Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə23/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

________________________Milli Kitabxana________________________ 
117 
 
və dibsiz göylərin 
"mələkli" boşluğuna, 
"tanrmın" sərxoşluğuna.  
Budur 
Şə
rqin ciyərlərini gəzən  
və onu bəzən 
       öldürən ilk azar,  
Bunun uzun tarixi var,  
Heyhat!..  
Ağarıb saçları, qocaldıqca 
        gəncləşir həyat.  
Gördü Günəş, 
       gördü Ay 
       ki, doldu tay-tay  
Kitayın ipək malı 
Parisin şantanlarına; 
Ümidim özgədir yarına.  
Qoy 
Yaxın gələcəyi görsün  
ve get-gedə hirsindən ölsün!  
Gecələr qayıq gəzintisinə çıxan  
Yanaqları boyalı London xanımları  
Bilsinlər ki, Şərqin varı  
Boşalmayacaq Avropanın limanlarına. 
Ümidim özgədir yarına.  
Çoxaldı bax, 
                  çoxaldı!  
Hər üsyana səbəb olan 
    böhran  
yenə çoxaldı.  
ş
çilər işsiz qaldı,  
Çoxaldı  
qarnı açıq və yurdsuz 
     yavruların sayı.  
Doldu dar keçidli sokaklara
*
  
üsyançıların alayı. 
 
 
                                                           
*
 
Küçələrə 
 


________________________Milli Kitabxana________________________ 
118 
 
 
 
Trak... 
Trak... 
Tra...raq...  
Divarları yırtaraq  
"Gəlin! 
Gəlin!"-dedilər.  
və hər gücünə güvənən 
düşmənə hücum başladı.  
rilər sanldı silaha, 
körpələr daşladı...  
Yazıq!  
Kəsdi yolumuzu yenə 
faşizmin atlı dəstəsi,  
ş
lədi gecənin dərinliyinə 
topların səsi,  
Demək, 
Düşmən hələ qüvvəidir.  
Ona bəzən 
kömək edən 
"işçilərin" öz əlidir.  
Aha!.. 
Az qaldı sabaha, 
ağarır dan yeri;  
Cəbhədə sağ qalanlar 
Dənməsin geri,  
ağarır dan yeri... 
 
1931 
  


________________________Milli Kitabxana________________________ 
119 
 
PAMBIQÇILAR 
 
Günün saçaqları yayılır düzə,  
Çünki təslim olur gecə gündüzə.  
Könül xumarlanır duyduqca dərin,  
Üfüqlər ləkəsiz, havalar sərin;  
ndi son bahardır, gəlib keçdi yay,  
Göydə təkər kimi yuvarlanır ay.  
Çöldə traktorun səsi canlanır,  
Obalar şənlənir, həyəcanlanır.  
Səslənir yamaclar, dağlar, dərələr,  
nsanı güldürür bu mənzərələr.  
Oğru qarğalara tüfəng atılır,  
Qocalmış torpağa dərman qatılır.  
O biri yanda da bir böyük dəstə,  
Dillərdə bayatı, kəsmə şikəstə  
Arxın kənarında pambıq dərirlər.  
Dalda qalanlara yol göstərirlər.  
Biləklər çirməkli, döşlər önlüklü,  
Hamısı torbalı, hamısı yüklü,  
Tökür alınları puçur-puçur tər.  
Birisi yorulub deyir ki, - yetər,  
Gəlin nəfəs alaq, bir az dayanaq,  
Günün qabağında bir az da yanaq.  
Soyusun tərimiz, sonra başlayaq,  
Artıq dərənləri çox alqışlayaq.  
Olmaz! Olmaz! - deyir komsomol Pəri, - 
Bir şey yığmamışıq gələndən bəri,  
Nə tez yoruldunuz? Qoyun iş görək!  
Eyvaz bir asqırıb, bir öskürərək:  
Çox sağ ol, ay qızım, yamanca şeysən,  
Halaldır donunu qızıldan geysən;  
Yaraşır adına komsomolkalıq.  
Qarışdı, səsləndi birdən aralıq  
Yaşasın zərbəçi komsomol Pəri! 
 
  


________________________Milli Kitabxana________________________ 
120 
 
Bu hal düşündürdü tənbəl Əskəri;  
Başını qaldırıb yerindən qalxdı,  
Təzədən döşünə- bir önlük taxdı  
Qarışdı dəstəyə, qarışdı işə,  
Dostlar sevinəcək belə gedişə. 
 
Gəldi günorta çağı,  
Gün qızarıb yanırdı.  
Azca külək də vardı,  
Otlar dalğalanırdı.  
Zərbəçilər gəldilər  
Arxın kənarlarına: - 
Azarlarıq, - dedılər, - 
ş
ləsək ac qarına.  
Ş
irin söhbət içində,  
Çoxları bir biçimdə,  
ş
tahlanıb yeyirlər;  
Qızlar mahnı deyirlər.  
Yetmək üçün murada  
Xumar baxır Murada;  
O da bilib əhvalı  
Oynadır qaş-gözünü,  
Bir az çəkir özünü...  
Hamı duyub bu halı,  
Gülüb qaqqıldaşdılar,  
Köpüklənib daşdılar. 
 
Uzun boylu, ala gözlü dağ gövdəli birisi,  
Odur kolxoz gənclərinin danışıqdan dirisi,  
Pəhləvandır bu qəhrəman, zərbəçidir öz adı,  
çlərindən baş qaldırıb şahin kimi sıçradı:  
-Bu gün işə çıxmayanlar, dünənkindən daha çox...  
Elə tənbəl insanların cərgəmizdə yeri yox.  
Ə
smər qarı süməklənir kulakların yanında,  
Eloğlu da nağıl deyir xanlığın eyvanında. 
  


________________________Milli Kitabxana________________________ 
121 
 
Qasım kişi dünən gecə qoşub ulaqlarını,  
Ortaq olub Məcid bəyə - gedib odun satmağa.  
Gərək tutub yaxşı çəkək onun qulaqlarını,  
Bir də cürət eləməsin kolxozu aldatmağa.  
Gülpəri də dalaşmışdır! ərilə, birdən-birə  
Acığından gövdəsini qaldirb çırpmış yerə;  
Deyirlər ki, bərk naxoşdur yazıq, uşaq salmışdır,  
A yoldaşlar, yenilikdə köhnəlik çox qalmışdır.  
Xanpaşa da dünən gecə işdən çıxıb gedəndə  
Tərli-tərli su içmişdir, qanı donmuş bədəndə.  
Gərək bütün burdakılar bir əl kimi çalışaq,  
Çətinliyin hər qeydinə, hər dərdinə alışaq.  
Qüvvə bizim, motor bizim, torpaq bizim, su bizim.  
Öz əlimiz qursun gərək bu yurdda sosializm. 
 
Yedilər, içdilər qəhrəmanlarım,  
Üstünə od kimi düşdülər işin.  
Mənim də qəlbimdə coşdu qanlarım,  
Çünki yolçusuyam mən bu gedişin. 
 
1931 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə