhkə-

mə hakimiyyətini, hakimləri  Məhkəmə Xidməti üzrə Komis-

siyanın  təqdimatı ilə Prezident tərəfindən təyin olunan, eyni 

zamanda  Apelyasiya Məhkəməsinin  və  Konstitusiya Nəzarəti 



orqanının funksiyalarını özündə ehtiva edən  Ali Məhkəmə 

həyata keçirir.  



 

 


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə