25
məsələdə qarşı tərəfin nadir versiyasına əsaslanmaq
olmaz”.
1
Bütün bunlar böyük şiə alimlərinin görüşlərindən
nümunələrdir. Onlardan yadigar qalmış yazılı
əsərlərdən aydın görünür ki, Quranın təhrif olunması
versiyası yanlış versiyadır. Belə ki, bu versiyanın
yanlışlığı özlüyündə aydın olan, təkzibedilməz
müddəadır. Bir neçə nəfərin öz kitabında zəif
rəvayətlərə yer verməsi bütöv bir məzhəbin əqidəsini
təmsil edə bilməz. Belə olan halda, təhrif nəzəriyyəsini
şiə alimlərinə necə aid etmək olar? Bu ittiham
haramlığı aydın olan iftira deyilmi? Öz etiqadını,
həmişəyaşar fikirlərini Qurandan alan bir topluma bu
kimi iftiranı necə yaxmaq olar?
1
Kaşifül‐ğita, səh. 299.
26
ALTINCI MƏQAM
QURAN VƏ DİGƏR SƏMAVİ KİTABLARIN FƏRQİ
Qarşılaşdığımız mühüm məsələlərdən biri Quran
və digər səmavi kitabların fərqi məsələsidir. Nə üçün
Quranın təhrif olunmadığını iddia edirik? Bir halda
ki, digər səmavi kitabların təhrif olunması sübuta
yetmış müddəalardandır. Belə ki, bir çoxları bunu
Quranın da təhrif olunduğuna sübut kimi göstərirlər.
Çünki bir tərəfdən Qurandan öncəki səmavi
kitabların təhrif olunması təkzibedilməzdir, digər
tərəfdən isə şiə və əhli‐sünnənin qəbul etdiyi
“mütəvatir” hədisdə deyilir: “Keçmiş ümmətlərin
başına gələnlər bu ümmətin də başına gəlməlidir”.
1
Deməli, Quranın da təhrif olunması qaçılmazdır.
Bu kimi rəvayətlərin tədqiqi və cavabı təhrif
nəzəriyyəsini qəbul edənlərin iradlarına cavab
verərkən verilməlidir.
2
Burada aydınlıq gətirmək
istədiyimiz məsələ Quranla digər səmavi kitabların
fərqidir. Bir çoxları deyirlər: Keçmiş kitablarda baş
vermiş təhrif “Mənəvi təhrif” və ya şəxsi fikirlərlə
olunan təfsir şəklində olmuşdur. Quran keçmiş
ümmətlərin kitablarında bu növ təhrifin baş
verdiyini təsdiqləyir, lakin azaldılıb çoxaldılması
haqqında
bir
söz
demir.
3
Bundan
başqa,
rəvayətlərdə, alimlərin əsərlərində məlum kitabların
1
Biharul‐ənvar, “İftiraqul‐ümməti bədən‐Nəbi” babı, c. 8, səh. 4.
2
Bax: Əl‐Bəyan, səh. 221.
3
Siyanətul‐Quran ənit‐təhrif, səh. 94.
27
azaldılıb‐çoxaldılmasını təsdiq edəcək hər hansı bir
dəlil yoxdur. Quran Tövrat, İncil və nazil olunmuş
digər kitabların dövrün alimləri tərəfindən qorunub
saxlanılmadığını vurğulayaraq buyurur:
﴾ ﻢِﻬِﻠُﺟْرَأ ِﺖْﺤَﺗ ﻦِﻣَو ْﻢِﻬِﻗْﻮَﻓ ﻦِﻣ ْاﻮُﻠَآﻷ ْﻢِﻬﱢﺑﱠر ﻦﱢﻣ
َو َةاَرْﻮﱠﺘﻟا ْاﻮُﻣﺎَﻗَأ ْﻢُﻬﱠﻧَأ ْﻮَﻟَوَ
َلِﺰﻧُأ ﺎَﻣَو َﻞﻴِﺠﻧِﻹا
ﻢِﻬﻴَﻟِإ ﴿
“Əgər onlar Tövrata, İncilə və Rəbləri tərəfindən
onlara nazil edilənə (ilahi kitabların sonuncusu olan
Qur’ana) düzgün əməl etsəydilər, həm (başları)
üstündə, həm də ayaqları altında olanlardan
(göylərin və yerin nemətlərindən) qidalanardılar”.
1
Əsas məsələ, bu dəyərli kitabın əbədi və
həmişəyaşar bir möcüzə olaraq təqdim olunmasıdır.
Elə buna görə də daim təhrif olunmadan, heç bir
qatqısız qalması zəruridir. Digər kitablar isə
Qurandan fərqli olaraq, əbədi bir möcüzə kimi
təqdim olunmamışlar.
1
Maidə, 66.
28
YEDDİNCİ MƏQAM
QURANIN MƏQAM VƏ MƏRHƏLƏLƏRİ
Böyük əhəmiyyətə malik olan məsələlərdən biri də
mübahisə obyektinin hansı Qurana aid olduğu,
başqa sözlə desək, Quranın mövcud məqam və
mərhələlərindən hansına aid olmasıdır. Quranın
özünün də buyurdğu kimi, bu müqəddəs kitabın
məqam və mərhələləri var.
Birinci mərhələ: “Lövhi‐məhfuz”. Təbii ki, bu
mərhələdə təhrif ola bilməz. Çünki bu, bəşərin
qüdrəti xaricindədir. Quran bu mərhələdə Allah
dərgahında hər bir təhlükədən
amandadır.
İkinci
mərhələ:
Quranın
Cəbrayıl
vasitəsilə
Peyğəmbərə (s) nazil olunduğu mərhələ. Bu mərhələdə
də təhrif ola bilməz. Buna sübut Cəbrayılın bir mələk
kimi məsum olmasıdır.
Üçüncü mərhələ: Quranın Peyğəmbər (s) vasitəsilə
insanlara təqdim olunması. Bu mərhələdə həzrət
Peyğəmbər (s) Cəbrayılın onun qəlbinə nazil
etdiklərini heç bir azaltma və ya çoxaltma olmadan
insanlar üçün açıqlamışdır. Təbii ki, Quran bu
mərhələdə də təhrif olunmamış, Peyğəmbərin (s) öz
dönəmində tam bir kitab şəklində toplanaraq tərtib
olunmuş, çox sayda insan onu əzbərləmiş və zaman
keçdikcə
mütəvatir
şəkildə
gələcək
nəsillərə
ötürülmüşdür.
Dördüncü mərhələ: Bu mərhələdə məqsəd, mütəvatir
Quranı təmsil edən Quranların mövcudluğudur. Başqa
sözlə desək, yazılı, istər əlyazma, istərsə də çap