Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   4   5   6   7   8   9   10   11   ...   114

olunmuş qaydada verilir. Təbiətdən fərdi istifadə daimi və ya müvəqqəti, ödənişli və 
ya əvəzsiz, ilkin və ya təkrar ola bilər. 
Təbiətdən  fərdi  istifadə  və  ya  təbiətdən  məhdud  istifadə  (servitutlar) 
hüquqlarmın yaranması qanunvericiliklə müəyyən edilir. 
Təbiətdən  istifadəçilər  hüquqi  və  fıziki  şəxslər  (xarici  istifadəçilər  də  daxil 
olmaqla),  dövlət,  qeyri-dövlət  təşkilatları,  daimi  və  müvəqqəti,  ilkin  və  təkrar 
istifadəçilər ola bilərlər: 
-  xarici  istifadəçilər  -  xarici  hüquqi  və  fıziki  şəxslər,  beynəlxalq  birliklər  və 
təşkilatlar; 
daimi istifadəçilər - təbiətdən istifado hüququ müddətsiz verilən istifadəçilər; 
-
  müvəqqəti istifadəçilər - təbiətdən istifadə hüququ müəyyən müddətə verilən 
istifadəçilər; 
-
  ilkin  istifadəçilər  -  təbiətdən  istifadə  hüququnu  dövlətdən  birbaşa  alan 
istifadəçilər; 
-
  təkrar  istifadəçilər  -  təbiətdən  ilkin  istifadəçidən  müqavilə  əsasında  hüquq 
alan istifadəçilər («Ətraf mühitin müha-fızəsi haqqında» Qanun, maddə 8). 
Azərbaycan  dövləti  təbii  ehtiyatların  istifadəsini,  bərpasmı  və  mühafızəsini 
tənzimləyir.  Bu  işin  həyata  keçirilməsi  üçün  dövlət  proqramları  tərtib  edilir,  təbii 
resurslarm kadastrı, monitorinqi və uçotu aparılır. 
Təbiətdən istifadənin normalaşdırılmasına görə qanunvericilikdə nozərdə tutulan 
limitlər və kvotalar müəyyən müddət üçün təbii ehtiyatların istifadəsinin, ətraf mühitə 
atılan  zərərli  maddələrin,  məişət  və  istehsalat  tullantılarının  yerləşdirilməsinin  son 
hədlərini  müəyyən  edir.  Limitlər  və  kvotalar  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən müəyyən edilir. 
Təbiətdən  istifadəyə  xüsusi  icazə  təbiətdən  istifadə  sahəsində  sahibkarlıq 
fəaliyyəti  ilə  məşğul  olmaq  hüququnu  təsdiq  edir  və  müvafıq  icra  hakimiyyət 
orqanları tərəfindən verilir. 
Xüsusi razılıq hər bir fəaliyyət sahəsi üçün verilir. Hər bir lisenziyanın müddəti 
göstərilir  (adətən  icazə  1  ilə  verilir).  Eyni  təbii  ehtiyatdan  istifadəyə  icazə 
məhdudiyyəti qoyulur. 


cazə müraciət əsasmda verilir. Almmış lisenziyadan düzgün istifadə etmədikdə, 
onu başqasına verdikdə, sanitar və ekoloji normativləri pozduqda icazə verən dövlət 
təşkilatı  lisenziyanı  ləğv  edə  bilər.  Əgər  müraciət  edən  fıziki  və  hüquqi  şəxsə 
qanunsuz olaraq icazə verilməzsə, onlar məhkəməyə və iqtisad məhkəməsinə şikayət 
edə bilərlər. 
cazənin  verilməsi,  ekoloji  münasibətlərin  inzibati-hüquqi  metodlarla 
tənzimlənməsi  deməkdir.  Təbii  ehtiyatlardan  istifadə  olunması  üçün  alman  icazə 
mahiyyətcə üç əlaməti özündə birləşdirir: 
-
  icazə, həmin təbii ehtiyatm mülkiyyət və ya sahiblik aküdır, 
-
  təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin dövlət nəzarəti formasıdır; 
3) təbiətdən istifadənin səmərəli tənzimləmə vasitəsidir. 
cazənin  predmeti  istifadə  üçün  müəyyənləşdirilmiş  təbii  ehtiyatlardır. 
stifadəsindən  asıh  olaraq  iqtisadi  (oduncaq  hazırlanması,  faydalı  qazıntılarm 
çıxanlması  üçün  icazə),  ekoloji  (zərərli  maddələri  tullamaq,  atmaq,  basdırmaq  üçün 
icazə), sağlamlaşdırıcı (təbii ehtiyatlardan müalicə məqsədləri üçün istifadə), mədəni 
(arxeoloji qazıntıların aparılması) və s. lisenziya növləri vardır. 
«Ətraf  mühitin  mühafizəsi  haqqmda»  Qanunun  11-ci  maddəsində  deyilir: 
«Təbiətdən istifadəyə xüsusi icazə təbiətdən istifadə sahəsində sahibkarlıq fəaliyyəti 
ilə  məşğul  olmaq  hüququnu  təsdiq  edir».  Qanunda  həmçinin  təbii  ehtiyatların 
ayrı-ayrı  növlərindən  istifadəyə,  habelə  aşağıdakı  fəaliyyət  növlərinin  həyata 
keçirilməsinə xüsusi icazə tələb olunduğu sadalanır: 
-
  ətraf mühiti çirkləndirən maddələrin toplanması; 
-
  xüsusi  təhlükəli  olan  istehsalat  və  məişət  tullantılarımı  daşınması, 
basdırılması və saxlanılması; 
-
  ekoloji auditor fəaliyyəti; 
-
  ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyəti (maddə 14). 
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə 
təsdiq  edilmiş,  Azərbaycan  Respubli-kasında  bəzi  fəaliyyət  növlərinə  xüsusi  razılıq 
(lisenziya)  verilməsi  haqqında  Qaydalarda  36  adda  fəaliyyət  növünə  lisenziya 
verilməsi  nəzərdə  tutulmuşdur  ki,  onlardan  yalnız  üçü  ekologiya  və  təbiətdən 


istifadəyə aiddir: 
1.
 Radioaktiv  və  ionizə  şüaları  verən  maddələrin  tullantılarmın  saxlanması  və 
basdırılması; 
2.
 Toksiki istehsalat tullantılarınm utilizasiyası və zərərsizləşdirilməsi; 
3.
 Yabanı dərman bitkilərinin xammahnın yığılması. 
'  Qanunvericiliyə  görə  xüsusi  icazə  ilə  yanaşı  müqavilə  forması  da  nəzərdə 
tutulmuşdur.  Müqavilə  əsasən  təbii  obyektlərin  icazəyə  verilməsi  üçün  bağlanır. 
Müqavilə (kontrakt) təbiətdən istifadəçi ilə müvafiq icra hakimiyyəti orqanı arasında 
təbii  resurslardan  istifadəyə  görə  bağlanır.  Təbiətdən  istifadəçinin  xüsusi  icazəsi 
olmadıqda  təbii  resurslardan  istifadə  mü-qaviləsi  (kontraktı)  etibarsızdır. 
Müqavilənin  şərtləri  xüsusi  icazə  geri  ahndıqda  da  müqavilə  (kontrakt)  etibarsız 
hesab olunur. Ətraf mühitin mühafızəsi sahəsində müvafiq icra hakimiyyəti orqanı ilə 
razılaşdırıldıqdan  sonra  təbii  ehtiyatlardan  istifadə  müqaviləsi  (kontraktı)  qüvvəyə 
minir  (maddə  15).  Bağ-lanmış  müqavilənin  sahibi  aşağıdakı  əsas  vəzifələri  yerinə 
yetirməlidir: 
-
 istifadəyə verilmiş təbii ehtiyatlardan səmərəli istifadə etməsini; 
-
 təbii  ehtiyatlann  işlədilməsi,  qorunması,  bərpası  və  ar-tınlması  məsələlərini 
kompleks həll etməsini; 
-
 ətraf mühitə mənfı təsirin qarşısını almaq üçün tədbirlər həyata keçirməsini; 
-
 təbii ehtiyatların istifadəçilərinin hüquqlarmı pozmamasını; 
-
 təbiətə,  adamların  həyatma  və  sağlamhğına,  fiziki  və  hüquqi  şəxslərin 
ə
mlakına və mənafelərinə vurduqları zərəri ödəməsini və s. 
 
Təbiətin istifadə və ətraf mühitin mühafızəsinin dövlət tənzimlənməsinin 
formaları, ekoloji funksiyaları və metodları 
darəetmə  forması  hüquq  sahəsinə  tənzimləmə  fəaliyyətinin  hüquqi  və 
qeyri-hüquqi formaların tətbiq edilməsinin meydana çıxan xarici görünüşüdür. 
Tənzimləmənin qeyri-hüquqi formaları iki əsas növdə ifadə olunur: 
a)  ətraf  təbii  mühitin  mühafızəsi  və  təbiətdən  istifadə  məsələlərində  həyata 
keçirilən,  qəbul  edilməsi  hüquqi  xarakter  daşımayan,  deməli  hüquqi  tənzimləmə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə