Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə35/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   31   32   33   34   35   36   37   38   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
91 
 
işlərdən  əsla  xəbərim  yoxdur.  –  necə  yoxdur?!  Binalar  sökülüb,  biz  də 
özümüz  üçün  ev  tikdirmişik.  Xoruzun  quyruğu  görünür  axı.  –  Biz 
xoruzun  quyruğunu  kəsərik.  Günü  sabah  baş  mühəndislə  bir  kağız 
düzəldərik ki...idman salonu tikdirmişik, vəssəlam (C.Gözəlov); Tülkünün 
andına inanım, xoruzun quyruğuna? (Atalar sözü); Məsələn, bu saat ən 
gözəl nəqliyyat vasitəsi maşın deyil, samolyot deyil, xoruzdur. Xoruzun 
quyruğunu  göstər,  səni  əl  üstündə  aparsınlar  (S.Rəhman);  Anbardarın 
bizə  göstərdiyi,  xəstəxana  rəhbərliyi  tərəfindən  təsdiq  olunmamış 
menyuya  baxan  kimi  “xoruzun  quyruğu”  görünməyə  başladı.  Məsələ 
burasındadır  ki,  aşbazın  dediklərindən    fərqli  olaraq,  menyuda  həmin 
gün  üçün  tamam  başqa  yeməklər  ...nəzərdə  tutulmuşdu  (“Tibb”  qəzeti, 
2016, 28 dekabr). 
“Xoruzunu  qoltuğuna  vermək”  (biabırçılıqla,  biabır  etmək; 
rüsvayçılıqla  qovmaq;  -  şələsini  qoltuğuna  vermək,  papağını  qoltuğuna 
vermək)  (6,  153)  ifadəsi  bədii  ədəbiyyatda  çox  işlənir.  S.Murtuzayev 
yazır:  “...xoruzunu  qoltuğuna  vermək  frazeoloji  vahidi  feodalizm 
dövründə  vaxtilə  (inqilabdan  əvvəl)  çox  yayılmış  xoruz  döyüşdürmək 
adəti ilə əlaqədar yaranana qədər bu ifadə məcazi tərzdə - “qalib gəlmək, 
məğlub etmək”  mənasında işlədilir (15, 357). 
Bu  ifadə  Azərbaycan  feodal  bəylərinin  əyləncəsi  üçün  xoruz 
döyüşdürülməsi ilə əlaqədar yaradılmışdır. Döyüşdə məğlub olan xoruz 
sahibinin  qoltuğuna  verilir  və  bu,  onun  üçün  də  məğlubiyyət  hesab 
olunurdu (16, 357). 
Bu ifadə barədə F.Vəliyeva yazır: ”Xoruzunu qoltuğuna vermək” 
ifadəsi Azərbaycan xalqının tarixi adət-ənənələrinə uyğun olaraq elçilik 
zamanı əldə edilmiş razılaşma pozulduqda oğlan evinin gətirdiyi xoruzun 
geri  qaytarılması  ilə  əlaqədar  şəkildə  meydana  çıxmışdır  və  müasir 
dilimizdə həmin ifadə ciddi semantik təkamülə məruz qalaraq “müəyyən 
bir  razılaşmadan  vaz  keçmək”,  “işdən  qovmaq”,  “evlənmə 
razılaşmasında nişanı pozmaq”, “nə istəsə pərt edib yola salmaq” və s. bu 
kimi müəyyən niyyətdən imtina səciyyəli mənaları ifadə edə bilir (7, 13). 
Misallara  müraciət  edək:  Dünən  Nemət  onu  şahmatda  dörd  əl 
udmuşdu. – Dünən xoruzumu verdin qoltuğuma.- Mürşüd gələndə səsi 
otağı başına alardı (Anar);Yaxşı ki, fəhlələr Ərəstun Əsgərovun nə kimi 
bir  tip  olduğunu  tez  başa  düşdülər  və  sözün  əsil  mənasında  onun 
xoruzunu qoltuğuna verdilər(C.Əmirov). 
Frazeologizmlərin  bəziləri  kalka  şəklində  dilimizə  keçmişdir  və 
mənasını  dəyişərək  “lazımsız  söz  demək”,  “yerinə  düşməyən  səs 
buraxmaq”  mənasında  işlədilir.  Rus  dilində  «пустить  красного 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
92 
 
петуха»  –  “qırmızı  xoruz  buraxmaq”  ifadəsi  dilimizdə  “xoruz 
buraxmaq” şəklində işlənilmişdir. Bu ifadə barədə V.M.Mokienko yazır 
ki,  slavyan  dillərində  “qırmızı  xoruz  buraxmaq”  ifadəsi  odla  əlaqədar 
olaraq, yanğını ifadə edir (17, 96-100).“Xoruz buraxmaq” – danışıqda 
və  ya  musiqi  ifasında  səhvə,  yanlışlığa  yol  vermək,  xaric  oxumaq  (6, 
153).  Çox  zaman  “xoruz  buraxmaq”  ifadəsi  əvəzinə,  danışıqda 
“quşlamaq”  –  sözünün  yerini  bilməmək,  ağzına  nə  gəldi  danışmaq 
mənasında sinonim frazeoloji ifadəsindən istifadə olunur.  
 Məsələn:Gəlin sön sözü bizim sabiq baritonçalanımız Novruzəlinin 
özünə verək, görək o nə deyir...Novruzəli...dişlərini ağartdı:- Madam ki, 
məndən  belə  razısınız,  heç  getmirəm.Qüdrət  Sədaya  elə  gəldi  ki, 
konsertin şirin yerində, onun dirijorluq etdiyi orkestrin lap ürəyində, hələ 
bu vaxta qədər eşitmədiyi yağlı bir xoruz buraxdılar. Maestro yalnız bir 
söz  deyəbildi:  --  Daha  sənə  sözüm  yoxdur,  Xoruzəli!(S.Qədirzadə). 
Göründüyü kimi, nümunədə yazıçı frazeologizmdən istifadə edərək, hətta 
obrazın  adını  da  uyğunlaşdırmış,  uydurma  ad  yaradaraq,  komik  effekti 
daha da gücləndirmişdir. 
 “Xoruz”  quş  adı  ilə  bağlı  frazeologizmlərdən  biri  də  “xoruza 
yükləmək” ifadəsidir. “Xoruza yükləmək” – müflis etmək, var-yoxunu 
əlindən almaq, soymaq, talamaq (4,158). 
Məsələn:  Ticarət  deyil  ki,  min  dənə  Bağdad  tacirini  bir  xoruza 
yükləyim  (Koroğlu”);Ağa  Kərim  ağa.  A  gədə,  Səfərəli,  sənin  qəsdində, 
balam,  odur  ki,  məni  xoruza  yükləyəsən,  mən  də  buna  razı  ola 
bilməyəcəyəm, vəssəlam (N.Vəzirov, Ağa Kərim ağa Ərdəbili). 
Bu  sözlə  formalaşan  frazeologizmlərdən  biri  də  “xoruzu 
yumurtlamaq”  ifadəsidir.  Mənası:    İşləri  o  qədər  yaxşı  gedir    ki,  hətta 
xoruzu da yumurtlayır. 
Quş  zoonimi  ilə  bağlı  formalaşan  metaforik  ifadələr, 
frazeologizmlər  çoxdur.  Düşünürük  ki,  onların  daha  geniş  aspektdə 
təhlilə cəlb etmək dilimizin imkanlarını üzə çıxarmaq sahəsində mühüm 
addım olacaqdır. 
 
ƏDƏBİYYAT: 
 
1. Hacıyeva A.K. Zoometaforizmlər. AR nam diss., Bakı, 2005, 26 s. 
2.Skorupka St. İdiomatysmy fraseologiene w jvesuky polskim ich 
genesa/ Славянская фразеология, М., 1958, т.3, 125 с. 
 3. Ə.Ə.Orucov. Azərbaycanca-rusca frazeologiya lüğəti. Bakı, “Elm”, 
1976, 247 s. 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
93 
 
4. N.Seyidəliyev. Frazeologiya lüğəti. Bakı, “Çıraq”, 2004, 272 s. 
5. Azərbaycan dilinin izahlı lüğəti. 3-cü cild, Bakı, Şərq-Qərb,2006, s.82-
83. 
6. Q.Məhərrəmli, R.İsmayılov. Azərbaycan dilinin frazeologiya lüğəti. 
Bakı, Altunkitab, 2015, 288 s. 
7. F.Vəliyeva. İngilis və Azərbaycan dillərində ornitonim komponentli 
frazeoloji vahidlərin antroposentrik əsaslı leksik-semantik 
təsnifatlandırılması. Filologiya məsələləri, Elm və təhsil, 2013№4, s.3-7 
8. X.Yolçuyeva. İnsanın emosiya və hisslərini ifadə edən frazeoloji 
birləşmələr. AR nam dis., 2016, 22 s. 
9.  M.Adilov. Qanadlı sözlər. Bakı, Yazıçı, 1988, 440 s. 
10. К.Алиев. Стилистические особенности фразеологии в 
художественной литературе. АР канд.дисс., Б., 1966, 28 с. 
11. Е.Р.Малефеева. Семантическая структура фразеологизмов с 
компонентом «птица» в современном русском языке. 
Фразеологическое значение в языке и в речи. Челябинск, 1988, с.95-
111 . 
12. A.K.Hacıyeva. İnsanın zoometaforizmlərlə səciyyələndirilməsi və 
ingilis nitqində işlənmə sferası. Tədqiqlər, 2003, Bakı, s.275-277 
13. M.Adilov. Azərbaycan dilində sintaktik təkrarlar. Bakı, Em, 194, 228 
s. 
14. B.Hüseynov. Rəvayətli ifadələr. Bakı, Uşaqgəncnəşr, 1961, 212 s. 
15. Murtuzayev S. M.F.Axundov komediyalarının frazeologiyası. 
Az.SSR Nizami adına Ədəbiyyat və Dil İnstitutu, 1958, 80 s. 
16. M.Adilov. Əyləncəli dilçilik, Elm və təhsil, 2014, 324 s. 
17. Mокиенко В.М. Пустить красного петуха. “Русская речь”, 1980 
№6, с. 96-100. 
 
Наргиз Гаджиева 
Роль зоонима «птица» в метафоризации и 
формированиифразеологизма 
Резюме 
 
Люди  были  в  постоянном  контакте  с  окружающими  их  сущес-
твами и сравнивали их со своими жизнями.  С этой точки зрения слово 
«птица» и фразеологизмы, образующиеся с названиями птиц, предста-
вляют интерес. Метафорические выражения появились путем сравне-
ния характеристик человека с различными особенностями птицы. Эти 
выражения  имеют  как  положительное,  так  и  отрицательное  содер-


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə