12
-
gəlirlərin bölgüsü və yenidən bölgüsündə əhalinin sosial müdafiəsinin təmin
edilməsi;
-
məşğulluğun təmin edilməsi və işsizliklə mübarizə və s.
Problemləri tam əhatə etməyən sadaladığımız bu məsələlərlə yanaşı respub-
likamızın müharibə vəziyyətində olması və xarici iqtisadi əlaqələrin təsirini də
nəzərə alsaq gələcək cəmiyyətin, yeni iqtisadi sistemin bu gün sağlam təməlinin
qurulmasının nə dərəcədə mürəkkəb iş olduğunu görərik. Son illərin elmi araşdır-
maları və dünya ölkələrinin təcrübəsi göstərir ki, XX əsrin sonu və XXI əsrin
ə
vvəllərində bəşəriyyətin mütərəqqi inkişafı insanların sosial problemlərinin
həllindən çox, dərəcədə asılıdır. Belə ki, cəmiyyətin sosial durumu iqtisadi
inkişafın nəticəsindən çox onun inkişafına təkan verən və ya ləngidən amilə
çevrilmişdir. Bu bir daha göstərir ki, bu gün sosial problemlərin düzgün və
səmərəli həll edilməsi aktual olmaqla yanaşı, həm də gələcək inkişaf üçün də
ə
həmiyyətlidir. Keçid iqtisadiyyatının xüsusiyyətlərini nəzərə almaqla dövlətin
sosial siyasətini müəyyənləşdirən amillər aşağıdakılardır:
-
ə
halinin həyat səviyyəsinin təmin edilməsi və yüksəldilməsi;
-
gəlirlərin əhalinin təminatında yaratdığı fərqlərin dərinləşməsinin qarşısının
alınması;
-
aztəminatlılıq və kasıblıqla mübarizə;
-
inflyasiyanın məqbul səviyyəsinin saxlanılması;
-
büdcə təminatlı sosial sahələrin iqtisadi səmərəliliyinin yüksəldilməsi;
-
istehlak malları və xidmətlər sahəsində milli istehsalçıların qorunması və
onlara dövlət köməyi;
-
istehlak malları və xidmətlər istehsalına elmi-texniki dəstək və innovasiyanın
təmin edilməsi.
Bildiyimiz kimi, keçid iqtisadiyyatı şəraitində dövlətin ən vacib
funksiyalarından biri bazara keçidlə əlaqədar meydana çıxan bir sıra mühüm
problemləri həll etmək, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı
tədbirləri həyata keçirməkdir. Dövlətin iqtisadi siyasətinin əsasını sosial siyasət
13
təşkil edir. Dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin sosial-iqtisadi
şə
rtlərinin tənzimlənməsinə yönəldilən tədbirləri kompleksindən ibarətdir. Məhz
sosial siyasət vasitəsi ilə ilk növbədə əhalinin dövlət himayəsinə ehtiyacı olan
hissəsinin vəziyyətini keçid şəraitində qismən yüngülləşdirmək mümkündür.
Sosial sahədə dövlət tərəfindən həyata keçirilən və əhalinin sosial müdafiəsinə
xidmət edən əsas tədbirlər sırasına təhsil, səhiyyə, ekoloji problemlərin həllinə
yönəlmiş iri proqramların işlənib hazırlanması, zəhmətkeşlərin sosial mühafizəsi
və sosial təminatı (istehlak büdcəsinə uyğun olaraq əmək haqqının və pensiyaların
minimum səviyyəsinin müəyyən edilməsi, inflyasiyanın sürətinə uyğun olaraq
gəlirlərin indeksləşdirilməsi və sair.) mexanizminin formalaşdırılması daxildir.
Azərbaycanda sosial inkişafın özünəməxsus xüsusiyyətləri mövcuddur. Bu
qanunauyğunluqlar son illər daha çox nəzərə çarpır. Milyondan çox pensiyaçının,
iki yüz minə qədər tələbənin və işsizliyin yuxarı olması xarakterik xüsusiyyətdir. O
cümlədən, əhalinin yaş tərkibində son illərdə nisbi qocalmanın baş verməsi, hər bir
işçiyə düşən işsizlərin sayının artması, təbii artımın azalması tempini xarakterizə
edir və digər xüsusiyyətlər, sosial təminat, sosial müdafiə, sosial tənzimlənmənin
özünəməxsus qanunauyğunluqlarını meydana çıxarır və sosial siyasəti
formalaşdırır. Sosial siyasətə uyğun olaraq maliyyə, kredit, bölgü, mübadilə, vergi
siyasəti formalaşdırılır. Sosial təminatın pulsuz və güzəştli xidmət istiqamətlərində
formalaşmasının tənzimlənməsi mexanizmləri həmin sahələrdə işləyənlərin əmək
haqqı, bu sahələrin maddi-texniki bazası və kadr potensialının inkişaf etdirilməsi
üçün zəruri olan maliyyə imkanları ilə məhdudlaşır.
Bu sahələrin inkişafının əsas maliyyə mənbəyini mərkəzləşmiş formada
dövlət büdcəsi təşkil etdiyi üçün dövlət büdcəsi həmişə sosial yönlü siyasət
yeritməlidir.
Maliyyə gərginliyi şəraitində sosial tənzimlənmənin əsaslarını müəssisələrin
özlərinin təsərrufat hesabı vasitəsilə işlənməsi yolu ilə ödənilməsi problemi
meydana çıxır. Müasir şəraitdə təhsil ocaqlarının demək olar ki, hamısında pullu
təhsil sistemi mövcuddur, özəl təhsil ocaqları inkişaf edir. Mülkiyyət
14
münasibətlərindən asılı olaraq maliyyəşdirmə mənbələri yeniləşir. Yeni ixtisaslara,
xidmətlərə ehtiyac əhalinin xidmətə olan alıcılıq qabiliyyəti ilə müəyyən olunur.
Beləliklə, bazar iqtisadiyyatı formalaşdıqca sosial inkişafın yeni formaları
meydana çıxır. Bu strukturların təşkilatı-iqtisadi xüsusiyyətləri formalaşır. Maliyyə
imkanları yeniləşir və tənzimləmədə indiyə qədər formalaşmış plan, mərkəzləşmiş
mexanizmlərdən fərqli olaraq çevik bazar mexanizmləri meydana gəlir. Əlbəttə,
sosial tənzimlənmənin bazar iqtisadiyyatı şəraitində maliyyə imkanları daha da
gərginləşir. Ona görə də istər respublikanın daxili imkanları hesabına, istərsə də
xarici kreditlərin hesabına bu gərginliyi azaldan, yumşaldan tədbirləri,
mexanizmləri tətbiq etmək lazımdır. Bu baxımdan, respublikada sosial müdafiə
fondları, kreditlər, dünya bank sistemləri, dünya humanitar təşkilatların vasitələri
hesabına sosial fondlar yaradılır.
-
Azərbaycan müstəqillik qazanandan sonra çətin problemlərlə üzləşmişdir.
Ə
hali müxtəlif təzadlar məngənəsində sıxılaraq hələ yaşayış tərzini tam müəyyən-
ləşdirməmişdir. Yeni iqtisadi sistemə keçidlə əlaqədar respublikamızın iqtisadiy-
yatının iflic vəziyyətinə düşməsi xalqın sosial vəziyyətini ağırlaşdıraraq əhalini bir
sıra problemlərlə üz-üzə qoymuşdur. Respublikanın üzləşdiyi Dağlıq Qarabağ
münaqişəsi bu problemlərin sayını artırmışdır. Azərbaycanda bir milyondan artıq
qaçqın və məcburi köçkün olması, fabrik və zavodlarımızın avadanlıqlarının fiziki
və mənevi cəhətden köhnəlməsi, cəmiyyətdə gedən inkişafı ləngidir. Bu cür
mürəkkəb vəziyyətdə sosial siyasəti formalaşdırmaq çətindir. Belə şəraitdə
ölkəmizdə liberal sosial siyasət meylləri özünü gösterir. Liberal sosial siyasətin
gerçəkləşdiyi dövlətlərdə iş yerləri yaradılır, kiçik biznesə üstünlük verilir, insanlar
sahibkarlıqla daha çox məşğul olurlar. Buna görə də Azərbaycan dövlətçiliyində
bir nömrəli məsələ kiçik və orta biznesin inkişaf etdirilməsi və sahibkarlığa şərait
yaradılmasıdır. Əvvəllər tənqid atəşine tutduğumuz bazar iqtisadiyyatı insanların
azad və firavan yaşaması üçün əlverişli quruluşdur. Bu gün insanlarda bazar
iqtisadiyyatına xas xüsusiyyətlərin tərbiyə olunmasına səy göstərilməlidir.Son illər
ə
rzində iqtisadi islahatlara paralel olaraq, sosial sahədə də islahatlar həyata keçirilir
Dostları ilə paylaş: |