15
və əhalinin sosial problemləri dövlətin daima diqqət mərkəzindədir. Bazar
iqtisadiyyatına keçid və keyfiyyətcə yeni iqtisadi münasibətlərin formalaşması
sosial müdafiə sistemində zəruri islahatların aparılmasını, müasir tələblərə cavab
verə biləcək çevik işlək mexanizmlərin, əmək hüquqlarının qorunmasını təmin
edən tam əhatəli hüquqi və sosial təminatlar sisteminin yaradılmasını tələb edir.
Bu məqsədlərə nail olmaq üçün müvafiq, həmçinin beynəlxalq normalara
ə
saslanan qanunverici bazanın yaradılması zəruridir. Məhz bütün bunlara görə
qanurwericiliym təkmilləşdirilməsi və yeni qanunların yaradılması istiqamətində
lazımi işlər görülmüş, beynəlxalq normalara uyğun qanunlar, o cümlədən «Əməyin
ınühafizəsi haqqında», «Vətəndaşların pensiya təminatı haqqında», «Əlillərin
sosial müdafiəsi haqqında», «Minimum istehlak büdcəsi haqqında», «Vətəndaş-
ların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında»,
«Məzuniyyətlər haqqında», «Kollektiv müqavilələr və sazişlər haqqında» və s.
qanunlar hazırlanmış və qəbul edilmişdir.
Azərbaycan Respublikası vetəndaşları sosial təminat hüquqlarından başqa digər
vacib hüquqlara – əmək, istirahət, sağlamlığın qorunması, təhsil kimi hüquqlara da
malikdirlər ki, bu da 12 noyabr 1995-ci ildə qəbul edilmiş Əsas Qanunda öz əksini
tapmışdır.
Sosial müdafiə termini ilk dəfə ABŞ-da istifadə olunub.1929-cu ildə dünyada
hökm sürən Böyük qtisadi Böhranın ABŞ-ın və digər ölkələrin sosial müdafiə
sisteminin inkişafına böyük təsiri olub. Böhran nəticəsində Amerikada işsizliyin
səviyyəsi yüksəlib və xalq səfalətlə üz-üzə dayanıb. Sosial risklərə qarşı xalqın
kifayət qədər qoruna bilməməsi prezident Ruzveltin başçılığıyla 14 avqust 1935-ci
il tarixli "Sosial müdafiə qanunu"nun qüvvəyə minməsinə səbəb olub. Daha sonra
bu anlayış 1942-ci ildə məşhur ingilis iqtisadçısı Vilyam Beveric tərəfindən
hazırlanan "Beveric hesabatı" ilə öz gerçək mənasını tapıb.
Dünyada qəbul olunmuş əsas sosial müdafiə modelləri - Bismark və Bevericin
yaratmış olduğu modellərdir.
16
Bismark modeli əmək fəaliyyətinə əsaslanan sosial sığorta mexanizminə
söykənir. Fərdlər gördükləri iş qarşılığında sosial müdafiə ilə əhatə olunurlar.
Modeldə maliyyələşmə sığorta olunanların ödədikləri sığorta haqqı ilə reallaşır.
Bununla da işçi qazancına və ödədiyi sığorta haqqına düz mütənasib olaraq sosial
müdafiə hüquqları əldə edir. Bu səbəbdən hər kəs sosial müdafiə ilə əhatə
olunmaya da bilər. Bismark modeli dedikdə həm də ağıla ilk olaraq məhz
pensiya sistemi gəlir.
Beveric modelini isə universal sistem kimi xarakterizə etmək olar. Bu sistemdə
fərdin sosial müdafiəsi onun işləməsindən asılı deyildir. şləyən və işləməyən hər
kəs, o cümlədən ölkənin bütün vətəndaşları, həmçinin ölkə daxilində hər bir şəxs,
bir sözlə, bütün əhali sosial müdafiə ilə əhatə olunurlar. Bu sistemin əsas fərqli
cəhətlərindən biri sosial yardım və sosial xidmət formalarının təqdim edilməsidir.
Beveric modelinə ən uyğun ölkə ngiltərədir. ngiltərəni Almaniyadan sonra sosial
rifahın inkişafı baxımından ikinci əsas ölkə hesab etmək olar. Almaniyada
reallaşdırılan sosial islahatlar sənayesi surətlə inkişaf edən ngiltərəyə böyük təsir
göstərmişdir. II Dünya müharibəsindən dərhal sonra ngiltərədə sosial sığorta
ə
sasında qurulan sosial müdafiə sistemində dövlət işçi və işəgötürəndən sonra
üçüncü tərəf kimi iştirak etməyə başlamışdır. Bu sistem də Bismark modeli kimi
sosial sığortalar əsasında qurulmuşdur. Amma Beveric modelində ödənilən sığorta
haqları və vergilər yalnız şəxsin özünün sosial müdafiəsinə deyil, həm də
yoxsulların sosial rifahının yaxşılaşdırılmasına yönəldilib. Sözün əsl mənasında,
Bismark modelində sosial siyasət yalnız işləyənlərin sosial vəziyyətini
yaxşılaşdırmaqla bağlıdır, əhalinin yoxsulluğunu azaltmaq və əmək qabilliyyəti
olmayanların sosial vəziyyətini yaxşılaşdırmaq əsas məqsəd kimi nəzərdə
tutulmamışdır. Məhz bu , iki modeli bir-birindən fərqləndirən əsas cəhət hesab
olunur.
Digər tərəfdən, heç bir ölkədə bu modellərdən yalnız biri tətbiq edilmir. Hər iki
model dünya ölkələri tərəfindən mənimsənilib. Bunlardan biri daha çox, digəri isə
qismən sosial müdafiə sistemində yer alır. Bəzi ölkələrdə isə hər iki model
17
paralel,bərabər səviyyədə həyata keçirilir. Məsələn, ölkəmizdə sosial sığorta
prinsiplərinə əsaslanan sosial müdafiə sistemini Dövlət Sosial Müdafiə Fondu,
yoxsulluğun azaldılmasına yönəldilmiş sosial yardım və sosial xidmət formalarını
isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi reallaşdırır.
Sosial təminat sistemində müavinətlər mühüm yer tutur. Əhalinin aztəminatlı
təbəqələrinin ünvanlı sosial müdafiəsinin təşkil edilməsi məqsədilə 22 may 1996-cı
ildə Azərbaycan Respublikası prezidenti tərəfindən imzalanmış «Aztəminatlı
ailələrə verilən müavinətlərin artırılması haqqında» sərəncama əsasən müharibə
ə
lillərinə, şəhid ailələrinə ve müddətli herbi xidmətdə olan hərbi qulluqçuların
uşaqlarına, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların
qəyyumlarına, Çernobıl qəzası nəticəsində əlil olmuş, yaxud vəfat etmiş
valideynlərin uşaqlarına təyin olunan aylıq müavinətləri, uşağa qulluğa görə
qismən ödənişli məzuniyyətdə olan şəxslərə müavinətlər, gəlirdən asılı olmayaraq
uşaq doğulması və dəfn üçün birdəfəlik müavinətlərin təyin olunması müəyyən
edilmişdir. şləyən aztəminatlı ailələrə müavinətlərin təyin edilməsi uşaqlara görə
verilən aylıq müavinətlərin daha çox ehtiyacı olan ailələrə çatdırılmasını mümkün
etmişdir. Əhalinin ən zəif təbəqələrinin sosial müdafiəsini gücləndirmək məqsədilə
qaçqın və məcburi köçkünlərdən birinci qrup əlil olan ailələrə əlavə aylıq
müavinətlər təyin edilmişdir.
Respublikamızda bir çox güzəştlərin verilməsi ünvanlı xarakter daşımadı-
ğ
ından, həmçinin güzəştlər ölkənin iqtisadi inkişafına mənfi təsir göstərdiyindən
bəzi kateqoriyalar üzrə güzəştlərin aylıq müavinətlərlə əvəz olunmasına üstünlük
verilmişdir.
Müavinət ciddi məqsədli təyinat xarakterinə malikdir. Bir sıra müavinətlər
üzürlü səbəbə görə itirilən qazancı əvəz etmək məqsədilə (müvəqqəti əmək qa-
biliyyətini itirməyə, işsizliyə və s. görə) digərləri isə sosial yardım göstərmək
məqsədi ilə verilir (uşaq doğularkən birdəfəlik müavinət, aztəminatlı ailələrin
uşaqlarına aylıq müavinət, dəfn üçün birdəfəlik müavinət və s.).
Müavinətlərin verilmə müddətləri müəyyən zamanla məhdudlaşdırılır. Onları
Dostları ilə paylaş: |