Microsoft Word Strateji marketinq doc



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə23/237
tarix29.09.2017
ölçüsü5,78 Mb.
#2430
1   ...   19   20   21   22   23   24   25   26   ...   237

 

63 


Sənayenin  inkişafı  sayəsində  bu  ölkələrdə  varlılar  və  inkişaf  edən  orta 

sinif  formalaşır.  Bu  siniflərin  nümayəndələri  tamamilə  yeni  məhsullar 

tələb edirlər. 

4.  Sənayecə  inkişaf  etmiş  ölkələr.  Bu  ölkələr  hazır  məhsulların  və 

kapitalın əsas ixracatçılarıdır. Bu ölkələrdə geniş və çeşidli fəaliyyət növ-

ləri, həmçinin böyük ölçülü orta sinif mövcuddur. Onlar bütün növ məh-

sullar bazarının ən aktiv alıcılarıdır [2, s. 460].  

Ümumi daxili məhsul

. Ümumi daxil məhsul istehsal və qeyri-maddi 

xidmət  sahələrində  iqtisadi  vahidlərin  –  rezidentlərin  son  istehlak  üçün 

məhsul  və  xidmətlər  istehsalı  üzrə  yaratdığı  əlavə  dəyərin  həcmidir. 

Ümumi daxili məhsulun mütləq və nisbi həcmi (hər nəfərə düşən ümumi 

daxili  məhsulun  həcmi)  artdıqca,  digər  amillərin  dəyişməz  qalması  şərti 

ilə, ölkə əhalisinin alıcılıq qabiliyyəti və deməli, müxtəlif məhsullara tələ-

batı da artır. Ümumi daxili məhsulun həcminin dinamikasının təhlili gös-

tərir  ki,  son  illərdə  ölkəmizdə  məhsul  və  xidmətlərin  istehsalının  artma-

sına uyğun olaraq onun həm ümumi həcmi, həm də nisbi həcmi mütəmadi 

olaraq  stabil  templə  artmağa  doğru  meyl  etmişdir.  Belə  ki,  2012-ci  ildə 

2005-ci  illə  müqayisədə  onların  həcmi  müvafiq  olaraq  4,3  və  3,7  dəfə 

artmışdır.  Ümumi  daxili  məhsulun  həcminin  stabil  templə  artması  bu 

meylin yaxın gəlcəkdə də davam edəcəyini söyləməyə imkan verir. 



Ölkə  iqtisadiyyatının  inkişafı

.  Ölkə  iqtisadiyyatının  inkişafı  və  ya 

iqtisadi böhranlar müəssisənin marketinq fəaliyyətinin nəticəsinə bir başa 

təsir  edir.  Birincisi,  iqtisadiyyatın  inkişafı  məşğul  əhalinin  sayının  və 

xüsusi çəkisinin və əhalinin gəlirlərinin artmasına, böhranlar isə işçilərin 

ixtisarına,  işsizlik  səviyyəsinin  və  əhalinin  gəlirlərinin  azalmasına  səbəb 

olur.  kincisi, iqtisadiyyatın inkişafı bazarda məhsul bolluğuna və bu isə 

qiymətlərin aşağı düşməsinə, böhranlar isə məhsul və xidmətlərin təklifi-

nin azalmasına və qiymətlərin artmasına gətirib çıxarır. Bunlar isə ya əha-

linin alıcılıq qabilyyətinin və deməli, məhsul və xidmətlərə tələbin artma-

sına, ya da onun azalmasına səbəb olur. 

Ə

manətlər  və  kreditin  əlçatanlığı

.  Məhsul  bazarlarının  cəlbedicili-

yinə təsir edən iqtisadi amillərdən biri də əhalidən cəlb olunmuş əmanət-

lərin  həcmi  və  kreditin  əlçatanlığıdır.  Belə  ki,  əmanətlərin  həcminin  art-

ması və kreditlərin əlçatanlığı əhalinin mənzil, avtomobil və mebel kimi 

bahalı  məhsulları  alması  imkanını  artırır.  Bundan  başqa  əmanətlərin 



 

64 


həcminin  artması  yerli  banklara  aşağı  faizlə  kreditlər  verməsinə  şərait 

yaradır.  2012-ci  ildə  əhalidən  cəlb  olunmuş  əmanətlərin  həcmi  5113,4 

mln. man, kreditlərin həcmi isə 12243,7 mln. man. təşkil etmiş və 2005-ci 

illə  müqayisədə  onların  həcmi  müvafiq  olaraq  10,3  dəfə  və  8,5  dəfə 

artmışdır.  Lakin  əmanətlərin  həcminin  artmasına  bxmayaraq  ölkəmizdə 

hələ  də  kredit  stavkaları  çox  yüksəkdir  və  kreditlərin,  xüsusən  də 

uzunmüddətli  kreditlərin  alınmasında  bir  çox  bürokratik  əngəllər 

mövcuddur.  Bu  isə  göstərilən  məhsulların  satışının  həcminə  mənfi  təsir 

edir. 

 

2.2.3. Marketinqin siyasi-hüquqi mühiti 



Siyasi-hüquqi  mühit  amilləri  sahibkarlıq  fəaliyyətinin  həyata  keçi-

rilməsi və tənzimlənməsi qaydalarını, bazar subyektləri arasındakı əlaqə-

lərin təşkili və istehlakçıların hüquqlarının müdafiəsi qaydalarını, həmçi-

nin ölkədəki siyasi vəziyyəti xarakterizə edir. Marketinqin ətraf mühitinin 

digər amilləri kimi mövcud siyasi-hüquqi mühit də müəssisənin fəaliyyəti 

üçün  həm  imkanlar,  həm  də  təhlükələr  yaradır.  Məsələn,  hökumət  vergi 

dərəcələrini və kredit stavkalarını aşağı salmaqla sahibkarlıq fəaliyyətinin 

inkişafı üçün imkanlar və ya onları artırmaqla sahibkarlığın inkişafı üçün 

təhlükələr yarada bilər.  

Marketinqin  siyasi-hüquqi  mühit  amillərinə  iqtisadiyyatın  dövlət 

tənzimlənməsi;  iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  məhdudlaşdırıl-

ması;  siyasi  stabillik;  valyuta  məhdudiyyətləri;  xaricdən  məhsul  alınma-

sına  münasibət;  dövlət  aparatı;  ayrı-ayrı  siyasi  və  dövlət  xadimləri  ilə 

qarşılıqlı münasibətlər və digər siyasi amillər aiddir.  



qtisadiyyatın dövlət tənzimlənməsi

. Bazar iqtisadiyyatının ən qızğın 

tərəfdarları da dövlətin iqtisadiyyata müdaxiləsinin, onu tənzimləməsinin 

və bunun üçün, obrazlı desək, biznesdə “oyun” qaydalarını müəyyən edən 

qanunvericilik  aktlarının  qəbulunun  zəruriliyini  inkar  etmirlər.  Yaxşı 

düşünülmüş,  mükəmməl  və  işlək  qanunvericilik  aktlarının  hazırlanması 

və qəbulu rəqabəti stimullaşdırmaqla və istehlakçıların seçim imkanlarını 

genişləndirməklə  yanaşı  məhsul  və  xidmətlər  bazarının  inkişafı  üçün 

münbit şərait yaradır. Buna görə də istənilən ölkənin, hətta inkişaf etmiş 

bazar iqtisadiyyatlı ölkələrin hökumətləri də iqtisadiyyatın tənzimlənmə-

sini  həyata  keçirir  və  haqsız  rəqabətin  aşkar  edilməsi  və  onun  aradan 



 

65 


qaldırılmasına, istehlakçıların hüquqlarının pozulmasına səbəb olan sahib-

karlıq  fəaliyyətindən,  məsələn,  insan  orqanizmi  üçün  zərərli  məhsulların 

istehsal və satışından, yalançı reklamlardan və s. onların müdafiə edilmə-

sinə,  həmçinin  cəmiyyət  qarşısında  istehsalçı  müəssisələrin  sosial  məsu-

liyyətinin  artırılmasına  aid  qanunvericilik  aktları  və  normativ-hüquqi 

sənədlər hazırlayırlar.  

Mövcud  qanunvericilik  aktlarında  edilən  hər  bir  dəyişiklik  və  ya 

yeni  qanunvericilik  aktlarının  hazırlanması  mütləq  müəssisələrin  marke-

tinq  fəaliyyətinə  təsir  edir.  Buna  görə  də  müəssisənin  marketoloqları  bu 

sahədə  baş  verən  bütün  dəyişiklikləri  izləməli,  qanunvericilik  aktlarının 

tələblərini öyrənməli və onları marketinq kompleksinin və proqramlarının 

hazırlanmasında nəzərə almalıdırlar. 



qtisadiyyatın  dövlət  tənzimlənməsinin  məhdudlaşdırılması

.  Sosia-

list ölkələrin təcrübəsi göstərdi ki, dövlətin iqtisadiyyata ifrat müdaxiləsi 

azad və rəqabətli mübadilənin qarşısını alır, təşəbbüsgarlığı həddən ziya-

də  zəiflədir,  bazara  yeni  istehsalçıların  daxil  olmasını  məhdudlaşdırır, 

inflasiya tempini artırır və son nəticədə iqtisadi fəaliyyətin effektliliyinin 

və  əhalinin  həyat  səviyyəsinin  aşağı  düşməsinə  səbəb  olur.  Bunu  nəzərə 

alan  əksər  dünya  ölkələri  iqtisadiyyatın  tənzimlənməsi  ilə  eyni  zamanda 

onun tənzimlənməsinin məhdudlaşdırılması üzrə tədbirlər həyata keçirir-

lər:  ticarət  maneələri  aradan  qaldırılır,  bir  sıra  sahələrə,  məsələn,  avia-

kompaniyaların, nəqliyyat müəssisələrinin, telekommunikasiya müəssisə-

lərinin və s. fəaliyyətinə dövlətin nəzarətinin səviyyəsi azaldılır.  

Tənzimlənmənin  məhdudlaşdırılması,  bir  qayda  olaraq,  onun  təsiri 

altında olan sahələrin strukturunun dəyişməsinə və qiymətin aşağı düşmə-

sinə  səbəb  olur.  Məsələn,  aviaxətlərin  tənzimlənməsinin  məhdudlaşdırıl-

masından  sonrakı  10  ildə  aviayükdaşımaları  bazarına  200  yeni  yükdaşı-

yıcı  daxil  oldu  və  bəzi  qiymətləndirmələrə  görə  qiymətlərin  səviyyəsi 

tənzimlənmə  şəraitində  ola  biləcəyi  ehtimal  edilən  qiymətlərlə  müqayi-

sədə  40%  aşağı  düşdü  [87,  s.  149].  Tənzimlənmənin  məhdudlaşdırıldığı 

ilk  dövrdə  müəssisələrin  fəaliyyəti  qiymətqoymada  sərbəstliyin  azaldıl-

masına,  məhsul  və  xidmətlərin  diferensiallaşdırılmasına,  marketinq  vər-

dişlərinin  mənimsənilməsi  və  yaxşılaşdırılmasına  və  manevirliliyin  artı-

rılması  üçün  kapital  yığımına  yönəldilirsə,  sonralar  onların  strategiyaları 

strateji  alyanslar  yaratmaqla  rəqiblərinin  sıxışdırılmasında  və  marketinq 




Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə