Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə51/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   47   48   49   50   51   52   53   54   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
137 
 
İyirmi ildən artıq müddətdə Rusiyanın 30 milyonluq müsəlman əhalisinin 
tatarca yeganə mətbu orqanı kimi qəzetin üzərinə mühüm və şərəfli rol 
düşmüşdü” (1,s.92). 
Burada isə “tatar dili” dedikdə müəllif ümumən “türkcə”ni nəzərdə 
tutur. Və yazır: 
“...  Müxtəlif  bölgələrdə  yaşayan,  vahid  türk-tatar  köklərinə  malik 
qohum  xalqların  maraq  və  mənafeyini  qorumaq  kimi  mürəkkəb  vəzifə 
yalnız bir mətbu orqanın öhdəsindən gələ biləcəyi iş deyildir” (1,s. 92). 
Göründüyü  kimi,  burada  Rusiya  müəlmanları  “vahid  türk-tatar 
kökləri”nin  mövcudluğu  ilə  yanaşı,  müxtəlif  “qohum  xalqlar”  kimi 
səciyyələndirilir.  Lakin  türk-tatar  mənşəli  xalqların  ümumi  ədəbi  dili-
qəzet dili “tatar dili” adlandırılır: 
“İnanırıq  ki,  müsəlmanlar...  tatar  dilində  qəzetin  mövqelərini 
möhkəmləndirməsinə, müsəlman cəmiyyəti qarşısındakı vəzifəsini yerinə 
yetirməsinə imkan yaradacaqlar” (1,s.94). 
Məlum  olduğu  kimi,  XIX  əsrə  qədər  türk  xalqları,  eləcə  də 
Azərbaycan  türkləri  özlərini  “tatar”  adlandırmamış,  dillərinə  də  “tatar 
dili” deməmişlər. Mirzə Kazım bəyin məşhur “Qrammatikası”nın adı ona 
görə  “Türk-tatar  dilinin  ümumi  qrammatikası”  idi  ki,  görkəmli  dilçi-
şərqşünas  düzgün  olan  “türk”  ilə  yanaşı,  Rusiya  imperiyasında  rəsmi 
qəbul edilmiş “tatar” etnonim-linqvonimindən də istifadə etməyə məcbur 
olmuşdu. Və bu məcburiyyəti “Qrammatika”nın mətnində “türk” sözünə 
xüsusi üstünlük verilməsi də göstərir (məsələn, baxın: 3,s. 185, 187, 194, 
196,  199  və  s.).  Ümumiyyətlə,  XIX  əsrin  ikinci  yarısında  belə  bir 
“ənənə”  formalaşır  ki,  anadilli  ədəbiyyatda,  bir  qayda  olaraq,  “türk 
dili”nə, rusdilli ədəbiyyatda isə “tatar dili”nə üstünlük verilir. 
Maraqlıdır  ki,  Ə.Topçubaşov  “Şərqi-rus”u  “tatar  dilində  qəzet” 
adlandırdığı halda, həmin qəzetin baş redaktoru Məhəmməd ağa Şahtaxtlı 
nəşr etdiyi qəzetin dilini “türk dili” hesab edir. Və yazır: 
“Son  vaxtlar  Zaqafqaziya  müsəlmanlarına  onların  dinlərinə  görə 
yox,  xalqlarına  görə  ad  verməyə  çalışaraq,  Zaqafqaziya  islam  əhlini 
Qafqazda rus dilində tatar adlandırmağa başlamışdılar. Amma bu yeniliyi 
heç cür uğurlu hesab etmək olmaz. 
Zaqafqaziya  məhəmmədilərinin  danışdığı  dil  tatar  dili  deyil,  türk 
dilidir ki, o da öz növbəsində əsas dialektlərə ayrılır: osmanlı, səlcuq və 
azərbaycanlı türkcələri” (5,s. 28). 
Əlbəttə,  bugünkü  türkoloji  baxışlar,  eləcə  də  terminologiya 
səviyyəsində bu mülahizələrlə mübahisə etmək olar, ancaq o dövr üçün, 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
138 
 
doğrudan da, kifayət qədər yeni, əsaslandırılmış qənaətlərdir ki, M. Şah-
taxtlının peşəkar dilçi təfəkküründən irəli gəlir. 
Ə.Topçubaşovun  “Müsəlmanlar  azadlıq  hərəkatında”  məqaləsində 
(Kaspiy, 9 oktyabr 1905-ci il) Rusiya müsəlmanlarının məruz qaldıqları 
təcavüzün  miqyasını  (və  müsəlmanların  buna  reaksiyasını)  dəqiq 
ümumiləşdirir: 
“Sistemli  şəkildə  həyata  keçirilən  ruslaşdırma  siyasəti  nəticəsində 
onlar  daha  çox  içlərinə  çəkilib,  hökumətin  özbaşınalığına,  bütöv  xalqların 
ləyaqətini  alçaltmasına  səssiz-səmirsiz  etiraz  kimi  müəyyən  qədər  birləş-
məyə və köhnə adət-ənənələrini hər vasitə ilə qorumağa çalışırlar” (1,s.95-
96). 
Göründüyü kimi, burada Rusiyanın türk-müsəlmanları, yaxud müsəl-
man-türkləri süni şəkildə müxtəlif xalqlara parçalayıb hökm sürmələrindən 
yox,  əksinə,  müxtəlif  türk-müsəlman  xalqlarını  eyni  bir  xalq  hesab  edib 
“ruslaşdırmağa”çalışmasından və bu təzyiqə məruz qalan “bütöv xalqların... 
birləşməyə  və  köhnə  adət-ənənələrini  hər  vasitə  ilə  qorumağa  çalış”-
malarından söhbət gedir. Ona görə də türklərin Rusiyada müxtəlif xalq-
lara zorla bölüşdürülməsi, süni xalqlar yaradılması barədə sonralar türko-
logiyada  meydana  çıxmış  təsəvvürlər  özünü  doğrultmur  ki,  bu,  dil 
məsələsinə də aiddir. 
Ə.Topçubaşovun  “ana  dili”anlayışı  mahiyyətini  daha  təfsilatı  ilə 
başa  düşmən  üçün  onun  “Azərbaycanın  yolgöstərəni”  məqaləsi  ətraflı 
məlumat  verir.  Həsən  bəy  Zərdabinin  nəşr  etdirdiyi  “Əkinçi”  qəzetinin 
(1875-1877)  ilk  nömrəsinin  çıxmasının  50  illiyinə  həsr  olunmuş 
məqalədə  deyilir  ki,  Rusiyada  bütün  müsəlmanlar  “cinayətkar”  hesab 
edilirdilər.  Və  “bu  cinayət  adı  “panislamizm”  və  “pantürkizm”  idi  (1,s. 
492)... 
“Şərqi  Zaqafqaziyanın  müsəlman  xalqının  vəziyyəti  xüsusilə 
dözülməz idi. Bu torpaqların sakinləri ölkələrini əsl adı ilə “Azərbaycan”, 
özlərini isə “türk-azəri”, yaxud “azərbaycanlı” adlandıra bilmirdilər. Açıq 
şəkildə  türk  əsilli  xalq  olduqlarını  dilə  gətirmələrinə  imkan  verilmirdi” 
(1,s. 493). 
Məqalə  müəllifinin  fikrincə,  “Əkinçi”  belə  bir  dövrdə  meydana 
çıxdı.  Və  həmin  illərdə  “ölkə  daxilində,  habelə  onun  hüdudlarından 
kənarda (əsasən İranda) məktəb və mədrəsələrdə təhsil alanlar üçün ərəb 
və fars sözlərinin bol-bol işlənmədiyi açıq ana dilində - türk-Azərbaycan 
dilində  nəşr  olunan  qəzeti  oxumaq  müəyyən  mənada  hətta 
gözlənilməz təsir bağışlayırdı” (1,s. 504). 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
139 
 
         Ə.Topçubaşov göstərir ki, “Əkinçi”nin ərəb və fars sözlərin-
dən  mümkün  qədər  təmizlənmiş  dili  bir  sıra  “savadlı”  adamları  təmin 
etmirdi. “Həmin adamlar “Əkinçi”nin ərəb və fars sözlərindən mümkün 
qədər təmizlənmiş dili bir sıra “savadlı” adamları təmin etmirdi. “Həmin 
adamlar “Əkinçi”nin naşirini məsxərəyə qoyurdular, ərəb və fars dillərini 
bilmədiyindən  “tərəkəmə  ləhcəsində”  yazdığını  iddia  edirdilər.  Lakin 
müəyyən müddət sonra həmin “tənqidçilərin” özləri, xüsusən də onların 
övladları  milli  şüurun  əsas qaynaqlarından,  qida  mənbələrindən biri  kimi, 
ana  dilinin  dirçəldilməsində  Həsən  bəyin  xidmətlərinin  əhəmiyyətini  başa 
düşüb, minnətdarlıq hissi ilə qeyd etməyə bilməzdilər” (1,s. 505). 
Ə.Topçubaşov  “ana dili” anlayışını həmişə “tatar dili” ilə ifadə etdiyi 
halda,  Əli  bəy  Hüseynzadəyə  16  iyul  1904-cü  il  tarixli  məktubunda  onu 
“türk dili” adlandırır: 
“Yeganə xahişim yalnız o ola bilərdi ki, hər gün Ələkbərlə (Ələkbər-
Əlimərdan  bəyin  oğludur  –  A.Q.)  bir-iki  saat  türk  dili  ilə  məşğul  olasan. 
İstərdim ki, ana dilini hər cəhətdən yaxşı öyrənsin” (1,s. 532). 
Fikrimizcə,  bu,  təsadüfi  deyildi.  Hər  şeydən  əvvəl  ona  görə  ki,  Ə. 
Hüseynzadə “türk dili” yerinə “tatar dili” işlənməsinin tamamilə əlehinə idi. 
Və bu barədə öz mövqeyini kifayət qədər kəskin bildirmişdi: 
“Tatar”  istilahı  mübhəm,  qeyri-müəyyən,  qeyri-fənni  olduğuna  və 
ancaq  avampəsəndanə  və  cahilanə  bir  surətdə  istemal  edilməkdə  bulun-
duğuna  binaən  türkoloqlar  (üləmayi-əhvalşünasani-ətran)  fiyövmən  bu 
istilahın  ortadan  götürülməsi  tərəfdarıdırlar...  Bəzi  əski  müvərrixin  və 
müstəşriqin  hər  iki  istilahı  (  türk  və  tatar  ləfzlərini)  həmməna  və 
yekdigərinin  təmamilə  müradifi  kimi  tələqqi  etmişlərdir  ki,  bunun 
külliyyən yanlış olduğu aşkardır” (4,s. 47). 
İş elə gətirmişdir ki, Ə.Topçubaşov, demək olar ki, bütün yazılarını 
rusca  yazmış,  mühacirət  həyatının  başladığı  20-ci  illərdə,  yəni  türkcə 
yazmaq ehtiyacı meydana çıxanda çətinliklərlə üzləşmişdi. Bunu Parisdə 
Məhəmməd Əmin Rəsulzadəyə yazdığı 4/ 14/ 15 aprel 1924-cü il tarixli 
məktub da göstərir: 
“... Məqalələrimin  mütləq tərcümə olunmaq zərurəti  məni  həddən 
artıq kədərləndirir. Bu qüsurumdan ( ana dilində yaza bilməmək nəzərdə 
tutulur – Tərc.) özüm də əzab çəkirəm” (1,s. 560). 
Göründüyü  kimi,  Əlimərdan  bəy  Topçubaşov  rusdilli  ənənəyə 
uyğun  olaraq  “ana  dili”ni  “tatar”  dili  adlandırsa  da,  bu  anlayışın  nədən 
ibarət olduğunu kifayət qədər dəqiq təsəvvür edir. Və “türk dili”, yaxud 
“türk-Azərbaycan  dili”  şəklindəki  variantlara  müraciət  də  həmin 
dəqiqləşdirmələrin təzahürüdür. 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə