Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə48/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   44   45   46   47   48   49   50   51   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
128 
 
 Bəzən qoyulmayır hər söz yerinə,  
Şeirimiz oxşayır biri – birinə”. 
Şairi hər zaman düşündürən bu məsələyə özü də çox ciddi yanaşır, 
hər sözün mənasına can yandırır, alın təri axıdır:  
“Ürək qoyub, can yandırıb hər bir sözün mənasına, 
Deyirəm ki, salam verim şeir – sənət dünyasına”. 
Sözə müqəddəs bir ehkam kimi baxan şair bəzən hər sözün üstündə 
uzun zaman fikrə gedir. Bir əsər yazarkən özünün dediyi kimi: 
“Yazdıqca “Muğan”ın hər nəğməsini,  
Gecələr şam kimi mən də yanıram... 
Duyduqca çöllərin xoş nəfəsini,  
Vaxtından tez yatıb, tez oyanmışam.  
Mən indi hər sözün üstündə bəzən 
Saatlar uzunu  fikrə gedirəm”. 
Şairin bədii yaradıcılığında bir fakt da özünü tez- tez büruzə verir - 
söz  həqiqətə  əsaslanmalıdır.  Uydurma  sözün  ömrü  uzun  olmur  və  o, 
sahibinə ləkə gətirir, belə sözlərin kəsəri də az olur. Lakin doğru söz “iti 
bir  bıçaqdır”.  Ömürlük,  dahiyanə  söylənilən  bir  söz  insanın  adını 
əbədiləşdirir. Şair özünü belə sözlərin aşiqi adlandırır: 
“Ömürlük  sözlərə  aşiqəm  düzü,  
Onsuz da insanın ömrü  az olur”. 
 Şair  göstərir  ki,  insanı  davranışı  ilə  bərabər  nitqi,  danışığı  ilə  də 
gözəl  tanımaq  olur.  Hər  bir  söz  özlüyündə  insan  mənəviyyatının 
güzgüsüdür.  Adi  bir  şəxsin  yersiz  sözlər  işlətməyi,  danışmağı 
başqalarında şübhələr yaradır, ona qarşı müxtəlif xəyallara düşürlər. “İnci 
xanım” şeiri bu baxımdan  daha xarakterikdir: 
“Bəzən ona böhtan atır bizim acı dillərimiz,  
Acıyıram bu ceyrana...tez açılar könül bağı. 
Bəzən onun yersiz gülüb, yersiz sözlər danışmağı 
Şübhə salır ürəklərə, iştahlanır bir çoxları”. 
S.Vurğunun bədii yaradıcılığında toxunduğu bu kimi məsələlər nitq 
mədəniyyəti  ilə  də  müəyyən  dərəcədə  bağlıdır.  Şair  satirik  bir  dillə 
mənasız,  yersiz  danışanları,  sözü  ilə  əməli  düz  gəlməyən  “saxta” 
insanları ifşa edir: 
“Vaxtsız xoruz olub çıxırsan dama,  
Səsin gülüş gəlir qanan adama,  
Qəlbin çamırlıqdır, çox qırıldama,  
Qurbağa səsindən qulaq kar olmaz”. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
129 
 
Şair  burada  göstərir  ki,  hərcayı,  mənasız,  uzun  –  uzadı  danışmaq 
insan şəxsiyyətini alçaldır, onu hörmətdən salır. Belələrinin  nitqini  ədib 
“qurbağa səsinə” bənzədir.  
S.Vurğun  bədii  yaradıcılığında  ana  dili  məsələlərindən  də  geniş 
bəhs edir. Belə ki, şair sənətkarlar qarşısında sadə, aydın, təmiz bir dildə, 
hətta  dağda  çobanın  belə  başa  düşəcəyi  bir  dildə  yazmağı  estetik  tələb 
kimi qoyur. Təsadüfi deyildir ki, “S. Vurğun öz böyüklüyünü  əsərlərinin 
el  -  oba  arasında  yayılmasında,  uşaqlı  –  böyüklü  hamının  dillər  əzbəri 
olmasında görürdü”(2, s. 17) 
“Nədən bu torpağın şirin ləhcəsi 
Şairəm deyənə biganə qalsın?  
Nədən şeirlərim ağıza düşüb,  
Dağların çobanı məni anmasın?” 
Prof. İ. Məmmədlinin də doğru olaraq qeyd etdiyi kimi, “S. Vurğun 
bütün  yaradıcılığı  boyu  dildə  süniliyə,  qondarma,  yersiz  sözlərin 
işlənilməsinə qarşı çıxırdı: 
Bəzən qoyulmayır hər söz yerinə,  
Şeirimiz oxşayır bir – birinə... 
Eyni xatirələr, eyni şəkillər 
Xəyala açmayır yeni bir səhər”. 
Şair hələ1931 – ci ildə “Şeir və xaltura” adlı əsərində dildə hər cür 
süniliyi pisləyərək qəzəblə yazırdı: 
“Kəndə, kəndə və kəndə 
və  yenə də kəndə! 
Belə yazdı bəziləri 
Şerin başına turp əkəndə... 
Sevmədim 
Qurama sözlərin 
Ansız hərəkətini 
və beynimə zorla pərçimlənən 
bu sözlərin ləzzətini” 
S.  Vurğun  dilimizin  təmizliyini,  saflığını,  əlvanlığını, 
ahəngdarlığını    qoruyub  saxlamağa  çalışan  şairlərdən  idi.  O  deyirdi  ki, 
artıq bir sözün gəlməsi dilin başına nə qədər oyun aça bilər” (10, s.40). 
Doğma  ana  yurdunun  qızğın,  alovlu  övladı  olan  S.  Vurğunu  ana 
dili  məsələləri  bütün  yaradıcılığı  boyu  düşündürmüş,  dil  uğrunda 
mübarizənin  tarixindən  müəyyən    səhifələri  parlaq  lövhələrlə  əks 
etdirmişdir. Bu baxımdan “Vaqif” dramında Vaqifin Qacarla qarşılaşdığı 
səhnə  daha  maraqlıdır:  “Gərək  fars  dilində  yazsın  sənətkar”  –  deyən 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
130 
 
yırtıcı, vəhşi, qəlbi və vicdanı qan olan Qacarın tələbinə qarşı məğrur şair 
üsyankar bir mövqedə dayanır, Azərbaycan xalqının övladı olduğunu və 
öz xalqına sadiq qalacağını söyləyir: 
“Farsın da öz qüdrətli şairləri var,  
Nə çoxdur onlarda böyük sənətkar.  
Azəri yurdunun oğluyam mən də,  
Az – az uydururam, yeri gələndə”.  
Realist  ədəbiyyatın  banilərindən  olan  Vaqifin  ana  dilinə  doğma 
münasibəti,  məhəbbəti  S.  Vurğunun  “Şairin  ölümü”,  “Azad  ilham” 
şeirlərində əsil poeziya tələbləri səviyyəsində inikas olunur:  
“Gərdi sinəsini o,  fars dilinə, 
Bağırdı öz dilim, öz şeirim gərək! 
Bir dahi can verdi doğma elinə  
Üfüqdən –üfüqə  qanad  gərərək” (7, s.18)  
Bəzən şairin döyünən ürəyi köksünə  sığmır, indi onun öz ana dili 
də  istibdadın  pəncəsindən  qurtulub  azad,  müstəqil  dövlət  dilinə 
çevrilmişdir. “İyirmi bahar” şeirində şair yazır:  
“Xəbər aldım Nizamidən,  
Deyir  “Xoşbəxt oldu vətən” 
Öz sevgilim - ana dilim 
Can qurtardı yad əllərdən 
Təzə gəldim dünyaya mən” (6, s.57). 
Vətənin, elin vurğunu olan böyük şairin nəzərində  ana yurdu, ana 
torpağı  xoşbəxtdir,    çünki  onun  “öz  sevgilim”  –  deyə  obrazlı  bir  dillə 
qələmə aldığı Azərbaycan dili yad təsirlərdən xilas olmuşdur.   
“Bəsti”  poemasında  şair  Azərbaycan  qadınına  müraciət  edərək 
yazır:  
“Artıq saçlamayır səni qoçular,  
Hər yerdə, hər dildə danışmağın var”.  
Şair  Muğanı,  Mili,  odlar  ölkəsini    qarış  -  qarış  gəzdikcə  öz 
şeirlərinin,  Vaqifin,  Füzulinin  şeirlərini  doğma  ana  dilində  dinlədikcə 
fərəhlənir, şairin şeir rübabı daha gur səslənir. Ədib fəxr edir ki, alim də, 
şair də, dağda çoban da öz mahnısını ana dilində deyir: 
“Bir yeni rəng alır Mil də, Muğan da 
Bu bayram günündə, bayram elində. 
Alim də, şair də, dağda çoban da
Deyir mahnısını  ana dilində” (6, s.209). 
“Təbriz  gözəli”  şeirində  böyük  sənətkar  qanı  bir,  dili  bir  olan 
cənublu  qardaş  və  bacılarının   halına acıyır.  Bu  kədər  və  nifrət  hissləri 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə