Dialektik coğrafiya
213
Böyük coğrafi kəşflərdən sonra Qərb modeli üstünlük qazanmış və müasir-
ləşmişdir. Qərb modelində XIII-XIV əsrlərdə şəhərlər xüsusi rol oynamışdır.
Şəhər əhalisinin əksəriyyəti müxtəlif istehsal sahələrində çalışırdı. Metal ema-
lı, toxuçuluq və s. sahələr şəhər əhalisinin məşğuliyyəti hesab edilirdi. XVI-
XVII əsrlərdə Qərb modelində ilk manufakturalar meydana gəlməyə başlamış
və sonrakı illərdə isə yeni kapitalist istehsal münasibətlərinin formalaşmasına
səbəb oldu. Pul vahidlərinin yaranması nəticəsində ilkin olaraq İtaliyada, son-
ralar isə Niderland və İngiltərədə bank sisteminin yaranmasına gətirib çıxart-
mışdır.
Qloballaşan cəmiyyətin dialektik coğrafiyasının formalaşmasında Şərq və
Qərb təkamül gerçəklikləri və inkişaf təmayülləri strateji mahiyyət daşıyır.
Qərb-Şərq dialektik inkişafının müxtəlifliyi bir sıra iqtisadi və sosial komplek-
sini yaratmışdır. Müasir qlobal situasiyanın problemlərinin çoxluğu bununla
bağlıdır. Tarixi dövrlər ərzində siyasət, iqtisadi inkişaf və s. problemlərində
oxşar modellər əsasında inkişaf etmiş Qərb-Şərq dialektikası,sonrakı dövrlər-
dən sonra Qərb yolu daha effektli, təkamül çərçivəyə çevrilmiş və müasirləş-
mişdir. Bu səbəbdən də sivilizasiyaların inkişaf tarixini öyrənən müəlliflər
Qərblə Şərq arasında coğrafi fərqlərinin olmasına dair mülahizələrinin nəticə-
lərinin öyrənilməsi elmi əhəmiyyət kəsb edir.
Transmilli korporasiya sistemi və funksional coğrafiyası
Müasir dövrdə transmilli korporasiya (TMK) sisteminin homogenliyi daya-
nıqlı inkişafın hərəkverici və güc qüvvəsi hesab edilir. Dövlətin daxilində döv-
lət kimi fəaliyyət göstərən TMK-lar dünya ölkələrinin siyasi, iqtisadi və hərbi
strukturlarını yaradır və balanslaşdırılması funksiyalarını fəallaşdirmaq iqtida-
rına malikdirlər. Dünya ölkələrinin siyasi-iqtisadi və dayanıqlı inkişaf strategi-
yası cəmiyyətin təkamülü ilə əlaqəlidir və bu inkişafın dinamikası “kapital-is-
tehsal”ın dialektikasının məntiqi yanaşmasının nəticəsi kimi formalaşmışdır.
Avropa ölkələrində yeni tipli struktur inkişafının əsasında formalaşmaya
məruz qalan sənayenin yeni sahələrinin yaranması və texnoloji əsaslarla isteh-
salın idarə edilməsı prosesləri XIX əsrin sonu və XX əsrin əvvəllərində “ka-
pital-istehsal”ın dialektik vəhdətinin əsasında monopoliyaların yaranmasına
səbəb olmuşdur.
Dünya xəritəsində ilk monopoliyalar Avropa ölkərində və ABŞ-da yaran-
mışdır. BMT-nin iqtisadi ekspertlərinin proqramlarında göstərilir ki, iki və da-
ha çox ölkədə istehsal kompleksləri olan, bazar iqtsadiyyatı ilə əlaqəsi olan,
müxtəlif ölkədə mülkiyyəti olan və BMT-nin qeydiyyatından keçən beynəl-
Ağazeynal A. Qurbanzadə
214
xalq şirkətlərin birliyi TMK adlandırılır. Dünya iqtisadi inkişafının qloballaş-
ması ilə əlaqədar olaraq elmtutumlu, kapitaltutumlu ərazi-istehsal komplek-
sinin xarakterində yeni elmi-texniki laboratoriyalarının yaradılmasının əsasın-
da formalaşan istehsal sahələrinin kompleks formaları üstünlük təşkil etmişdir.
Bu üstünlük sahələrarası və regionlararası optimal səviyyədə birliklərin, kon-
sernlərin yaranmasına səbəb olmuşdur. XX əsrin əvvəlində ABŞ-da 80 iri
konsern öz məhsullarının 60%-nə nəzarət edirdi.
Müasir iqtisadi inkişaf mərhələsində TMK-lar dünyanın siyasi-iqtisadi hə-
yat tərzinin aparıcı sahələrini özündə birləşdirir. Dayanıqlı iqtisadi inkişaf sə-
viyyəsində 100-dən çox TMK avtomobil, elektronika və elektron avadanlığı,
neft, neft-kimya sənaye kompleksinin 70%-nə nəzarət edirlər. Optimal inkişaf
səviyyəsi baxımında 100-dən çox TMK-ın 95%-i ABŞ, Yaponiya və Qərbi
Avropanın qabaqcıl ölkərinin sisteminə daxil edilir.
İnkişaf etmiş Qərb ölkələrinin siyasətinin əsas strateji istiqamətlərindən biri
də transmilliləşməsinin ideyasıdır. Bu ideyanın aparıcı qüvvəsi məhz TMK-
lardır. Məsələ ondan ibarətdir ki, müasir dövrdə dayanıqlı iqtisadi strategiya-
sının həyata keçirilməsi prosesində TMK-nın təsiri ilə əlaqəli siyasəti üstünlük
təşkil edir.
Dünyanın iqtisadi xəritəsində TMK investisiya siyasəti; beynəlxalq ticarət;
innovasiya və texnologiyaların yaradılması və yayılması; qlobal səviyyədə
kreativ miqrasiyasına maraq yaradılması və s. məzmunlu problemlərinin fə-
aliyyəti və idarəedilməsi ilə çıxış edirlər. Bunlar beynəlxalq kapitalın hərəkəti-
nə, rəqabətədavamlı sənaye məhsullarının ixrac potensialına nəzarət etməklə
yanaşı, dünya bazarında onların realizasiyasını müəyyənləşdirirlər.
Transmilliləşmə ideyasına əsasnan TMK ərazi-istehsal komplekslərin qlo-
ballaşmasında həlledici mövqeyə malikdirlər. Dünya rəqabətədavamlı sənaye
kompleksin 55%-ə qədəri, xarci ixrac potensialının 60%-ə yaxnı TMK-lar tə-
rəfindən reallaşdırılır. Bunula yanaşı yeni inovasiya yeniliklərinə, “nou-xau”ya
olan patent və lisenziyaların 75-80%-nə TMK nəzarət edirlər. Bu səbəbdən də
ÜDM göstəricilər sistemində TMK-rın xüsusi çəkisi son 20 ildə 18%-dən
35%-ə qədər yüksəlmişdir.
Qlobal iqtisadi səviyyədə 500-dən artıq nəhəg TMK yaradılmışdır. Beynəl-
xalq ixrac potensialının inkişafında TMK-ın fəaliyyət miqyasını artırılması ilə
əlaqədar BMT-nın “Ticarət və inkişaf konfransı” 1990-cı ildən TMK-lar üçün
“Transmilliləşmə indeksi”ni təklif etmişlər (üç göstərici əsas götürülür: xarici
Dialektik coğrafiya
215
aktivləri, satışın və məşğulluğun xüsusi çəkisi). Transmilliləşmə indeksinin
153
əsasında İçveçrə elektron avadanlıqları TMK-nın indeksi-95.7; ABŞ-ın Gene-
ral Elektrik TMK-33.1; Kanadanın Seagram TMK-nın indeksi - 97.1 və s. he-
sablanmışdır.
TMK sistemində beynəlxalq dərəcəli maliyyə mərkəzləri fəaliyyət göstərir-
lər. Nyu-York, Çikaqo, London, Tokio, Bazel, Amsterdam, Honkonq dünya-
nın maliyyə mərkəzləri sayılır və TMK tərəfindən idarə olunur. Ekspertlər tə-
rəfindən TMK-ın kapital ixracı məsələrini ön plana çəkirlər.
Təhlillər göstərir ki, xarici ölkələrin iqtisadi inkişafına yönəldilmiş birbaşa
kapitalının 90%-nə TMK-lar tərəfindən yerinə yetirilir. ABŞ-da fəaliyyət gös-
tərən “Çeyz”, “Morqan”, “Melon”, “Limen-Qoldmen”, “Saks”; Yaponiyada -
“Sumitomo”, “Dançi-Kanti; Almaniyada - “Deutsche Bank AG”, “Dresdner
Bank AG” və s. maliyyə mərkəzləri TMK dünyanın dayanıqlı iqtisadi inkişafı-
nı təmin etmək siyasəti ilə fəaliyyət göstərirlər.
İnnovasiya iqtisadiyyatına dair ideya mənbəyini ilk dəfə olaraq Y.A.Şum-
peter (ABŞ) tərəfindən təhlilləri aparılmışdır. İnnovasiya - sadəcə olaraq yeni-
lik kimi qəbul olunmur. Yeni kəşfin, texnoloji yeniliyin yaradılması və onun
intellektual səviyyədə tətbiqini nəzərdə tutulur. Bu məqsədlə də “texnoloji ak-
tivliyin yeni qloballaşması” ideyası məqsədi ilə TMK fəaliyyət göstərirlər.
Qlobalaşan iqtisadi inkişaf strategiyasının tələb və nəticələrinə uyğun olaraq
TMK elmtutumlu, resurstutumlu və kapitaltutumlu müasir məhsullar yaradır-
lar. Ümumilikdə TMK-lar daha çox maliyyə vəsaiti tələb edən layihələr həyata
keçirmək, ölkələrin intellektual alimlərinin tədqiqatlarından istifadə etmək və
s.imkanlarına malikdirlər.
153
“Transmilliləşmə inedksi” – xarici aktivin cəmi aktiv vəsaitə olan nisbəti; xarici ticarətin
cəmi satışa olan nisbəti; xarici filiallarda işləyənlərin cəmi işçilərə olan nisbəti kimi hesab-
lanır. Bu üç ğöstəricilərinin orta həddi indeksləşmənin müəyyən edilir.
Dostları ilə paylaş: |