- 138 -
nun direktoru vəzifəsinə təqdim etdim. Bir neçə gün
sonra Fəraməz müəllim dedi ki, indi “Azərbaycan
tarixi” muzeyi yaxşı vəziyyətdə deyil və ona rəhbər-
lik etmək, onun itmiş nüfuzunu bərpa etmək üçün
yüksək mənəviyyatlı, təşkilatçı və məsuliyyətli bir
adam axtarırıq. Bir halda ki, Nailə xanım haqqında
belə yüksək fikir var, onun bu vəzifəyə getməsi
daha məqsədəuyğundur.
Doğrudan da, Nailə xanım muzeyin direk-
toru vəzifəsinin öhdəsindən ləyaqətlə gəldi və üstə-
lik elmi tədqiqlarını davam etdirdi, Akademiyanın
müxbir üzvü, daha sonra isə həqiqi üzvü seçldi,
AMEA-nın vitse-prezidenti oldu. Amma vəzifə pil-
lələri onu zərrə qədər də dəyişmədi. Həmin sadə, tə-
vazökar, hər şeydən əvvəl alim, tədqiqatçı Nailə
xanım!
- 139 -
Elm dünyası və alim dünyası
(Professor Nurəddin Rzayev haqqında)
Başqa sahədə çalışan
adamlar iş müddəti başa vur-
duqdan sonra şəxsi həyatları,
ailələri, istirahətləri ilə məş-
ğul olurlar. Elm adamı isə öz
işindən heç vaxt tam ayrıla
bilmir. Düşüncələrini həmişə
özü ilə gəzdirməli olur. Nə-
ticədə alimin işdən kənar
vaxtdakı həyatı başqa adam-
larınkından fərqlənir.
Alimin adi adamların dərd-sərsiz, xoşbəxt hə-
yatını yaşaya bilmək üçün əlavə səy göstərməlidir.
Bu əlavə səy, əlavə enerji «beynin boşaldılmasına»
sərf olunur. Və buna heç də həmişə müyəssər olmaq
mümkün olmur. Elmi metodlarla düşünmək vərdişi
çox vaxt ən adi məsələlərə münasibətdə də insanı
dolayısı yollarla aparır və bəzən qəribəlik təəssürratı
yaradır. Çox vaxt şairlər emosianlığın çoxluğundan
normadan kənara çıxdığı kimi, alimlər də
rasionallığının çoxluğundan diqqəti cəlb edirlər.
Elə alimlər vardır ki, elmi yaradıcılıq həyatını
adi məişət həyatından ayırmağa, qəribəlikləri ram
- 140 -
etməyə və böyük elm adamı olmaqla yanaşı, cəmiy-
yətdə və məişətdə də normal adam kimi həyat sür-
məyə müvəffəq ola bilirlər. Bunun üçün profes-
sional düşüncənin, analitik təfəkkürün baş alıb get-
məsinə imkan verməyən, yeri gəldikdə onları cilov-
laya bilən, kompensasiya edən adi insani müdriklik
və bədii-estetik təfəkkürə malik olmaq lazımdır.
Lakin hər alimdə bu olmur.
Professor Nurəddin Rzayevlə mənim bu mə-
sələyə münasibətdə müəyyən fikir ayrılığımız var-
dır. Nürəddin müəllim filosofluğu alimiliyin yüksək
səviyyəsi hesab edir. Belə yanaşdıqda hər bir böyük
alim əslində filosof sayıla bilər. Lakin, məncə, alim-
lik səviyyəsi nə dərəcədə yüksək olursa-olsun, əgər
o, bədii-estetik təfəkkürlə birləşməsə filosofluq mə-
qamına çata bilməz. Əksinə, birtərəfli rasional dü-
şüncə şəxsiyyətin bütövlüyünə, ahəngdarlığına de-
yil, kəskin yarımçılığına, mənəvi şikəstliyinə gətirib
çıxara bilər. Nurəddin müəllim alimliyin insana təl-
qin etdiyi birtərəfliyi kompensasiya edə bilən, alim-
likdən gələn qəlibəliklərin fövqündə dayanan yük-
sək mədəniyyətli ziyalıdır.
- 141 -
Nurəddin Rzayev filosofluq məqamına çat-
mış bir alimdir. Onun tibb elminə gətirdiyi yenilik-
lər barədə danışmaq mənim kompetensiyam xaricin-
dədir. Lakin biz onunla bir böyük həkim kimi, bir
alim kimi deyil, bir filosof kimi ünsiyyətdə olur, bu
və ya digər problemi fəlsəfi müstəvidə müzakirə
edirik. Bununla belə, mənim müşahidələrimə görə,
Nurəddin Rzayevin filosofluğu da, bədii-estetik du-
yumu da, hətta dindarlığı da onun həkimliyindən
başlanmışdır. Belə ki, fəlsəfi təfəkkürü və poetik
duyumu soyuq rasional düşüncədən fərqləndirən
başlıca amil heyrət hissidir. Dəfələrlə şahidi olmu-
şam ki, Nurəddin Rzayevi ən çox heyrətləndirən
insan orqanizminin fövqəladə dərəcədə incə, mürək-
kəb və qaydalı quruluşdur. Nurəddin Rzayev bir hə-
kim kimi insan orqanizmində gedən fizioloji pro-
seslərin incəliklərini bilməklə kifayətlənmir, bunun-
la bahəm, təbiətin bu ən böyük möcüzəsinə heyran-
- 142 -
lıqla yanaşır… Onun Allaha inamının da ən böyük
dəlil-sübutu ilk növbədə bu möcüzədir. Onun tə-
biətə vurğunluğunun, poetik duyumunun da təmə-
lində bu böyük möcüzədən doğan heyrət hissi da-
yanır.
Bir sözlə, Nurəddin Rzayevi həkimlik səviy-
yəsindən həkimlik (filosofluq) səviyyəsinə qaldıran
ilk təkan, məncə, başqa həkimlərin sadəcə soyuq
ağılla dərk etdiyini onun həm də isti ürəklə, heyran-
lıqla dərk etməsi və vəsf etməsidir.
Bizim elmi-mənəvi əməkdaşlığımız əslində
Azərbaycan Universiteti nəzdindəki Şərq-Qərb təd-
qiqat mərkəzinin fəaliyyəti ilə başlanmışdır. Tədqi-
qat mərkəzində müntəzəm fəaliyyət göstərən ziyalı
klubunun yığıncaqlarında tariximizlə, mədəniyyə-
timizlə, müasir ictimai həyatın aktual problemləri
ilə əlaqədar istənilən məsələnin müzakirəsində Nu-
rəddin müəllimin mütəxəssis səviyyəsində fikir yü-
rütməsinin şahidi olmuşam. Həkim Cavad Heyətlə
həkim Nurəddin Rzayevin müzakirələrdə iştirakı za-
manı tarixi mövzularda tarixçilərin, fəlsəfi mövzu-
larda filosofların, dilimiz, ədəbiyyatımızla bağlı
mövzularda filoloqların, sivilizasiya ilə, mədəniy-
yətlə bağlı mövzularda kulturoloqların özlərini necə
yığışdıqlarının, elmi məsuliyyət hissinin necə artdı-
ğının şahidi olmuşam. Nurəddin müəllim soykö-
kümüzlə, türk xalqının mənşəyi ilə bağlı apardığı
konkret elmi araşdırmalar, hətta tarixçilərimiz indi-
yədək üzə çıxarmadıqları bir sıra faktlara istinad
Dostları ilə paylaş: |