Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə32/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   28   29   30   31   32   33   34   35   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
85 
 
nizə  götürdü,  sıçrayıb  tərlan  kimi  Qıratın  belinə  qondu;  Qırat  dörd 
ayağını  yığışdırıb  qızılquş  kimi  sıçradı,  uçurumun  o  tərəfinə 
düşdü(“Koroğlu”); Əlində pul olandan sonra bülbül kimi danışacaqsan; 
Qaranquşlar  kimi  həmişə  bir-birinizi  tapırsınız;Sərçə  kimi  bir  yerdə 
qərar  tutmursan;  Yenə  göyərçinlər  kimi  nə  baş-başa  vermisiniz? 
(S.Rəhman); Hamısı tutuquşu sayağı, eyni cürə, yastı-yastı danışır, eyni 
vaxtda yatıb eyni vaxtda dururdu (S.Rəhimov).Elə hallar da olur ki, eyni 
bir quşun müxtəlif keyfiyyətləri ayrı-ayrılıqda metaforlaşdırılır və fərqli 
üslubi  məqam  formalaşdırılır.  Məsələn:  Sən  yerlərini  sadala,  mən  də 
tutuquşu  kimi  təkrar  edim  (C.Əmirov);  Dəlilər  tutuquşu  kimi  doluş-
dular zəmiyə(“Koroğlu”);  
Azərbaycan  və  ingilis  dilində  zoometaforizmləri  tədqiq  edərkən 
A.Hacıyeva  yazır:”  Tədqiqat  göstərir  ki,  danışıq  dilində  və  bədii  üslubda 
insanları  mənfi  cəhətdən  səciyyəndirən  zoometaforimlər  onları  müsbət 
cəhətdən  səciyyələndirən  zoometaforizmlərdən  daha  çox  və  rəngarəngdir” 
(12).    Quş  adlarından  istifadə,  bir  tərəfdən,  quşların  özünün  xarakteri  ilə, 
digər tərəfdən, onu işlədən şəxsin münasibətindən asılıdır. Müsbət mənada 
quş adları müraciət məqamında əzizləmə məqsədilə işlədilir. Məsələn: Sən 
gözəl  ana,  istəkli  ömür-gün  yoldaşı,  qayğıkeş  ana  idin...Mənim  ağ  Qu 
quşum...(Ə.Azayev);    Müsbət  məzmunlu  quş  adı  mənfi  obrazın  dilində 
kinayə məqamında, yaxud yazıçı tərəfindən gülüş doğurmaq üçün istifadə 
edilir. Məsələn: Dursun ...Sən bir bürüştə hə de, dönüm səninçün qırğıya, 
sığırçına, bildiçinə, sağsağana, qarğaya (S.Rüstəm); Səlim bəy. Aha...Bağ-
çamıza qonmuş göyərçin, Allah göndərmişdir onu mənimçün (S.Rüstəm); 
Mirzə  Qərənfil.  Fikirləş,  fikirləş,  mənim  tovuzum!  Sənubər.  Yenə  quş? 
Mirzə  Qərənfil.  Quş  olmayıb  nə  olacaq  ki?;  Ey  mənim  laçınım!... 
Ürəyimi  sındırma,  mənim  bildirçinim...bura  gəl,  mənim  qaranquşum! 
Yaxşı, yaxşı, gəl incimə, mənim kəkliyim...(S.Rəhman); Amma, qədeş, bu 
stüardessalar  yerdə  çox  qalmırlar  ha,  çayka  quşudurlar,  uçmasalar, 
yaşaya bilməzlər (K.Əşrəfoğlu). 
Bəzən elə hallarla rastlaşmaq olur ki, həm kişi, həm qadın cinsinə 
eyni dərəcədə mənfi münasibəti əks etdirən quş əlaməti ilə müraciət olunur. 
Məsələn: Ay sənin ciyərin dağlansın! Mənə xoruz-beçə deyirsən?;  Sürünüb 
getməzsən, a çarxı xoruz? Istəyirsən paya götürüm?; Fatma xanım. Ay qız, 
sən öyrətmədin gədəni ki, mənə xoruz-beçə desin, a səni görüm dilik-dilik 
olasan (N.Vəzirov); Bıy, bu cənnət cücəsinin də dili varmış (Anar); Mən 
sizin üçün robot olmalıyam! Tutuquşu olmalıyam! (Ə.Azayev); Özünə gəl, 
küçük. Sən hələ cücəsən. Yumurtadan təzə çıxmış tüksüz cücə(E.Elatlı). 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
86 
 
Dilimizdə  maraqlı  ifadələrdən  biri  “qarğa-quzğun”  sözüdür. 
Əslində  dildə  ayrılıqda,  müstəqil  işlənmə  xüsusiyyətinə  malik  olmayan 
bu sözün defislə yazılıb bir söz kimi dərk edilməsi, bir tərəfdən, fonetik 
keyfiyyəti,  yəni  vahid  intonasiya  ilə  deyilməsi  ilə  bağlıdırsa,  digər 
tərəfdən, güclü metaforlaşma ilə əlaqədardır. Maraqlıdır ki, bu ifadə, bir 
qayda  olaraq,  müqayisə-bənzətmə  qoşması  ilə  işlənir.  Məsələn:  Belə 
dönəndə gördü budu, bir dəstə atlı da bu biri küçədə, olar bir üç-dörd 
yüz  əsgəri  qatıb  qabağına  qarğa-quzğunkimi  qova-qova  gətirir 
(“Koroğlu”); Dayanın, dayanın, qarğa-quzğun kimi  tökülməyin üstümə 
(S.Rəhman);Bəzən  də,  əksinə,  eyni  mətndə,  cümlədə  müxtəlif  quşlarla 
bağlı  metaforlaşmalar  qarşılaşdırılır.  Məsələn:  Qəlbi  sıxılırdı  qara 
qarğadan, Qarğatək qaraydı gözündə cahan; Tərlantək cumurdu dərəyə, 
dağa, Sanki  tərlanını çalmışdı  qarğa; Halal  ye,  tərlantək halal  ov ara, 
Bənzəmə  leş  üstə  qonan  quşlara  (N.Gəncəvi);Fərman.  Bu  saat  şefimi 
çağırım, onda bülbül kimi ötərsən (S.Rəhman); 
Qeyd  edək  ki,  əsasən,  çöl  quşları  metaforlaşdırılsa  da,  bəzən  ev 
quşlarının da metaforlaşma faktına rast gəlmək olur. Məsələn: Pəzəvəng 
milis nəfəri xoruz kimi üstünə pırpızlandı (Ə.Azayev); Qaz kimi başını 
irəli  uzadıb  yarıbükülü,  yaltaqlıqla  gülümsəyərək...bir  sıra  rabitəsiz 
suallar  verməyə  başladı  (C.Əmirov);Sünbül  isə  hind  toyuğu  kimi 
qızarardı  (S.Rəhimov);  Müsəlman.  Cücə  kimi  dənlərəm  sizi 
(C.Cabbarlı). 
Quş  adları  ilə  formalaşanmetaforik  ifadələr  çox  zaman  təyinedici 
söz  və  ya  birləşmələrlə  işlənir.  Təyinedici  üzv  həqiqi  olduğu  kimi, 
məcazi  mənada,  daha  doğrusu,  epitet  səciyyəli  də  ola  bilir.  Bu  zaman 
metaforlaşma həm müqayisə-bənzətmə qoşmaları ilə, həm də müqayisə-
bənzətmə modal sözləri ilə, həm də müvafiq leksik vahidlə, xüsusən də 
feillə  baş  verir.  Məsələn:  Gecə  qaranlıqdı.  Dağın  üstünə  Sankiqara 
qarğa qonmuşdu yenə. Dağ asılmış kimi qanadlarından Ağır tərpənirdi o 
qarğa yaman; Yarımcan quş kimi səndələyirdi, Nərgizdən səmənə dürr 
ələyirdi; (N.Gəncəvi); Sən öləsən, atamın ərvahına, tulalar iyə düşəndə, 
tərlanlar  boylananda  elə  bil  ki,  bir  laçın  oğlan  oluram  (N.Vəzirov); 
Quşluq kəndinin təzə peyğəmbəri...Cücəli toyuqlara oxşayır (S.Rəhman); 
Deyirlər, ac toyuq yuxusunda darı görər. Sən də deyəsən ac toyuq kimi 
xəyala  qapılmısan  (C.Əmirov);  Qız  kəkilli  beçə  kimi  kükrədi 
(C.Əmirov);Qubernator.  O  qartallarla  vuruşur,  siz  isə  qanadıqırıq 
sərçələr kimi əl-ayğa dolaşırsınız (C.Cabbarlı); Səhər də beçə xoruz kimi 
çıxaq  işə;Maşının  içindəki  yeldöyəndə  kibritin  odu  yaralı  quş  kimi 
çırpınıb söndü (Anar); Axşam o baldodaq qayıdan zaman Səadət quşutək 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə