Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə50/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   46   47   48   49   50   51   52   53   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
134 
 
məsələlərindən  biri  də  dil,  üslub  tərzi,  ifadə,  qısa  desək  yazıçılıq 
mədəniyyəti,  sənətkarlıq  mədəniyyəti  uğrunda  mübarizəmiz  olmalıdır” 
(6, s. 82). 
Beləliklə, S.Vurğun dilçilik elminin inkişafına daima nəzarət etmiş, 
öz faydalı tövsiyə  və  məsləhətləri ilə bu işi sürətləndirmişdir.  
 
ƏDƏBİYYAT: 
 
1.  C. Abdullayev. S. Vurğunun poetikası. Bakı: “Gənclik”,  1976 
2.  X. Cabbarov. Sənətkar və söz. Bakı: “Azərnəşr”, 1976 
3.  M. Cəfər. Sənət yollarında. Bakı: “Gənclik”, 1975 
4.  M. Cəlal. Klassiklər və müasirlər.  Bakı: “Azərnəşr”,  1973 
5.  M. Cəlal. Füzuli sənətkarlığı. Bakı: “ADU”,  1958 
6.  S. Vurğun. Seçilmiş  əsərləri. I cild. Bakı: “Azərnəşr”,  1972 
7.  S. Vurğun. Seçilmiş  əsərləri. II cild. Bakı: “Azərnəşr”,  1976 
8.  Y. Seyidov, S. Əlizadə.  Klassik Azərbaycan şairləri söz 
haqqında. Bakı: “Gənclik”, 1977 
9.  Y. Seyidov. Şairin dərdi. Bakı: “Azərbaycan”,  1996. 
 10. İ. Məmmədli. S.Vurğun haqqında. S. Vurğunun dili. // “Milli 
Zəka” jurnalı  № 4 / 4, Bakı, 2016, s. 36-44. 
 
Исмайлова Тахмина 
Проблема языка в художественной работе Самеда Вургуна 
Резюме 
 
В статье рассматриваются особенности художественного 
творчества С. Вургуна, а также отношение поэта к слову, проблема 
родного языка, борьба за чистоту родного языка и другие вопросы. 
 
 
İsmayilova Tahmina 
Language issue in Samed Vurgun's artistic work 
Summary 
 
The article examines the peculiarities of S. Vurgun's artistic 
creativity, as well as the attitude of the poet to the word, the mother 
tongue issue, the struggle for the purity of the mother tongue, and other 
issues. 
 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
135 
 
Aysel Qəribli  
                                        AMEA Nəsimi adına Dilçilik İnstitutu,                            
filologiya üzrə fəlsəfə doktoru 
aysel-qerib@hotmail.com
 
 
Əlimərdan bəy Topçubaşovun “ana dili” anlayışı 
 
Açar sözlər: ana dili, tatar dili, anlayış, publisistika 
Ключевые  слова:  родной  язык,  татарский  язык,  понятие, 
публицистика 
Key  words:  mother  tongue,  the  Tatar  language,  the  Turkish 
language, concept, publicism. 
 
XIX  əsrin  sonu  XX  əsrin  əvvəlləri  Azərbaycanda,  ümumən  türk 
dünyasında ideoloji intibah dövrüdür: bir tərəfdən, türk xalqlarının milli 
müstəqillik  uğrunda  mübarizəsi  güclənirsə,  digər  tərəfdən,  inteqrasiya 
idealları geniş vüsət alır. 
Bu,  özünü  “ana  dili”nə,  eləcə  də  onun  necə  adlandırılmasına 
münasibətdə də göstərir. Ümumi  mənzərə belədir ki, “Azərbaycan dili” 
mənasında “türk dili (türkcə)”, “tatar dili”, “müsəlmanca”, “Azərbaycan 
türkcəsi”  ilə  yanaşı  arasıra  “Azərbaycan  dili”  linqvonimi  də  işlənməyə 
başlayır. 
Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə,Həsən bəy Zərdabi, Əli 
bəy  Hüseynzadə,  Məhəmməd  Ağa  Şahtaxtlı,  Cəlil  Məmmədquluzadə, 
Yusif  Vəzir  Çəmənzəminli,  Nəriman  Nərimanov,  Məhəmməd  Əmin 
Rəsulzadə,  Üzeyir  Hacıbəyli  ...  kimi  Azərbaycan  ziyalıları  Azərbaycan 
dilinin inkişafında son dərəcə böyük rol oynamaqla yanaşı, “Azərbaycan 
dili”  anlayışının  formalaşmasında  da  öz  elmi,  elmi-kütləvi  mülahizələri 
ilə əhəmiyyətli xidmətlər göstərmişlər.   (bu barədə geniş məlumat üçün 
baxın: 2, s. 58-98). 
Həmin  ziyalılar  sırasında  Azərbaycanın  görkəmli  siyasi  xadimi, 
Əlimərdan bəy Topçubaşovun da özünəməxsus yeri vardır.  
Əlimərdan bəy Topçubaşov (1863-1934) XIX əsrin sonu XX əsrin 
əvvəllərində Rusiya türk-müsəlmanlarının, eləcə də Azərbaycan xalqının 
istiqlalı  uğrunda  mübarizə  aparmış  görkəmli  ictimai  xadim,  müstəqil 
Azərbaycan dövlətinin (1918-1920) Paris sülh Konfransında səlahiyyətli 
nümayəndəsi olmuş, ömrünün sonuna qədər öz əqidəsinə sadiq qalmışdır. 
Peşəkar  hüquqşünas  kimi  həm  bu  sahədə,  həm  də  rusdilli  Azərbaycan 
publisistikasının inkişafında tarixi xidmətləri vardır. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
136 
 
Ə.  Topçubaşov  (1897-1917-ci  illər)  “Kaspi”  qəzetinin  yaradıcıla-
rından və redaktorlarından biri olmuşdur. Bu illər ərzində  görkəmli si-
yasi  xadimin  çoxlu  sayda  elmi  əhəmiyyətli  məqalələri  dərc  edilmişdir. 
Çoxsaylı məqalələr içərisində Ə. Topçubaşovun “ana dili” anlayışı barə-
dəki məqalələri böyük maraq kəsb edir. 
Ə.Topçubaşovun  “ana  dili”  anlayışı  barədəki  təsəvvürü  ilk  dəfə 
“Bakıda tatar dilində qəzet” məqaləsində (Kaspiy, 23 yanvar 1905-ci il) 
rastlaşırıq. Müəllif yazır: 
“Şəhərimiz  yeni  mətbu  orqanla  zənginləşir:  indiyə  qədər  Tiflisdə 
tatar dilində nəşr olunan “Şərqi-rus” Bakıya köçür” (1,s. 90). 
Və  həmin  “tatar  dili”  anlayışının  hansı  dili  ifadə  etdiyini,  onun 
coğrafiyasını müəyyənləşdirmək üçün təfsilatı ilə məlumat verilir: 
“Bizim  müsəlmanların  mədəni  geriliyinə  baxmayaraq,  əslində, 
fikrimizi daha dəqiq etsək, məhz həmin gerilik səbəbindən onlardan ötrü öz 
dillərində qəzet nəşrinin vacibliyi və zəruriliyi çoxdan hiss olunurdu... Qaf-
qaz  müsəlmanları  mədəni  inkişaf  baxımından  özlərini  xeyli  qabaqlamış 
xalqlarla  qonşuluqda  yaşayırlar.  Təbii  ki,  müasir  mərhələdə  bizim  müsəl-
manlar  da  daxili  və  xarici  əlaqələr  nəticəsində  həyatın  yeni  axın  və 
təmayüllərinin səmərəli təsirinə məruz qalırlar. Bu səbəbdən müsəlmanlar, 
ilk  növbədə  isə  onların  ictimai  şüura  malik  hissəsi  indiyə  qədər  anadilli 
mətbu  orqanın  mövcud olmaması  səbəbindən  xalq  kütlələrinin  tərəqqisinə 
ciddi  maneə  yarandığını  başa  düşməmiş  deyildilər...  Yerli  dildə  mətbuat 
ərsəyə gəlməyənə qədər...” (1,s.90). 
Göründüyü kimi, burada söhbət “bizim müsəlmanlar”ın, yəni “Qafqaz 
müsəlmanları”nın “ana dili”ndən – “yerli dil”dən gedir ki, bu dili Ə.Topçu-
başov “tatar dili” adlandırır: 
“İnanıram  ki,  bizim  günlərdə  də  savadlı  müsəlmanların  çoxu  1875-
1877-ci  illərdə  “Kaspi”  əməkdaşı  Həsən  bəy  Məlikovun  Bakıda  nəşr 
etdiyi  “Əkinçi”  qəzetini  yaxşı  xatırlayır...  Zənnimcə,  onlar...  anadilli 
mətbu  nəşrin  canlı,  həqiqi  sözlərinin  müsəlman  kütləsinə  necə  ayıldıcı, 
oyadıcı  təsir  göstərdiyini  göz  önünə  gətirə  bilərlər.  Tiflisdə  bir-birinin 
ardınca meydana çıxan digər tatar qəzetlərinin – “Ziya” və “Kəşkül”ün 
ictimai fikrə, təəssüf ki, çox da güclü sayılmayacaq təsiri də yaddaşlardan 
silinməyib” (1,s.91). 
Ə.Topçubaşova  həmin  məqalədə  “bizim  müsəlmanlar”  anlayışını 
dar  mənada  –  “Qafqaz  müsəlmanları”  mənasında  işlətdiyi  kimi,  geniş 
mənada – “Rusiya müsəlmanları” mənasında da işlədir: 
“Bağçasaray  şəhərində  “Tərcüman”  qəzetinin  nəşrə  başlaması  isə 
bizim müsəlmanların həyatını xüsusən parlaq nura bənzər işığa qərq etdi. 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə