Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə34/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
161 
“Bəni Məcnun kibi üryan eylədin”;  əyər (yəhər). “Çək 
gəlsin Qıratı,  əyərlə görüm..,”; avı (ovu). “Kürdoğlu, 
kamandar ötürməz avı...” (bu tip arxaizmlərin bir qismi 
müasir  şivələrimizdə mühafizə olunmaqdadır). Bu nümu-
nələrin hər biri poetik siqlətlidir, hər birində xalqımızın 
ruhu, tarixi yaşayır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
162
 
 
 
 
 
“KOROĞLU”DAKI NƏZM  
PARÇALARININ LEKSİKASI 
 
“Koroğlu”nun  şeir dilindəki sözlərin mənşəyi. 
“Koroğlu”  şeirlərinin mənşəcə lüğət tərkibindən bəhs 
olunarkən, heç şübhəsiz ki, burada türk mənşəli,  ərəb 
mənşəli və fars mənşəli sözlər təhlil süzgəcindən keçi-
rilməlidir. Bəri başdan qeyd edək ki, bu sistemdə rus və 
Avropa mənşəli  sözlər yox dərəcəsindədir. Konkret desək
“aquşqa” (pəncərə, rus mənşəli “okno”, “okoşko” sözünün 
Azərbaycan dili şivələrində fonetik deformasiyaya uğra-
mış forması) tipli sözlər istisnalıq təşkil edir: “Ərzrumun 
kənarından keçəndə // Aquşqadan gördü məni, Koroğlu!..” 
Qeyd edək ki, bu cür faktların azlığı təkcə “Koroğlu”nun 
şeir dilinin milliliyini şərtləndirmir, həm də dastanın 
XVII-XVIII  əsrlərdə tam formalaşmış  vəziyyətdə oldu-
ğunu əsaslandırır. 
Dastanın  şeir dilində türk mənşəli sözlər üstün 
mövqedə  çıxış edir. Məsələn, isimlər: at, qılınc, dağ, 
yurd...; sifətlər: igid, gözəl, göyçək, qara...; saylar: bir, iki, 
üç, səksən, çox...; əvəzliklər: mən, sən, bu, kəndi...; feillər: 
almaq, çapmaq, gəzmək, qaçmaq... Burada onu da vurğu-
layaq ki, bir sıra bəndlərdə alınma sözlər, demək olar ki, 
işlənməyib:  
 
Mənə qara deyən gözəl
Qaşların qara deyilmi? 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
163 
Tökülübdü dal gərdənə,  
Saçların qara deyilmi? 
 
          *   *    * 
 
Uca dağları aşanda, 
Könül atlanıb coşanda, 
Bu dişlərim qamaşanda, 
İstərəm polad gəmirəm. 
 
Göründüyü kimi, türk mənşəli sözlər cərgəsini  əks 
etdirən bu bəndlərdə yalnız “gərdən” (boyun) və polad 
sözləri fars mənşəlidir. Yeri gəlmişkən, bu müstəvidə 
“Koroğlu”nun  şeir dili ulu abidəmiz “Dədə Qorqud 
kitabı”nın dili ilə bir sırada durur. 
Qeyd etdiyimiz kimi, dastanın  şeir dilində  ərəb 
mənşəli sözlərə  də rast gəlinir. Burada bəzi sözləri qeyd 
etməklə kifayətlənmək olar: fel, fənd-fel, dünya, əcəl, 
müxənnət və s. “Koroğlu”dakı  nəzm parçalarında fars 
mənşəli sözlərə az təsadüf edilir: cəng, dərya, qəşəng, 
zindan və s. 
“Koroğlu”nun  şeir dilindəki sözlərin leksik 
layları. Müşahidələr  dastanın şeir dilində müxtəlif leksik 
laylara aid sözlərin üstün mövqedə olduğunu göstərir. 
Xalqımızın tarixini, etnoqrafiyasını, eyni zamanda mənəvi 
dünyasını  əks etdirən belə sözləri aşağıdakı kimi 
sistemləşdirmək olar: 
hərbi terminlər:  çəri (qoşun, ordu anlamlarıdır, 
qədim türk mənbələrində “çərik”  şəklində  işlənib). 
“Xotkar üstümüzə  çəri buyurdu”; halay//alay (dəstə). 
“Halay vurub gəldi mənim  üstümə”, “Dəvilər yeriyir, 
Язизхан Танрыверди 
 
 
164
 
alaylar bükür”; cida. “Bir cidası başı qoşa pər”; qılınc. 
“Çəkərik qılıncı, kəsərik yolu”; əmud. “Sənə bir əmud 
vuraram;  şeşpər. “Şeşpər atıla üstündə”; yay-ox. “Çəkib 
yay-oxun quranda”... Bu hərbi terminlərin hər birində 
türkün döyüş tarixi, hərb sənəti kodlaşmış şəkildə yaşayır; 
titullar, vəzifə adları: xan. “Sən allah, o sözdən 
incimə,  ay xan!”; xaqan. “Xaqanlar başına  şeşpər 
çaldıran”; xotkar. “Xotkar üstümüzə  çəri buyurdu”; paşa. 
“Canım paşa, gözüm paşa // Paşa, qoy gəlsin Eyvazı!”; 
şah. “Şahlar üstə varan qoş Koroğludur”; bəy. “Bəy 
oğlundan olan yenə bəy mənəm”; bəzirganbaşı. “Gəl sənə 
söyləyim, bəzirganbaşı”; tacirbaşı. “Sənsən tacirbaşı, 
xoca”; nayıb (naib). “Eyvaz nayıb olsun ta mən gəlincə”... 
Bu tip sözlər türk dövlətçilik tarixinin zəngin-liyini 
müxtəlif bucaqlardan təsdiqləyən atributlar kimi çıxış edir. 
Digər tərəfdən, bu sözlərlə  şeirdəki obrazlılıq qüvvət-
ləndirilib, poetik məna dərinləşdirilib; 
musiqi alətlərinin adları: saz. “Xırda sədəf doğra 
sazın üstünə”; kos, nağara. “Kos, nağara çalınır qan 
almağa”... Burada təkcə onu qeyd edirik ki, bu sözlərdə 
qədim musiqi mədəniyyətimizin bir parçası yaşayır; 
ərzaq adları:  əppək (çörək). “Dağıdır  əppəyi, ası 
Koroğlu”; nan (çörək). “Nanın süfrəyə tökməyən”; qayğa-
naq. “Axşama qayğanağı var”; bal. “Arının qəhrin 
çəkməyən // Balın qədrini nə bilər?!”; şəkər, nabat. “Şəkər 
təlxdi, nabat acı”; şərbət. “Şərbət deyib öz qanına yalana”; 
şərab. “Eyvaz xana al şərabı içirdim”. Buradakı  ərzaq 
adlarının bir qismi həqiqi, bir qismi isə  məcazi mənada 
işlənib; 
geyim adları: araxçın. “Altun araxçını qoyub 
başına”; börk. “Əcəli qoydum börkümə”; kürk. “Bürün-


                                                    “Koroğlu”nun şeir dili 
 
 
165 
düm çodar kürkünə”; köynək. “Əcəl köynəyini geyib 
əyninə”; ləçək. “Qoç Koroğlu ləçək örtməz başına”...; 
antroponimlər. Bu tip vahidlər dastanın həm nəsr, 
həm də nəzm hissələrində müşahidə olunur, daha doğrusu, 
nəsr hissələrində daha intensivdir. Nəzm parçalarında 
işlənən kişi adları, əsasən, bunları əhatə edir:  
Rövşən (Koroğlu). “Adımı soruşsan, bil. Rövşən 
olu // Atadan, babadan cinsim Koroğlu”; Dəmirçioğlu. 
“Dəmirçioğlu, sənə deyim // Çənlibelə düşmən gəlir”; 
Bolu bəy. “Bolubəy, sənə bir qılınc basaram”; Eyvaz. 
“Bürcə  bənzər boyun, Eyvaz”; Dəli Həsən. “Gəl sənə 
söyləyim, ay Dəli Həsən”... Nəzm parçalarında işlənən 
qadın adları: Nigar xanım. “Ala gözlü Nigar xanım”; Telli 
xanım. “Telli xanım, sədan gəldi yetişdi”; Hürü. “Hürü, 
allahı sevirsən// Qoy tökülsün şux tellərin!”; Məhbub 
xanım. “Məhbub xanım qadan alsın”; Dünya xanım. “Sənə 
qurban olsun bu Dünya xanım”.... Bu adlar təkcə dastan 
poetikasının yox, həm də  qədim türk antroponimikasının 
zənginliyini əks etdirir; 
toponimlər:  Çənlibel. “İgidlər oylağı o Çənlibel-
də”; Misir, İstambul (İstanbul – Ə.T.),  Şam. “Misir, 
İstambul,  Şam tamam yerisə”; Bağdad. “Səfərimdi  şəhri-
Bağdad”;  Ərzrum. “Ərzrumun gədiyinə varanda”... Bu 
sistemdə “Çənlibel” qeyri-real toponimdir, digər 
toponimik vahidlər isə daha çox obrazlılığı 
qüvvətləndirməyə xidmət edir; 
zoonimlər. Dastanda at adlarının işlənməsi xüsusi 
olaraq nəzərə çarpır ki, bu da ümumən qəhrəmanlıq 
eposlarının poetik strukturu ilə bağlıdır: Qırat. “Qırat 
burdan getdi büyün”; Dürat. “Nigar, Düratın itməyi// 
Yandırır məni, yandırır...”; Ərəb at. “Ərəb at səsindən, ər 
Язизхан Танрыверди 
 
 
166
 
heybətindən // Çıxar müxənnətin canı meydanda”... 
Burada onu da qeyd edək ki, “Koroğlu”nun  şeir dilində 
aslan, tülkü, qarğa, qaraquş, sərçə, bülbül, ördək və s. kimi 
zooleksemlər də intensivliyi ilə seçilir. 
dini-mifoloji məzmunlu sözlər. “Koroğlu”nun şeir 
dilində islam dili ilə bağlı olan söz və ifadələrə çox az rast 
gəlinir: allah. “Hürü allahı sevərsən”; cənnət. “Mən öləndə 
yerim cənnət”; qıl körpü. “Qıl körpü taxtapuş olsun”; Əli. 
“Aləm bilsin: mən Əliyə nökərəm”... 
Göründüyü kimi, “Koroğlu”nun  şeir dilindəki 
leksik laylar XVII-XVIII əsrlər Azərbaycan dilinin leksi-
kası barədə müəyyən təəssürat yaradır. 
“Koroğlu”nun  şeir dilində arxaizmlər. Araşdır-
malar dastanın  şeir dilindəki sözlərin bir qisminin müasir 
ədəbi dilimiz üçün arxaikləşmiş leksik vahidlər olduğunu 
göstərir. Bu cür sözləri üç istiqamətdə qruplaşdırmaq olar: 
semantik arxaizmlər; leksik-fonetik arxaizmlər; leksik 
arxaizmlər. 
“Koroğlu”nun şeir dilində semantik arxaizmlərə az 
təsadüf olunur: aş (yemək). “Dağıdır əppəyi, aşı Koroğlu”; 
dəli (igid). “Dəlilər yeriyir, alaylar bükür”... 
Dilçiliyimizdə leksik-fonetik arxaizmlər müxtəlif 
başlıqlar altında araşdırılıb. Məsələn, Ə.Dəmirçizadə belə 
sözləri “köhnəlik” başlığı altında  şərh edib: “Köhnəlik, 
yəni bir zaman ədəbi  tələffüz normaları baxımından qanu-
ni, məcburi sayılan, lakin müasir dövrdə köhnəlmiş kimi 
səslənən tələffüz; məsələn: qaidə (qayda), faidə (fayda), 
cəvan (cavan), adəm (adam), kibi (kimi), yüzük (üzük), 
səlam (salam) və s.... köhnəliyin bir qismi alınma sözlərlə 
əlaqədardır. Lakin bunlar bir zaman Azərbaycan  ədəbi 
tələffüzü üçün norma sayılmışdır” (Müasir Azərbaycan 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə