Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə59/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   55   56   57   58   59   60   61   62   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
163 
 
XIX  əsrin  birinci  yarısından  başlayaraq  Azərbaycanda    rus 
mədəniyyətinə  və  ədəbiyyatına  böyük  maraq  oyanmağa  başladı.  Rus 
xalqı ilə mədəni, iqtisadi və siyasi əlaqələr nəticəsində Azərbaycanda rus 
dilinin öyrənilməsi zərurəti meydana çıxdı. Bu, Azərbaycanın mütərəqqi 
yazıçı  və  şairlərinin  əsərlərində  xüsusilə  qeyd  edilir.  S.  Ə.  Şirvani 
“Oğluma” adlı şeirində yazır:  
Ey oğul, hər lisanə ol raqib
Xassə ol, rus elminə talib. 
Onlara ehtiyacımız çoxdur, 
Bilməsək dil, ilacımız yoxdur. 
 
Rus dilini öyrənmək işində lüğətlərin, xüsusən tərcümə lüğətlərinin 
böyük əhəmiyyəti vardır. Bu cəhətdən lüğətlərin əhəmiyyətini başa düşən 
mütərəqqi  Azərbaycan  ziyalıları  tərcümə  lüğətləri  tərtib  etməyə 
başladılar.  Azərbaycanda  “Rusca  –  azərbaycanca”  və  “Azərbaycanca  - 
rusca” tərcümə lüğətlərinin ilk tərtibçilərindən biri Soltan Məcid Qənizadə 
olmuşdur.  S.  M.  Qənizadənin  tərtib  etdiyi  lüğətlər  “Lüğəti  –  rusi  və 
müsəlmani”,  “Rus  dilinin  dilmancı”,  “Lüğəti  –  türki  və  rusi”  adı  ilə  çap 
olunmuşdur.    Onun  “Rusca-  türkcə”  lüğəti  ilk  dəfə  1902  –  ci  ildə  nəşr 
olunub.  1922  –  ci  ildə  isə  altıncı  dəfə  işıq  üzü  görmüşdür.  Sözügedən 
lüğətdə  sözlər  rus  əlifbası  sırasına  uyğun  olaraq  düzülmüşdür.  Bu  lüğətin 
tərtibində  B.  C.  Dalın  izahlı  lüğəti  əsas  götürülmüşdür.  Lüğətdə  12000-ə 
yaxın  söz  verilmişdir.  Müəllif  lüğətin  yığcam  olmasını  burada  düzəltmə 
sözlərin az işlədilməsi ilə, ərəb və fars sözlərinin lüğətdə çox işlədilməsini 
isə Azərbaycan dilində həmin sözlərin çoxluq təşkil etməsi ilə izah etmişdir.  
1907 - ci ildə Ü. Hacıbəyovun “Türki - rusi” və “Rusi - türki lüğəti” 
nəşr olunmuşdur. Bu lüğət iki hissədən ibarətdir: “Türki - rusi” hissəsində 
1000 - dən çox, “Rusi - türki” hissəsində isə 600 -ə qədər söz vardır.  
Müasir  dövrdə  isə  respublikamızda  nəşr  olunmuş  tərcümə  lüğətləri 
ikidilli  və  üçdillidir.  Azərbaycanda  rusca  -  azərbaycanca,  azərbaycanca  - 
rusca, ingiliscə - azərbaycanca, fransızca - azərbaycanca ikidilli lüğətlər nəşr 
olunmuşdur.  Çap  olunmuş  üçdilli  lüğətlərə  “Rusca  –  fransızca  –azərbay-
canca”  və “Müxtəsər farsca – rusca – azərbaycanca”nı  qeyd etmək olar. 
Rusca  –  azərbaycanca  lüğətlər  1928-1929,  1940-1946,  1951,  1956-
1959 və 1962 –ci illərdə nəşr olunmuşdur. “Rusca - azərbaycanca” lüğət iki 
cilddən ibarətdir. Lüğətdə 60 000 - ə yaxın söz əhatə olunmuşdur.  
 1940  -  1946  -  ci  illərdə  H.  Hüseynovun  rəhbərliyi  ilə  “Rusca  – 
azərbaycanca  lüğət”  tərtib  olunmuşdur.  Lüğət  90 000  -  dən  artıq  sözü 
əhatə  edir.  Lüğət  IV  cilddən  ibarətdir.  1956  -  1959  -  cu  illərdə 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
164 
 
Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu tərəfindən 
iki cildliik “Rusca - azərbaycanca lüğət” buraxılmışdır.   
“Azərbaycanca  –  rusca”  lüğətlərin  nəşrinə  nisbətən  gec 
başlanılmışdır.  Bu  lüğət  ilk  dəfə  1939  –  cu  ildə  N.  Hüseynovun 
redaktorluğu  ilə  çap  edilmişdir.  “Azərbaycanca  –  rusca”  lüğətlər 
1939,1941, 1951, 1962 və 1965 – ci illərdə nəşr olunmuşdur. Akademik  
V.  Şerba  “Rusca  –  fransızca  lüğət”in  ikinci  nəşrinə  verdiyi  giriş 
məqaləsində yazır: “... bizə hansı lüğət lazım olacaqdır? Hər şeydən əvvəl, 
tamamilə  aydındır  ki,  hər  bir  dil  üçün  iki  dildə  izah  edən  (əcnəbi  –  milli 
lüğət), yəni ruslara rus dilində,  əcnəbilərə isə  öz dillərində  lüğət  lazımdır. 
Belə lüğətlər əcnəbi kitabları oxumağa və başa düşməyə  və əcnəbi sözlərin 
fizionomiyası ilə tanış olmağa imkan verəcəkdir” (7, s. 132).  
Müstəqillik  illərində  leksikoqrafiya  da  özünəməxsus  inkişaf  yolu 
keçmişdir. Bu dövrdə müxtəlif məzmunlu lüğətlər tərtib edilmişdir. “Dövlət 
dilimiz  yeni  mərhələdə”  adlı  müsahibə  -  məqaləsində  A.Axundov  yazır: 
“Müstəqil  Azərbaycan  dövlətinin  xarici  ölkələrlə  günbəgün  genişlənən 
siyasi,  iqtisadi,  diplomatik  əlaqələri  ilk  təşəbbüs  kimi  ikidilli  çoxişlənən 
sözlər lüğətlərinin hazırlanmasını aktuallaşdırır.  
Dilçilik  İnstitutunun  müvafiq  şöbələri  son  illər  ərzində  ingilis, 
fransız, alman, ispan, yunan, bolqar, polyak, macar dilləri ilə Azərbaycan 
dilinin  çoxişlənən  sözlər  lüğətlərini  tərtib  etmişlər.  Eyni  prinsiplərlə 
hazırlanmış həmin lüğətlərin müasir dövrdə təcrübi əhəmiyyəti xüsusilə 
böyükdür”(1, s. 297). 
Hər bir insanın gündəlik həyatında öz ana dilində işlənən sözlərin 
mənasını  başa  düşmək  və  başqa  dili  öyrənmək  üçün  əsas  iki  lüğətin  – 
izahlı və tərcümə lüğətlərinin olması zəruridir. Tərcümə lüğətləri xarici 
dili  yaxşı  başa  düşmək,  bilmək  vasitəsidir.  Bu  lüğətlərin  sözlüyü 
qrammatik  cəhətdən  zəruri  olan  sözlər  əsasında  təşkil  olunur,  buraya 
daha çox müxtəlif üslublarda işlədilən sözlər daxil edilir.  
Tərcümə  lüğətlərində  sözlərin  spesifik  mənası,  işlədilməsi  verilir. 
Sözlərin  əsas  mənası  müəyyən  bir  dilə  tərcümə  edilir.  Tərcümə 
lüğətlərində  məqsəd,  sadəcə  olaraq,  hər  hansı  iki  dili  qarşılaşdırmaq 
deyil,  bir  dilin  zənginliyini,  daxili  aləmini,  xüsusiyyətlərini,  xarakterini 
açmaqla yanaşı, bunları qarşılaşdıran dilin ekvivalent sözü ilə düzgün əks 
etdirməkdir. Tərcümə lüğətlərinin tərkibində ən çətin məsələ ana dilinin 
sözlərinin ana dilində dəqiq qarşılığını tapmaqdır. Tərcümə olunan sözün 
ana  dilində  ekvivalentini  seçib  ayırmaq  üçün  tərtibçilərdən  dərin  bilik,  
böyük  ustalıq  və  zəhmət  tələb  olunur.  Lüğət  tərtibçiləri  nəzərdən 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə