21
zamanı işçilər və onlara müxtəlif xidmətlər həyata keçirilməsi sxemlərini və özünü
işlə təmin edənlərin fəaliyyətini təşkil edən müxtəlif inzibati qurumlar
yaradılmalıdır.
«Bəzi ölkələr, əksər hallarda, qanun statusu daşıyan ictimai qruplar yara-
dacaqlar ki, onlar da sosial müdafiə sisteminin inzibati idarə olunmasını həyata
keçirəcəklər. Sosial müdafiə ehtiyatlarının yığılması və idarə olunması, eləcə də
yığılması üzrə məsul olan müxtəlif fond və qurumların mövcudluğunu vurğu-
lamalıyıq. Onlar içərisində sosial sığorta məsələlərinin inzibati idarə olunmasına
görə məsul olan qurumlar da vardır».
Məsələn, belə hallarda üstünlüyü işçilərdən təmsil olunmuş qruplar qazanırlar.
ş
in bu qaydada təmsil olunması üçün siyasi cəhətdən məsul şəxslər inzibati
öhdəlikləri öz aralarında bölüşdürürlər. Onlar, həmçinin, inzibati qurumların
tərkibinə təmsilçilərin təyin olunmasını da öz üzərinə götürürlər. Hərdən, məqsədli
qrupların sosial müdafiə sistemlərinin spesifik qurumlarına birbaşa cəlb
olunmalarını da təmin edə bilərlər. Zərərçəkənlər üçün xidmətlərin təmin olunması,
ə
lillər assosiasiyalarının yaradılması, həmkarlar ittifaqları və ya tibbi yardımı
təmin edən istənilən digər birliklərin təsis edilməsi məsələsi həmişə ön planda olur
və Fəaliyyətin ilkin mərhələsində səs çoxluğu ilə üstünlük qazanmış təmsilçilərin
yarım ictimai qurumların tərkibinə təyin edilməsi prosesinə başlanılır. Bu cür
yarım ictimai qurumların inzibati tərkibləri ya tamamilə, ya da hissə-hissə sosial
sığortalanmış, seçilmiş insanlardan təşkil oluna bilər. Sosial müdafiə seçimləri bu
məqsədlərə nail olmaq üçün aparılacaqdır. Bir sıra ölkələr də mövcuddurlar ki, bu
demokratik prinsiplər əsasında həyata keçirilir və müvəffəqiyyətlərə bu yolla nail
olunur.
Kommersiya və yaxud gəlirlə işləyən özəl qurumlara da, bəzən sosial müdafiə
sistemlərinin gələcəkdə inzibati idarə olunmalara cəlb edilmələri ilə bağlı
müraciətlər ola bilər. Özəl sığorta kompaniyalarının cəlb olunmasına yönəldilmiş
bu cür funksional qeyri-mərkəzləşmə daha çox hallarda sənayedə baş vermiş
qəzalarla bağlı, risk tələb edən hallardan qorunmanı təmin edən sistemlərdə öz
22
ə
ksini tapır. Funksional qeyri-mərkəzləşmənin yuxarıda qeyd olunan bütün
hallarında səlahiyyətlərin ötürülməsi, baş vermiş hadisə ilə əlaqədar yaradılmış
xüsusi qurumlara kreditlərin verilməsi və ya baş vermiş hadisə ilə bağlı qeyri-
xüsusi qurumlara güzəştlərin teqdim olunması ilə müşayiət oluna bilər. Sosial
yardımın inzibati idarə olunması, əksər hallarda qeyri-xüsusi ictimai qurumları,
məsələn bələdiyyələri də səlahiyyətlərlə təmin edə bilər.
Ə
gər işəgötürənlərin nə zamansa «sosial müdafiənin inzibati qurumu» kimi
rolu olmasına baxmayaraq, bir neçə hüquq və öhdəliklərin müvafiqliyinə əsasən,
qeyri-xüsusi qurumların kreditləşməsində bu işəgötürənlərə qeyri-mərkəzləşmənin
digər növü kimi baxılır. şəgötürənlər, çoxsaylı sosial sığorta sistemlərinin inzibati
idarə olunması baxımından, onların həyatında çox böyük rol oynayırlar.
şə
götürənlər çox zaman sosial tədiyələri onların işəgötürənləri üçün nəzərdə
tutulmuş məbləğlərindən çıxır, bunu işəgötürənlərin tediyələrinə əlavə edərək sosial
mudafiənin inzibati idarəolunma qurumlarına göndərirlər. Beləliklə də
işəgötürənlər sosial müdafiənin yığım funksiyalarının həyata keçirilməsində əsas
rolu yerinə yetirirlər.
Bütün qeyri-mərkəzləşdirilmiş ərazi və funksional qurumlar onlara verilmiş
səlahiyyətlərə nəzarət edən orqanların himayəsi ilə fəaliyyət göstərirlər. Həmin
səlahiyyətlər əvvəldən də işlənib hazırlana bilər. Mənbələrin istifadə və idarə
olunması, fəaliyyətə cəlb olunmuş bütün maraqlı tərəflərin vəzifə və öhdəliklərinin
müəyyən olunması, güzəştlərin ödənilməsi bütün bunlar ümumi vəzifə və
öhdəliklərin tərkibinə daxil edilə bilər. Qeyri-mərkəzləşmiş ərazi və funksional
qurumlar özlərinə həvalə edilmiş səlahiyyətlərlə bağlı tapşırıqların yerinə
yetirilməsi üzrə xərclərin bir hissəsinin ödənilməsi ilə bağlı maliyyə məsuliyyəti
daşıyır.
Müasir dövrdə sosial müdafiə sistemi cəmiyyətin inkişafında mühüm rol
oynayır. qtisadi problemlər içərisində sosial müdafiə problemi əsas rol oynayır.
Bütün ölkələrdə sosial güzəştlərdən asılı olan bir sıra insan qruplarının prob-
lemlərinin bir hissəsinin həll olunduğu şəraitdə, büdcə kəsrlərinin mövcud olduğu
23
bir durumda, hökumət sosial müdafiə üzrə xərclərin bir hissəsini öz üzərinə
götürməli olur. Sosial müdafiə sistemi və bu sistemin inzibati idarə olunması və
tənzimlənməsi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklər ictimaiyyətin bütün
problemlərinə yönəldilməlidir. Bir məşvərətçi orqan kimi tərkibinə sosial, iqtisadi,
dini və digər qruplar daxil olan qurumlar sosial müdafiənin inzibati idarə
olunmasında iştirak etməsə də, onun bir üzvü sayıla bilər, sosial müdafiə
məsələlərinə həsr olunmuş müzakirələrdə iştirak edə bilər, bununla da bu sistemin,
fəaliyyətinin ictimaiyyət tərəfindən qəbul olunmasına şərait yaratmış olar.
Beləliklə, sosial təminat vətəndaşlara və onların ailə üzvlərinə yaşayış vasi-
tələri mənbəyini itirdiyi ve ya zəruri yaşayış minimumu olmadığı hallarda sosial
ə
həmiyyətli əlavə xərclər çəkilməsi, eləcə də tibbi yardım göstərilməsi, ailəyə,
uşaqların saxlanılmasına və tərbiyə edilməsinə kömək olunması, digər sosial
xidmətlər göstərməklə ve güzəştlər müəyyən etməklə onların tələbatını ödəmək
üçün sosial təyinatlı vəsaitlərin bölüşdürülməsi üzrə ictimai münasibətlərin
məcmusunu ehatə edir.
Ə
n mühüm sosial - iqtisadi problemlər sırasında əhalinin pensiya təminatı və
sosial ödəmələr məsələsi xüsusi yer tutur.
Azərbaycan Respublikasının yeni «Əmək Məcəlləsi» Milli Məclis tərəfindən 1
fevral 1999-cu ildə qəbul edilmiş və iyulun 1-dən qüvvəyə minmişdir.
Respublikamızda 1 milyon 271,5 min nəfərə qədər pensiyaçı vardır. Başqa sözlə,
ə
halinin hər 6 nəfərindən biri təqaüdçüdür. Bu problemlərin həllinin vacibliyi
nəzərə alınaraq pensiya təminatı sistemində islahatın daha səmərəli aparılması
məqsədi ilə Nazirlər Kabinetinin 23 fevral 1998-ci il tarixli sərəncamı ilə aidiyyəti
nazirlik və orqanların rəhbər işçilərindən ibarət Dövlət Komissiyası yaradılmışdır.
Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahat konsepsiyasına
uyğun olaraq, ilk mərhələdə keçid dövrü üçün «Vətəndaşların pensiya təminatı
haqqında» Azərbaycan Respublikası Qanununun 30-a qədər maddəsinə müvafiq
dəyişiklik və əlavələr edilmişdir.[6]
Pensiyaların artırılması dövlət büdcəsinin mədaxil hissəsinin dolması, gəlirlərin
Dostları ilə paylaş: |