Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə43/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   39   40   41   42   43   44   45   46   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
115 
 
qiqatçıların əksəriyyəti həm topoəsasın, həm də antropoəsasın seçilməsinin 
təsadüfi olmaması haqqında vahid fikrə gəlirlər” (Ç.Hüseynzadə).  
Adlar  dilin  lüğət  tərkibindəki  sözlər  əsasında  formalaşsa  da,  onların 
şəxslərə  verilməsi  və  ya  fərdin  bu  və  ya  digər  adla  nominasiyası  təsadüfi 
səciyyə daşımır. Mövcud adların semantik təhlili, sözlərin mənalarına görə 
tematik  qruplaşdırılması  təsdiq  edir  ki,  antroponimlər  müəyyən  seçim 
əsasında  götürülmüşdür  və  bu  seçim  də  insanın  real  gerçəkliyə,  onun 
hadisələrinə, əşya və predmetlərinə münasibətdən asılı olmuşdur.  Yəni 
antroponimlər  təsadüfi  sözlər  toplusu  deyildir.  Elə  sözlər  vardır  ki, 
onların antroponim olma ehtimalı yüksəkdir, elə ümumi sözlər də vardır 
ki,  onlardan  antroponim  üçün  ümumiyyətlə  istifadə  olunmur. 
Antroponimləşməyə meyillilik, hər şeydən əvvəl, komponentlərin seman-
tikasından doğur.  
Xüsusi  adların  öyrənilməsi,  ilk  növbədə,  şəxs  adlarının  qeydə 
alınması, təsviri, yaranma xüsusiyyətlərinin, prinsiplərinin araşdırılması, 
onların  mənşəyinin  müəyyənləşdirilməsi,  struktur  tiplərinin  təyin 
edilməsi  ilə  başlanmışdır.  Bu  tip  tədqiqatlarla  antroponimikanın  əsası 
qoyulmuşdur. Sonralar başqa bir qrupa məxsus xüsusi adlarla bağlı işlər 
üzə çıxmışdır. Coğrafi obyektlərin, daha çox insan yaşayış məskənlərinin 
adlarının  öyrənilməsi  toponimikanın  təşəkkülü  və  inkişafına  təkan 
vermişdir.  Məhz  bunun  nəticəsidir  ki,  onomastika  uzun  müddət 
antroponimika və toponimika zəminində inkişaf etmişdir. 
Fikrimizcə, xüsusi adlar sistemində antroponimikanın daha qədim 
olması  ehtimalını  irəli  sürmək  olar.  Antroponim  linqvokulturoloji  təhlil 
obyektidir.  Deskriptiv  -analitik  təsvir  metodu  ilə  həm  antroponimlərin 
funksiyalarını,  həm  də  onların  konkret  mədəniyyət  kontekstində 
reallaşma xüsusiyyətlərinin araşdırmaq mümkündür. 
İnsan  adı  onun  mövcudluğunun  ayrılmaz  hissəsidir.  Antroponim 
cəmiyyət üzvünü ona xas olan xüsusiyyət və əlamətlər əsasında təqdim 
edə  bilmir.  Çünki  insana  ad  uşaqlıqdan  verilir.  Bu  dövrdə  adın 
semantikasındakı  əlamətlər  müəyyən  niyyət,  arzu  və  s.  nəzərdə  tutulur. 
Antroponim  denotatı  olan,  digər  siqnifikatı  isə  olmayan  vahiddir.  Ad 
istifadə zamanı semantika və konnotasiya ilə zənginləşir 
Türklərdə  şəxsə  totem  adlarının  verilməsi  geniş  yayılmış  ənənə 
olmuşdur.  Qurd  qədim  türk  totemlərindən  biridir  və  bu  sözdən 
advermədə çox istifadə edilmişdir. Məsələn, Buri, Buriboy (özbəklərdə), 
Bori,  Boribay,  (qazaxlarda),  Bure  (başqırdlarda),  Bori,  Qurt 
(türkmənlərdə), Byorü (Qaraçay-balkarlarda), Çon (monqol-qalmıqlarda) 
şəxs adlarıdır [Bax: 5, s.20].  


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
116 
 
Təbii  ki,  “qurd”  sözü  ilə  bağlı  adlar  bir  qrup  təşkil  edir.  Hər  bir 
dildə  elə  ümumi  isimlər  vardır  ki,  onlar  antroponimik  sistemdə 
məhsuldarlığı ilə seçilirlər. Antroponimin əsasında duran appelyativlərin 
cinsə görə bölgüsü də müşahidə olunur. Kişi adlarında və qadın adlarında 
çoxişlənən  ümumi  isimlər  vardır.  Bu  cəhət  xüsusi  adların  tərkibindəki 
ümumi  ismin  semantikasının  antroponimin  seçilməsində  əhəmiyyətli 
olduğunu təsdiq edir. Hər bir antroponim yalnız kök sözdən ibarət olmur. 
Bu  baxımdan  antropoəsas  və  və  ona  artırılan  antropoformant 
fərqləndirilmişdir.  Antroponimin  antropoəsas  və  antropoformantdan 
təşkil olunması modelləşdirmənin bu iki vahidin iştirakı ilə qurmağa əsas 
verir.  Eyni  zamanda  belə  bölgü  dilin  antroponim  sisteminə  daxil  olan 
bütün  antropoformant  və  antropoəsasları  da  ayırmaq  imkanı  yaradır. 
Nəticədə  dilin  ilkin  adlar  sisteminin  tərkibindəki  antropoformant  və 
antropoəsasların toplanıb sistemləşdirilməsi, eləcə də hər iki alt sistemin 
təkamülünün  öyrənilməsi  mümkünləşir.  Qədim  yazılı  abidələrdəki 
antroponimlərin toplanması onların antropoəsas və antropoformant üzrə 
modellərinin qurulması qeyd edilən cəhətdən aktualdır.   
«Hind-Avropa  dillərinin  çoxunda  adlar  leksik  bircinsli  əsaslardan 
oxşar  modellər  üzrə  yaranmışdır.  Bu  onların  mənşəyinin  ümumiliyini 
təsdiqləməklə  yanaşı,  həmin  dillərin  hər  birinə  xas  olan  ənənənin  var-
lığının və adların həmin ənənə üzrə yaranmasının da göstəricisidir. Əgər 
adların repertuarı zaman keçdikdə dəyişirsə, onda leksik məna müəyyən 
çərçivədə qalır və bu zaman appelyativlərin sinonimlərinin işlək dairəsi 
genişlənir» [3, s. 25-26]. 
Adların  qədim  yazılı  abidələrdən  toplanması,  onların  semantika-
sının həm appelyativ əsas üzrə açılması, həm də adı daşıyan şəxsin müvafiq 
abidədəki keyfiyyətlərinin öyrənilməsi onların adın sonradan başqa şəxslərə 
verilməsinin təhlilə cəlb olunması olduqca aktual məsələdir. Ona görə də, 
deyək  ki,  Orxon-Yenisey  abidələrində  işlənən  adın  sonrakı  dövrlərə  dair 
hansı abidələrdə qeydə alınması əhəmiyyətlidir. Bununla yanaşı çoxkompo-
nentli  adlardakı  komponentlərin  mənalarını  açmaq  və  bu  mənaların  bütöv 
konstruksiyada  hansı  ümumi  mənanı  doğurmasını  da  araşdırmaq  vacibdir. 
Daha  bir  maraqlı  cəhət  isə  bu  və  ya  digər  antroponimin  müvafiq  dil 
daşıyıcılarının antroponimik sistemində hansı dövrədək yaşamasını, izlərini 
hansı  müasir  antroponimlərdə  saxlamasını  öyrənmək  tədqiqatın  gələcək 
istiqamətlərini təyin etmək üçün də əhəmiyyət daşıyır. 
 
 
 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə