Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə54/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   50   51   52   53   54   55   56   57   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
147 
 
...  Kərimin  dişinə  bağlanan  sap  qırıldı,  diş  hələ  də  ağzında  idi. 
Amma  bir  onu  gördüm  ki,  uşaq  a(f)vtomatdan  açılan  güllə  kimi  yoxa 
çıxdı. Vallah, bi(y)abırçılıqdır. 
...  Der  məktəbin  no(f)vçasından  tökülən  yağış  suyu  böyük  göl 
yaratmışdı.” 
(“Süd dişinin ağrısı” tammetrajlı bədii filmi, 1987. Ssenari müəllifi 
Ramiz Rövşən. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) 
Ayrı-ayrı kinofilmlərdən görmək olur ki, hava axını başqa səslərin 
məxrəcindən  önsırada  əmələ  gələn  (v,  f)  səslərinin  məxrəcinə  keçərkən 
ön  sıra,  kipləşən  (v)  səsi  nisbətən  açıq  f  ilə  əvəz  olunur.  Çünki  arada 
yaranan  hava  axını  çox  olduğu  üçün  alt  dodaqla  diş  kipləşə  bilmir  və 
nəticədə “v” yox, nisbətən sərbəst “f” səsi əmələ gəlir. Beləliklə, müxtəlif 
məxrəcli  səslərin  əhatəsində  çətin  tələffüz  olunan,  nitqdə  gərginlik 
yaradan səslər kino dilində asan variantları ilə əvəz olunur. 
Məlumdur ki, Azərbaycan dilində də samit səslər iki sait arasında 
cingiltiləşir. Sonu “q” ilə bitən sözlərdən sonra saitlə başlanan şəkilçilər 
gəldikdə “q” samiti “ğ”-ya keçir və görünür, cümlədə sözlər sıralanarkən 
də  dilin  daxili  qanunu  özünü  qoruyub  saxlayır.  Məhz  bu  baxımdan 
tələffüzdə  sözləri  ayrı-ayrı  yox,  cümlədə  götürmək  daha  doğru  olardı. 
Çünki  leksik  tələffüzlə,  sintaktik,  mətni  tələffüz  bir-birindən  fərqlənir. 
Belə  ki,  cümlə  nitqin  nisbətən  böyük  vahididir,  bu  və  ya  digər  fonetik 
hadisələr  sintaktik  əlaqə,  fasilə,  intonasiya,  vurğularla  əlaqədar  da  baş 
verə  bilər.  Ona  görə  də  sözlərin  cümlədə  tələffüz  formasını  müəyyən 
etmək lazım gəlir. 
Azərbaycan  dilçiliyində  indiyə  qədər  aparılan  tədqiqatlar  isə, 
əsasən,  leksik  tələffüzə  əsaslanmış  və  sözlərin  sonunda  gələn  samit 
səslərin  əvəzlənməsi  hadisəsi  ilə  əlaqədar  mübahisəli  fikirlər  kifayət 
qədər öz həllini tapa bilməmişdir. Çünki ayrıca götürülmüş söz cümlədə 
digər  sözlərlə  əlaqəyə  girib  müəyyən  bir  fikir  ifadə  edilərkən  şəkilçilər 
həmin sözə təsir edib dəyişdirilə bilir. 
“Birinci  yarpa(q)ğ  quruyanda  görmüşəm.  O  boyda  buda(q)ğı  kor 
da  görər.  Baxın,  Namaz  baş  barma(q)ğını  çiyni  üzərindən  Dədə  palıda 
tuşladı. Sonra yumru(q)ğunu palıdın gövdəsinə vurdu. 
...  Öküzün  biri  öküz!  Kötük!  Ağac!  Meşədə  canın  çıxaca(q)ğ. 
Qurd-quşa  qismət  olaca(q)ğsan  burda!  Bu  hayıfı  heç  kim  səndə 
qoymayaca(q)ğ. Baxarsan!”  
(“Qoca  palıdın  nağılı”  tammetrajlı  bədii  filmi,  1984.  Ssenari 
müəllifi  İsi  Məlikzadə.  C.Cabbarlı  adına  “Azərbaycanfilm” 
kinostudiyası) 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
148 
 
Yuxarıda  qeyd  edildiyi  kimi,  “q”  səsi  “ğ”  səsi  ilə    əvəz  olunaraq 
nitq axınında tələffüzü asanlaşdırır. 
Faktlara əsaslanıb bu qənaətə gəlmək olar ki, cümlənin və çoxhecalı 
sözlərin  sonunda “q” səsi kar “x” səsindən fərqli, bir qədər cingiltiləşərək 
“x
ğ
” şəklində tələffüz edilir. 
Azərbaycan  dilində  bu  səsin  tələffüzü  haqqında  fikir  ayrılığı 
mövcuddur. Belə ki, akad. M.Ş.Şirəliyev xəbərlik şəkilçilərinin tələffüzün-
dən danışarkən: “Q səsi “ğ” kimi tələffüz olunur”[1, 19]. Əlbəttə, M.Ş.Şirə-
liyevin  fikri  ilə  razılaşırıq.  Amma  sözün  sonunda  gələn  q  səsi  yuxarıdakı 
misallarda  olduğu  kimi  yalnız  saitlə  başlanan  sözlərdən  əvvəl  “ğ”  kimi 
tələffüz olunur. 
Ə.M.Dəmirçizadə yazır: “... ədəbi tələffüz normasına əsasən bir sıra 
sözlərin  və şəkilçilərin sonundakı “q” öz məxrəcində deyil, karlaşmış halda, 
daha doğrusu “x” məxrəcində tələffüz olunur: papaq – papax, otaq – otax, 
aldıq – aldıx, olacaq – olacax və s.” [5, 83] 
Ə.Əfəndizadə göstərir: “Çoxhecalı sözlərin axırında gələn “q”  samiti, 
həmin sözlər ayrılıqda tələffüz edildikdə və bunlardan sonra samitlə başla-
nan şəkilçi və ya söz gəldikdə “x” kimi azacıq cingiltiləşmiş halda tələffüz 
edilir.” [6, 52] 
“Demək olar ki, bu cingiltiləşmə sonor və cingiltili səslərlə başlanan 
sözlərin qarşısında artaraq “ğ” səsinə yaxın bir məxrəcdə tələffüz olunur”. 
A.Ələkbərov da: “Q” səsi çoxhecalı sözlərin  sonunda həm “ğ”, həm 
də “x” kimi tələffüz edilir.” [7, 89] 
Ayrı-ayrı  filmlərdən  seçilmiş  mətn  parçaları  göstərir  ki,  sözlərə 
samitlə başlanan şəkilçilər artırdıqda da onlardan əvvəl gələn “q” səsi “x” 
kimi tələffüz olunur. 
“Kərim kirmişcə dayanmışdı, heç cın(q)xırını da çıxarmırdı... Elə o 
dəqiqə də qapı açıldı, atası içəri girdi. Çiynində tüfəng vardı, əlində də 
ovladığı bir cüt qır(q)xovul. 
...  Kaş  məni  baş(q)xası  doğaydı,  -  dedi.  Onda  anamız  da  sağ 
qalardı...  Kərimin  qış(q)xırığı  atasına  pis  təsir  etdi.  Traktoru  sürən 
Kərimin atası idi. Oğlundan xəbərsiz ata dam(q)xıratdı boşalmış təkərin 
altına qoydu.” 
(“Süd dişinin ağrısı” tammetrajlı bədii filmi, 1987. Ssenari müəllifi 
Ramiz Rövşən. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) 
Nümunələrdən də görünür ki, sözün sonundakı “q” səsindən sonra 
samit  səslərlə  başlayan  şəkilçi  gəldikdə  “q”  samiti  “x”  kimi  tələffüz 
olunur.  Müşahidələr  göstərir  ki,  ölkəmizin  Şərq  rayonlarından  olan 
kinoaktyorlar  “q”  səsini  sonor  və  cingiltili  səslərdən  sonra  bir  qədər 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
149 
 
cingiltili  söyləyirlər.  Qərb,  şimal  və  cənub  qrup  dialekti  nümayəndələri 
bütün samitlərin qarşısında onu kar “x” variantında deyirlər ki, nəticə də 
“q” səsinin işlənmə yerinə görə də belə variant və variasiyalar yaranır. 
A.Axundov “q” səsinin “k” variantı haqqında yazır: “Q foneminin 
k  variantına   çoxhecalı sözlərin sonunda  və  kar  samitdən  əvvəl  təsadüf 
edilir:  üfük,  ittifak,  məntik  və  s.  Bu  variasiya  qoşa  yazılan  birinci  q 
foneminin  də  əsas  təzahür  formasıdır:  münə(k)qid,  di(k)qət,  to(k)qa  və 
s.” [8, 302] 
Ə.Dəmirçizadə  “q”  səsinin  yalnız  karlaşmasından  bəhs  edərək 
yazır: “Söz ortasında qoşa “q”-dan birincisi tok)qa, çak)qal, ba(k)qal və 
s. sözlərdə kar tələffüz olunur.” [5, 24] 
Müşahidələr  göstərir  ki,  “q”  səsinin  “k”  variasiyası  dilimizdə 
mövcuddur.  Belə  ki,  sözləri  ayrı-ayrı  dedikdə  qoşa  “q”  tələffüzdə  bir-
birindən  az  fərqlənirsə,  cümlənin  tərkibində  nitq  axını  zamanı  “k” 
variasiyası “q” fonemindən nisbətən çox fərqlənir. Çünki qoşa samit səslərin 
şifahi nitqdə fərqli çalarlarda “k” kimi səslənməsi geniş yayılmışdır. 
Bəzən kinoaktyorların nitqində “q” səsinin yazıldığı kimi deyilməsinə 
də  rast  gəlirik.  Tələffüz  normalarının  pozulmasına  aid  bu  cür  hallar  da 
şübhəsiz ki, tamaşaçıların zövqünü oxşaya bilməz. 
“Anca(q) o uşa(q) qəflətən dönüb yanındakılara göz vurdu və birdən-
birə çığırmağa başladı. 
...  Sərçələr  torpa(q)  üzərində eşəlnə-eşələnə  yem  axtarırdı...  Kərim 
aya(q)üstdə qurumuşdu. 
... Sərçələr buda(q) üzərində, sanki quruyub qalmışdılar. 
... Baya(q) uşaqlara göz vuran oğlan cumub Kərimi qamarladı. Bəs 
öz  dədən  o  qədər  heyvan  ovluyur,  quş  vurur,  yazı(q)  döyül?...  Çimnaz 
müəllimə  ay  uşa(q)  deyib  Kərimə  müraciət  etdi...  Çimnaz  müəllimə 
Kərimgilə qona(q) kimi getməmişdi.” 
(“Süd dişinin ağrısı” tammetrajlı bədii filmi, 1987. Ssenari müəllifi 
Ramiz Rövşən. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası) 
Yuxarıdakı  cümlələrdə  “q”  səsinin  assimlilyasiyaya  uğraması  da 
nitq  axınında  ahəngdarlığı  pozur,  danışığın  sürətini  azaldır.  Səsləri 
yazıldığı  kimi  tələffüz  etmək  danışığı  süniləşdirir  və  obrazın  nitqinin 
təbiiliyinə mənfi təsir edir. 
Akad  M.Ş.Şirəliyev  “d”  səsinin  “t”  səsi  ilə  əvəzlənməsindən 
danışarkən yazır: “D səsinin t səsi ilə əvəzlənməsi hadisəsi, demək olar 
ki, bütün dialekt və şivələrimizdə az və ya çox dərəcədə yayılmışdır. Bu 
hadisəyə daha çox qərb, şimal və cənub  qrupu dialekt və şivələrində, az 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə