Ağazeynal A. Qurbanzadə
62
Dördüncü önəm
Dialektik coğrafiya elminin klassik
nəzəri “yaddaş” kodları
Dialektik coğrafiya elmi “yaddaş”ın klassik moderinizm kodları
Coğrafiya elminin formalaşmasında klassik modernzm
57
baxışlarının dəyər-
ləndirilməsinin təsnifatını XIX əsrin axırı XX əsrin əvvəllərində yaranmış fəl-
səfi cəryanlarının təsirinin nəticələri ilə əlaqələndirilir. Bu fəlsəfi modernizm cə-
rəyanı XX əsrin ortalarından başlayaraq qərb coğrafiya elmi məktəblərində kon-
struktiv əsaslarla təhlilləri aparılmış və dəyərli mənbə kimi geniş istifadə edil-
mişdir. Modernizm fəlsəfəsinin inkişafında A.Şopenhauer, R.Vaqner, M.Veber
və başqa qərb elmi tədqiqatçılarının xidmətlərinin mühüm əhəmiyyəti vardır.
A.Şopenhauerinin
58
dünya ancaq zəka ilə dərk edililə bilər fəlsəfi düşüncəsi
elm aləmində geniş müzakirə obyektinə çevrilmişdur. A.Şopenhauerin moder-
nizm fəlsəfəsinin nüvəsində qərblə şərq təfəkkürünün sintezini yaratmaq ide-
yası üstünlük təşkil etmişdir. Onun fikrincə qərb təfəkkürü rasional, şərq təfək-
kürü isə irrasionaldır; hər şey təkcə rasionallıqla davranılmaz, dərk olunmayan
reallıqlar da vardır. Filosof göstərir ki, empirik (duyulan) praktikadan başqa
onu tamamlayan intuitiv praktika da mövcuddur. Bunların sintezi dünyanın
dərk edilməsi üçün əsas ideyalarından birirdır.
Ümumi elmi-metodoloji təliminin ideoloji çərçivəsində, modernizm cərəya-
nının fəlsəfəsinin əsasını “qərbləşmə”, “avropalaşma” anlamında tendensiya-
57
Modernzm (ital. sözü olub) - çağdaş, müasirləşmə, yenilik ifadəsinə uyğun gəlir.
58
Щопенгауэр А. Мир как воля и представление. М., 1961.
A.Şopenhauer: Polşa filosofudur.
İdrak nəzəriyyənin banilərindən biridir. Onun fik-
rinə görə dünya ancaq zəka ilə dərk edilə bilər.
Dialektik coğrafiya
63
larının üstünlük təşkil edilməsidir. Bu tentensiyanın ideya kodları = industrial
modernləşmə, iqtisadi-sosial və siyasi dəyişkənliklərinin yeniləşməsi, idarəet-
mənin demokrattikləşməsi, çağdaş yeni inkişafın strateji modellərinin yaradıl-
ması = və s. ibarətdir.
Modernizm cəryanının fəlsəfəsində revaliosion: aqrar, industrial və infor-
masiya “dalğası”nın formalaşması və yeniləşməsi prosesləri tarixən üstünlük
təşkil etmiş, həm də öncə geniş miqyasda diskusiyalara məruz qalması ilə
fərqlənmişdir.
Modernizmini öyrənən tədqiqatçılar bu nəticəyə gəlmişlər ki, birincisi ölkə-
lərin inkişafı dalğavari gedir; ikincisi ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi-
nə texnoloji, siyasi, mədəni və bu kimi faktorlar təsir edir; üçüncüsü isə ölkə-
lərin inkişafının hərəkətverici dalğası yeni dayanıqlı informasiyanın inkişaf sə-
viyyəsidir.
Modernizm “dalğası”nın ilkin informasiyasının XVI-XIX əsrdə Qərbi Av-
ropa və Şimali Amerika ölkələrini əhatə etmişdir. İkinci modernizm “dalğası”
Yaponiya, Çin, Cənubi Amerika və s. ölkələrdə əmələ gəlmişdir. Üçüncü mo-
dernizm “dalğa”sının təsiri isə sonrakı illərdə bir sıra yeni sənaye ölkələrinə
(Sinqapur, Tailant, Avstraliya və s.) ”miqrasiya” olunmuşdur.
Modernizm cəryanın rasional kodlarının reallıqlarının əsasında sonrakı
yüzillikdə elmi tədqiqatlarda, o cümlədən coğrafiya elmində yeni düşüncə tər-
zinin formalaşmasında əhəmiyyətli movqeyə malik olmuşdur. Bu düşüncə ger-
çəkliyi fonunda coğrafiya elminin fundamentallığı yeni məzmuna çevrilmiş,
tədqiqatlarının praktika ilə əlaqələndirilməsi geniş konseptual anlayış kimi qə-
bul olunmasına imkanlar yaratmışdır.
Dialektik coğrafiyanın ideoloji baxımında modernizm elmi cəhətdən yeni-
liyə meyl göstərilmiş, coğrafi rasional idrakın elmi-praktiki fəaliyyətində ak-
tivlik müşahidə olunmuşdur. Avropada XVI-XIX əsrdə baş verən modernizm
“dalğası”nın kodları konstruktiv coğrafiya elminin radikallaşması prosesinin
sürətləndirməsinə və yeni elmi məktəblərinin yaranmasına səbəb olmuşdur.
Modernizm cəryanının formalaşmasında Maks Veber (alman. Max Weber)
tərəfindən “Sosial fəaliyyət modernizm” nəzəriyyəsinin əsasında sosial – coğ-
rafiya elminin yaranmasında və inkişafında mühüm əhəmiyyət kəsb etmişdir.
M.Veber:
Alman sosialogiya elmi məktəbinin banilərindən sa-
yılır. M.Veber ideal tiplər adlanan (ənənəvi, xariz-
matik - liderlik və rasional - məntiqlə, qanunla) kon-
sepsiyanın müəllifidir.
Ağazeynal A. Qurbanzadə
64
Modernizm: coğrafiya elminin nəzəri və praktiki cəhətdən özünü dərkedil-
məsində mövqe nümayiş etdirmişdir. İlkin olaraq elmdə modernizm cərəyanı-
nın tədqiqat obyekti olaraq qəbul etsək, məntiqi cəhətdən modernizm həm si-
yası və sosial, həm də radikal coğrafiya elmi sahəsinin aktual bölmələrindən
biri kimi faydalı hesab etmək mümkündür.
M.Veber
59
cəmiyyətin iqtisadi-sosial inkişafının modernizm nəzəriyyəsini,
M.Berman
60
isə modenizmi davamlı bir proses olaraq cəmiyyətin sosial həyat
tərzinin fuksional nəzəri baxışlarına dair ideyalarını təklif etmişlər.
Klassik modernizm cərəyanına əsasən coğrafiya elmi tədqiqatlarının aparıl-
masında əsasən coğrafi obyektlər arasında kompleks əlaqələrinin fərqləndirmə
yanaşmalarına və bu məqsədlərə görə təhlillərinin aparılmasına üstünlük veril-
məsini qarşıya məqsəd qoyur. Tənqidlərə baxmayaraq klassik modernizm cə-
rəyanının təsiri coğrafiya elmi araşdırmalarında öz üstünlüyünü tarixən müəy-
yən səviyyələrdə saxlamışdır.
S.Lipsetin
61
modernizm nəzəriyyəsinə dair apardığı elm tədqiqatlarında:
coğrafiya və iqtisadiyyat elmlərinin məntiqində pozitiv dəyişikliklərinin yaran-
masına və formalaşmasına səbəb olmuşdur. Lipsetin modernizm nəzəriyyəsinə
qarşı çıxanlar da olmuşdur. Bunlara ilkin olaraq, qərb ölkələrində sənaye iqti-
sadi inkişafının təsiri ilə əlaqədar olaraq inkişaf etməkdə olan ölkələr arasında
dərin sosial dəyişikliklərə gətirib çıxarmaq və sair məsələlərinin təhlilləri daxil
edilir (S.P.Hintington və b.).
Modernizmin nəzəri baxışlarının fəallığı müəyyən dövrlər ərzində dəyişik-
liklərə məruz qalmışdır. Qeyd etmək lazımdır ki, XX əsrin ortalarından başla-
yaraq modernizmin nəzəri gerçəklikləri kreativ inkişaf potensialına çevrilməsi
kimi qəbul edilməsinə səy göstərilmişdir.
Coğrafiya elminin “yaddaşın”da modernizminin inkişafının kreativ fonunda
dünya ölkələrinin iqtisadi-siyasi inkişafının təminatına uyğun təhlillərinin üs-
tünlüyü nəzərə alınmışdır. Kreativ iqtisadiyyatının dayanıqlığının informasiya-
sına söykənən ölkələrdə modernizm prosesi aktivlik göstərilməsi ilə fərqlənir.
Məntiqi olaraq inkişaf etmiş ölkələrdə modernizm ilkin olaraq özlüyündə yeni-
liklərin-innovasiyaların tətbiqində özünü göstərmişdir. Dialektik elmi kodla-
rına söykənən modernizm cəryanı coğrafi sistemlərinin dayanıqlığının səviy-
yəsinə uyğun vahid çoxfunksional strukturlarının yaranmasına stimul verir.
59
Weber M. The Protestant Ethic and the Spirit of Capitalism Bern.1979.
60
Berman M. All That Is Solid Mets into Air. London. 1988.
61
Lipset S.M. Som Sosial Pequsites of Democracy. New York. 1959.
Dostları ilə paylaş: |