D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
122
morfoloji prinsipə müraciət etməli oluruq, məsələn, “alğı-satqı” sözündə
olduğu kimi.
Artıq qeyd etdiyimiz kimi, Azərbaycan dilinin orfoqrafiya
prinsipləri hazırlanarkən fonetik prinsip, əsasən, alınmalara şamil edilir.
Alınma sözlər isə zaman-zaman dilə uyğunlaşdırılır və bu proses daim
davam etdirilməlidir.
Təəssüflə qeyd olunmalıdır ki, dilimizdə çox vaxt rus dilinin təsiri
ilə hazırlanmış və qəbul etdirilmiş qaydalar hələ də orfoqrafiyamız üçün
norma kimi qəbul edilməkdədir. Müstəqillik dövrü üçün isə yeni
qaydaların tətbiqi vacib şərt kimi dilçiliyimizin qarşısında durur. İlk
növbədə onu qeyd etmək lazımdır ki, cənab Prezidentin imzaladığı
“Dövlət proqram”ına uyğun olaraq dilimizin transliterasiya qaydaları
hazırlanacaq və bu qaydalara uyğun olaraq əcnəbi dillərdən dilimizə keçən
sözlərin yazılışı tənzimlənəcək.
Sonda dilimizin orfoqrafiya qaydalarının tənzimlənməsi üçün
aşağıdakı qaydaların tətbiq olunmasını təklif edirik:
1. Hələ də rus dilinin təsiri ilə dilimizdə bəzi sözlər qoşa “o” hərfi ilə
yazılır. Məsələn, kooperativ, kooperasiya, zoologiya. Fikrimizcə, bu sözlər
digər sözlərlə eyniləşdirilərək bir “o” ilə yazılmalıdır.
2. Əvvəlki lüğətlərdə mürəkkəb söz kimi verilmiş ikinci növ təyini
söz birləşməsi formasında olan bəzi sözlər (kələmdolması, başağrısı və
s.) cəmlənə bilmədiyinə görə lüğətdən çıxarılmalıdır. Məlum olduğu
kimi, dilimizdə cəm şəkilçisi sözün sonuna artırılır. Belə sözlərdə isə bu
alınmır. Deməli, “bir vurğu altında deyilən sözlər bir yerdə yazılır”
qaydası, heç də həmişə özünü döğrultmur. Məsələn, “kələmdolmasılar”
deyə bilmirik və kələmdolmaları deyirik və yazırıq.
Bu isə dilin morfoloji
prinsipinin pozulması ilə nəticələnir ki, gələcəkdə ciddi fəsadları ola
bilər. Bu eyni zamanda “soyqırımı” və digər sözlərə də aiddir. Bu söz
əslində “soyqırım” olmalıdır, necə ki, “soyad” sözünü yazırıq.
3. Dilimizdə orfoepik norma kimi təsbit olunan “iki kar samit
yanaşı gələrkən ikinci kar samit cingiltiləşir” qaydası söz kökündə
işlənən bütün sözlərə şamil olunmalıdır. Məlum olduğu kimi, dilimizdə bu
cür yazılan cəmi iki-üç söz var (nisgil, əsginas, əsgər, əsgi, pelasgi (-lər),
fosgen və difosgen) ki, bu sözlərin “k” ilə yazılması məqsədəuyğundur. Bu
tədrisdə olduqca vacib amildir. Qalan hallarda dilimizdə işlənən “sg” və
“şg” istisna hallarda işlənir ki, bunlar da düzəltmə və mürəkkəb szölərə
aiddir. Məsələn, səsgücləndirici, yasgülü, dəsgirə, pərəstişgah, təxəllüsgötü-
rmə, onbeşgünlük, təşəbbüsgöstərmə.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
123
4. Dilimizdə söz əvvəlində qoşa samit işlənmədiyinə görə hazırkı
lüğətdə qoşa “s” ilə başlayan sözlər bir “s” ilə yazılsın. Məsələn, senari,
senarist, ssenariçi və s.
5. Son illər əcnəbi dillərdən dilimizə keçən sözlərin hamısının
fonetik prinsipə əsasən yazıldığı qeyd olunsun. Məsələn, feysbuk, tvitter,
sidi, sidi-ve, sivi, sidi-erve, vatsap, fləş, fləşkart, pleysteşn, vörd,
vindous, fotoşop, corl-drou, avroviziya və s.
6. Lüğətdə sonu tək heca ilə yazılan hiss, küll, fənn və s. sözlərinə
samitlə başlayan şəkilçilər artırılarkən samitlərdən birinin düşdüyü qeyd
edilsin. Məlumdur ki, indiyə qədər qrammatika kitablarında bu məsələ
mübahisəli şəkildə izah edilirdi. Belə ki, dilimizdə həm də bir hərflə
yazılan his və kül sözləri olduğundan bu sözlərdə son samitin düşməməsi
qeyd edilirdi. Bu isə əslində “dilimizin normalarını pozur. Fikrimizcə, bu
kontekstdə məlum olduğundan” hissdən yazmağa ehtiyac yoxdur.
7. Məlum olduğu kimi, abreviaturalara (qısaltmalar) şəkilçilər
artırılarkən qısaltmanın son hərfinə uyğun yazılır. Məsələn, Azərbaycan
Turizm Təşkilatı – ATT-nin və s. Bura Amerika Birləşmiş Ştatları -
ABŞ-nin (Bu qısaltma Azərbaycan dilində A-Be-Şe şəklində tələffüz
edilməlidir) əlavə edilsin.
8. 2013-cu ilin lüğətində “anten” kimi yazılan söz antena kimi
yazılsın.
9. “şeir”, “feil” sözlərinə saitlə başlayan şəkilçi qoşularkən
kökdəki son saitin düşdüyü qeyd edilsin. Məsələn, şerə, feli və s.
10. Ay adları bəzən böyük, bəzən kiçik yazıldığından (8 Mart, 10
mart) onlar bütün hallarda böyük hərflə yazıldığı qeyd eilsin.
Nəticə olaraq qeyd etmək lazımdır ki, orfoqrafiya lüğətləri hər
dəfə nəşr olunduqca əvvəlki qüsurlar aradan qaldırılmalı və yeni sözlər
dilin daxili qaydalarına uyğunlaşdırılmalıdırlar.
ƏDƏBİYYAT:
1. http://www.xalqqazeti.com/az/news/laws/32710
2. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, Lider nəşriyyatı, 2004,
728 s.
3. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı,
Şərq-Qərb, 2013, 840
s.
4. Səməd Vurğunun bədii dilinin izahlı lüğəti. Bakı, Elm, 2011, 672 s.
5. N.Kəsəmənli. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2004, 256 s.
6.
http://aztc.gov.az/az/posts/id:441
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
124
7. Q.Kazımov “Orfoqrafiya qaydalarının yeni layihəsi haqqında”,
http://www.dil-tarix-poeziya.gen.az/2_014.php
8. A.Axundov. Ümumi dilçilik. Bakı, Şərq-Qərb, 2006, 280 s.
Расим Гейдаров
Об урировании орфографический правил
азербайджанского языка.
Резюме
В статье рассматриваются вопросы решения орфографических
норм азербайджанского языка. В то же время в конце дается
предложения по улучшению существующих правил правописания.
Rasim Heydarov
About regulation of orphogrphic rules
of the Azerbaijani language
Summary
In the article are considered the questions of the solution of the
spelling norms of the Azerbaijani language. At the same time, in the end,
proposals were made to improve existing spelling rules.
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir – Qrant №
EİF-KETPL-2-2015-1(25)-56/53/5