Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə44/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
205 
ağlaya “...Çənlibelim yasa batar // Gəlmədi Eyvaz 
gəlmədi” – söyləməsi həmin bayatıya tam başqa bucaqdan 
yanaşmağı diktə edir. Bu cür yanaşmalar isə belə bir fikri 
reallaşdırır: həmin bayatının birinci misrasındakı “ov” 
sözü Eyvazı  işarələndirir. O Eyvazı ki, Koroğlu onu öz 
oğlundan da artıq sevir: “...Sən oğul, mən ata, sümmü 
təsəlli // Səri durna telli Eyvaz, ağlama!”... Bununla 
yanaşı, həmin  bayatıdakı digər misraların məna yükü də 
Koroğlunun ümumi əhvali-ruhiyyəsi ilə səsləşir. Məsələn, 
belə: “ovçular” və “tərlan” subyektləri Koroğlunu 
işarələndirir ki, bunlardan da birincisi metonimiya, ikincisi 
metafora kimi çıxış edir. Yəni Aşıq Cünun dilindən 
Koroğluya ünvanlanmış bayatıdakı  aşıq (aşiq), ovçu və 
tərlan subyektləri məhz  Koroğlu obrazını qüvvətləndirir. 
Bu cəhət öz təsdiqini  həmin bayatıdan sonra Koroğlunun 
dilindən verilmiş “Qırram qayaları, yıxaram dağı” misrası 
ilə başlanan bəndin ümumi semantik yükündə  də tapır. 
Burada yekun kimi onu da qeyd edək ki, “Koroğlu”nun 
poetik strukturunda məqsədli  şəkildə  işlədilmiş bayatılar 
kifayət qədərdir. 
Nəzm parçalarında müşahidə olunan alliterasiyalar 
isə aşağıdakıları əhatə edir: 
“b”-nın alliterasiyası: “Beş-beş verər, on beş, on 
beş bağışlar (b-b-b-b-b); “Çox da laf eyləmə, Bolu // Mən 
də bir bəbirəm, bəbir” (b-b-b-b-b-b); “Bahar oldu, 
bağçamız bar gətirməz” (b-b-b)... “b”-nın alliterasiyası ilə 
birinci nümunədə “bağışlamaq”, ikinci nümunədə “bəbir” 
sözlərinin, üçüncü nümunədə isə “bar gətirmək” ifadəsinin 
mənasını qüvvətləndirib; 
“ç”-in alliterasiyası: bu tip alliterasiyalara az 
təsadüf olunur: “Çardaqlı Çənlibellərdə” (ç-ç); 
Язизхан Танрыверди 
 
 
206
 
“d”-nın alliterasiyası: “Dərin-dərin dəryalara 
dalmışam” (d-d-d-d); “Dərin-dərin dəryalara boylamaq” 
(d-d-d); “Dağları, daşları duman bürüsə” (d-d-d); “Dindi-
rərəm, danışmazsan, dinməzsən” (d-d-d); “Dinib danışdığı 
davadır, dovdur...” (d-d-d-d-d-d-d)... Nümunələrdəki dər-
yalara dalmaq, dəryalara boylamaq, duman və dinmək 
vahidlərinin semantik yükü məhz “d” samitinin alli-
terasiyası ilə gücləndirilib. Burada “Dəmirçioğlu” antro-
poniminin assosiativliyi ilə yaradılmış “d”-nın allitera-
siyasından bəhs etmək də yerinə düşür: “Dəmirçioğlu 
deyər sözlər // Düşmandı dərələr, düzlər...” (d-d-d-d-d). 
“q”-nın alliterasiyası: digər samitlərlə müqayisədə 
“q”-nın alliterasiyasına  daha çox rast gəlinir: “Qul 
deyərlər qulun  boynun burarlar // Qullar qabağında gedən 
tirəm mən...” (q-q-q-q-q); “Qanım qanlara qataram” (q-q-
q); “Qoç quzudan quzu törər qoç olar // Qoç igiddən qoçaq 
olar, sultanım!” (q-q-q-q-q-q-q); “q”-nın alliterasiyası ilə 
birinci nümunədə “qul”, ikinci nümunədə “qana qatmaq”, 
üçüncü nümunədə isə “qul olmaq” vahidlərinin semantik 
yükü “q”-nın alliterasiyası ilə gücləndirilib.  Əlavə olaraq 
onu da  qeyd edək ki, “q”-nın alliterasiyası dastanın nəsr  
dilində  də üstün mövqedədir: “Qatım-qatım qoşunu 
qatladı. Qoşun başladı geriləməyə” (q-q-q-q-q). 
“g”-nın alliterasiyası: “Bugünkü məclisdə bir 
gözəl gördüm” (g-g-g);  “Gəlhagəl, paşanın qızı  // Gəlin- 
cən gözlərəm səni” (g-g-g-g)... Bu nümunələrdə “gözəl” 
və “gözləmək” sözlərinin poetik semantikası məhz “g”-nın 
alliterasiyası ilə gücləndirilib; 
“l”-nın alliterasiyası: bu cür alliterasiyalara az rast 
gəlinir: “Dağlar aşallar, çöllər keçəllər, sən ilə belə 
gəzəllər”. Buradakı  səkkiz sözdən birində - yalnız “sən” 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
207 
sözündə “l” sonor samiti işlənməyib. Bu misrada 
diqqətçəkən  əsas detallardan biri də budur ki, məhz “l” 
samitli kök və  şəkilçi morfemlərinin alliterasiyası, daha 
doğrusu, alliterativ qafiyələnməsi ilə  təkcə melodiyalılıq 
yaradılmayıb, həm də misradakı poetik məna qüvvət-
ləndirilib; 
“ş”-nın alliterasiyası: “Bu nişanda paşa nişan ver 
barı!”... Burada “ş”-nın daxili alliterasiyası ilə “paşa” 
sözünün mənası qüvvətləndirilib; 
“s”-nın  alliterasiyası: “Sanasan ki, sındı sazım” 
(s-s-s-s); “Axır suda sınar suyun səhəngi” (s-s-s-s)... Bu 
nümunələrin hər  ikisində “s” alliterasiyası ilə susmaq, 
sakitlik kimi mənalar ifadə olunub; 
“t”-nın alliterasiyası: belə alliterasiyalara çox az 
rast gəlinir: “Tutacam Telliylən toyun” (t-t-t-t). Burada  
müşahidə olunan “t” alliterasiyası  məhz “t”ilə başlanan 
Telli antroponiminin assosiativliyi ilə yaradılıb. Nəticədə 
isə həm ahəngdarlıq reallaşıb, həm də “Telli” adının, daha 
dəqiqi, Telli obrazının poetik semantikası qüvvətləndirilib; 
“y”-nın alliterasiyası: “Yetər yağıların yeddi, 
beşinə” (y-y-y); “Yorulubdur, yol çəkibdir, yol sonam // 
Yol, yavrum, broy, broy” (y-y-y-y-y-y-y)... Birinci 
nümunədə “yağı”, ikinci nümunədə isə “yavrum” sözünün 
poetik çəkisi “y” samitinin alliterasiyası ilə gücləndirilib. 
Təqdim etdiyimiz nümunələr assonans və alliterasiyaların 
“Koroğlu”nun şeir dili üçün xarakterik olduğunu müxtəlif 
bucaqlardan təsdiqləyir. 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
208
 
 
 
LEKSİK-MORFOLOJİ TƏKRARLAR 
 
Bəri başdan deyək ki, leksik-morfoloji təkrarlar 
dilçiliyimizdə  həm də yamsılamalar, səs təqlidi sözlər, 
təqlidi sözlər başlığı altında öyrənilib. Mətndə 
ahəngdarlıq, melodiyalılıq yaradan, poetik mənanı 
qüvvətləndirən bu vasitələrə “Koroğlunun  şeir dilində  də 
təsadüf olunur. Faktlara müraciət edək: 
oyum-oyum oymaq. “Düşman gözün oyum-oyum 
oyaram”; 
gumbur-gumburlanı.“Qalxan gumbur-gumburlanı”; 
atım-atım atılmaq. “Mənim atım atım-atım atılar”. 
Sonuncu nümunədəki leksik-morfoloji təkrarla bağlı  bəzi 
cəhətləri qeyd etmək lazım gəlir: özündən  əvvəl işlənmiş 
birləşmənin ikinci tərəfindəki sözlə (-ım mənsubiyyət 
şəkilçisi qəbul etmiş “at” sözü ilə) cinas qafiyə təşkil edir: 
atım→atım-atım atılmaq; “atım-atım atılmaq” leksik-
morfoloji təkrarı “mənim atım” birləşməsinin assosia-
tivliyi ilə  işlədilib; leksik-morfoloji təkrarla birləşmənin 
ikinci tərəfinin uyğunlaşdırılması assonansın cərgəsini 
zənginləşdirib: atım atım-atım atılar (a-a-a-a-a)... 
“Koroğlu”nun  şeir dilində “atım-atım atılmaq” leksik-
morfoloji təkrarındakı son morfemin assosiativliyi ilə 
yaradılmış zəngin qafiyələrə də rast gəlinir: 
 
Məni görüb atım-atım atılı, 
Qarğı qulaq bir-birinə çatılı,  
Ucuzluqda min tümənə satılı, 
Bahalıqda yox qiymətin Qırat , gəl! 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə