Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə39/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   35   36   37   38   39   40   41   42   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
103 
 
üzvünün  iştirakına  görə  dilarxası  samit  olan  “q”-nin  əsasən 
dilarxası saitlərlə yanaşı işlənməsi ahəng qanununun möhkəm 
olduğu Azərbaycan dili üçün heç də təəccüblü deyil. Dilortası 
samiti olan “g” isə əsasən incə saitlərlə yanaşı işlənir ki, bu da 
dilimizin qanunları üçün təbii haldır. 
Səslərin  dil  sistemində  müəyyən    işlənmə  tezliyi  olduğu 
kimi,  onların    bir-biri  ilə  münasibətində,  qarşılıqlı  təsir 
şəraitində  işlənməsində  də  özünəməxsus  əlamətlər  meydana 
çıxır.  Bundan  asılı  olaraq    səslərin  yanaşı  işlənmə  tezliyi  də 
müəyyənləşir. Bəzi səs birləşmələrinin işləkliyi yüksək olduğu 
halda,  başqa  səs  birləşmələrinə  az  təsadüf  olunur.  Məhz  bu 
kombinasiyaların fərqli məqamlarda müxtəlif  şəkildə işlənməsi 
məhdud  səs  sisteminə  malik  olan  dil  sisteminin  imkanları  ilə 
istənilən  fikri  ifadə  edə  biləcək  konstruksiyaların  qurulmasına 
şərait yaradır.  Azərbaycan dilində  bu proses  əsasən dilin daxili 
inkişaf  istiqamətini  tənzimləyən  və  idarə  edən  ahəng  qanunu 
vasitəsilə  qaydaya  salınır.  Azərbaycan  dilinin  fonemlər 
sistemində arxa sıra saitləri (a, ı, o, u) və samitləri (ğ, x, q, kʹ), 
eləcə  də  ön  sıra  sait  (ə,  i,  ö,  ü,  e)  və  samitləri  mövcud 
olduğundan  ahəngin  qorunması  üçün  həmcins  səslərin  yanaşı 
işlənməsi daha məqsədəuyğundur. Bundan başqa, dil sistemində 
modellərin meydana çıxmasında, daxili qaydaların və nəhayət, 
normanın  formalaşmasında  başlıca  rol  oynayan  prinsiplərdən 
biri – qənaət prinsipi də bunu tələb edir. Nitqdə dil arxasında 
formalaşan səsdən sonra dərhal dil önündə  əmələ gələn səsin 
tələffüz  olunması  artikulyasiya  aparatına  təzyiq  göstərməklə 
fiziki baxımdan çətinlik yaradır ki, bu da müxtəlif dillər və dil 
daşıyıcıları üçün fərqlidir. Belə ki, artikulyasiya aparatı tarixən 
xalqın  formalaşması  prosesi  ilə  birgə  təkmilləşir  və  etnik 
xüsusiyyətlərlə  yanaşı,  bir  sıra  dildənkənar  amillərlə  də 
əlaqədardır.  Türk  dillərindən  biri  kimi,  Azərbaycan  dilində 
saitlərlə  samitlər  arasındakı  uyğunlaşma  gözlənilir  və  müasir 
dövrdə də norma səciyyəsi qazanmış variantlarda bu “seçim” 
müşahidə olunur. Başqa sözlə, sait səslərlə samitlərin, eləcə də 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
104 
 
samitlərin  ahəngi  əsasında  qurulan  modellər  normanın 
müəyyənləşməsi  üçün    baza  rolunu  oynayır.  Bədii  mətn 
üzərində  (Anar  “Otel  otağı”  –  116139  işarə)  apardığımız 
araşdırmadan  alınan statistik nəticələrə görə,   q və g-nin qalın 
və incə saitlərlə yanaşı işlənmə tezliyində  ahəngin, demək olar 
ki, əksər hallarda qorunması müşahidə olunur.  
 
Dildə işlənmə tezliyi yüksək olan  fonem birləşmələrinin 
aşkarlanması  bir  çox  hallarda  mövcud  variantlardan  hansının 
analogiya prinsipi əsasında norma səciyyəli olduğunu və dilin 
daxili  qaydalarına  uyğun  olduğunu  müəyyən  etməyə  imkan 
verir.  
Dilin  morfoloji  və  sintaktik  laylarına  nisbətən  daha  də-
yişkən olan fonoloji sistem nəticədə bütövlükdə dildə zəncirvarı 
dəyişmələrə - sistemin elementlərində fərqli qanunauyğunluq və 
inkişaf  meyillərinə  səbəb  olur.  “Müşahidələr  göstərir  ki,  Azər-
baycan dilinin morfonoloji quruluşu son min ildə çox az dəyiş-
mişdir. Fonotaktikadakı cüzi fərqləri, bəzi söz və morfemlərdəki 
səs dəyişmələrini istisna etsək, demək olar ki, qədim abidələrin 
morfonologiyası  ilə  müasir  morfonologiya  arasında  elə  bir 
ciddi fərq özünü göstərmir. Morfoloji quruluşdakı bu stabillik 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
105 
 
mükəmməl mexanizmi pozulmağa qoymayan, onu yaşadan və 
təkmilləşməsinə imkan verən vasitədir” (6, s.33).  
Maraqlıdır ki, “q” və “g” samitlərinin bəzi fonotaktik mə-
qamlarda  əvəzlənməsi  müxtəlif  dillərdə  müşahidə  olunur. 
Hətta “g” samitinin olmadığı rus dilində istisna hal kimi bəzi 
məqamlarda “q” ilə yazılan samitin “g” kimi tələffüzü norma 
hesab olunur: бог – о боге [о bоgе]. 
Layihənin müzakirəsi zamanı mübahisələrə səbəb olan di-
gər məqam -iyyat,- iyyət və -iyyə şəkilçili sözlərin yazılışı ilə 
bağlıdır.  
37. Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində -iyyat,- 
iyyət və -iyyə şəkilçisi olan sözlər qoşa yy samiti ilə yazılmış-
dır.  Hazırda  həmin  sözlər  bir  [y] ilə  tələffüz  olunur.  Buna 
görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkil-
çilər olan sözlərin bir y ilə yazılması məqsədəuyğun sayılır. 
Məsələn: cərrahiyyə - cərrahiyə, dövriyyə – dövriyə, ədəbiyyat 
– ədəbiyat, fəaliyyət – fəaliyət, maliyyə – maliyə, üslubiyyat – 
üslubiyat və s. 
Qeyd: Qəyyum,  səyyah,  səyyar,  səyyarə,  təyyar kimi 
sözlər  istisnadır. Ehtiyat,  mərsiyə,  saniyə,  təhkiyə,  tərbiyə, 
təziyə,  tövsiyə kimi  sözlər  isə  indiyədək  bir y ilə  yazılmışdır 
və onların yazılışı olduğu kimi qalır. 
Daxili  qanunauyğunluqları  ilə  idarə  olunan  dil  dayanıqlı 
olduğu  qədər  də  həssasdır.    Daxildən  tənzimlənən  sistem  ol-
masına  baxmayaraq,  insan  faktoru  ilə  birbaşa  bağlı  olan  dilə 
psixoloji,  fizioloji,  sosioloji  faktorların  təsiri  izsiz  ötüşmür, 
müxtəlif  səbəbli  dəyişikliklər  sistem  daxilində  biri  digərini 
şərtləndirir.  Milli təfəkkürün və varlığın ifadəçisi kimi  kifayət 
qədər  əhəmiyyətli  və  incə  məqamlarla  bağlı  olan  dilə  bəzi 
tarixi məqamlarda, müasir qloballaşma dövründə  olduğu kimi, 
dildənkənar  amillərin  təsiri  ilə  qeyri-təbii  meyillərin,  dilin 
təbiətinə  və  tipologiyasına  yad  olan    proses  və  “qəlib”lərin  
tətbiqi  nəticəsində  dil  mənzərəsində  nəzərə  çarpan  “təsadüfi” 
dəyişikliklər özünü göstərir.  Belə halların qarşısının vaxtında 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə