Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə40/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   36   37   38   39   40   41   42   43   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
106 
 
alınması, uyğun prinsip və qaydaların müəyyənləşməsi norma 
səviyyəsində    artıqlığa  gətirib  çıxaran    variativliyin  ortadan 
qalxmasına şərait yaradar. 
Dilə  kənar  təsir  –  alınmaların  mənimsənilməsi  ilə  bağlı 
məqamlar, dilə substratın təsiri  bütün səviyyələrdə - fonetik, 
leksik,  qrammatik səciyyəli ola bilər. Lakin “Substrat təsiri bir 
çox illər sonra, hətta substrat etnik ortamı meydandan qalxdıqdan 
xeyli sonra, o dil isə bu ərazidə işləkliyini itirdikdən sonra belə 
(xüsusilə,  fonetika  və  sintaksisdə)  özünü  büruzə  verə  bilər” 
(s.48).  fonetik  substrat  ən  dayanıqlı  ...  hesab  olunur  (7,  s.48). 
Müsahibələrinin  birində  görkəmli  türkoloq  F.Cəlilovun  qeyd 
etdiyi kimi, “doğma sözümüzün dildə doğub-törəmə imkanı var, 
alınma söz isə dilimizdə qısır qalır”. 
-iyyat,-  iyyət və -iyyə şəkilçisinin  fonem  tərkibini  nəzərdən 
keçirmək  kifayətdir  ki,  onun  dilimizin  ümumi  qanunauyğunlu-
ğuna  zidd  olması  aşkarlansın:  “iyyə”  hissəciyində  iki  sait 
arasında qaşa “y”  işlənir. “Y samitinin tələffüzü zamanı ... dil, 
demək olar ki, i saitinin tələffüzü zamanı aldığı vəziyyətdə olur... 
Saitlərarası  mövqedə  onu  saitlərdən  ossiloqrafik  şəkil  cəhətdən 
fərqləndirmək, deməkolar ki, mümkün deyildir” (8, s.164-165). 
Azərbaycan  dili  üçün  ki  saitin  yanaşı  işlənməsinin  belə  
səciyyəvi olmadığını nəzərə alsaq, bu şəkilçinin nitq axınında 
ümumi  ton  mənzərəsinə  təsirini  təsəvvür  etmək  çətin  deyil. 
İntonasiyanın    dilin  tipoloji  quruluşundan  birbaşa  asılı  oldu-
ğundan  əruza  məxsus  ritm  türk  dillərində  iltisaqiliyin  verdiyi 
xüsusi  tarazlığa  malik  ölçü  ilə  uyğun  gəlmir.  Nəzərə  almaq 
lazımdır  ki,  dilin  ümumi  qanunauyğunluqları  ilə səsləşməyən 
belə  məqamlar  min  illərdən  bəri  formalaşmış  artikulyasiya 
aparatı “alqoritminə”, eləcə də  fonoloji səviyyədə dəyişmələrə 
gətirib çıxarır ki, bu da nəticədə morfoloji və sintaktik səviy-
yədə dəyişmələrə - son nəticədə isə struktur dəyişmələrinə sə-
bəb  olur.  Səslərin  kəmiyyət  göstəriciləri  ümumi  prosodiya 
mənzərəsinin  dəyişilməsinə  gətirib  çıxarmaqla  fərqli 
intonasiyanın meydana çıxmasını şərtləndirir. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
107 
 
Bəzi  həssas  məqamlarda  diqqətli  olacağımız  təqdirdə 
dilimizin  inkişaf  istiqamətləri  ilə  bağlı  ciddi  narahatlığa  əsas 
yoxdur.  “Əgər  bu  və  ya  digər  hind-Avropa  dili  min  ildə 
tanınmaz dərəcədə dəyişirsə, bu vəziyyəti türk dillərinə şamil 
etmək  olmaz,  çünki  türk  dilləri  neçə  min  ildir  ki,  morfoloji 
quruluşunda  iltisaqi  texnikanın  gücü,  morfonoloji  quruluşunda 
heca modellərinin ideal sayı, vurğunun dinamikası, səs uyuşması 
qanunu,  fonotaktikanın  sadəliyi,  səs  quruluşunda  fonemlər 
sisteminin simmetriyası ilə dilin daxili mükəmməl mexanizmini 
qoruya bilmişdir. Türk dillərində cins kateqoriyasının olmaması, 
feillərin  çevikliyi  ilə  müşayiət  olunan  paradiqmalar,  sintaksem 
düzümü  kimi  məsələlər  də  həmin  stabilliyi  şərtləndirən 
əlamətlərdir” (6, s.33). 
Sonda  diqqətimizi  cəlb  edən  bəzi  məqamlara  diqqəti  cəlb 
etməyi lazım bilirik: 
• 35-ci bəndin ( “Mənbə dildə söz ortasında qoşa ss samiti 
olan aşağıdakı sözlər də bir s hərfi ilə yazılır: masaj, pasaj, şose 
və  s.”)  bu  tipli  digər  sözlərə  də  şamil  edilməsi  daha 
məqsədəuyğun  olardı:  disertasiya,  komisiya,  komisar,  aqresiya, 
asimilyasiya, asistent, diskusiya... 
• Layihədə  attestasiya,  attestat,  attaşe,  attraksion  tipli 
sözlərin tək t samiti ilə yazılması ilə bağlı müvafiq bəndin olması 
məqsədəuyğun olardı. 
• Eyni  məsələni  müxtəlif  dillərdən  alınmaları  əks  etdirən 
fərqli  saitlərin  sözdə  yanaşı  işlənməsi  -  qoşasaitli  bəzi  sözlərin 
yazılışına da aid etmək olar. Bu hal,  məlum olduğu kimi, dilimiz 
üçün səciyyəvi olmadığından tələffüzdə bu tipli sözlərdə iki sait 
arasına  y  samiti  əlavə  olunur:  ailə,  təbiət,  zəif...  Bir  zamanlar 
qayda,  fayda  (qaidə,  faidə  -  Mən  istəyirəm  ki,  ticarətin  hər  bir 
yolunu və qaidəsini sənə öyrədim. Ə. Haqverdiyev; Bizə ondan 
və leyk faidə yox. S.Ə. Şirvani.) tipli sözlərin orfoqrafiyasını 
yada  salmaq  kifayətdir.  “Vedro”  sözünün  vedrə  şəklinə 
salınması da tam məqsədəuyğun fakt kimi dəyərləndirilə bilər. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
108 
 
Bu  baxımdan  yanaşdıqda  qeyd  olunan  sözlərin  ayilə,  təbiyət, 
zəyif şəklində yazılışı daha məntiqli görünür. 
• Söz  ortasında  eynicinsli  qoşa  samitlə  (mm)  yazılan 
sözlərin  bir  samitlə  yazılması  (komunikativ,  qramatika) 
məqsədəuyğun olardı. 
• Azərbaycan  dilində  cins  kateqoriyasının  olmadığını  və 
bir  neçə  sözü  əhatə  etdiyini  nəzərə  alaraq  bəzi  peşə  adlarına 
artırılan  şəkilçidən  imtina  olunmasını  daha  məqsədəuyğun 
hesab  edirik:  müəllim//müəllimə,  katib//katibə,  aktyor  // 
aktrisa...  Bu  şəkilçinin  bir  neçə  sözü  əhatə  etməsi,  digər  bu 
kateqoriyadan olan sözlərə artırıla bilməməsi (həkim, rəssam, 
mühəndis,  mühasib...),  eləcə  də  türk  təfəkküründə  gender 
ayrıseçkiliyinin  qabarıq  olmaması  bu  fikrin  əsaslı  olduğunu 
göstərir.    Ixtisas  və  peşə  ilə  bağlı  vacib  məsələ  yaxşı 
mütəxəssis olmaqdır, gender fərqi deyil.  
Orfoqrafiyaya qaydaları dilin fonem sistemi və bu sistem 
daxilində baş verən qanunauyğun dəyişmələrlə yanaşı, mövcud 
ənənə,  dilin  inkişaf  tendensiyası  –  istiqaməti  və  dil 
sistemindəki  davamlı  inkişaf  ardıcıllığını  nəzərə  almağı  tələb 
edir.  Yazı  normasının  əsasını  təşkil  edən  bu  qaydaların 
praqmatik  tərəfi  -  ədəbi  dilin  tətbiqində  vahidliyi,  bütövlüyü 
qorumaq  meyili  diqqət  mərkəzində  saxlanılmalıdır.  Dövlət 
dilinə  münasibət  birmənalı  olmalı,  hər  bir  vətəndaş  bu 
məsələdə məsuliyyətini dərk etməli, dövlət atributlarından biri 
kimi  (Himnin  ifa  olunduğu  dil  olaraq!),  dövlətçiliyin 
təminatçısı  kimi  xüsusi  hörmət  və  həssaslıqla  yanaşmalıdır. 
Unutmamalıyıq ki, “dil məsələsi – dövlətin milli təhlükəsizliyi 
məsələsidir!” (9). 
 
 
 
 
 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə