_____________Milli Kitabxana________________
32
Zarafat gəlməsin sənə məhəbbət.
Söz ver ki, ömrünün axırınadək
Mənim olacaqsan, Həcərim, mənim!
H ə c ə r
Sənindir sinəmdə döyünən ürək
Yetincəyə qədər əcəlim mənim.
Səlim bəy sərxoş vəziyyətdə otaqdan bayıra çıxıb Həcəri görür. Həcərin
gözəlliyi onu hcyrətə salır.
S ə l i m b ə y
Aha... Baxçamıza
qonmuş göyərçin,
Allah göndərmişdir onu mənimçün.
(Nəbiyə)
Nəbi, bu qız kimdir?
N ə b i
Bizim ellidir.
S ə l i m b ə y
Bəh, bəh, bərəkallah, gözələ bax bir.
Ay qız, adın nədir?
H ə c ə r
Həcər...
S ə l i m b ə y
(Cümşüd bəyə)
Çox gözəl...
H ə c ə r
_____________Milli Kitabxana________________
34
N ə b i
(Həcəri onun əlindən alır.)
Onun nə işi var qan ocağında?!
Çək onun əlindən murdar əlini!
S ə l i m b ə y
Namərdəm kəsməsəm acı dilini.
N ə b i
Bəy vurram...
S ə l i m b ə y
Sən bunun cürətinə bax!
Bəyə əl qaldırır südəmər uşaq.
H ə c ə r
Amandır, ay adam, amandır, kömək!
N ə b i
Daşdı səbir kasam, al gəldi, köpək!
Səsə Vasili, bir neçə kəndli və Cümşüd bəy gəlir.
C ü m ş ü d b ə y
Bəyə əl qaldırmaq?! Nankor qudurğan!
Nəbi
ilə əlbəyaxa olurlar, vuruşma zamanı Nəbi Səlim bəyi yerə yıxır.
Cümşüd bəy Nəbini nişan alarkən Nəbi Səlim bəyi buraxır.
Növbətçi qazağın tüfəngini alıb Cümşüd bəyi vurur.
N ə b i
_____________Milli Kitabxana________________
35
Sən də al payını, cəllad!
(Həcərlə birlikdə aradan çıxır.)
C ü m ş ü d b ə y
Ah... aman.
Hamı səhnəyə doluşur.
M a h m u d b ə y
Nə olub?..
S ə l i m b ə y
Xəyanət...
(Vasilini şillələyir.)
Alçaq, yaramaz.
M a h m u d b ə y
Tez olun,
tez olun, yubanmaq olmaz,
Atları dörd nala çapın, gətirin,
Harda olmuş olsa tapın, gətirin!
Vurdu Cümşüd kimi mərdi, igidi...
T ə h m a s b ə y
Vuran kimdi?
M a h m u d b ə y
Alı oğlu Nəbiydi!
PƏRDƏ
_____________Milli Kitabxana________________
37
S t r a j n i k
Onu
gözdən itirdik biz, əlli igid atlı,
Bilmədik göyə çıxdı, yoxsa ki, yerə batdı.
T ə h m a s b ə y
İtil, rədd ol!..
Ağalar, yox, buna dözmək olmaz.
Ürəyimi qurd kimi gəmirib yeyir qisas.
Qorxudan neçə aydır, rahat yata bilmirik,
Nəbini axtarırıq, lakin tuta bilmirik.
Belə getsə üzümüz əsla gülməyəcəkdir.
Papaqdır başımızda, deyin, yoxsa ləçəkdir?!
Nəbinin dəstəsinə qoşulan
lüt kəndlilər
Kökümüzü kəsərlər fürsət tapsalar əgər.
S ə l i m b ə y
Gündüz-günortaçağı, buna mat qalmışam mən
Otuz at qaçırıblar bəyliyin töyləsindən.
T ə h m a s b ə y
Qorxun, aparmasınlar arvad, uşağımzı,
Ələ keçirməsinlər bütün torpağınızı.
Bəylər, qulaq asınız, sözüm acı olsa da,
Haramdır qeyrətsizə yaşamaq bu dünyada!
Hanı vurhavurumuz, hanı gəlhagəlimiz,
Hanı görən gözümüz, hanı vuran əlimiz?!
S ə l i m b ə y
İsti-soyuqçun deyil başımdakı bu papaq,
Nəslimizin baxtına qılıncım yol açacaq.
Hər kim olursa olsun, aman
vermərəm yada,
Mən ölümə adınla sözsüz gedərəm, ata!