“Koroğlu”nun şeir dili
201
caqdan kənar deyil. Bu üçbucağın
iki tərəfindən bəhs
etmişik : genetik yaddaş (bax: “Koroğlu”nun şeir dili.
“Dədə Qorqud kitabı” müstəvisində), həmin dövrün ədəbi
dili (bax: “Koroğlu”nun şeir dili tarixi-linqvistik
müstəvidə). Üçüncü tərəf isə dövrün ədəbi dilinə (Azər-
baycan dili) söykənərək poetik siqlətli şeirlər yaradan
sənətkarlardır. Bu mənada dastanın nəzm parçalarında
obrazlılığın fonetik, leksik və qrammatik səviyyələrdə
təzahürünü araşdırmaq zərurəti yaranır.
Язизхан Танрыверди
202
“Koroğlu” şeirlərində obrazlılığın
fonetik səviyyədə təzahürü
Nəzm parçalarında obrazlılığın
fonetik səviyyədə
təzahürünü aşağıdakı sistem üzrə öyrənməyi məqsədə-
uyğun hesab edirik:
Assonans və alliterasiya
Leksik-morfoloji təkrarlar
Anafora və epifora
Rəddül ibtida ələl əcüz və rəddül əcüz ələl ibtida
Cümlə təkrarları
Sintaktik paralelizm
Həmqafiyə sözlər
Anastrofa
Asindeton və polisindeton
Assonans və alliterasiya
Ümumtürk ədəbiyyatı üçün səciyyəvi olan assonans
və alliterasiyalara “Koroğlu”dakı nəzm parçalarında nəinki
təsadüf edilir, hətta mübaliğəsiz deyirik ki, bu kate-
qoriyalar vasitəsilə yaradılmış harmoniya, ahəngdarlıq,
poetik mənanın qüvvətləndirilməsi “dastan”dakı hər
bənddə, hər misrada belə özünü göstərir. Şübhəsiz ki, saz
üstündə yaradılan, saz üstündə oxunan şeirlər başqa cür
ola da bilməzdi. Danışıq səslərinin təkrarından (sait və
samitlərin təkrarlanması) doğan ritm və ahənglə telli sazın
simlərindən qopan ecazkar, sirli-sehirli
səslər bu şeirlərdə
sintez şəklindədir. Elə buna görə də bu şeirlərin hər biri
“Koroğlu”nun şeir dili
203
son dərəcə gözəl, ahəngdar səslənir, eyni zamanda hər
birinin ritmik-estetik təsiri çox qüvvətlidir.
Nəzm parçalarındakı assonanslara iki istiqamətdə
münasibət bildirməyi məqbul hesab edirik:
eynicinsli
saitlərin bir-birini izləməsi (ahəng qanunu); eyni saitlə
başlanan sözlər cərgəsi. Bunlardan birincisi dastanın şeir
dilində daha qabarıq görünür. Bu tezisin düzgünlüyünə dil
faktları kontekstində aydınlıq gətirməyə çalışaq:
qalın saitlərin ahəngi: “Koroğlu oxunu qurub”:
“Yıxar qayaları, atar dağları”; “Burma-burma bıçaq olar,
sultanım”; “Dağlar qoynunda, qoynunda”... Yalnız qalın
saitli sözlərdən ibarət bu cür misralar dastanın şeir dilində
kifayət qədərdir;
incə saitlərin ahəngi: “Nər dəlilər yerindəmi?”;
“Mən
bilirəm əyrisini, düzünü”; “Sevib-seçib bəyəndi-
yim”; “Mərd dəlilər yerindəmi?”; “Dərə nədi, təpə nədi,
düz nədi”; “Mənəm gürbələrin şiri, pələngi”... Bu tip, yəni
yalnız incə saitli sözlər cərgəsindən ibarət misralar
“Koroğlu”nun şeir dilində qabarıqlığı ilə seçilir.
Burada bir həqiqəti vurğulamaq lazım gəlir: eyni
saitlə başlanan sözlər cərgəsinə (eyni saitin təkrarlanması)
“Koroğlu”nun şeir dilində az rast gəlinir. Nümunə kimi
“a”, “o” və “ə” saitlərinin assonansını göstərmək olar:
“a”-nın assonansı: “Acışdırdın ac aslanı” (a-a-a-
a...). Bu misradakı assonansla təkcə ahəngdarlıq yara-
dılmayıb, həm də “aslan” metaforasının poetik semantikası
qüvvətləndirilib. Yeri gəlmişkən, “ac aslan” metaforası
“Koroğlu”nun şeir dilində həm də antitezanın tərəflərindən
biri kimi çıxış edir.: “Min tülkü neyləyər bir ac aslana?”;
“ə”-nin assonansı: “Əllisində əlif qəddin çəkilər”.
burada “ə” saiti
ilə başlanan sözlər cərgəsi, eləcə də incə
Язизхан Танрыверди
204
saitlərin ahəngi sintez şəklindədir. Hər ikisi də məhz “beli
bükülmək” mənasını qüvvətləndirməyə xidmət edir.
“o”-nun assonansı: “Ovçular ovun ovlar” (o-o-o).
Bu misranın poetik semantikasına onun işləndiyi bənd
daxilində münasibət bildirmək lazım gəlir:
Mən aşıq, ovun ovlar.
Ovçular ovun ovlar.
Alvızdan qalxan tərlan
Murğuzda ovun ovlar.
Şifahi ədəbiyyatımızın ən gözəl nümunələrindən
olan bu bayatıda üç subyektin (aşıq, ovçu, tərlan) “ov
etməsi” obrazlı şəkildə canlandırılıb: birinci misradakı
“ov” sözü məcazi mənadadır (Mən aşıq (aşiq), ovun
ovlar), yəni buradakı “ov” sözü “şikar” yox, “gözəl bir
qız” mənasındadır. Bu da “gözəl qız = ov” modelində
düşünülə bilən metaforadan
başqa bir şey deyil; ikinci
misradakı “ov” sözü “şikar” mənasındadır, ovçunun “ov
etməsi” konkret olaraq ifadə edilib (Ovçular ovun ovlar);
dördüncü misradakı “ov” sözü də həqiqi mənada görünür,
amma burada ovçunun deyil, tərlanın (quşun) bir dağdan
qalxaraq o biri dağda ov etməsinə işarə edilir ki, bu da
mübaliğə hesab oluna bilər (...tərlan Murğuzda ovun
ovlar)... “Koroğlu” eposunun
ümumi poetik yükü isə bu
bayatıdan tam başqa məqsədlə, bir bədii priyom kimi
istifadə edildiyini göstərir. Konkret desək, “Koroğlunun
Bəyazid səfəri” qolunun poetik strukturu, Koroğlunun
“..Tüləklər sındıran bir tərlan quşam // Sarlar şikarımı ala
qoymaram” (bu bənd həmin bayatıdan əvvəl verilib) –
deməsi, eyni zamanda Nigar xanımın için-için ağlaya-