Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə24/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

________________________Milli Kitabxana________________________ 
122 
 
T KANLI SÖZLƏ
 
Mən yazmamış bilirəm  
və sevinib gülürəm 
ki,  
xoşuna gəlməyəcək. 
bu şerim.  
Yanaqlarına 
tək xal qoyanların;  
Bu dünyada 
nə mənsəbdən 
nə şöhrətdən 
doyanların.  
Çünki mən  
nə gülləri, çiçəkləri sayrışan 
tər cunalı yazların,  
nə sarı simləri 
sarılıq gətirən 
ağ sədəfli sazların,  
nə də ki, 
zurnalı düyünlər şairiyəm.  
Mən 
günəşi yarışa çağıran 
böyük günlər şairiyəm...  
Yox deyil bizim kəndlərdə  
ə
təyinin altında rüşvət alanlar.  
Yuxulu, 
yorğun 
ş
ikayətçiləri  
get-gələ salanlar;  
Açılır örtülü pərdə...  
Sənriyə-sənriyə 
piyləndikcə 
göbəklərindəki qatlar.  
Dərisinə siğmayan bürokratlar  
Yox deyil kəndlərdə; 
 


________________________Milli Kitabxana________________________ 
123 
 
Açılır örtülü pərdə...  
 Əgər 
etmirəmsə səhv,  
Onlar olur 
gah "firqəvi",  
gah bitərəf;  
Hər ikisi birdir,  
onlar əlbirdir.  
Budur, bax 
muxbirin yazdığı kağıza,  
Dolaşır ağızdan-ağıza:  
Tanıyın Salyanda  
Yıxılıb küp dibində yatan  
və hökümət atlarını  
yarı qiymətinə satan  
köhnə çovdar Şirəlini.  
Qırmızıları 
güllələdiyi zaman 
aparmışdı top əlini.  
O, Tiflisdə 
Qızıl verib sağaltmışdı topalını...  
Tanıyın Qazaxda  
Gündüzləri 
birliyin hesabına yaşayan,  
Gecələri 
banditlərə 
güllə daşıyan 
O yöndəmsiz Qulunu;  
Pirinə təpik atan 
kəndin o yoxsulunu.  
Tanıyın Gəncədə 
Həftəsi tamam olmamış 
kənddən şəhərə qaçan 
bir gənc müəlliməni;  
heç açmadı bu məni...  
Söylə şəhər, 
 
  


________________________Milli Kitabxana________________________ 
124 
 
neçə nəfər 
divarlarının arasında 
gizlənənlər var?! 
Səsini kəndlərdə qeyb edənlərdən, 
Söylə, şəhər, 
neçə nəfər? 
nanmıram sənə mən!  
Edilən cinayətlərin 
adını 
tut onlardan xəbər al!  
Küçələrə məni də sal,  
Örtülü düşmən  
daha qorxuludur. 
 
 
1931 
  


________________________Milli Kitabxana________________________ 
125 
 
Ş
E R VƏ XALTURA 
 
"Kəndə, kəndə və kəndə 
və yenə də kəndə!" 
Belə yazdı bəziləri 
Ş
erin başında turp əkəndə. 
Sevmədim 
Qurama sözlərin 
cansız hərəkətini, 
və beynimə 
zorla 
pərçimlənən 
bu sözlərin ləzzətini... 
Sevmədim 
imzasını görünmək üçün atan, 
Qəlbi şablon 
və şarlatan 
ş
airlərin 
yerində şıllaq atmasını; 
Sevmədim 
onların sənət adına  
xaltura yaratmasını. 
Qoy 
oxucu gözlərinə 
gözlük taxsın 
və bu "şeir" adını daşıyan 
sözlərə bir də baxsın: 
"Kəndə, kəndə və kəndə 
və yenə kəndə!" 
Məncə bu "şeir" 
açıqca deyir: 
çəriyə pəncərələrdən 
göz atanların 
Görüb yaşamadığı 
Həyat səhnəsini 
  


________________________Milli Kitabxana________________________ 
126 
 
Və qəlbini pula satanların 
Ə
n aciz səsini...  
Daloy  
qəlbini proletarın 
qəlbi 
kimi  
duymayan 
və şeirdə 
ş
erilik izi qoymayan 
bu qafiyəli dəllallar! 
Sənətin bazarına sürülməsin 
bu saxta mallar! 
 
1931 
 
 
 
 
 
* * * 
Keçdi günlər ki, sənin hüsnünə pərvanə kimi  
Gərərək köksümü yandım uca eşqimlə həmən;  
ndi sənsiz gəzirəm çölləri divanə kimi,  
Çıxıram böyləcə bəzən o xəyal dağına mən. 
 
Baxıram, keçdiyimiz yollara bir-bir baxıram,  
O keçənlər hələ sövq etmədə röyaya məni...  
Mən, zarafat deyil, ey sevdiciyim, can yakıram...  
Sənsən, əlbət, düşürən bu qara sevdaya məni. 
 
  


________________________Milli Kitabxana________________________ 
127 
 
** * 
Sən o deyilsən, ah!.. Dəyişdin, döndün,  
Buludlar qoynunda parladın, söndün?!  
Söndün mənim ruhum, amalım kimi,  
Artiq, xəyal olan xəyalım kimi. 
 
Nerdə, bir söylə, ah, nerdə o camal?  
Nə tez xarab oldun? Söylə, bu nə hal?  
Yararmı nazənin, incə bir çiçək  
Böylə iyrənc olsun...Yaramaz gerçək! 
 
Yaramaz şu boya, şu qırmızı rəng,  
ş
tə dodaqların nə diyər mələk?  
Nədir o sünilik, nədir ah, aman!  
Mən buna vicdanən ağladım, inan! 
 
Bir zaman dağlarda vəhşi lalə tək,  
Nə qədər gözəldin...Gülümsəyərək;  
O zaman mənim bu şikəstə ruhum,  
Bu darğın xəyalım, qəlbi-məcruhum  
Və bütün varlığım bir kölgə kimi  
Qoşardı arxanca yorulmadan,ah!..  
Həyat amansızdır...səndə nə günah?!  
Uydun böyüklərə, şana, şöhrətə,  
Uydun hər keçici eyşü-işrətə.  
Unutdun hər zövqü, qəlbi, vicdanı,  
Aradın bir şöhrətpərəst insanı.  
Sonra min rəng aldın və sürtdün boya,  
Kəndini sevdirmək istədin ona...  
Heyhat! Səni görcək iyrəndim bəlkə,  
Nədir üzündəki o çirkin ləkə?  
Sil! Sil onu, artıq görməyim bir də,  
Mən dözə bilmərəm bu sonsuz dərdə,  
ş
tə bax, nədənsə...nədənsə bilməm  
Mən yazmaq istərkən, qırıldi qələm... 
 
1931 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə