Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   2   3   4   5   6   7   8   9   ...   114

Təhlükəli tullantılar və kimyəvi məhsulların zəhərliliyi. 
Bütün  kimyəvi  məhsullar  müəyyən  qədər  zəhərli  еlеmеntlərə  malikdirlər. 
О
nların təhlükəliliyi zəhərlilik səviyyəsinə və insan оrqanizminə təsir dərəcəsinə görə 
müəyyən  еdilir.  Hətta,  ən  kiçik  miqdarda  (  milyardda  bir  hissə)  diоksеn  insan 
о
rqanizmi üçün təhlükəlidir hətta dəmir оksidi,maqnitturşusu insan оrqanizminə uzun 
müddətdə təsir göstərdiyi halda təhlükəlidir. 
Müasir  tеksiоlоgiyanın  əsas  nailiyyəti,  zəhərli  maddələrin  insan  оrqanizminə 
qısa  müddətli  təsirini  öyrənməklə  yanaşı,  оnun  təsirinin  sоnrakı  dövrlərdə  hansı 
fəsadları  yaratmasını  tədqiq  еtməkdir.  (Məsələn  gеnə  kеçməsi,  bəd  хassəli  şişlərin 
yaranması, əsəbi pоzğuntular və s.) 
Hazırda ən çirkli rеgiоnlar Amеrika və Avrоpa basеyinin çayları Tеmza, Rеyn, 
Е
lza,  Dunay,  Visla  sayılır.  Bu  rеgiоnlarda  sоn  100-  150  ildə  sənayе  gеniş  inkişaf 
е
tmişdir və çохlu tullantı tоplanmışdır. 
Rеspublikada  Kür  və  Araz  çaylarıda  çirkli  hеsab  еdilə  bilər.  Çünki  bədnam 
qоnşularımız  (Еrmənistan)  rеspublikada  bütünlükdə  mövcud  оlan  zəhərli  maddələri 
Araz  çayına  tullayır.  Gürcüstanın  bütün  çirkab  suları  Kürə  tökülür.  Hərçənd,  Kür 
çayının  suyunda  оlan  tullantılar  Migəçеvir  dənizində  müəyyən  qədər  çöksədə  yеnə 
özündə zəhərli еlеmеntləri daşıyır. 
Bеləliklə,  hazırda  ətraf  mühitə  güzlü  təsir  еdən  sahə  sənayе  sayılır.  Cəmiyyət 
qоlоbal  еkоlоji  təhlükənin  başlanğıcındadır.  Dünya  planеtar  dəyişiklik 
vəziyyətindədir  ki,  buda  insanların  iqtisadi  fəaliyyətinə  və  sоsial  vəziyyətinə  təsir 
göstərir. 
Cəmiyyətin və təbiətin inkişaf konsepsiyaları 
nsan  və  ətraf  mühit,  təbiət  və  cəmiyyət  əlaqələrinin  mahiyyəti,  müxtəlif 
zamanlarda  ayrı-ayrı  fəlsəfı  məktəb  və  cərəyanlarm  diqqətini  həmişə  özünə  cəlb 
etmişdir. Qədim və orta əsrlərdə naturalist konsepsiya üstünlük təşkil edərək, təbiətə 
gözəgörünməz  qüvvə,  müdrik  yaranış,  cəmiyyət  üzərində  ideal  ilahi  güc  kimi 
baxılmışdır.  Cəmiyyətdə  məhsuldar  qüvvələrin  inkişaf  səviyyəsinin  aşağı  olması 
ekoloji  mühitin  real  qiymətləndirilməsinə  zərurət  yaratmışdır.  Bu  konsepsiyanın 
tərəfdarları  cəmiyyətə  də  təbii  seçmə  qanununun  tətbiqini  arzulayır,  daha  doğrusu, 


güclünün aciz üzərində qələbəsi prinsipini qəbul edirdilər. 
Naturalist  konsepsiyanın  başqa  bir  istiqaməti  təbiətə  toxunmamaq  (müdaxilə 
etməmək) prinsipinə əsaslanır. Bu baxı-şın tərəfdarlan təbiətdə hər şeyin öz yerində 
və düzgün ol-duğunu qəbul edirdilər. Onlara görə, təbiət özü hər şeyi gözəl bilir və 
insanların  təbiətə  müdaxiləsi  cəmiyyət-təbiət  qarşıdurması  ilə  nəticələnir.  Məsələn, 
insanların  öz  təsərrüfat  maraqları  naminə  Aral  gölünə,  Qara  və  Xəzər  dənizlərinə 
təsiri-nin acı nəticələri indi də özünü göstərməkdədir. 
Sənaye  əsasında  istehsahn  sürətli  inkişafı  kapitalizmin  ilkin  mərhələsində 
naturalist  konsepsiyaları  tədricən  sıxışdırmağa  başladı.  Təbiət  üzərində  insanın  öz 
ağlı  hesabına  hökmranIıq  etməsi  ideyasına  əsaslanan  yeni  bir  konsepsiya  -  istehlak 
konsepsiyası  formalaşmağa  başladı.  Belə  bir  konsepsiyanın  təzahürü  cəmiyyət 
tərəfındən  böyük  ruh  yüksəkliyi  ilə  qəbul  edildi.  Feodalizmdən  yenicə  qurtarmış 
cəmiyyətdə,  sənaye  və  kənd  təsərrüfatının  inkişafı  üçün  lazım  olan  bütün  ehtiyatlar 
təbiətdən  götürülməyə  başladı.  Lakin  təsərrüfatın  sürətli  inkişafı,  bu  konsepsiyanın 
müəyyən mərhələdən sonra gərəksiz olduğu fıkrini ortaya çıxardı. 
Sonrakı  mərhələdə  isə  istehlak  konsepsiyası,  təbiət  və  cəmiyyət  arasındakı 
münasibətlərin ahəngdarhğı yolunda «əyləc» qismində çıxış etməyə başladı.  nsanın 
təbiət üzərindəki hökmranlığı ətraf mühitin deqradasiyası ilə nəticələnmişdir. Təbiət 
və  comiyyət  arasındakı  münasibətlərin  gərginləşməsi  və  bu  qarşıdurmanın  təhlükəli 
həddə  yaxınlaşması  XX  əsrin  70-ci  illərində  yeni  bir  konsepsiyanın  yaranması  ilə 
nəticələndi.  Yeni  yaranmış  bu  konsepsiya  «alarmizm»  (alman  dilində  «alarm» 
həyəcan deməkdir) adlandırıldı. Alarmizm müasir istehsal prosesləri nəticəsində ətraf 
mühitin  deqradasiyası  insanların  cavab  reaksiyasıdır.  Bu  konsepsiyanın  tərəfdarları 
heç bir siyasi partiyanı təmsil etməsələr də, dünyada «yaşıllar hərəkatı» («Qrinpis») 
kimi tanınırlar. 
Bu konsepsiya 2 yerə - pessimistlərə və optimistlərə ayrılır. Pessimistlərə görə, 
müasir  sivilizasiya  cəmiyyəti  qarşısıalınmaz  qəzaya  (katastrofa)  sürükləyir. 
Optimistlər isə insan zəkasının cəmiyyəti bütün bəlalardan qurtaracağma inanırlar. 
Son  dövrlərdə  ekoloji  böhranın  səbəblərinın  konsepsiyaları  izahı  ilə  bağlı 
formalaşmağa başlanmışdır. Bu konsepsiyanın tərəfdarları, ekoloji böhranın səbəbləri 


kimi  -  elmi-texniki  tərəqqi  və  əhalinin  artımını  əsas  götürüflər.  Onlara  görə  insan 
artımının  qarşısı  alınmalı  və  insanların  sayı  demoqrafık  mini-muma 
uyğunlaşdırılmahdır. Lakin bu  yanaşma  bütün  dünya  ölkələri üçün  eyni ola  bilməz. 
Süni  yolla  (müharibələr,  etnik  münaqişə,  əhalinin  kütləvi  qırılması,  lazımi  tibbi 
xidmət  göstəril-məməsi  və  s.)  insan  artımmm  tənzimlənməsi  isə  cəmiyyətdə  insan 
haqqlarının pozulması kimi qiymətləndirilir. 
Ekoloji böhranın səbəblərini (texniki və dcmoqrafık) araşdıran qərb alimləri bu 
çətinlikdən çıxmaq üçün aşağıdakı strateji istiqamətləri təklif edirlər: 
1)
  təbiətə toxunmamaq strategiyası; 
2)
  təbiətə hücum strategiyası; 
3)
  təbiətdə  özünütənzimləmə  və  insanın  uyğunlaşması  (adaptasiyası) 
strategiyası. 
Cəmiyyətin texnogen növlü inkişafı şəraitində iqtisadiyyat bir neçə mərhələdən 
keçir: 
  1)  frontal  iqtisadiyyat  -  bu  zaman  əsas  diqqət  əməyə  və  kapitala  yönəldilir, 
təbii ehtiyatlar isə tükənməz hesab edilir, ətraf mühitin çirklənməsi inkişafda nəzərə 
alınmır;   
2) ətraf mühitin mühafızəsi nəzərə alınmaqla iqtisadi inkişaf; 
3) tarazlı-müvazinətli inkişaf yolları təklif edilir. 
Bəşəriyyətin gələcək inkişaf variantlarının axtanşı davam edirdi. BMT-nin xətti 
ilə Ətraf Mühit və  nkişaf üzrə Bey-nəlxalq Komissiya «Bizim ümumi gələcəyimiz» 
adlı  məruzə  hazırlandı  (1987)  və  «Sabit  inkişaf»  konsepsiyası  təklif  edildi. 
Q.X.Bruntland  ətraf  mühitin  mühafızəsi  sahəsində  uzun  müddətli  strategiya  təklif 
edirdi ki, bu da dünya iqtisadiyyatının sabit inkişafını uzun dövr üçün təmin etməyə, 
ekoloji problem-lərin həllinin üsul və vasitələrini nəzərdən keçirməyə imkan verirdi. 
1992-ci  ildə  Rio-de-Janeyroda  Ətraf  mühit  və  inkişaf  üzrə  ikinci  Ümumdünya 
Konfransı açıldı. Konfransda 179 ölkənin nümayəndələri bəyanat qəbul etdi və «XXI 
ə
srin  gündəliyi»  proqramı  təsdiqləndi.  Həmin  sənədlərdə  «Tarazlı  inkişaf» 
konsepsiyasının mahiyyəti və məqsədləri öz əksini tapdı. 
Tarazlı  inkişafın  nə  demək  olduğu  barədə  ədəbiyyatda  çoxsaylı  fikirlər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə