Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə42/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   38   39   40   41   42   43   44   45   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
113 
 
Salçı, İnançu, Kutluğ, Toğluk, Bökli, Təkəş, Bilgə, Kapağan, Kıyağan və 
s.;  3)  mürəkkəb quruluşlu antroponimlər: Altuğa,  Elbilgə, İltəris,   və s. 
Müəllif  mürəkkəb  antroponimlərdən  bəhs  edərkən  Orxon-Yenisey 
abidələrindəki mürəkkəb antroponimlərin daha çox model təşkil etdiyini 
qeyd edir və modelləri tərkibdəki sözlərin miqdarı üzrə dörd sinfə bölür: 
1)  tərkibində  iki  söz  olan  model:  Aza  Tutuk,  Alp  Urunu,  Apa  Tarkan, 
Buğak Tutuk, Kutluğ çor və s.; 2) üç sözdən ibarət olanlar: Boyla Buğa 
Tarkan,  Ögə  Bert  Tutuk,  Öz  Alp  Tutuk  və  s.;  3)  dörd  sözdən  ibarət 
olanlar: Ög Bas İn Alp, İnançu Apa Yargan Tarkan və s.; 4) beş sözdən 
ibarət olanlar: Tüz Bay Küç Bars Kutluğ [1, s.60].  
Araşdırmalar  göstərir  ki,  Orxon-Yenisey  abidələrində  iki  sözdən 
ibarət  olan  antroponimik  modellər  üstünlük  təşkil  edir.  Ə.Tanrıverdi 
göstərir  ki,  Orxon-Yenisey  abidələrindəki  antroponimlər  arasında 
birhecalı  antroponimləri  –  Bay  Apa,  Bars  Bəg,  Küç  Bars,  Küç  Kül, 
ikihecalı  antroponimləri  –  Arslan,  Altun,  Bogü,  Sabık  Basar,  Yamtar, 
Kutluğ və s., üçhecalı antroponimləri – Bağatur, İsbara, İlbigə, Kapağan, 
ayırmaq  olar.  Bunların  arasında  bir  və  ikihecalı  appelyativlər  əsasında 
formalaşanlar  çoxluq  təşkil  edir.  Hətta  çoxsözlü  antroponimik 
modellərdəki  vahidlərin  hamısının  azhecalı  olmasına  təsadüf  edilir. 
Məsələn,  “Tüz  Bay  Küç  Bars  Kutluk”  antroponimik  modelindəki  beş 
sözdən dördü birhecalıdır [1, s.61].  
Linqvistikada  modelləşdirmə  müəyyən  kriteriyalar  əsasında 
vahidlərin  forma  və  ya  məzmun  planına  görə  eyni  çərçivə  daxilinə 
salınması  nəzərdə  tutulur.  Qurulan  qəliblər  model  adlandırılır. 
Ə.Tanrıverdi  modelləşdirmə  üçün  mürəkkəb  antroponimləri  vahid  kimi 
götürmüş  və  onları  tərkibdəki  sözlərin  sayı  əsasında  qruplaşdırmış, 
müvafiq modelləri tərtib etmişdir. Belə modellərdə beş sözdən ibarət olan 
adlar qrupu da aşkara çıxır ki, bu, adlandırmanın qənaət prinsiplərini bir 
qədər pozur. Belə hesab etmək olar  və ya belə bir mülahizə irəli sürmək 
olar ki, dilin qədim qatlarına getdikcə antroponimlərin sadə variantlarda 
olması  ağlabatandır.  Yəni  insana  ad  verərkən  onun  tələffüzünün 
ahəngdarlığı,  eləcə  də  qısalığı  aparıcı  olmalıdır.  Təsadüfi  deyil  ki,  iki 
sözdən ibarət olan mürəkkəb antroponimlər Orxon-Yenisey abidələrində 
çoxluğu ilə seçilir. Beş sözdən ibarət olan modelə aid Ə.Tanrıverdi yalnız 
bir  nümunə  vermişdir:  Tuz  Bay  Küç  Bars  Külüğ  [1,  s.61].  Bununla 
yanaşı  əsərdə  Ak  baş  Atık  İnal  Ögə  antroponimi  də  təhlilə  cəlb 
edilmişdir.  Həmin  təhlildə  göstərilir  ki,  Ak  baş  Atık  İnal  Ögə  adındakı 
sözlər ardıcıl olaraq aşağıdakı mənalara malikdir: ak - ağ, baş - baş, inal - 
inanılmış,  etibarlı,  ögə  -  müdrik,  ağıllı.  Bu  ardıcıllıqda  Atık  sözünün 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
114 
 
müasir dildə açılışı yoxdur. Ə.Tanrıverdi, Ə.Rəcəbov və Y.Məmmədova 
istinadla qeyd edir ki, söz “at” kökü və “-ık” şəkilçisi əsasında formalaş-
mışdır.  “Ak  baş  Atık”  mürəkkəb  adı  “ağ  baş  atı  olan”  kimi  izahlanır. 
Ə.Tanrıverdi  “atık”  sözünün  appelyativ  olaraq  “tanınmayan,  bilinməyən” 
anlamlı “aduk”  və “ayı” anlamlı “adığ” sözlərinin ola biləcəyi ehtimalını 
irəli sürür, “ayı” dır. Xüsusi adların fərqli müxtəlifliyi onların öyrənilməsinə 
əhəmiyyətli dərəcədə təsir göstərir. Bir halda yer, ərazi, yaşayış məntəqəsi 
xüsusi ad alırsa, başqa halda xüsusi adın arxasında real subyekt durur. Təbii 
ki,  insanı  coğrafi  obyekti,  heyvani,  kosmik  obyekti  adlandırma  fərqli 
hadisələrdi.  Ona  görə  də,  xüsusi  adların  öyrənilməsində  həm  oxşar,  həm 
spesifik  məsələlər  üzə  çıxır.Antroponimlərin  modelləşdirilməsi  məsələsini 
fərqli şəkildə qoymaq olar. Əgər antroponim çox sözdən düzəlirsə, bu halda 
modelləşdirmənin sözlərin miqdarına əsasən aparılması mümkündür. Lakin 
belə  modelləşdirmə  adın  tərkibindəki  hər  bir  sözün  semantik 
xüsusiyyətlərini  nəzərə  almır.  Antroponimlərin  əksəriyyəti  bir  sözdən 
ibarətdir və iki və daha artıq sözün işlənməsi, şübhəsiz ki, tarixən sonrakı 
dövrlərə  aid  ola  bilər.  Ona  görə  də  ilk  növbədə  bir  sözdən  ibarət 
antroponimlərin modelləşdirilməsi, daha sonra isə iki sözdən ibarət antropo-
nimlərin  modelləşdirilməsi  məsələsini  qoymaq  daha  məqsədəuyğundur. 
Xüsusi  adların  düzəlməsi  məsələsini  təhlil  edərkən,  əsaslar  və 
formantlardan  danışmaq  lazım  gəlir.  Çünki  əsasın  tərkibinə  daxil  olan 
prefiks, kök və suffikslər, bir qayda olaraq, onomastikaya qədərki formanın 
komponentləridir.  Onlar  xüsusi  adlar  üçün  baza  rolunu  oynamışdır. 
Sonuncunun  tərkibinə  hazır  əsaslar  (enonimlər)  axırda  daxil  olmuşdur  [3, 
s.22].  Antroponimlərin  struktur-semantik  tədqiqatlarında  “antropoəsas”  və 
“antropoformant”  anlayışlarından  istifadə  olunur.  «Antroponimik  əsas 
(antropoəsas) şəkilçisi və antropoformantı atıldıqda antroponimin qalan his-
səsidir. Antroponimik formant (antropoformant, formant antroponima) - an-
troponimin affiksal elementi, həmçinin antroponimik suffiksdir» [4, s. 35]. 
Ç.Hüseynzadə göstərir ki, xüsusi adların əsaslarının öyrənilməsi tarixi 
antroponimiyaya həsr olunmuş tədqiqat işlərinin başlıca məsələsidir. Çünki 
bunsuz  hər  hansı  təsnifin  və  etimologiyanın  aparılması  mümkün  deyildir. 
Dilçilik  ədəbiyyatında  topo-  və  antropo  əsasların  öyrənilməsinə  müxtəlif 
yanaşma və münasibətlərin hamısı buradan irəli gəlir. Xüsusi adların əsa-
sını  morfoloji,  struktur,  leksik-semantik,  semasioloji,  substitusional 
mövqedən  şərh  edərkən  eyni  bir  əsasın  linqvistik  və  ekstralinqvistik 
səciyyəsini aşkara çıxarmaq mümkündür. Bu yolla əldə edilmiş nəticələr 
çox  zaman  ziddiyyətli  olur  və  onomastika  ilə  məşğul  olanlar  arasında 
mübahisələr doğurur. Bununla belə, xüsusi adların əsaslarını öyrənərkən təd-


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə