Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə45/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   41   42   43   44   45   46   47   48   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
120 
 
dövlət  dili  haqqında”  Azərbaycan  Respublikasının 1992-ci  il 22  dekabr 
tarixli  qanununa  müvafiq  olaraq  yeni  Azərbaycan  əlifbasının  tətbiqinə 
keçilmişdir.  Bununla  əlaqədar  Nazirlər  Kabinetində  Azərbaycan 
Respublikası  Baş  nazirinin  müavini  Elçin  Əfəndiyevin  sədrliyi  ilə 
Azərbaycan  Dövlət  Dilinin  Tətbiqi  üzrə  Hökumət  Komissiyası 
yaradılmış  və  komissiya  tərəfindən  yeni  orfoqrafiya  qaydaları  layihəsi 
işlənib  hazırlanmışdır.  “Hökumət  Komissiyası  layihənin  ictimai 
əhəmiyyətini  nəzərə  alaraq,  onu  geniş  müzakirəyə  çıxarmağı  lazım 
bilmiş,  buna  görə  də  layihə  mətbuatda  çap  olunmuşdur”.  (“Azərbaycan 
müəllimi”, 4 fevral 1999)” (7).  
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il 
tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları” 
əsasında dilimizin orfoqrafiya lüğəti yenidən hazırlandı və 2013-cü ildə 
lüğət  yenidən  nəşr  olundu  və  kitaba  110563  söz  daxil  edildi.  Bu  isə 
əvvəlki 2004-cü il nəşrinə nisbətdə 30 mindən artıq sözün əlavə edilməsi 
deməkdir.  Yeni  nəşrdə  əvvəlkidə  olan  müəyyən  mübahisəli  məqamlar 
aradan  qaldırılsa  da,  yeni  qaydalar  hazırlanmadı  və  lüğət  Nazirlər 
Kabinetinin  5  avqust  2004-cü  il  qərarı  ilə  təsdiqlənmiş  qaydalarına 
əsasən nəşr olundu. Bununla belə, anten, metafor, kompüter, feil, təbaşir, 
cəfəngiyyat, cüdo və s. sözlərin yazılışında korrektələr edildi.  
Lakin bu nəşrdə də müəyyən sözlərin yazılışında problemlər qalır. 
Belə ki, lüğətdə əvvəlki lüğətdə ekspress kimi verilən söz – ekspres kimi 
verilsə də, nədənsə superekspress sözü olduğu kimi saxlanılır.  
2004-cü  ilin  lüğətində  sürtgəc,  sürtgü,  ötgün,  ötgünlük  kimi  verilən 
sözlər dilin qaydalarına tabe edilərək, sürtkü, sürtkəc, ötkün, ötkünlük kimi 
verilir.  Qarmaqarış,  qarmaqarışıq  –  qarma-qarışıq,  qarma-qarışıqlıq  və 
zirzibil, zirzibilli, zirzibillik tipli bitişik yazılan sözlər isə zir-zibil, zir-zibilli, 
zir-zibillik şəklində defislə verilir. Bu tip nümunələri artırmaq da olar.  
Lakin  qeyd  olunmalıdır  ki,  lüğətdə  bu  düzəlişlərlə  yanaşı,  bir  sıra 
mübahisəli məqamlar da qalmaqdadır. Belə ki, alğı-satqı sözü lüğətdə səhv 
olaraq alqı-satqı şəklində verilib. Məlum olduğu kimi, dilimizin qaydalarına 
görə cingiltili samitlə bitən sözlər müvafiq olaraq -gi, -ğı kar samitlə bitən 
sözlər  isə  -qı,  -kü  şəkilçisini  qəbul  etməlidir.  Bu  qaydaya  əsasən  isə  bu 
sözün  düzgün  yazılışı “alğı-satqı”  şəklində  olmalıdır.  Ona  görə də  burada 
sözün kökündə (al) l cingiltili samit olduğu üçün ondan sonra -qı şəkilçisinin 
işlənməsi doğru deyil, deməli, bu sözün yazılışı “alğı-satqı” olmalıdır. 
“Orfoqrafiya  qaydaları”nın  22-ci  bəndində  əslində  quruluşca  sadə 
olan “yaxud”, “çünki”, “həmçinin” və “hərçənd” bağlayıcıları mürəkkəb 
bağlayıcılar hesab edilib. Mürəkkəb sözlərin tərkib hissələri baxımından 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
121 
 
yanaşıldıqda  bu  bağlayıcılar  mənşə  baxımından  mürəkkəb  hesab  edilsə 
də, indiki vəziyyətdə morfoloji quruluşu baxımından sadə bağlayıcılardır. 
Əsas məsələ isə, fikrimizcə, müstəqillik dövrü üçün dilimizin yeni 
orfoqrafiya  qaydalarının  hazırlanmasıdır.  Məlum  olduğu  kimi,  əvvəlki 
lüğətlərdə  alınma  sözlərin  yazılışında  bir  qayda  olaraq  ərəb  və  fars 
mənşəli  sözlər,  o  cümlədən  rus  dilindən  və  bu  dil  vasitəsi  ilə  dilimizə 
keçən sözlərin yazılışı öz əksini tapırdı. Bu da dövrün tələblərindən irəli 
gəlirdi.  Çünki  dilimizə  yeni  sözlər  rus  dilindən  və  rus  dili  vasitəsi  ilə 
keçirdi.  Artıq  müstəqillik  illərində  dilimiz  birbaşa  mənbə  dillərdən  söz 
alır.  Bu  səbəbdən  də  “orfoqrafiya  qaydaları”nda  bu  qaydalar  təsbit 
olunmalıdır. Məsələn, son illər dilimizə ərəb dilindən “əl” artiklı ilə bir 
neçə söz daxil olub, “əl-qaidə”, “əl-cəzirə” və s. Mətbuatda bu sözlərin 
müxtəlif  yazılış  formaları  mövcuddur  və  lüğətdə  bu  sözlərin  yazılışı 
təklif olunmalıdır. Əlbəttə bu tip sözlər az deyil: Məsələn, dilimizə son 
illər  daxil  olan,  veb-kamera,  vay-fay,  vatsap  və  s.  sözlərin  doğru 
yazılması üçün ingilis dilindəki “w” hərfinin dilimizdə necə yazılmasını 
bilmək lazımdır.  
Digər bir məsələ isə dildə alınmaların tənzimlənməsi və dilimizin 
qaydalarına uyğunlaşdırılmasıdır. Bu proses dildə həmişə olub və indi də 
davam  etməkdədir.  Məsələn,  biz  əsli  “şəhr”,  “qazeta”,  “vyodra”  və  s. 
olan  sözləri  dilimizin  fonetik  qaydalarına  uyğunlaşdıraraq  “şəhər”  və 
“qəzet”, “vedrə” kimi yazırıq. 2004-cü ildə apostrof işarəsi ləğv edilərkən 
bir çoxları bunun dilimiz üçün “fəlakət” olacağını deyirdilər, hətta indi də 
bununla bağlı narahatlıq keçirənlər var, amma keçən illər sübut etdi ki, 
bu addım doğru idi. 
Lüğətlər  hazırlanarkən  üç  prinsip  nəzərə  alınır:  fonetik,  morfoloji 
və  tarixi-ənənəvi  prinsip.  Azərbaycan  dili  üçün  isə  fonetik  prinsip 
əsasdır.  Yəni  biz  orfoqrafiya  lüğətlərini  hazırlayarkən  fonetik  prinsipi 
əsas  götürürük.  Bu  barədə  danışarkən  A.Axundov  yazır:  “Azərbaycan 
dilinin orfoqrafiya qaydalarının tərtibi zamanı fonetik prinsipə ona görə 
üstünlük  verilir  ki,  dilçilik  elmi  Azərbaycan  dilinin  iltisaqi  dil  olması 
barədə  bizə  nəzəri  əsas  verir”  (8,  s.118).  Lakin  bu  o  demək  deyil  ki, 
bizim  dilimizin  orfoqrafiya  prinsipləri  hazırlanarkən  digər  prinsiplər 
nəzərə  alınmır.  İlk  növbədə  onu  bilmək  lazımdır  ki,  fonetik  prinsip, 
əsasən,  alınma  sözlərin  yazılışında  nəzərə  alınır.  Məsələn,  Azərbaycan 
dilinin orfoqrafiya lüğətində “qayınana” sözü tarixi-ənənəvi prinsipə görə 
belə yazılır. Əgər biz bu sözü fonetik prinsipə görə yazsaq, onda bu söz 
“qaynana”  kimi  yazılmalıdır.  Bu  halda  isə  dilin  qrammatik  prinsipi 
pozulmuş  olacaq,  yəni  sözün  mənası  itəcək.  Bəzi  hallarda  isə  biz 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə