Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə49/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   45   46   47   48   49   50   51   52   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
131 
 
“Yandırılmış  kitablar”da  daha  bariz  şəkildə  əks  olunur.    Şair  İran 
cəlladlarına xatırladır ki, Azərbaycan xalqı, onun dili məğlub olmamışdır. 
“Keyxosrovun  başını  anam  Tomris  kəsmişdir”  –  deyərək  şair  onlara 
bildirir  ki,  Koroğlunun,  Səttarxanın  çələngi  indi  bizim  başımızdadır. 
Zaman gələr ki, “şəhidlərin qiyam rühü yapışacaq yaxasından”. “Cəllad! 
Mənim  dilimdədir,  bayatılar,  qoşmalar...”  –  deyə  şeir  dilinə  xor 
baxanları,  ona    “Türkəxər”  deyənləri  “daş  ürəkli,  qan  içən  qurdlar” 
adlandırır, onları kəskin bir dillə ittiham edir:  
“Söylə, sənmi xor baxırsan mənim şeir dilimə?  
Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli! 
Sənmi “Türkəxər” deyirsən ulusuma, elimə?  
Anam Tomris kəsmədimi Keyxosrovun başını?  
Nəsillərim qoymayacaq daş üstündə daşını”.  
Şair  daha  sonra  “Bakının  dastanı”  poemasında  yazılı  abidələrin 
qorunub  saxlanılmasını  zəruri  sayır,  onların  mədəniyyət,  xüsusilə 
dilimizin  keçmişini  öyrənmək  üçün  böyük  əhəmiyyətə  malik  olduğunu 
göstərir.  Həmçinin,  o,  qədim  tarixə  malik  olan  ana  dilimizin  qədrini 
bilməyi,  onun  saflığını,  təmizliyini  göz  bəbəyi  kimi  qorumağı  gənclərə 
tövsiyə edir və müqəddəs bir vəzifə kimi tapşırır: 
“Mən qəlbimlə, ilhamımla anmaqdayam  bu gün sizi
Əzbər deyin şeirimizi, təmiz  bilin dilimizi”. 
Dilin  lüğət  tərkibinin  zənginləşməsi,  sənətkarın  canlı  xalq  dilinə 
əsaslanması  və  ondan  ilham  alması  kimi  məsələlər  də  şairin  bədii 
yaradıcılığında öz poetik həllini tapmışdır. Şair bildirir ki, incilər, gövhərlər 
mədəni olan, əsrlər boyu büllurlaşmış xalq yaradıcılığından istifadə etmək 
daha faydalıdır, çünki aqil babalar ikicə sözlə böyük mənalar ifadə etmişlər. 
Sadəliyin özündə mürəkkəblik yaratmaq  sənətkardan böyük məharət, iste-
dad tələb edən prinsiplərdir. Aqil bir çobanın dilindən eşitdiyi:  
“Muğan muğan olsa, biri üç eylər... 
Muğan tufan olsa, üçü heç eylər...” kimi qüvvətli aforizmdən sonra 
şair    xalq  zəkasının  böyüklüyünə  heyran  qalaraq,  oxucusuna  belə 
müraciət edir: 
“Oxucum, belədir aqil babalar,  
Bir dastan yaradır ikicə sözlə... 
Bu kamal dünyası gülər bir üzlə
Nəsildən nəsilə keçir yadigar” (7, s.174). 
Elə  buradaca  şair  yaradıcılığına  nəzər  salır,  öz    sözlərinin 
yaşayacağına  şübhə etmir:   
 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
132 
 
“Lakin o qocanın bayaqkı sözü 
Nəsildən – nəsilə yaşayacaqdır”. 
Odur  ki,  şair  sənətkardan  məhz  xalq  müdrüklüyü,  onun  kimi 
getdikcə öz ziyası ilə aləmə nur saçan qiymətli inçilər, sözlər söyləməyi 
tələb  edir.  Bu  isə  dil  ənənələrimizin  ən  yaxşı  cəhətlərini  mənimsəmək, 
klassiklərin dilinə yaradıcı münasibət bəsləməklə həqiqət ola bilər.  
M. Qorki yazırdı: “Yazıçılar bu dildən kor - koranə deyil, şüurlu və 
ağıllı  surətdə  istifadə  etməlidirlər.  Aydın,  mənalı,  dürüst  və  doğru 
məfhum  ifadə  edən  sözləri,  gözəl  və  ahəngdar  kəlmələri  diqqətlə, 
ehtiyatla seçib işlətməlidirlər”.  Göründüyü kimi, hər iki sənətkarın xalq 
dilinə münasibətdə tələbləri yaxından səsləşir.  
Prof.  M.C.  Paşayev  “Bədii  dilimiz  haqqında”  adlı  məqaləsində 
yazır:  “Tamamilə  xalqdan,    danışıq  dilindən  alınmış,  nədənsə  son 
zamanlara  qədər  ədəbi  dilə,  yazıya  düşməmiş  sözlər  bədii  əsərlərə 
gətirilir.  Bu  cəhətdən  S.  Vurğunun  şeir  dili  diqqətəlayiqdir.  İlk  baxışda 
yazı  üçün    “bir  təhər”  görünən  “sayrışmaq,  şütümək,  kövrək,  niskil, 
sanbal, quzey, güney, ilıq, qəlbi cığal” kimi sözləri indi hamı başa düşür, 
işlədir.  Eldən  gələn  bu  sözlər  bədii  əsərdə  özünə  vətəndaşlıq  hüququ 
qazandıqca Azərbaycan dilinin gözəlliklərini ədəbiyyata gətirir” (4, s. 6).  
Bu  cəhət    S.  Vurğunun    yaradıcılığında  duyulmaqdadır    və    bu  gözəl 
ənənəni şair  bədii dillə belə ifadə edir: 
“Muğan” dastanımda əks olunmadı,  
O yerdə gördüyüm gözəl bir səhnə,  
Sonralar bildim ki, “ilğım”dır adı, 
Düşsün  şeirimizin  söz  xəzinəsinə”.  
“S. Vurğun xalq dilində işlədilən bir sıra söz və ifadələri bədii dilimizə 
gətirir, onu zənginləşdirirdi: küsənmək, hayqırmaq, tamarzı, sayrışan, sağa-
lmaq,  güvənmək, ayağı sayalı, dələmə, gözləmə (sevgilisi, gözaltı elədiyi), 
ilğım, qaqqıldamaq, gümüldənmək, cilvələnmək, xınalanmaq, qımıldanmaq, 
qıymamaq  (Döyünməsin  qoy  ürəklər;  Qıymayıram  onlara  mən  dolaylar 
(Dolaylarda bahar çağı; Bir doyunca gəzim, dağlar!) və s. 
“Muğan” dastanında əks olunmadı 
O yerdə gördüyüm gözəl bir səhnə; 
Sonralar bildim ki, “ilğımdır” adı, 
Düşsün şeirimizin söz xəzinəsinə! 
...Bizim Əmirxan da ilğımlar kimi 
Gah gözə görünür, gah qaçır gözdən” 
“İlğım”  sözünü  bizim  dilimizə  gətirən  şair  onu  elə  növbəti 
səhifədəcə həm də gözəl bir müqayisə kimi işlədir” (10, s. 42). 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
133 
 
Şair həm də göstərir ki, sözün lüğət tərkibinə daxil olması, bilava-
sitə  məfhumun  gündəlik  həyata,  məişətə  daxil  olması  ilə  əlaqədardır. 
Ümumiyyətlə,  şair  bədii  yaradıcılığında  daha  geniş,  rəngarəng  fikirlər 
irəli sürür ki, bunların çoxu publisistik  yaradıcılığında da bu və ya digər 
şəkildə təkrar olunur. Lakin buna baxmayaraq, S.Vurğunun publisistikası 
elmilik  baxımından  daha  çox  əhəmiyyətlidir  və  dilçiliklə  bağlı  geniş, 
dəyərli mülahizələr  irəli sürülür.  
S. Vurğun  öz şeirində, sənətində, bir  də böyük məhəbbətlə sevdiyi 
Azərbaycanımızın,    xalqımızın  qəlbində  yaşayır  və    dünya  durduqca 
yaşayacaqdır.    O,  “...mənsub  olduğu  xalqın  bədii  düşüncə  tarixində 
xüsusi mövqe tutan bir sənətkardır” (M.Cəfər). “S.Vurğun həmişə böyük  
ideallar, böyük duyğular və arzularla yaşamış və sənətini də bu idealların 
tərənnümünə həsr etmişdir”  (B. Vahabzadə).  
“Bu  böyük  sənətkar  sağlığında  əfsanələşmişdir,  əfsanəvi  –  tarixi 
şəxsiyyətə çevrilmişdir. Xalqın hafizəsində onun reallığı ilə xəyali obrazı bir 
vəhdət  halında  birləşmiş,  o,  dastan  qəhrəmanı  olmuş,  aşıqların  sazlarında 
səslənmiş, haqqında neçə - neçə şeirlər yazılmışdır “ (9, s. 183). 
M.  Hüseynin  təbirincə  desək,  “Nizami,  Füzuli,  Vaqif  və  Sabir  kimi 
sənətkarların  adı  ilə  şöhrət  tapmış  Azərbaycan  şeirinin  tarixində  S.  Vur-
ğunun özünəməxsus görkəmli yeri vardır. O çoxdan bəri bütün ölkəmizdə 
istedadlı bir  xalq  şairi kimi tanınmaqda və sevilməkdədir”  (9, s. 183). 
 Bütün bu söylənilənlərə əsasən onu deyə bilərik ki, S. Vurğun təkcə 
bir şair, dramaturq, tərcüməçi, publisist, ictimai xadim deyildir, o həm də bir 
dilçidir.  O,  dil  məsələləri  ilə,  daha  geniş  mənada  desək,  dilçilik  elmi  ilə 
müntəzəm məşğul olmasa da, bu elmin ən mühüm sirlərini, problemlərini 
dərindən  mənimsəmiş,  qarşıya  çıxan  və  həll  olunacaq  hər  bir  məsələni 
vaxtında  görmüş,  onun  həyata  keçirilməsində  böyük  rol  oynamışdır. 
Vurğunun  dil  məsələlərinə  dair  apardığı  mübarizə  böyük  və  tarixi 
əhəmiyyətə  malik  olmaqla  bərabər,  dilçilik  elmimizin  inkişafına,  bədii 
dilin,  yazıçılıq  və  sənətkarlıq  mədəniyyətinin  yüksəlməsinə,  ümumxalq 
canlı  danışıq  dilinin  və  ədəbi  dilin  təkamülünə,  tərəqqisinə  əvəzsiz 
xidmətlər  göstərmişdir.  Öz  mülahizələrində  daha  çox  təcrübəyə 
əsaslanmış,  odur  ki,  şairin  nəzəri  fikirləri  ilə  əməli  işi  vəhdət  təşkil 
etmişdir,  biri  digərini  tamamlamış,  əməli  işindəki  bu  və  ya  digər 
xüsusiyyətlərini isə nəzəri görüşləri təsdiq etimişdir.  
S. Vurğun bir sənətkar kimi daima bədii ədəbiyyatın materialı olan 
dilə  doğma  münasibət  bəsləmiş,  onu  ədəbiyyatın,  yazıçı  sənətkarlığının 
ən ümdə məsələlərindən biri saymışdır. Şair “Böyük sənət əsərləri” adlı 
məqaləsində  bu  xüsusda  yazırdı:  “Ədəbi  müzakirələrimizin  əsas 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə