Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə57/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   53   54   55   56   57   58   59   60   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
156 
 
Birinci misrada "üstümə gəlməz xas əli" söyləməklə şair yara xas, 
yara  məxsus  əli  nəzərdə  tutur.  Qeyri-müəyyən  gələcək  zaman  feilinin 
inkarında olan "gəlməz" feilini işlədən Vaqif bununla öz inamsızlığını ifadə 
edir.  İkinci  misrasında  metaforik  anlamlı  ifadələr  yaradır:  "Silinmədi  hеç 
könlümün  pas  əli".  Məcazi  mənada  işlənən  "könlümün  əli"  yarın  əlinə 
toxunmadığına  görə  pas  atmışdır  və  "könlümün  pas  əli"  şair  tərəfindən 
yaradılmış frazeologizmdir. 
Dilimizdə "havalı" sözünün dördcildlik izahlı lüğətdə iki semanteması 
verilib: "1. Azğınlaşmış; ağlı başından oynamış kimi; 2. Yaxşı havası olan; 
şəfalı" [1, s. 335]. Lakin son zamanlar "havalı" leksik vahidinin türk dilindən 
"göz alıcı, çəkici, heyranedici; gürurlu" məcazi mənaları da gənclərin dilinə 
daxil  olmuşdur.  Maraqlı  bir  haldır  ki,  Vaqifin  "Sevmişəm"  qoşmasında 
həmin bu mənanı görə bilirik: 
Çоx gözəlsən, amma xоyundur yaman
Baxmazsan üzümə mənim çоx zaman
Vaqif dеyir, sənin əlindən aman! 
Mən biçarə nə havalı sеvmişəm! 
Maraqlıdır  ki,  izahlı  lüğətdə  Aşıq  Ələsgərdən  misal  gətirilir: 
Gəzirlər havalı ağalar, bəylər. İşləyir qan-tərdə naxırçı, nökər [s. 335]. 
Birinci  misrada  havalı  lekseminin  "göstərişli,  qürurlu"  anlamı  olsa  da, 
təəssüf  ki,  izahlı  lüğətdə  bu  izah  semlər  sırasında  öz  əksini  tapmamış, 
əksinə  sovet  ideologiyasına  uyğun  olaraq  "azğın,  qudurmuş"  mənaları 
verilmişdir.  Belə  məlum  olur  ki,  müasir  gəncliyin  dilinə  türk  dilindən 
daxil olan məna əslində Azərbaycanın Qərb dialektlərində işlənibmiş.  
Molla  Pənah  Vaqifin  şeirlərində  -ıb

nəqli  keçmiş  zaman 
şəkilçisinin bol işlənməsi araşdırma zamanı diqqətimizi cəlb etdi: 
Sənə sığal vеrib, əcəb tər düşüb
Hörülüb qəddilən bərabər düşüb
Sanasan mələkdən balü pər düşüb
Düzülüb dalında qatara tеllər.  
Biz bununla bağlı tədqiqat aparmaq qərarına gəldik. Molla Pənah 
Vaqifin  42  qoşması  [9],  Molla  Vəli  Vidadinin  20  qoşma,  gəraylı  və 
bayatıları [10], Şah İsmayıl Xətainin 34 ədəd qoşma, varsağı, gəraylı və 
bayatıları  [11],  Məhəmməd Füzulinin  "Leyli və  Məcnun" (42 səh.)  [7], 
Nəsiminin 33 qəzəli [3], "Kitabi-Dədə Qorqud"da 20 səhifə (səh. 31-51) 
[5] üzərində apardığımız tədqiqat zamanı aşağıdakı statistik nəticələr əldə 
olundu: 
 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
157 
 
 
Bu  müqayisə  onu  göstərir  ki,  nəqli  keçmiş  zaman  -ıb

şəkilçisi  
XVIII  əsrdə  Azərbaycan  dilində  daha  çox  işləklik  qazanmışdır.  Çünki 
Vaqifin  şeirlərində  -ıb  zaman  şəkilçisinin  sayı  ilə  feili  bağlama 
şəkilçisinin sayı arasında fərq yoxdur: 23-25.  M.V.Vidadidə də demək 
olar  eyni  işlənmə  nisbəti  müşahidə  olunur:  21-19.  "Dədə  Qorqud" 
dastanında isə kəskin fərq nəzərə çarpır: -ıb zaman şəkilçisi kimi 4, feili 
bağlama  şəkilçisi  kimi  isə  25  dəfə  işlənir.  Müşahidələrimiz  əsasında 
söyləyə bilərik ki, -ıb zaman şəkilçisi XI əsrdə -mış şəkilçisinə nisbətən 
çox  az  intensivliyə  malik  olmuşdur  və  əsrlər  keçdikcə  bu  intensivlik 
artmağa başlamış Vaqif dövründə 6 dəfə artıq işlənmə həddinə çatmışdır. 
Müşahidələrimizi  yuxarıdakı  cədvəli  izləməklə  aydın  görmək 
mümkündür. -ıb feili bağlama şəkilçisi isə XI-XVIII əsrlərarası dövrlərdə 
öz aktivliyini olduğu kimi qoruyub saxlamışdır: KDQ – 25 və Vaqif – 25. 
Qeyd etmək lazımdır ki, bu qədim dastanda (KDQ) -ıb şəkilçisi -
dır
4
  xəbər  şəkilçisi  ilə  işlənir:  "Oğlu-qızı  olmıyanı  Allah-təala  qar-


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
158 
 
ğayıbdır"  [5,  s.34],  "Qarıyıbdur  otu  bitməz",  "Qurıyıbdır  suyu  gəlməz" 
[5, s. 49]. -ıb şəkilçisinin adyektivləşmə funksiyası, Vaqif dilində olduğu 
kimi,  dastanda  da  kifayət  qədər  məhsuldardır:  "Bədəvi  ata  binüb 
oğlancuğın istəyi getdi" [5, s. 38]. "..qara qaurma bişürüb qırq bəg qı-
zına ilətün" [5, s. 46]. 
Q.Kazımov -ıb

nəqli keçmiş zaman şəkilçilərinin canlı danışıq dili 
üçün  daha  səciyyəvi  olduğunu  qeyd  edir.  Bu  baxımdan  xəlqiliyi  ilə 
seçilən Vaqif dilində bu şəkilçinin daha çox işlənməsi təsadüfi deyil.  
-ıb feili bağlama şəkilçisi gördüyümüz kimi, bütün dövrlərdə aktiv 
şəkildə  işlənən  məhsuldar  bir  şəkilçidir.  Vaqifin  əsərlərində:  "Könlün 
alıb  barışmadıq,  ayrıldıq",  "Tərk  еdib  dəhrin  səfasın  xеyrü  şərdən 
kеçmişəm", " İncəlib saətbəsaət tarü marın оlmuşam", "Şux nigahından 
düşüb şirin şikarın оlmuşam" və s. bu cür feili bağlamalı misralara rast 
gəlmək mümkündür. 
H.Mirzəzadə  -ıban  şəkilçisinin  -ıb  feili  bağlama  şəkilçisi  ilə  tam 
eyni  semantikaya  malik  olduğunu  söyləsə  də,  səhifə  285-də  bunlar 
arasında  müəyyən  məna  incəliyinin  mövcud  olduğunu  qeyd  edir, 
Azərbaycan  dilinin  Qazax,  Quba,  Zaqatala  və  Şamaxı  dialektlərində 
fonetik variantlarının işləndiyini göstərir. Bu şəkilçinin hələ qədim tatar, 
türkmən,  osmanlı  türklərinin  dilində  mövcud  olduğunu,  "Dədə 
Qorqud"da -ibani şəklində işləndiyini bildirir [5, s. 284-286]. Biz -ibani 
şəkilçisini  Nəsiminin  dilində  də  müşahidə  edirik:  "Daş  alubani  dilbər, 
könlüm şişəsin atar". [3, s.18]  
T.Hacıyev  Vaqifin  dilində  Qazax  dialektinə  xas  dialektizmlərin 
mövcud  olduğunu qeyd  edir və  bu baxımdan -ıban  şəkilçisinin  Vaqifin 
dilində  çox  işlənməsi  təbii  bir  haldır.  XIX  əsr  tatar  poeziyasında  feilin 
qrammatik formalarının variativliyini araşdıran tatar dilçisi A.F.Yusupov 
–üban  feili  bağlama  şəkilçisinin  ıb  şəkilçisi  ilə  qrammatik  sinonim 
olduğunu  və  yalnız  təsdiqdə  olan  köklərə  birləşə  bildiyini  göstərir 
(Деепричастие  на  -ubän  выступает  грамматическим  синонимом 
формы  на  -yb/-eb.  При  помощи  данной  формы  образуются 
деепричастия только от положительных основ: igre jullarny qujubän 
tuγry jula warasy «оставив другие пути, надо идти прямой дорогой») 
[12,  s.158].  Həqiqətən  də  biz  -ıban
4
  şəkilçisinin  Vaqif  şeirlərində  də 
yalnız  təsdiqdə  olan  köklərə  birləşə  bildiyini  görə  bilirik:  "Yalvarıban 
vara-vara  dеməyə",    "Yaslanıban  еşiyində  qalmağa",  "Ağlayıban 
götürərsiz Vaqifi", "Nazlı-nazlı danışıban güləndə", "Günbəgün incəlibən 
оldu  tənim  muyə  misal",  "Çəkibən  xəncəri,  bağrım  başını  bir  dələsən, 
Baxıban bəndə çəkən cövrü cəfanı biləsən", "Rişxənd еdibən daxi nеçün 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə