Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/114
tarix23.10.2017
ölçüsü5,01 Kb.
#6392
1   ...   6   7   8   9   10   11   12   13   ...   114

isə  həm  fıziki  (yerlərdə  natura  kimi),  həm  də  hüquqi  (müvafıq  hüquqi  sənədlərin 
qanuniləşdirilməsi yolu ilə) cəhətdən ayrılmış təbii ehtiyatlarm müəyyən hissəsidir. 
Təbiətdən  istifadə  hüququ  bir  neçə  əsas  növlərə  görə  təsnifləşdirilir:  istifadə 
qaydaları  və  şərtlərinə  görə  ümumi  və  xüsusi;  obyektinə  görə  torpaqdan,  meşədən, 
yerin  təkindən,  sudan  və  s.  istifadə  müddətinə  görə  müddətsiz  (daimi)  və  müddətli 
(müvəqqəti) müəyyən edilir. Bu da öz növbəsində uzun və qısa müddətli ola bilər. 
Təbiətdən  istifadə  hüququnun  ümumi  və  xüsusi  bölgüsü  mühüm  əhəmiyyətə 
malikdir.  Təbiətdən  ümumi  istifadə  hüququ  bütün  vətəndaşlar  üçün  təbii  mühitdən 
sərbəst və pulsuz istifadənin zəmanətli qanuni imkanı olub, hər bir insanın həyatmın 
yeri,  şəraiti  və  vasitəsi  kimi  təbiətdən  istifadəni  nəzərdə  tutur.  O,  bilavasitə 
Azərbaycan Respublikasmm Konstitusiyasından irəli gəlir və hazırkı qanunvericiliyin 
(torpaq, meşə, su və s.) normalannda konkretləşdirilir. 
Təbiətdən  xüsusi  istifadə  hüququ  xüsusi  hüquqi  sənəd  (lisenziya,  icarə 
müqaviləsi, dövlət aktı və s.) əsasında həyata keçirilir, cəmiyyətin təsərrüfat və digər 
maraqlarının ödənil-məsi prosesində onların məqsədli fəaliyyətinə uyğun olaraq təbii 
ehtiyatların müəyyən hissəsinin qanunla təsdiq olunmuş qaydada istifadəsi imkanmı 
göstərir. O, adətən, pullu olur. 
Beləliklə,  təbiətdən  ümumi  və  xüsusi  istifadə  hüququ  bir-birindən  bir  neçə 
ə
lamətinə görə fərqlənir: subyektinə görə, həyata keçirilməsinin məqsəd və qaydasına 
görə, meydana çıxmasınm əsasına görə. 
Təbiətdən  xüsusi  istifadə  hüququnun  xitam  edilməsinə  əsas  təbii  ehtiyatların 
müvafıq  növlərinə  uyğun  olan,  konkret  adları  torpaq,  meşə,  su  və  s. 
qanunvericiliyində müəyyən edilmiş hüquqi faktlardır. 
Bununla yanaşı, bütün təbii ehtiyatların ümumi sayına aid olan, məsələn, istifadə 
müddətinin qurtarması, hüquqi şəxsin təbiətdən istifadəsinin ləğv edilməsi, dövlət və 
ictimai  ehtiyatlar  üçün  təbii  obyektlərin  istifadədən  götürülməsi,  təbii  obyektlərin 
mühafizəsi  və  ya  məqsədli  istifadə  qaydalarının  pozulmasım  təbiətdən  istifadə 
hüququna xitam edilməsinin bir neçə əsası kimi ayırmaq olar. 
«Ekoloji  təhlükəsizlik  haqqında»  Azərbaycan  Respublikası  Qanununa  (1999) 
görə,  ekoloji  təhlükəsizliyin  tələblərinə  riayət  edilməsi  təbii  ehtiyatlara  mülkiyyət, 


sahiblik  və  onlardan  istifadə  hüquqlarının  həyata  keçirilməsinin  məcbııri  şərtidir 
(maddə 4.3). 
 
Təbiətdən istifadənin idarə edilməsinin dövlət orqanları sistemi 
Qarşıya  qoyulmuş  nəticələrə,  məqsədlərə  aparan  proses  kimi  idarəetmə, 
idarəçilik  sisteminin  strukturları  arasında  qarşılıqh  əlaqələrin  təşkili  üzrə 
məqsədyönlü bir fəaliyyətdir. Təbiətdən istifadənin idarə edilməsi ətraf mühitdə baş 
verən  proseslərin  axınını  dəyişməyə  məcbur  edən  və  cəmiyyətin  xeyrinə 
istiqamətləndirən  əməli  hərəkətlər  sistemi  kimi  qəbul  edilmişdir.  Müasir  dövrdə 
təbiətdən  istifadənin  idarə  edilməsi,  ilk  öncə,  təbiəti  bərpa  və  mühafizə  ilə  həyata 
keçirilməlidir. 
Təbiotdən  istifadənin  idarə  edilməsi  təbiət  istifadəçilərinin  fəaliyyəti  vasitəsilə 
və ətraf mühit obyektlərinin bilavasitə idarə edilməsi ilə həyata keçirilə bilər. Bu iş 
cəmiyyətin  təbii  ehtiyatlara  və  ətraf  mühitin  keyfiyyətinə  tələbatı  ödəmək  üçün 
həyata  kecirilir.  Eyni  zamanda,  bu  ekoloji-iqtisadi  qanunauyğunluqlann,  gələcəkdə 
iqtisadiyyatın  sabit  inkişafinı  təmin  etməklə  dərk  edilməsi  və  istifadəsi  əsasmda 
həyata  keçirilməli-dir.  Təbiətdən  istifadənin  dövlət  idarəetməsi  səlahiyyətli  dövlət 
orqanlannın  təbiətdən  səmərəli  istifadə  və  təbiəti  mühafizə  üzrə  təşkilati  əməli 
fəaliyyəti  deməkdir.  Bu  idarəetmənin  sub-yektləri  dövlət  orqanlarıdu.  Onlar 
büdcədən  maliyyələşir  və  zəruri  dərəcədə  hakimiyyət  səlahiyyətlərinə  mahkdirlər. 
Obyekti isə təbiətdən istifadə sahəsindəki insanlarm fəaliyyətidir. Təbiətdən istifadə 
hüquqi  tənzimləmə  əsasmda  idarə  edilir.  Dövlət  idarəetməsinin  formaları  idarəetmə 
aktlarından (normativ-hüquqi, direktiv, fərdi), inzibati sazişlərdən (razılaşmalar-dan) 
və maddi-texniki vasitələrdən ibarətdir. 
Dövlət  idarəetməsi  təbiətdən  istifadə  sahəsində  özündə  3  növ  fəaliyyəti 
birləşdirir:  sosial-iqtisadi,  inzibati-siyasi,  sosial-mədəni.  Lakin  bu  sahədə  təbiəti 
bərpa  işləri  çox  zəif  həyata  keçirilir.  Təbiətdən  istifadənin  idarə  edilməsi  əsasən 
inzibati  (məcburi),  iqtisadi,  ideoloji  və  tərbiyəvi  üsullarla  yanaşı  bu  və  ya  digər 
məsələlərin həlli ilə də həyata keçirilə bilər. 
darəetmə  metodları  daimi,  bilavasitə  və  operativ  olaraq  bütün  məsələləri  həll 


etməyə  və  idarəetmənin  məqsodlorinə  nail  olmağa  imkan  yaradır.  Təbiətdən 
istifadənin  idarə  edilməsində  aşağıdakı  metodlardan  istifadə  edilir:  qadağa, 
müvəqqəti  dayandırma,  məhrumetmə  (istifadə  hüququna  xitam  verilməsi), 
razılaşdırma və icazə (lisenziya verilməsi, təbiətdən kompleks istifadə müqaviləsi və 
s.). 
Təbiətdən istifadənin dövlət idarəetməsi qanunvericilikdə təsbit edilmiş ümumi 
prinsiplər  əsasında  həyata  keçirilir.  Bura:  qanunilik,  ərazi  və  sahə  idarəetməsinin 
birləşməsi  aiddir.  Qanunvericiliklə  təbiəti  mühafızənin  həmçinin  spesifık  prinsipləri 
müəyyən edilmişdir: komplekslik, ümumilik, planauyğunluq, elmi-texniki tərəqqinin 
imkanlarından istifadə və beynəlxalq əməkdaşlıq. 
Son  məqsədi  ətraf  mühitin  keyfıyyətinin  optimal  vəziyyətinə  nail  olmaqdan, 
təbii  ehtiyatların  səmərəli  istifadə  edil-məsindən  ibaret  olan  təbiətdən  istifadənin 
idarə  edilməsinə  birdən-birə  nail  olmaq  mümkün  deyildir.  Ona  görə  də  aralıq 
məqsədlər  müəyyən  edilir  və  hər  bir  mərhələdə  konkret  ətraf  mühiti  mühafizə 
tədbirləri göstərilir. Təbiətdən istifadənin idarə edilməsi - dövlət orqanları sisteminin 
qarşıhqlı  əlaqələri  şəraitində  hakimiyyət  -  tabeçilik  elementlərindən  ibarət  vahid  bir 
orqanizmdir.  Dövlət  idarəetmə  orqanlarının  ekoloji  sahədəki  vəzifələri  3  qrupda 
birləşmişdir: 
1)
  idarəetmə  -  təşkil  etmə,  ümumi  rəhbərlik,  operativ  sərəncamçıhq, 
normativ-hüquqi aktların nəşri və onların vaxta-şırı təkmilləşdirilməsi; 
2)
  planlaşdırma, proqnozlaşdırma və əlaqələndirmə; 
3)
  uçot, nəzarət və yoxlama. 
«Ətraf  mühitin  mühafizəsi  haqqmda»  Azərbaycan  Respublikasmın  Qanununa 
görə  (08.06.1999)  ətraf  mühitin  mühafızəsi  və  təbiətdən  istifadə  sahəsində  dövlət 
idarəetmə orqanları müəyyən edilmişdir. Həmin dövlət orqanları öz səlahiyyətlərinə 
görə iki yerə ayrılır: 
1)
  ümumi səlahiyyətli dövlət orqanları; 
2)
  xüsusi səlahiyyətli dövlət orqanları; 
Ümumi səlahiyyətli dövlət orqanlanna Prezident və onun  cra Aparatı, Nazirlər 
Kabineti,  yerli  icra  hakimiyyəti  orqanları,  bələdiyyələr  daxildir.  Bu  dövlət  orqanlan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə