Microsoft Word Strateji marketinq doc



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə22/237
tarix29.09.2017
ölçüsü5,78 Mb.
#2430
1   ...   18   19   20   21   22   23   24   25   ...   237

 

61 


Ölkəmizin  demoqrafik  profilində  ən  diqqət  çəkən  dəyişiklik  əhali-

nin  əvvəlki  illərlə  müqayisədə  yaşı  25-ə  kimi  olan  əhalinin  sayının  və 

xüsusi  çəkisinin  artması  və  yaşı  64-dən  çox  olan  əhalinin  sayının  və 

xüsusi  çəkisinin  azalmasıdır.  Belə  ki,  2005-ci  illə  müqayisədə  2012-ci 

ildə yaşı 64-dən yuxarı olan əhalinin sayı 11,2 faiz bəndi azalmış, yaşı 25-

ə

  kimi  olan  əhalinin  sayı  isə  cüzi  də  olsa  –  0,5  faiz  bəndi  artmışdır. 



Ş

übhəsiz  ki,  .  əhalinin  yaş  tərkibində  baş  verən  bu  dəyişiklik  bazarın 

məhsul strukturunun da dəyişməsinə səbəb olacaqdır. 

Doğum  əmsalı

.  Bazarın  məhsul  strukturuna  təsir  edən  digər 

demoqrafik  amil  doğulan  uşaqların  sayı  və  ya  doğum  əmsalıdır.  Bu 

göstəricidə  baş  verən  istənilən  dəyişiklik  mütləq  uşaq  yeməklərinə,  uşaq 

arabalarına, bələklərə və pamperslərə, dayə xidmətlərinə tələbatın həcmi-

nin dəyişməsinə səbəb olur. Ölkəmizdə doğulan  uşaqların sayının daima 

atmasına  əsaslanaraq  yaxın  gələcəkdə  bu  məhsullara  tələbatın  artacağa 

doğru meyl edəcəyini əminliklə söyləmək olar. 



Evlənənlərin  sayı

  və  ya  rəsmi  qeydə  alınmış  nikahların  ümumi 

ə

msalı.

 Bir məhsullara tələbatın həcminə təsir edən il ərzində evlənənlərin 

sayı  və  ya  rəsmi  qeydə  alınmış  nikahların  ümumi  əmsalı  və  onların 

dəyişmə  meylidir.  Belə  ki,  evlənənlərin  sayının  və  ya  nikahların  ümumi 

ə

msalının artması mənzillərə, ev əşyalarına, zinət əşyalarına, toy və nişan 



mərasimləri  ilə  əlaqədar  olan  xidmətlərə  tələbatın  artmasına  səbəb  olur. 

Görünür ölkədə, xüsusən də Bakıda şadlıq saraylarının sayının və onların 

xidmətlərinin haqqının yüksək templə artması evlənənlərin sayının kifayət 

qədər  yüksək  olması  ilə  əlaqədardır.  Belə  ki,  2005-2012-ci  illərdə 

evlənənlərin sayı və nikahların ümumi əmsalı daima artmağa doğru meyl 

etmiş və bu göstəricilər müvafiq olaraq 4,8 bənd və 0,1 bənd artmışdır. 



 

2.2.2. Marketinqin iqtisadi mühit amilləri 

Ölkənin iqtisadi vəziyyətini xarakterizə edən iqtisadi amillərdə baş 

verən istənilən dəyişiklik, demək olar ki, bütün məhsullar bazarında tələ-

bin  səviyyəsinə  bu  və  ya  digər  dərəcədə  təsir  edir.  Lakin  onların  təsiri 

istehsal  təyinatlı  məhsullar  və  daşınmaz  əmlak,  həmçinin  kredit  stavka-

larına  və  ailə  gəlirlərinin  (korporativ  gəlirlərin)  səviyyəsinə  həssaslığı 

yüksək  olan  digər  məhsullar  bazarında  daha  güclü  hiss  edilir.  qtisadi 

dəyişikliklərin  makromühitin  digər  amillərində  baş  verən  dəyişikliklərlə 




 

62 


culğalaşması məhsullar bazarınin tələbinə daha dərindən təsir edir. Məsə-

lən,  dayanıqlı  ABŞ  iqtisadiyyatı  və  aşağı  faiz  stavkaları  ilə  “demoqrafik 

partlayış”  dövrü  adlanan  1946-1964-cü  illərdə  doğulan  əhalinin  sayının 

artmasının  birlikdə  təsiri  nəticəsində  kurort  zonalarında  yay  evlərinə 

tələbin həcmi sürətlə artmağa başladı [87, s. 147].  

 Marketinqin  iqtisadi  mühit  amillərinə  ölkə  iqtisadiyyatının  sahə 

strukturunun  tipi;  ümumi  daxili  məhsulun  və  adambaşına  ümumi  daxili 

məhsulun  həcmi;  ölkə  iqtisadiyyatının  inkişafı;  qiymətlərin  səviyyəsi; 

inflyasiya  səviyyəsi;  işsizlik  səviyyəsi;  kredit  almaq  imkanı;  ölkə  iqtisa-

diyyatına investisiya qoyuluşu və s. iqtisadi göstəricilər aiddir. 



Ölkə iqtisadiyyatının sahə strukturunun tipi.

  Bu amil ölkənin iqti-

sadi inkişaf səviyyəsini xarakterizə edir və əhalinin gəlirlərinin səviyyəsi 

və  alıcılıq  qabiliyyəti  bilavasitə  bu  göstəricidən  asılıdır.  Bu  göstəriciyə 

görə dünya ölkələri aşağıdakı 4 qrupa bölünür: 

1.  Natural  təsərrüfat  tipli  ölkələr.  Bu  sahə  strukturuna  malik  olan 

ölkələrin əhalisinin əksəriyyəti kənd təsərrüfatında çalışır, istehsal edilən 

kənd  təsərrüfatı  məhsullarının  əksəriyyəti  bilavasitə  onun  istehsalçıları 

tərəfindən  istehlak  edilir,  qalan  hissəsi  isə  digər  əsas  məhsul  və  xidmət-

lərə dəyişdirilir. Başqa sözlə, bu ölkələrin əhalisi movcudluqlarını,  yaşa-

malarını təmin edə bilirlər və buna görə də bu ölkələrdə ticarət imkanları 

həddən artıq məhduddur. 

2. Təbii resursların ixracına əsaslanan sahə strukturu. Bu tip sahə 

strukturlu ölkələrdə bir və ya bir neçə təbii resursun zəngin ehtiyatı möv-

cud olur və bu resursların ixracından əldə edilən gəlirlər ölkənin və onun 

ə

halisinin  gəlirlərinin  əsas  hissəsini  təşkil  edir.  Bu  tip  ölkələr  mədənçı-



xarma,  yükləmə-boşaltma  və  materialların  saxlanılması  avadanlıqları, 

həmçinin  yük  avtomobilləri  bazarının  ən  aktiv  alıcıları  hesab  edilir. 

Ə

vvəlki  ölkələr  qrupundan  fərqli  olaraq  bu  ölkələrədə  müəyyən  ölçüdə 



varlılar sinfi formalaşır və bunun sayəsində həmin ölkələrdə cah-calal və 

prestij məhsullarına tələb yaranır. 

3.  nkişaf  etməkdə  olan  ölkələr.  Bu  ölkələrdə  hasilat  sənayesi  ilə 

yanaşı bir sıra emal sənayesi sahələri də mövcud olur və onların məcmu 

daxili  məhsulunda  sənayenin  payı  10-20%  təşkil  edir.  stehsalın  həcmi 

artdıqca  xammal,  polad  və  maşınqayırma  məhsullarının  ixracının  həcmi 

artır, paltar, kağız, ərzaq və s. kimi məhsulların idxalının həcmi isə azalır. 



Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə