Microsoft Word tam jurnal -1 018 Nadir m pdf doc



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə47/140
tarix19.07.2018
ölçüsü1,8 Mb.
#57273
1   ...   43   44   45   46   47   48   49   50   ...   140

D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
125 
 
Təhminə İsmayılova 
AMEA Nəsimi adına Dilçilik İnstitutu, 
 filologiya üzrə fəlsəfə doktoru, dosent 
tahmina-ismayilova@mail.ru
 
 
Səməd Vurğunun bədii yaradıcılığında dil məsələləri 
 
Açar sözlər: sənətkar, bədii yaradıcılıq, söz ustadları, klassik 
ədəbiyyat, şair, ana dili məsələləri. 
Ключевые слова: художник, художественная работа, мастера 
слов, классическая литература, поэт, проблема родного языка 
Key words: artist, artistic work, word masters, classical literature, 
poet, mother tongue issue 
 
Demə Səməd Vurğun gəldi – gedərdi, 
   
 
  
 
 
Unutmaz bu oba, bu mahal 
məni.  
Səməd Vurğun son dərəcə geniş və zəngin yaradıcılığa malik  bir 
sənətkardır. Onun bədii yaradıcılığı ilə yaxından tanış olduqda şairin hər 
misrasında, beytində böyük mənalar gizləndiyinin şahidi oluruq. Böyük 
fəlsəfi  ümumiləşdirmələr,  ictimai  -  siyasi  problemlər,  ədəbi  -  tənqidi 
fikirlər,  real  həyatın  ən  sadə  və  mürəkkəb  məsələləri...  və  s.  şairin 
yaradıcılığında öz bədii həllini tapa bilmişdir.  
Dil  məsələləri  də  S.  Vurğunun  estetik,  ədəbi  -  tənqidi  görüşlərinin 
əsasını, özəyini təşkil edir. Klassik ədəbiyyatımızın ənənələrinə sadiq qalan 
şairin bədii əsərlərində “söz”, “sözün qüdrəti” nə dair parlaq fikirlər diqqəti 
daha artıq cəlb edir.  
“Ölməz könül, ölməz əsər,  
Nizamilər, Füzulilər! 
Əlin qələm, sinən dəftər 
De gəlsin hər nəyin vardır, 
Deyilən söz yadigardır”  (6, s. 222) – deyən şair mənalı və yerində 
işlənmiş sözü ən qiymətli yadigar hesab edir. Elə əsl sənətkarın da hər sözü, 
şeiri  zaman  keçdikcə  unudulmamalı,  dünya  durduqca  o  da  insanların 
qəlbində  yaşamalı,  “vətən  mülkündə  əbədiləşməlidir”.  Şair  bu  estetik 
tələbləri,  ilk öncə,  öz qarşısına qoyur: 
“Yaz  ey Vurğun ki, hər şeirin, sözün bir yadigar olsun! 
Mən ölsəm də, Vətən eşqim vətən mülkündə var olsun!” (6, s. 179).
 
“Əzəldən belədir sözün hünəri: 


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
126 
 
O daşa dil verir, torpağa qanad... 
Onunla ucalır xəyal şəhəri,  
Önündə diz çökür bütün kainat” (7, s. 99)
 
Öz müasirlərinin qarşısında yüksək tələblər qoyan sənətkar həm də  
onlara  klassiklərimizdən    -  Nizami,  Füzuli,  Vaqif  kimi  dahi  söz 
ustadlarından  dərs  almağı,  öyrənməyi  tövsiyə  edir.  Şairin  fikrincə, 
cahanda ən böyük söz sənətkarındır. Odur ki, sənətkar sözü daha qüdrətli, 
daha tutarlı olmalıdır:  
“De kimdir yaradan ən böyük sözü? - 
Bizim dünyamızda sənətkar odur!” (7, s.299). 
Şairin fikrincə,  M.P.Vaqif belə sənətkarlardandır.  
“Yox! Yox... hüsn - kəlam Vaqifdə vardır,  
Hər sözü ölməyən bir yadıgardır”. 
Şair öz məqamında, yerində söylənilən sözü yüksək  qiymətləndirir. 
İkinci  dünya  müharibəsi  illərində  yazdığı  bir  şeirdə  göstərir  ki,  indi  çiçək 
fəsli deyil, havada barıt qoxusu vardır. Belə havada şair qəlbi nazlanmamalı, 
o  hər  sözü  ilə  sovet  əsgərini  qəhrəmanlıq    göstərməyə    ruhlandırmalıdır.  
Şair yazırdı: 
“Əfsanələr vaxtı deyil... hər sözün öz məqamı var,  
Bəzən bizi uzaqlara aparmasın səyyar xəyal... 
İnsan oğlu öz günüylə, öz dövrüylə şöhrət tapar,  
Şair könlüm! Sən özün də bu sözlərdən bir ibrət al”.  
Şair Vətənin qanlı – qadalı günlərində döyüşlərdə iştirak etmədiyinə 
təəssüflənirsə  də,  sözün  böyük  qüdrətinə  arxalanan  şairin  bu  təəssüfləri 
tez də yox olur, çünki  “şerin gülləsi”, “sözün nəfəsi” daha ağırdır, daha  
təsirlidir.  “Cəbhədə” , “Fitnə”, “Sənəm qarının pıçıltıları”, “Komsomol” 
poemasının  “Novruz  bayramında”  hissəsi  daha  maraqlıdır.  Şair 
“Komsomol” poemasında təsvir edir ki, Humay neçə vaxtdır ki, Cəlaldan 
xəbərsizdir.  İndi  Novruz  bayramıdır.  O,  bir  xoş  xəbər  eşitmək  üçün 
qonşu qapısını pusmağa gedir. Bu hadisəni  şair belə təsvir edir: 
“Qayda belədir ki,  birinci kərə 
Xeyir söz eşitsə şad olacaqdır. 
Yaman söz eşitsə, yenə qəmlərə 
Qərq olub içində qovrulacaqdır”.  
Humayın  eşitdiyi  ilk  söz  “toyunu  görək”olur.  Bu  xeyirxah,  gözəl 
sözün Humaya təsirini şair aşağıdakı kimi təsvir edir: 
“Elə bil dünyaya gələndən bəri,  
O, nə dərd görmüşdür, nə də ki bir qəm.  
Elə bir günəşdir o gözəl pəri,  


D i l ç i l i k   İ n s t i t u t u n u n   ə s ə r l ə r i   –   2 0 1 8  
 
127 
 
Onun gülüşündən yaranır aləm”. 
Əsərin  sonrakı  hissəsində  göstərilir  ki,  “ölüm”  sözünü  eşidən 
Humayın  vəziyyəti  dəyişir,  bu  xəbər  bir  ildırım  sürətilə  onun  başında 
gurultu qoparır, dizləri əsir, qara üşütmələr bu məsum  qızın canını kəsir. 
“Sözün hökmü meydan sürər uzaqvuran mərmilər tək” - deyən S. 
Vurğun    sözün  qüdrətinə  hədsiz  inam  bəsləyərək  bildirir  ki,  söz  “daşa 
dil”,  “torpağa  qanad”  verən  bir  incidir.  Hikmət  xəzinəsinin  bu  sakini 
önündə bütün kainat belə diz çökür. “Bir sənət, bir də söz ucuzlaşmasın!” 
devizini yaradıcılıq idealına çevirən şair “Bakının dastanı” kimi qiymətli 
poemasında bu xüsusda deyir:  
“Yox! Yox! Bu təəssüf nəyə gərəkdir? 
Daha mənzillidir şeirin gülləsi: 
Bütün sərhədləri o keçəcəkdir 
Toplardan ağırdır sözün  nəfəsi”.  
Ümumiyyətlə, şair lirik şeirlərində, poemalarında, dramlarında söz 
və sözün  qüdrəti  haqqında yeri  gəldikcə qiymətli fikirlər söyləyir, sözü 
məclislərin yaraşığı, dünyada ömürlük yaşayacaq zinət hesab edir, insanı 
yaşadacaq amil kimi tərənnüm  edir:  
“Ya mənalı bir söz, məsum bir baxış, 
 Yerdə olmasaydı insan sönərdi, 
Gözəl xəyallar da heçə dönərdi”(7, s. 47). 
Böyük şair məhz bunun nəticəsidir ki, sözə münasibət baxımından 
qələm yoldaşlarından, gənc şair və yazıçılardan yüksək sənətkarlıq tələb 
edir.  Hər  mənalı  sözün  üstündə  bir  şam  kimi  yanmağı,  gecə  -  gündüz 
fikirləşməyi, düşünərək danışmağı, sözü yerindəcə  işlətməyi, bacardıqca 
dilin  lüğət  tərkibini  zənginləşdirməyi  sənətkar  üçün  başlıca  məziyyət 
sayır.  Şair  bildirir  ki,  hər  kəsin  öz  sözü,  öz  nitqi  olmalıdır.  Alimlərin, 
böyük sənətkarların, dahilərin sözünü əzbərləmək, yerli - yersiz misallar 
çəkmək nəinki sənət adamı üçün, hətta ən adi mədəni, ziyalı şəxs üçün 
qəbahətdir:  
 “Başqasının sözlərilə bəzənsən də doyunca 
Müqəddəsdir hər insanın öz nəfəsi, öz səsi”. 
Öz  ruhu  etibarı  ilə  şairin  satiralarından  olan  “Karyerist”  bu 
baxımdan  mühüm  əhəmiyyət  kəsb  edir.  “Çil  toyuğun  tək  yumurtası” 
satirasında deyilir: 
“Qoy yeri gəlmişkən söyləyim sizə,  
Sözüm toxunmasın şairlərimizə.  
Ancaq düşündürür məni hər zaman 
Yazılmış bir şeir, bir yeni dastan. 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə