Ağazeynal A. Qurbanzadə
208
Dünyanın geosiyasi xəritəsində iqtisadi inkişafda aparıcı qüvvə kimi sənyae
ölkələrinin coğrafiyasında dayanıqlı istehsal komplekslərin ərazi təşkili ön
plandadır. Digər bir tərəfdən isə dünya ölkələri arasında zəif inkişaf etmiş öl-
kələrin geridə qalmasının başlıca səbəbi onların sənaye ölkələrindən asılı və-
ziyyətdə olmasıdır.
Məntiqi olaraq, inkişaf etməkdə olan ölkələrin təsnifatında bir sıra ölkələr
vardır ki, onlar (Braziliya, Meksika, Hindistan və s.) intensiv inkişaf edərək
geridə qalmış ölkələr üçün “ iqtisadi mərkəz”ə çevrilirlər.
Dialektik coğrafiya
209
On doqquzuncu önəm
Dialektik funksional strukturunun
həssaslığı
Qloballaşma məntiqində funksional struktur həssaslığı
“Qloballaşma” məntiqi XX əsrin 50-ci illərində meydana gələn anlayışlar-
dan biridir. Qlobal funksional inkişafı ilə əlaqədar
olaraq ilk dəfə Teodor
Leviti tərəfindən (ABŞ, 1983-cü il) “Bazarların qloballaşması” adlı məqaləsin-
də təhlil edilmişdir. Fransa elmi mərkəzlərində “qloballaşma” termini altında
iki mühüm ideya istiqamətlərini önəmə gətirirlər: mondiallaşma (fransısça-
dünya) və qloballaşma. Mondiallaşma müəyyən ölkələrinin və iqtisadi-sosial
sahələrinin dairəsinin əhatə edən internasionallaşması ifadəsini özündə birləş-
dirir. İnformasiya texnologiyalarının imkanları sahəsində ölkələrin sərhədləri
və zaman anlayışını inkar edən mondiallaşma ifadəsinin məzmunu qloballaş-
madan fərqlənir. Qloballaşma isə ən çox dünya ölkələrinin maraq dairəsinin
iqtisadi inkişafının yeni mərhələsi kimi təhlil edilir.
N.Kissincerin fikrincə “...qloballaşma ABŞ-ın
mütləq geosiyasi üstünlüyü-
nü təmin edən çoxqütüblü dünya qaydasından bir qütblü dünya qaydasına tari-
xi keçid dövrünü əhatə edir”. Elmi mənbələrdə həm də “əks qloballaşma” ter-
minindən də istifadə edilir. Bu isə qərb ölkələrinin kapitalının,istehsalının və
texnologiyalarının miqrasiyasının assimetrik hərəkəti ilə şərtlənir.
Manuel Kastels “İnformasiya epoxası” adlı əsərində qloballaşmanın əsasın-
da informasiya iqtisadiyyatını və “şəbəkə cəmiyyətini” təhlili zamanı qlobal-
laşma ifadəsini də dünya texnokommunukasiya və rəqəmli elektron şəbəkəsi-
nin formalarını əsas götürmüşdür. Təhlil zamanı müəyyən olunmuşdur ki, in-
formasiyanın daha yüksək səfərbərlik qabiliyyəti yeni rəqəmli kommunu-
kasiya şəbəkəsi ilə əlaqədardır və bunun nəticəsində də ölkələrarası kapitalın
miqrasiya qabiliyyəti yüksəlir.
ABŞ-ın tədqiqat elmi mərkəzlərində
İmmanuel Vallerstayn tərəfindən yara-
dılmış “dünya sistemləri” adlı nəzəriyyəsində ilk
dəfə olaraq dünya ölkələrini
bir tam kimi, sistem kimi tədqiq etməyə başlamışdır. Tədqiqatın nəticəsi kimi
Ağazeynal A. Qurbanzadə
210
dünya ölkələrini mərkəzə və periferiyaya bölünmüş, “mərkəzçi” geosiyasi el-
mi məktəb yaradılımışdır.
Araşdırmalar
göstərir ki, dünya ölkələrinin iqtisadi inkişaf dialektikasının
yenidən qurulması dövründə və ona müvafiq siyasi-iqtisadi xəritəsinin trans-
formasiyasının prosesləri yalnız periferiya ölkələrinin hesabına baş verir. Ora-
dan bəzi ölkələr yuxarı pilləyə keçir, digərləri isə periferiya səviyyəsinə qədər
deqradasiyaya uğrayır. Dünya ölkələrinin iqtisadi sisteminin, uzun dalğalarına
üç tsiklli modelini
(Kondratyev tsiklləri) tətbiq edən Vallerstayn son iki yüz
ildə dünya ölkələri “nüvəsi”nin yerdəyişməsini müəyyən etmişdir. Dünya iqti-
sadi inkişaf tempinin ağırlıq mərkəzi
Böyük Britaniyadan Almaniyaya, sonralar
isə “qlobal sivilizasiya”lar dövründə qərbə - ABŞ-a “miqrasiya” olunmuşdur.
Ferman Brodelin “Maddi sivilizasiya, iqtisadiyyat və kapitalizm XV-XVIII
əsrlər” (1967-ci il) əsərində “böyük məkanların avtarkiyası” anlayışının əsa-
sında dünya ölkələrinin iqtisadiyyatı haqqında təsəvürlərini elmi dövriyyəyə
çıxartmışdır.
Samyuel Xantinqton “Sivilizasiyaların toqquşması və dünya qaydaların ye-
nidən qurulması” adlı fundamental əsərində (1996-cı il) göstərir ki,
XX əsr
ideyalarının qarşı-qarşıya durması əsri idisə, XXI əsr sivilizasiyaların və din-
lərin toqquşması əsri olacaqdır. O, yeni dünya quruculuğunda ABŞ-ın rolunu
həlledici faktor kimi göstərir.
Ferdinant Drayker belə hesab edirdi ki, inkişaf etmiş ölkələrin ən böyük
üstünlüyü orada çoxsaylı yüksək səviyyəli zehni əmək işçilərinin olmasıdır.
Onun “İdustrial insanın sonu”, “Korporasiyalar nəzəriyyəsi”, “Poskapitalist
cəmiyyət” və s. əsərlərində dünya ölkələrinin qlobal inkişafına dair yanaşma-
larının faktorlarını təhlil etmişdir.
Qloballaşma sisteminə aid
Lester Kral Turoy hesab edir ki, əgər XIX əsrin
sonunda lokal təsərrüfat sistemləri milli iqtisadi inkişaflarla əvəz olunmuşdur-
sa, XX əsrin sonunda isə onun yerinə qlobal iqtisadi inkişaf mərhələsi gəldi.
Cozef Stiqlits “Qloballaşma və ondan narazılıq” (2002-ci il) əsərində qlo-
ballaşmanın neqativ təzahürünə görə məsuliyyətini BVF-nun üzərinə düşməsi-
nə dair təkliflər vermişdir. Onun fikrincə, dünya ölkələrin
iqtisadi və sosial in-
kişafında ideoloj və siyasi faktorlar qloballaşma şəraitində nəzərə alınmalıdır.
Funksional həssaslığının dialektik anatomiyası
Funksional həssaslıq problemi elmi mənbələrdə daha geniş məna daşıyır.
Müəyyən dialektik yanaşma tərzi göstərir ki, iqtisadi inkişafda kapitalın hərə-
kətini sürətləndirən və yeni ideyaların tədbiqini təmin edən vahid dünya iqtisa-